“Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanmasını tənzimləmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan SSR yaşayış məntəqələrində əhalinin qeyri-məhsuldar ev heyvanları saxlamasını qaydaya salmaq haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 10 oktyabr tarixli 458 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Dostları ilə paylaş: |