Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası



Yüklə 212,08 Kb.
səhifə84/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   80   81   82   83   84   85   86   87   ...   197
VM2017

Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası

90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergi öhdəliyinin icrasınınvergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması satılması haqqında qərar qəbul olunması üçün barədə məhkəməyə müraciət edə bilər.



Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.

90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır.



90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat (bundan sonra—hərracın təşkilatçısı) tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda (bundan sonra—hərrac) satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir.

Vergi ödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışından əldə olunan vəsait barədə rüblük məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər barədə rüblük məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər rüb başa çatdıqdan sonra növbəti ayın     20-dən gec olmayaraq  müvafiq icra hakimiyyəti orqanına elektron şəkildə təqdim edir.

Əmlakın hərracda satılması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir.

Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 (on) gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur. Qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir.

Həmin əmlak aşağıdakı qaydada satılır:

90.3.1. Əmlakın hərracda satışı — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir.

90.3.2. Hərracın təşkilatçısı kimi ixtisaslaşdırılmış təşkilat çıxış edir. İxtisaslaşdırılmış təşkilat hərracı icra məmurunun sifarişi əsasında həyata keçirir.

90.3.3. Icra məmurunun sifarişinə aşağıdakı sənədlər əlavə edilməlidir:

90.3.3.1. vergi ödəyicisinin əmlakının hərracda satışı barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;

90.3.3.2. icraata başlanılması barədə məhkəmə qərarına əsasən verilən icra sənədi sənədinin surəti;


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin