Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 150. Ödəmə mənbəyində verginin tutulması qaydası



Yüklə 212,08 Kb.
səhifə135/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   131   132   133   134   135   136   137   138   ...   197
VM2017

Maddə 150. Ödəmə mənbəyində verginin tutulması qaydası

150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar:

150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər;

150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar;

150.1.3. dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar;

150.1.4. hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər;

150.1.5. hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar;

150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər və ya sahibkarlar.



150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar;

150.1.8. bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar;

150.1.9. torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius;

150.1.10. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından uduşlar, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxs;

150.1.11. lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru;

150.1.12. hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru.

150.2. Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

150.3. Bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar:

150.3.1. bu Məcəllənin 150.1.1, 150.1.2 və 150.1.8-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə;

150.3.2. bu Məcəllənin 150.1.3—150.1.7-ci maddələrinə uyğun olaraq, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə;

150.3.3. ödəmə mənbəyində tutulan vergilər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannaməni vergi orqanına:

150.3.3.1. bu Məcəllənin 150.1.3.-150.1.8-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq;

150.3.3.2. bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq;

150.3.3.3. ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla, bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan digər vergi ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.

150.3-1. Notarius bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.

150.3-2. Bu Məcəllənin 150.1.10-cu maddəsində 150.1.10-cu və 150.1.11-ci maddələrində göstərilən şəxslər bu Məcəllənin 101.5-ci maddəsinə uyğun olaraq gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.

150.3-3. bu Məcəllənin 150.1.12-ci maddəsində göstərilən şəxslər bu Məcəllənin 220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.

150.4. Vergi ödəyicisinin iş yerində vergi agenti aylıq gəlir üzrə vergi tutmağa borcludur. Vergi ödəyicisi bu Məcəllənin 149.5-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etmirsə, tutulmuş vergi gəlir vergisinin tam məbləği sayılır.




Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin