Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Fəsil XIII. Əmlak vergisi



Yüklə 212,08 Kb.
səhifə174/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   170   171   172   173   174   175   176   177   ...   197
VM2017

Fəsil XIII. Əmlak vergisi

Maddə 196. Vergi ödəyiciləri

Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir.

Maddə 197. Vergitutma obyektləri

197.1. Aşağıdakılar vergitutma obyekti sayılır:

197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika (bundan sonra — avtonəqliyyat vasitələri), su və hava nəqliyyatı vasitələri;

197.1.2. müəssisələrin balansında olan avtonəqliyyat vasitələri;

197.1.3. müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;



197.1.4. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün — yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.

197.2. Vergitutma obyekti olan və müəssisələr tərəfindən hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün birləşdirilən əsas vəsaitlərin dəyəri, bu əsas vəsaitləri birləşdirən birgə fəaliyyət iştirakçıları tərəfindən vergiyə cəlb edilməsi məqsədləri üçün bəyannaməyə daxil olunur. Birgə fəaliyyət nəticəsində yaradılmış (alınmış) əsas vəsaitlərin dəyəri isə birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir.




Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin