Azərbaycan Respublikasının Vergi Məcəlləsi



Yüklə 212,08 Kb.
səhifə87/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   83   84   85   86   87   88   89   90   ...   197
VM2017

90.3.19.1. hərracın təşkil olunmasını və keçirilməsini təmin edir;

90.3.19.2. satışın baş tutub-tutmadığını təsdiq edir;

90.3.19.3. hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda hərracı baş tutmamış elan edir;

90.3.19.4. hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir.

90.3.20. Hərrac aşağıdakı qaydada keçirilir:

90.3.20.1. satışa çıxarılan əmlakın ilkin satış qiyməti elan olunur. İlkin satış qiyməti və ya əlavələr edilməklə artırılan satış qiyməti elan olunduqda, hərracda iştirak edən şəxslər öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər;

90.3.20.2. hərracı aparan hər yeni elan olunmuş qiyməti üç dəfə təkrar edir. Elan olunmuş satış qiymətinə əmlakı almağa razı olan hərracda iştirakçılarının sayı iki və daha çox olduqda həmin qiymət iştirakçılar tərəfindən əlavəetmə yolu ilə artırılır. Elan olunmuş satış qiymətinə əmlakı almağa yalnız bir iştirakçı razılıq verdiyi halda həmin şəxs hərracın qalibi hesab olunur. Bu vaxt hərracı aparan şəxs əmlakın satıldığını, satış qiymətini və qalib gəlmiş şəxsin biletinin nömrəsini bildirir;

90.3.20.3. ilkin qiymət və ya əmlakın növbəti hərracda aşağı salınmış qiyməti 3 dəfə elan olunduqdan sonra iştirakçıların heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur;

90.3.20.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində 90.3.5-ci maddədə qeyd olunan elan dərc olunur. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 10 faizi, üçüncü və dördüncü hərraclarda isə müvafiq olaraq 20 və 40 faizinədək aşağı salına bilər;

90.3.20.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərracla bağlı 90.3.5-ci maddədə qeyd olunan elan verilir. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 20 faizi, üçüncü hərracda isə 40 faizinədək aşağı salına bilər;

90.3.20.5. bu zaman ikinci və sonrakı hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır;

90.3.20.6. yararlılıq müddəti başa çatmış yeyinti məhsullarının hərraca yenidən qida məhsulları qismində çıxarılması qadağandır. Bu əmlak qanunvericiliyə uyğun olaraq heyvanların yemləndirilməsi üçün istifadəyə yararlı olduqda 5 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək hərracda satılmalıdır;

90.3.20.7. hərrac başa çatdıqdan sonra hərracın təşkilatçısı hərracın yekunları üzrə iki nüsxədə protokol tərtib edir və qanunvericiliyə uyğun olaraq komissiyanın sədri, sifarişçi və alıcı arasında alqı-satqı müqaviləsi imzalanır;

90.3.20.8. protokol qalib gəlmiş şəxs və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən 2 nüsxədə imzalanır. Protokolda sifarişçi və qalib gəlmiş şəxs barədə qısa məlumatlar, satılan əmlakın siyahısı və satış qiyməti, satış qiymətinin ödəniləcəyi bank hesabları, hərracda qalib gəlmiş şəxsin verdiyi beh məbləğinin imzalanmış protokol üzrə öhdəliklərin icrası hesabına daxil edilməsi, habelə tərəflərin digər hüquq və vəzifələri əks olunur. Protokolun bir nüsxəsi qalib gəlmiş şəxsə verilir. Hərracın qalibi və hərracın təşkilatçısı hərrac başa çatdığı gün protokolu imzalamalıdır. İmzalanmış protokol üç gündən gec olmayaraq satıcıya təqdim olunmalıdır. Alqı-satqı müqaviləsində satılmış obyektin adı (siyahısı), onun alınma qiyməti, sifarişçi və qalib gəlmiş şəxs barədə və qanunvericiliyə müvafiq olaraq digər məlumatlar göstərilir. Müqavilə protokol imzalandığı gündən 5 gün müddətində imzalanmalıdır;

90.3.20.9. qalib gəlmiş şəxs qanunvericiliyə uyğun tərtib edilmiş protokolu imzalamaqdan imtina etdikdə, verdiyi beh geri qaytarılmır. Həmin protokolu imzalamaqdan imtina edən sifarişçi qalib gəlmiş şəxsə behi ikiqat məbləğdə geri qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Ziyanın məbləği sifarişçinin və qalib gəlmiş şəxsin razılığı əsasında müəyyən edilir. Tərəflər razılığa gəlmədikdə, zərərin məbləği onların birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilir;

90.3.20.10. hərrac baş tutmadıqda beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin behi 5 bank günü müddətində geri qaytarılır;

90.3.20.11. hərrac baş tutmadığı hallarda hərracın təşkilatçısı tərəfindən protokol tərtib edilir.

90.3.21. Hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 15 təqvim günü müddətində hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi haqqında elanın verildiyi kütləvi informasiya vasitələrində verilir.

90.3.22. Hərracın qalibi ilə sifarişçi arasında müqavilə imzalandığı andan ən geci beş bank günü müddətində hərracın qalibi ödəməli olduğu pul vəsaitini satıcının müəyyən etdiyi bank hesabına köçürür. Hərracın təşkilatçısı hərracın keçirilməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən sənədləri sifarişçiyə təqdim edir.

90.3.23. Əmlakın (və ya müəyyən lotun) qiymətinin tam ödənildiyini təsdiq edən ödəniş sənədi (sənədləri) təqdim edildikdən sonra əmlaka (lota) mülkiyyət hüququ hərracın qalibinə keçir.

90.3.24. Siyahıya alınmış əmlakın açıq hərracda satışında ədliyyə orqanlarının, o cümlədən icra məmurlarının, vergi orqanlarının və hərracın təşkilatçısının vəzifəli şəxslərinin birbaşa və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir.

90.3-1. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı «İcra haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər.

90.3-2. Hərracın təşkilatçısının rəsmi internet saytı olmalı, hərracın keçirilməsi barədə elan, habelə hərraca çıxarılan əmlak barəsində məlumatlar ətraflı şəkildə həmin internet saytında yerləşdirilməlidir.

90.3-3. Hərracın təşkilatçısı (o cümlədən elektron hərracın təşkilatçısı) keçirilmiş hərraclar, başa çatmış və ya baş tutmamış hərraclar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq  müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

90.3-4. Ticarət şəbəkələri (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələri) satışa çıxarılmış əmlaklar, satışı təmin edilmiş və ya satışı mümkün olmadığı üçün geri qaytarılmış əmlaklar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq  müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə hesablanmış vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır.



Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə icra məmuru tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər.

90.5. Bu maddənin müddəaları vergi agentinə də şamil edilir.

90.6. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satışında vergi orqanlarının vəzifəli şəxslərinin və ya digər işçilərinin bilavasitə və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir.

Vergi orqanının sorğusuna əsasən hərracın təşkilatçısı tərəfindən əmlakı hərraca çıxarılmış şəxslərin əmlakının hərraca çıxarılması və satışı barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada məlumat verilir.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin