Azərbaycan Respublikasının Vergi Məcəlləsi



Yüklə 212,08 Kb.
səhifə85/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   81   82   83   84   85   86   87   88   ...   197
VM2017

90.3.3.2-1. əmlakın fotoşəkli, yerləşdiyi ünvan barədə məlumat;

90.3.3.3. əmlakın ilkin satış qiyməti barədə məlumat;

90.3.3.4. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabının nömrəsi;

90.3.3.5. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti;

90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlər sənədlərin surəti;

90.3.3.7. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;

90.3.3.8. uzunmüddətli icarə hüququ satıldıqda, müqavilənin surəti və qanunvericiliklə nəzərdə tutulmuş hallarda belə müqavilənin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

90.3.3.9. tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsinin ayrılması barədə qərarın və tikintiyə razılıq verilməsi haqqında sənədin surəti.

Məhkəmənin qərarı qüvvəyə mindiyi gün siyahıya alınmış əmlakın yararlılıq müddəti 60 gündən tez başa çatdıqda və ya qida məhsulu olduqda icra məmuru hərracın təşkilatçısına sənədləri 3 gün müddətində təqdim etməlidir.

90.3.4. Hərracın təşkilatçısı bu Məcəllənin 90.3.3-cü maddəsində göstərilən sənədləri aldıqdan sonra hərracın keçiriləcəyi tarixə ən azı 30 20 gün, yararlılıq müddəti başa çatdıqda, habelə yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri-ərzaq məhsulu olan əmlak satıldıqda isə ən azı 7 5 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərraca çıxarılacaq əmlak barəsində elan dərc etdirir.

90.3.5. Elanda aşağıdakı məlumatlar əks olunmalıdır:

90.3.5.1. hər bir lot üzrə ayrı-ayrılıqda satışa çıxarılan əmlakın siyahısı, fotoşəkli,  yerləşdiyi ünvan;

90.3.5.2. siyahı üzrə əmlakın ayrı-ayrılıqda ilkin satış qiyməti;

90.3.5.3. hərracda iştirak etmək üçün sifariş və digər sənədlərin qəbulu günü, son müddəti və yeri;

90.3.5.4. əmlakın sahibi barədə məlumat;

90.3.5.5. ilkin satış qiymətinin daşınmaz əmlakın 5 faizi, daşınan əmlakın 10 faizi həcmində hesablanan behin məbləği və həmin məbləğin köçürüləcəyi bank hesabı;

90.3.5.6. əmlakın satışından əldə olunan vəsaitin köçürüləcəyi bank hesabları və bu hesablara köçürüləcək vəsaitin miqdarı;

90.3.5.7. hərracın keçirilmə tarixi, vaxtı və yeri, əlaqə telefonunun nömrəsi;

90.3.5.8. hərracın təşkilatçısının adı, ünvanı, əlaqə telefonu və sair rekvizitləri.

90.3.6. Məlumatın dərc edildiyi andan qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla tanış olmaq imkanı yaradılır .

Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.

90.3.7. Hərracda iştirak etmək üçün müraciət etmiş və müvafiq qaydada sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş, habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə bildiriş təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər.

90.3.8. Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq hərracın təşkilatçısına verilir və sifarişə ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

90.3.8.1. elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd;


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin