Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 178. ƏDV üzrə hesabat dövri



Yüklə 212,08 Kb.
səhifə159/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   155   156   157   158   159   160   161   162   ...   197
VM2017

Maddə 178. ƏDV üzrə hesabat dövri

ƏDV üzrə hesabat dövri təqvim ayı sayılır.



Maddə 179. Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, büdcə ilə münasibətlər

179.1. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 45 20 gün ərzində qaytarılır.



179.2. Digər vergi ödəyiciləri üçün — əvəzləşdirilən vergi məbləğinin hesabat dövri ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilir, artıq ödəmənin hər hansı qalığı isə bu 3 ay bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində büdcədən qaytarılır.

179.2. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən bu Məcəllədə nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı  vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır.

179.3. Müəyyən məbləğlərin vergi ödəyicisinə səhvən qaytarıldığı bütün hallarda vergi və ya gömrük orqanları həmin məbləğlərin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılmasını tələb etməlidir.




Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin