Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 163. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi



Yüklə 212,08 Kb.
səhifə147/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   143   144   145   146   147   148   149   150   ...   197
VM2017

Maddə 163. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi

163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:

163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;

163.1.2. əməliyyatın xarakteri dəyişdikdə;

163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud

163.1.4. vergi ödəyicisi elektron vergi hesab-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.

163.2. Vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:

163.2.1. ƏDV üçün elektron vergi hesab-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron vergi hesab-fakturada düzgün göstərməmişdirsə, yaxud

163.2.2. ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin