BiLDİRİŞ-MƏlumat bir sıra sənəd formalarında edilmiş dəyişikliklər haqqında Hörmətli vergi ödəyicisi!



Yüklə 20,35 Kb.
tarix02.01.2022
ölçüsü20,35 Kb.
#44472
2039020451193100-Bildiris


BİLDİRİŞ-MƏLUMAT
Bir sıra sənəd formalarında edilmiş dəyişikliklər haqqında

Hörmətli vergi ödəyicisi!

Vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot nəzarətinin düzgün təşkil edilməsi, uçot məlumat bazası əsasında aparılan təhlillərin effektivliyinin artırılması, normativ aktların müasir tələblərə uyğunlaşdırılması və tətbiq edilən sənəd formalarında olan məlumatlarda təkrarçılığa yol verilməməsi məqsədilə bir sıra normativ sənəd formalarının yeni redaksiyada təsdiq edilmişdir.

Qeyd olunan normativ sənəd formaları aşağıdakılardır:

1. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizə forması və “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə formasının doldurulması Qaydası”.

2. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayış forması və “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış formasının doldurulması Qaydası”.

3. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə forması və “ Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında ərizə formasının doldurulması Qaydası”.

Həmin sənəd formalarını və sənədlərin doldurulması qaydalarını qoşma olaraq sizə təqdim edirik.

Əlavə olaraq bildiririk ki, qeyd olunan normativ sənəd formaları 01.04.2020-ci il tarixdən qüvvəyə minir.



Əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və ya bütün vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Qoşma: 1 (bir) fayl – sənəd formaları (ərizə, arayış) və onların doldurulma qaydaları


Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi
Yüklə 20,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin