Azərbaycan Respublikasının Vergi Məcəlləsi



Yüklə 212,08 Kb.
səhifə182/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   178   179   180   181   182   183   184   185   ...   197
VM2017

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)

10000 m2-dək olduqda

10000 m2-dən yuxarı olan hissə üçün

10000 m2-dək olduqda

10000 m2-dən yuxarı olan hissə üçün

Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri

10

20

0,6

1,2

Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri

8

16

0,5

1,0

Digər şəhərlər və rayon mərkəzləri

4

8

0,3

0,6

Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər

2

4

0,1

0,2»

Maddə 207. Vergi güzəştləri

207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:

207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;

207.1.2. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;

207.1.3. istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;

207.1.4. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.

207.2. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

207.3. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

207.4. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.

207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin