II. 4. Qloballaşma və Azərbaycan dili
Azərbaycan dili bu gün bütün dünya azərbaycanlılarının bir-
birilə ünsiyyətini təmin edən möhtəşəm bir dildir. Son illərin hesab-
lamalarına görə, bu gün dünyada 50 milyona yaxın adam Azərbay-
can dilində danışır ki, bu da dünyanın ən böyük dilləri siyahısında
18-20-ci yerləri bölüşdürür. İndi bu dil müstəqil dövlətimizin əsas
atributlarından olmaqla xalqımızın yenilməz qalası kimi düşmən-
lərin hər cür təxribatına və müdaxiləsinə sinə gərərək müqavimət
göstərir. Bu dil bütün azərbaycanlıları birləşdirən güclü bir alətdir.
Hazırda dilimizin bütün incəliklərini açıb göstərən monumental
əsərlərimiz, Azərbaycan dilinin ayrı-ayrı aspektlərinin linqvistik
şərhini özündə əks etdirən sanballı tədqiqatlarımız, dilimizin ke-
şiyində duran Dilçilik İnstitutumuz və onlarla ali məktəblərimizdə
Azərbaycan dili kafedralarımız var. Dilimizin dövlət dili kimi
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
186
işlənməsini ana yasamızda təsbit edən ayrıca maddə vardır ki, bunu
əldə rəhbər tutan müvafiq qurumlarımız dilimizin tədqiqi, təbliği və
tədrisilə yaxından məşğul olur. Xalqımızın ölməzliyinin rəmzi, ruhu
və canı olan dilimiz haqqında çox yazılıb, çox deyilib. Ancaq bu
heç də o demək deyil ki, daha deməyə bir söz qalmayıb. Bu heç də
belə deyil. Hər dövrün öz tələbi, öz yanaşma bucağı olur. Bizim
ümdə vəzifəmiz dilimizin müasir elmi konsepsiyalar baxımından
tədqiqini davam etdirmək, tədqiqatlarımıza yeni ruh və yeni isti-
qamət verməkdən ibarətdir.
Məlumdur ki, hazırkı dünyamızda müxtəlif xalqların və mil-
lətlərin bir-birilərilə qarşılıqlı münasibətlərində canlı dil mühüm
ünsiyyət vasitəsi kimi çıxış edir. “Bu gün ən müasir sayılan texno-
loji yeniliklər belə dil qədər önəmli ola bilmir, çünki bütün texnoloji
yeniliklərin xalqların məişətinə tam daxil olması üçün xüsusi meta-
dilə ehtiyacı vardır, canlı ünsiyyətdə linqvosemiotik vasitələrlə
yanaşı (təbii dildəki metaforik və metonomik özəlliklər, paralinqvi-
stik ifadələrlə bərabər intonasiya) etnosemiotik vasitələr də (folklor,
rəqs, poza və s.) qarşılıqlı anlaşmada mühüm yer tutur. Qeyd edək
ki, son semiotik tədqiqatlar insanda 1000-ə qədər poza növü fərq-
ləndirir. Onlar, Y.Lotmanın təbirincə desək, semiosferdə ünsiyyət
mədəniyyətinin elementlərinin lokutiv vasitələri kimi çıxış etməklə
danışıq aktında illokutiv niyyətin və perlokutiv nəticənin əldə
olunmasına, bununla da ünsiyyətin uğurlu olmasına təminat yaradır-
lar. Bədən üzvlərinin danışıq prosesində müxtəlif müşayiətedici
(danışarkən əl-qolun və bədənin digər üzvlərinin hərəkəti) və ya
müstəqil (başın o yan-bu yana və ya aşağı-yuxarı hərəkəti) hərəkəti
dinləyəndə intellektual və emosional təsir oyatmaqla yanaşı inan-
dırıcı olmaq və həm də danışanın kimliyini müəyyən etmək üçün
vacib şərtlərdəndir.”
1
Bu gün dilçiliyimizin sürətli inkişafını təmin etmək üçün
güclü maddi-texniki bazanın yaradılması və yüksək ixtisaslı dilçi
kadrların hazırlığı ilə yanaşı dünya dilçilik irsinin Respublikamıza
gətirilməsi istiqamətində xeyli iş görmək lazım gəlir. Bunun üçün
dünya dilçilk korifeylərinin əsərlərini orijinaldan dilimizə tərcümə
ЫI HİSSƏ
187
edib yaymaq
2
, eyni zamanda Azərbaycan dilçiliyində işlənib
hazırlanmış və dünya dilçiliyi səviyyəsində qəbul edilə bilən ideya
və fikirləri dünyanın aparıcı dillərinə tərcümə edib yaymaq ölkəmi-
zin dilçilik sahəsində qazandığı uğurların dünya miqyasına çıxarıl-
ması baxımından yaxşı nəticə verə bilər. Biz dünyanın aparıcı öl-
kələrindən mübadilə yolu ilə magistraturaya və ya doktoranturaya
qəbul təşkil edə bilsək, ölkəmizə gələn hər bir əcnəbi tədqiqatçı
müəyyən dövr ərzində dilimizin bu və ya digər problemləri ilə bağlı
dissertasiya və ya monoqrafiyalar yazıb müdafiə edərlər və sonra
onları aparıb öz ölkələrində çap etdirərlər. Bu da elmimizin və
mədəniyyətimizin əcnəbilər vasitəsilə dünyada yayılmasına güclü
təkan verərdi.
Bütün sahələrdə qloballaşma müşahidə edildiyi kimi dillə
ünsiyyət sahəsində də belə bir proses özünü aydın şəkildə göstərir.
İndi beynəlxalq aləmdə ingilis dilinin hökmranlığı nəticəsində
başqa dillər, o cümlədən Azərbaycan dili də iqtisadi, siyasi, hərbi və
mədəni sahələrdə sıxışdırılaraq küncə qısılmış kimi görünür,
məhəlli və ya dar çərçivədə işlənir. Əsası odur ki, milli dillərdə yeni
məfhumları və konseptləri bildirən sözlər və fikirlər yaranmır, heç
buna ehtiyac da qalmır. Digər tərəfdən, dil sahəsində qlo-
ballaşmanın bir fəsadı da nəzərə çarpır ki, bu da dillərin qarşılıqlı
təsirini heçə endirir. Nəticədə dili hakim olan xalq eqoist olur,
özünü əlçatmaz zirvədə hesab edir. Alman alimi Y.Trabant bu
sahədə müşahidələrini belə ümumiləşdirir: “İngilislər və amerikan-
lar, bir qayda olaraq, xarici dillərdə əsər oxumağı lazım bilmirlər,
onlar həmin əsərləri tərcümə elətdirməyə də böyük həvəs göstər-
mirlər.”
3
Məlumdur ki, dil fəaliyyətində gənclər xüsusi yer tutur. Onlar
daha yığcam söyləmlərə və alınma sözlərə üstünlük verirər. “İndi
gənclər qrammatikaya və tələffüz qaydalarına fikir vermirlər.
Danışanda elə bil saqqız çeynəyirlər. Onların dilində /sms, top, hot,
super, hendi, mobil, çat, download, portal, webside/ kimi yüzlərlə
söz işlənir ki, heç gənclər və ya kosmopolitlər onların fərqinə
varmırlar. Bu sözlər qlobal dilin hücumu, onları götürən dillərin isə
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
188
fəryadıdır. Mən demirəm ki, bizim dilimiz tam təmiz olsun. Bu heç
mümkün olan şey deyil. Amma öz dilimizin qayğısına qalmalıyıq.
Alman alimləri maraqlı tədqiqat aparıblar. Görkəmli şairlər Qöte və
Haynə hər cümlədə orta hesabla 30-36 söz işlədiblər. T.Mann “Yo-
zef və onun qardaşları” romanında bir cümlədə 347 söz işlədib. An-
caq indi orta hesabla 5 – 13 söz işlənir. Radio və televiziya ve-
rilişlərində isə möcüzə baş verir. Bir də görürsən xəbərlərdə deyilir:
/London dağılır//, /Liviya çökür//, !Bu lap əladır ki! və s. Bəzən
yersiz təkrarlara yol verilir. Biz az danışmağın gözəlliyi haqda çox
eşitmişik. Məsələn, hər cümlənin başında “ABŞ prezidenti Barak
Obama” deməyin nə mənası var?! Birinci söyləmdən sonra elə bircə
/Obama/ desək, hər şey aydın olar. Fikrimizcə, kino başlıqlarındakı
kimi və ya hər yerdə qısa cümlə işlətmək savadsızlığın və dil
səriştəsizliyinin əlamətidir. Elə rəsmi dövlət vəzifəsində oturan
adamın dialektdə danışması da auditoriyaya hörmətsizliyin əlamət-
dir. Bu gün özümüzdə istehsal olunan məhsullara xarici adların ve-
rilməsi heç cür başa düşülən deyil. /Bonaqua, Nightbar, supermar-
ket, medical club, Talk-show? Job Center? Service Point/ kimi re-
klam xarakterli sözlərə nə ehtiyac var?!”
4
Hazırkı dövrdə mədəniyyətlərarası əlaqələrin bir forması da
turizmdir. Turizmin həm mədəniyyətlərin tanınmasında və yayıl-
masında, həm də fərdlərarası əlaqələrin genişlənməsində mühüm rol
oynadığını indi hamı etiraf edir. Turizm həm də yaxşı gəlir
mənbəyidir. İndi dil baxımından bu sahədə də çox acınacaqlı bir
vəziyyət yaranıb. Məsələn, hər hansı ölkədən Azərbaycana bir turist
dəstəsi gəlirsə, əvvəlcədən sifariş verilir ki, ekskursiya ingiliscə
olsun. Başqa bir fakta diqqət yetirək. Bu yaxınlarda bizim
əməkdaşlardan birinin kitabının təqdimatında məmurlardan biri
ingiliscə danışaraq öz “biliklərini” nümayiş etdiririrdi. Təqdimatda
isə, demək olar ki, xarici qonaq yox idi. Bununla heç də onu demək
istəmirik ki, biz monodilli olaq.
Qloballaşan dünyada monodillilik və monomədəniyyət forma-
laşır ki, bu da bütün dünyanı məhvə doğru aparır, planetimizin dil
rəngarəngliyi və mədəni mənzərəsi yeknəsəkliyə uğrayır.
ЫI HİSSƏ
189
“Biz monomədəniyyətin və monodilli ölkənin nümunəsini
qonşumuz Ermənistanda görürük. Bu monomədəniyyət cəmiyyəti
məhdud və çıxılmaz edir, milli eqoizm dövlətin siyasi kursuna
çevrilir, özünəvurğunluq və qüsursuzluq sindromu yaradır. Hələ
böyük V.fon Humboldt yazırdı ki, müxtəlif dillər dünyagörüşlərin
müxtəlifliyi deməkdir. Bir dil bilən heç vaxt düşüncə müxtəlif-
liyinin nə olduğunu dərk edə bilməz. Bir dil bilən ətrafda baş
verənləri bildiyi dilin süzgəcindən keçirdir. Bu da şovinizmin və
özünəqapalılığın yüksək dərəcəyə qalxması, sonda isə birdilli xalqın
süqutuna aparıb çıxarması deməkdir”.
5
Müstəqillik dövründə bizim Respublikada dil situasiyası xeyli
dəyişdi. Sovetlər dönəmində hamımızın imperiya dilini bilməyimiz
tələb olunurdu. Hətta rus dili ikinci ana dilimiz elan olunmuşdu.
Müstəqilliyimiz bərpa olunandan sonra bizim cəmiyyətdə ciddi
dəyişikliklər müşahidə olunur. Bir qism vətəndaşlarımız dini
azadlıq əldə etdikdən sonra ərəb dilinə meyl elədi. Onların balaları
İranda və ərəb ölkələrində dini təhsil alaraq fars və ərəb dilində
oxuyur və yazırlar. Bir qism vətəndaşlarımız Türkiyə türkcəsinə
meyil edir, türk mədəniyyətini və dilini təbliğ etməyə çalışır, yeri
gəldi-gəlmədi türk kəlmələri işlədir, hətta intonasiyanı və vurğunu
da dəyişdirirlər. Üçüncü qism vətəndaşlarımız sovet dönəmində
olduğu kimi, rus dilinə sadiq qalaraq bu dildə fəallıq göstərməkdə
davam edirlər. Dördüncü qism vətəndşlarımız isə, bunları daha çox
öz kayeraları düşündürür, ingilis dilinə meyillidir. Axırıncılar idarə
olunan dilöyrənmə sahəsində daha müntəzəm müdafiə olunurlar.
Nəhayət, əhalinin daha çox hissəsi, biz deyərdik ki, az mütaliə edən
qismi, öz ana dilində, öz türkcəmizdə ünsiyyəti üstün tutur.
Beləliklə, müasir dövrdə millətlərin qarşılıqlı ünsiyyətində dil
faktoru mühüm rol oynayır. Özü də dünya miqyasında xalqlararası
mədəni, iqtisadi, ticari və s. əlaqələrin inkişafında qlobal dil pro-
blemi çox böyük aktuallıq kəsb edir.
Dilçilik elminin obyekti olan dil ən qədim zamanlardan xal-
qların milli şüurunun və vətənpərvərlik hisslərinin formalaşmasında
əsas amillərdən biri olduğu üçün bəşər tarixində onun özünəməxsus
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
190
ictimai-siyasi əhəmiyyəti vardır. Müasir dövrdə müstəqil dövlətimi-
zin dünya sivilizasiyasında tutduğu mövqe ilə bağlı dilimizin həm
ölkə daxilində, həm də xaricdə öyrənilməsi və öyrədilməsi, habelə
Azərbaycan dilinin qloballaşan dünyamızda qorunub saxlanılması
ümumibəşəri çalışmalar fonunda öz mədəniyyətimizin, adət və
ənənələrimizin qorunması kimi başa düşülməlidir.
Məsələ burasındadır ki, ingilis dilinin yayılmasında ingi-
lislərdən daha çox başqa millətlərin nümayəndələri canfəşanlıq edir-
lər. İngiltərənin nüfuzlu Oksford universitetinin danimarkalı alimi
Fillipson “Linqvistik imperializm” adlı kitabını çap etdirmişdir.
Bununla İngiltərə kimi ölkənin böyük universitetlərindən biri öz
mövqeyini bildirmiş oldu.
Məsələyə diaxron aspektdə yanaşıldıqda “dilin tarixi onun
daşıyıcısı olan xalqın tarixidir” konsepsiyasından çıxış edərək, bu
sahədə dərin araşdırmaların aparılması üçün tədqiqatçılarımızın
dilimizin və xalqımızın tarixən bölgədə və dünyada təmasda olduğu
etnomədəniyyətlərə aid tarixi mənbələri araşdırmaq, dilimiz və
dilçilyimizlə bağlı fikir və mülahizələri toplayıb təhlil etməklə xal-
qımızın kimliyi və mədəni səviyyəsi haqqında dolğun məlumatlar
əldə edə bilərik. “Kitabi Dədə Qorqud”dan bəri həm öz mütəfək-
kirlərimizin, həm də dünya dahilərinin dilimizi yüksək səviyyədə
dəyərlərndirmələri dilmizin necə qüdrətli və yenilməz bir ünsiyyət
vasitəsi olduğunu sübut edir. F.fon Bodenşted, Bestujev Marlinski,
M.Y.Lermontov, Avqust von Qaksthauzen, M.P. Falev və başqaları
dilimizə yüksək qiymət vermiş, onun nəinki Azərbaycanda, həm də
Qafqazda və Asiyada möhtəşəm ünsiyyət vasitəsi olduğunu, fransız
dilinin Avropada olduğu kimi Azəraycan dilinin bu bölgələrdə
ünsiyyət vasitəsi kimi şıxış etməsini dəfələrlə qeyd etmişlər.
Məşhur səyyah və folklorçu A.fon Qaksthauzen XVIII əsrin
ortalarında yazırdı ki, ermənilər əsərlərini öz dillərində yox, tatar
(Azərbaycan – F.V.) dilində yazırlar, çünki bu dil Qafqazın
cənubunda xalqlar arasında informasiya, ticarət və qaşılıqlı anlaşma
dilidir, bu mənada onu Avropada fransız dili ilə müqayisə etmək
olar.”
6
Fikrimizcə, xalqımızın qədimdən yüksək intellektual
ЫI HİSSƏ
191
səviyyədə olmasını sübut etmək üçün bu cür qaynaqları toplayıb
çap etmək bizim qarşmızda duran mühüm vəzifə olmalıdır.
Ölkə daxilində dilimizin vəziyyəti, ondan cəmiyyətin müxtəlif
sahələrində istifadənin səviyyəsi, xaricdə yaşayan soydaşlarımıza,
dilimizi internet vasitəsilə öyrənən və öyrənmək istəyən əcnəbilərə
kütləvi-informasiya vasitələrinin köməyilə yardım göstərmək,
müasir tələblərə cavab verən müxtəlif sorğu xarakterli lüğət və
kitabçaların, o cümlədən ölkəmizin fauna və florasını əks etdirən
sözlüklərin, yerli və əcnəbi adların transliterasiyasının elektron vari-
antda hazırlanması, kompüterlə dilöyrətmə və dilimizin müasir
səviyyədə formal və semantik təhlili bugünkü dilçiliyimizin aktual
problemlərindən sayılmalıdır, canlı dilimizdə çeşidli dərs vəsait-
lərinin tərtbiqi müvafiq qurumların qarşısında bir nömrəli vəzifə
kimi dayanır.
Azərbaycan və dünya linqvistik irsinin, habelə bütövlükdə
dilçilik elminin müasir səviyyəsinin öyrənilməsi, Azərbaycan
dilçilik konsepsiyasını və dəyərlərini dünyaya çıxartmaq və dünya
dilçiliyinin nəzəri fikirlərini Azərbaycana gətirmək mühüm əhəmiy-
yət kəsb edir. Bu məqsədlə müasir dilçilikdə fundamental əsərlərdən
bəzilərinin Azərbaycan dilinə tərcümə edilərək şərhlərlə çap
edilməsi, habelə Respublikamızın görkəmli dilçilərinin əsərlərinin
almanaxının hazırlanması müvafiq qurumların qarşısında duran
aktual məsələdir.
Dilin fəlsəfə (dil fəlsəfəsi və dilçilik fəlsəfəsi, dilin ontoloji və
metodoloji problemləri), psixologiya (ünsiyyətin uğurluluğu və
uğursuzluğu problemləri), sosioloinqvistika (cəmiyyətin müxtəlif
səviyyələrində və qurumlarında dilin işlənməsi, milli dil, variantları
və dialektləri, dil siyasəti və millətlərarası ünsiyyətdə dilimizin
yeri), fiziologiya (koqnitiv dilçilik, afaziya, loqopediya, defektolo-
giya və s.), texnologiyalarla (maşınla tərcümə, danışıq aktı
nəzəriyyəsi, danışanın kimliyinin nitqinə görə, yəni səs obrazlarının
tanınması, kriminalistikada dilin rolu), semiotika (dilin işarəviliyi
və dil işarələrinin başqa işarələrdən fərqi, dil işarələrinin praqmatik
və semantik təhlili, mətn dilçiliyi və diskurs təhlili) əlaqələri müasir
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
192
nəzəri dilçilik işığında öyrənilməli və bu sahələr üzrə tədqiqatlar si-
stemli olmalıdır. Dilçiliyimizdə hökm sürən şablonçuluq və
avrosentrizmə son qoymaq vaxtı gəlib çatmışdır. Şirin ana dilimizin
özəlliklərinin üzə çıxarılması, M.Kaşğaridən üzü bu yana söylənil-
miş fikirləri saf – çürük edib dilçiliyimizin tarixini əks etdirən san-
ballı bir əsər yazıb ortaya qoymalıyıq.
"Sivilizasiya". Avrasiya universitetinin əsərləri. Dil və ədəbiyyat.
Bakı, 2012, №1. s.51-59.
Ədəbiyyat
1. F.Veysəlli. Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə qlobal
dil problemi. Bakı, Avrasiya universiteti. “Sivilizasiya”, Bakı, 2012, №1,
s.51-59.
2. Bu sahədə Bakı Slavyan Universitetinin təşəbbüsü və maddi
köməyilə dilimizə tərcümə olunan bir sıra əsərlərin çap olunması
təqdirəlayiqdir. Bax: E.Koseriu. Ümumi dilçiliyə giriş. Almancadan
tərcüməsi, ön söz və qeydlər prof. F.Veysəllinindir. BSU, “Filoloqun
kitabxanası seriyasından”, Bakı, 2006 .
3. F.Veysəlli. Göstərilən əsəri, s.52.
4. Yenə orada, s.53.
5. Yenə orada, s. 53.
6. F.Yadigar (Veysəlli). Fonetika və fonologiya məsələləri. Bakı,
1993, s.47.
II. 5. Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə
qlobal dil problemi
Hazırda qloballaşma xalqların daha intensiv ünsiyyətə girmə-
sini vacib amil kimi bəşəriyyət qarşısında irəli sürdüyü mühüm
tələblərdəndir. Bugünkü dünyamızda xalqların və millətlərin qarşı-
lıqlı münasibətlərində dilin mühüm ünsiyyət vasitəsi kimi çıxış et-
məsi təbii qarşılanır. Bu gün ən müasir sayılan texnoloji yenilik belə
dil qədər önəmli ola bilmir, çünki bütün texnoloji yeniliklərin
xalqların məişətinə tam daxil olması üçün xüsusi metadilə ehtiyacı
vardır. İndi hamıya gün kimi aydındır ki, canlı ünsiyyətdə linqvo-
semiotik vasitələrlə yanaşı (təbii dildəki metaforik və metonomik
ЫI HİSSƏ
193
özəlliklər, paralinqvistik ifadələrlə bərabər intonasiya) etnosemiotik
vasitələr də (folklor, rəqs, poza və s.) qarşılıqlı anlaşmada mühüm
yer tutur. Qeyd edək ki, son semiotik tədqiqatlar insanda 1000 – ə
qədər poza növü fərqləndirir. Onlar, Y.Lotmanın təbirincə desək,
semiosferdə ünsiyyət mədəniyyətinin elementlərinin lokutiv vasitə-
ləri kimi çıxış etməklə danışıq aktında illokutiv niyyətin və perlo-
kutiv nəticənin əldə olunmasına, bununla da ünsiyyətin uğurlulu-
ğuna təminat yaradırlar
1
. Bədən üzvlərinin danışıq prosesində
müxtəlif müşayətedici (danışarkən əl-qolun və bədənin digər üzv-
lərinin hərəkəti) və ya müstəqil (başın o yan-bu yana və ya aşağı-
yuxarı hərəkəti) hərəkəti intellektual və emosional təsir oyatmaqla
yanaşı inandırıcı olmaq və həm də danışanın kimliyini müəyyən
etmək üçün vacib şərtlərdəndir.
Görkəmli dilçi M.Pey yazır ki, insan 700.000 fərqli hərəkət-
lərdə bulunur
2
. Bunların bəzisini biz hər gün müşahidə edirik.
Məsələn, şəhadət barmağımızı uşağa silkələyəndə demək istəyirk ki,
“olmaz!”.
Burada xüsusi qeyd olunmalıdır ki, qloballaşma dövründə
ingilis dilinin hökmranlığı hər hansı bir dilin iqtisadi, siyasi və hərbi
rıçaqlardan istifadə olunmaqla onun zor gücünə qəbul etdirilməsinə
gətirib çıxardır ki, bununla da başqa xalqların dillərinə və mədəniy-
yətlərinə öldürücü zərbə dəymiş olur. Nəticədə dili hakim olan xalq
eqoist olur, özünü əlçatmaz zirvədə hesab edir. Bununla bağlı alman
alimi Y.Trabant yazır: “İngilislər və amerikanlar bir qayda olaraq
lazım bilmirlər ki, xarici dillərdə əsər oxusunlar, heç onlar həmin
əsərləri tərcümə elətdirməyə böyük həvəs göstərmirlər”. Bunu
alman alimi “Mitridat cənnətdə – dil düşüncəsinin kiçik hekayələri”
adlı əsərində yazıb
3
. Oxucu üçün aydın olsun deyə qeyd edək ki,
romalılar ancaq yunan dilini qəbul edirdilər. Qara Dəniz sahillərində
yaşayan pontosların kralı VI Mitridat qədim romalıların qəti
düşməni idi. O öz adamlarına əmr edirdi ki, miladdan 63 il əvvəl
Pompeyin və yeni imperiyanın əlinə düşməmək üçün onu
öldürsünlər. Bunun öz pərdəarxası səbəbi vardı. İş burasındadır ki,
Mitridat çox savadlı idi, ən azı 22 dil bilirdi. Odur ki, o, ətrafda baş
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
194
verənləri və imperiya iddialarını yaxşı başa düşürdü, ona görə də
başqa dilləri yaxına buraxmırdı.
Bu gün dünya dilləri haqqında dilçilərin əlində olduqca
zəngin material vardır. Məsələn, dünyada 6500 dilin 250-ı Avstra-
liyada qeydə alınıb. Ötən əsrin 90-cı illərində ABŞ antropoloqu
J.Blevins Avstraliyaya üçillik səfəri zamanı bu ölkədə danışılan
dillərdən birinin – “Nhanda” dilinin sonuncu daşıyıcısı Lusi Ray-
derin öz əcdadlarından eşitdiklər bitki, heyvan, dağ, dərə və s. adla-
rından maraqlı əhvalatları qələmə alıb kasetlərə köçürərək
Laypsiqdə Maks Plank institutuna verib. İndi onlar orada saxlanılır
4
.
Ancaq indi həmin nhanda dilində danışan bir nəfər də qalmayıb.
Canlı dilin ölüb sıradan çıxması haqqında daha bir əhvalat: 82
samiti və 3 saiti olan Qafqazda kəraim dilində əvvəllər 50.000 adam
danışırdı. Bu dildə axırıncı danışanın 1984-cü ildə 82 yaşı olub
5
.
Bu tale dünyanın bütün dillərinə qismət ola bilər. İndi 6500
dilin 273-də 1 milyon adam danışır. Proqnozlara görə, XXI əsrin
sonlarına bu dillərin 2000-i ölüb gedəcək.
Bu gün bu dillərdən ikisinin taleyi çox düşündürücüdür. On-
lardan biri alman, o birisi isə bizim dilimizdir. Alman dilində indi
100 milyon, Azərbaycan dilində isə 50 milyon adam danışır. Dünya
dahilərinin bir neçəsinin yazıb yaratdığı dillərin taleyi bu proqno-
zlara görə yaxşı gözlənilmir. Söhbət Lüter, Kant, Heqel, Qöte,
Einşteyn, Kafka, Mann, Qras və ya Nəsimi, Füzuli, Vaqif, Sabir,
Şəhriyar və daha kimlərin danışdıqları, yazıb yaratdıqları dillərdən
gedir. Bircə misal verək. 2000-ci ildə dünyada 20, 1 milyon adam
alman dilini öyrənirdisə, 2005-ci ildə bu rəqəm 16, 1 milyon olub.
Fransada belə bir qayda var. Öz sözünün əvəzinə yad söz
işlədən adam rəsmi şəkildə cərimə olunur. Vaxtilə Kanadanın Kve-
bek əyalətində xüsusi dil polisi yaranmışdı və o polis fransızca
danışmayanları cəzalandırırıdı. Ancaq bu tədbir heç bir nəticə ver-
mədi.
Avropa Şurasında FDP-dən almaniyalı deputat ingiliscə
danışmağı pis hadisə saymır. Brüsseldə belə bir qərar verilib ki, Aİ-
də sənədlər, çıxışlar və digər mətnlər ingiliscə çap olunmalıdır.
ЫI HİSSƏ
195
Bunu kəskin tənqid atəşinə tutan Ş.Matias bildirir ki, Avropa
qurumlarında ən çox deputat Almaniyanın payına düşür, – 25 %,
halbuki ingilislər fransızlarla bir yerdə deputatların ümumi sayının
16 %-ni təşkil edir. Alman parlamenti Avropa İttifaqına rəsmi
müraciət göndərdi ki, sənədlər almanca olsa, bundestaq onları
müzakirə edə bilər.
Hətta alman unuversitetləri magistr qəbulunu ingilis dilində
aparır. Bu yaxınlarda Almaniyanın ən böyük qəzeti “Süddeutsche
Zeitung”
7
böyük konqresin ingilis dilində keçirilməsilə bağlı elan
vermişdi.
Beləliklə, planetimizdə monomədəniyyət formalaşır ki, bu da
bütün dünyanı məhvə doğru aparır.
Alman xalqının böyük oğlu M.Lüter “İncili” almancaya
tərcümə etdi və Saksoniya dəftərxana dilindən möhtəşəm bir ədəbi
dil yaratdı. Başqa bir alman filosofu və məntiqçisi Q.Laybnis
1682/83-cü illərdə yazırdı ki, o, alman dilinin kəskin və ağıllı işlən-
məsini arzu edir, əqlə aydınlıq gətirən bir dil həsrətindədir.
Azərbaycan dili də bu keşmə-keşli dünyada öz yerini
qorumalıdır. Dünyada ulularımız M.F.Axundov, Sabir, C.Məmməd-
quluzadə, Ü.Hacıbəyli, Şəhriyar və neçə-neçə söz xridarılrımızın
yazıb-yaratdıqlar doğma, şirin Azərbaycan türkcəsi bu gün iki yerə
bölünsə də, onun qüdrəti, qüvvəti hələ də xalqın iradəsi sayəsində
yaşamaqdadır. Ancaq qloballaşma təhlükəsi bütün dünya dillərində
olduğu kimi, bizim dilimizin də başının üstünü kəsmişdir. Bu
bəladan az itkilə çıxmaq üçün xalqımız durmadan mübarizə apar-
malıdı, dilimizi yadelli qəsbkarlardan qorumalıdr.
Onu da qeyd edək ki, dünya dilləri qohumluq dərcəsinə görə
kifayət qədər dolğun şərh olunaraq bölüşdürülüb. Deyək ki, ispan
və portugəz dilləri nə qədər müstəqil olsalar da, o dillərin daşıyı-
cıları ispanlar və portugəzlər bir-birilərinin qəzet və jurnallarını
oxuyub başa düşürlər. Ancaq danışanda anlam çətinlikləri olur.
Eləcə də finlər və estonlar bir-birilərini başa düşə bilirər. Dani-
markalılar, isveçlilər və norveçlilər deyirlər ki, onların dilləri
fərqlidir. Ancaq M.Pey yazır ki, italyan dialektləri Siciliya və Pid-
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
196
montese arasındakı fərqlər 3 skandinav dili arasındakı fərqlərdən
çoxdur. Rumın və moldavan dilləri eyni olsalar da, onların adları
müxtəlifdir. Bu gün Azərbaycan və Türkiyə türkcəsindən danışılsa
da, onların eyni dil olmaları heç bir şübhə doğurmur. Serb və xorvat
dilləri arasındakı fərq ondan ibarətdir ki, birincinin yazısı kirilldə,
ikincisininki isə latın qrafikasındadır.
Bəzi ölkələrdə müəyyən sahədə bir, başqa sahədə isə tamam
başqa dil işlənir. Məsələn, Lüksemburqda məktəbdə fransız, qəzet
oxuyanda alman, evdə isə alman dilinin yerli Lüksemburq
dialektində danışırlar. Paraqvayda insanlar biznes işlərində ispan,
qalan hallarda isə yerli hindilərin dili olan quarani dilindən istifadə
edirlər. Yunanıstanda da uzun illər məktəbdə katherovusa, ictimai
yerlərdə isə dhimotiki dilindən istifadə edilirdi.
İki və artıq dilli ölkələrdə həmişə dil konfliktləri müşahidə
olunur. Keçmiş sovetlər birliyində bu, müttəfiq respublikalarda adi
hal idi. Belçikada bir şəhərin 3 adı var. Fransızların Liege
adlandıdığı şəhəri danimarkalılar Luik, almanlar isə Lütix kimi
işlədirlər. Flamandriyanın paytaxtı fransızca Bruges (broozsh), daç
dilində Brugge, almanca Brück adlanır. Flamandların çoxluq təşkil
etdiyi Belçikada valonların ağalığı vaxtı parlamentdə və məktəbdə
flamandca və ya daçca danışmaq qadağan idi.
Bəzən naşı adamlar dillərin çətinliyinə və asanlığına görə
fərqli olmasını xüsusi qeyd edirlər. Ancaq bu çətinlik və asanlığı
əsaslandırmaq o qədər də asan olmur. Məsələn, ingilis dilində hal
kateqoriyası yoxdur, fin dilində isə 15 hal vardır, başqa sözlə desək,
bu dildə hər bir isim 15 şəklə düşür: nom., akk, , allativ, inessiv,
komitativ və s. Təsəvvür edək ki, hər bir azərbaycanlı /daş/, /diş/
/duz/ və s. sözlərini 15 halda işədirlər. Dünyada ən geniş yayılmış
ingilis dilində isə ümumi və yiyəlik halları vardır. Birinci sıfır
şəkilçi ilə, ikinci isə /-s/ artırmaqla düzəlir. Bu dildə əvəzlik 3 cür,
(/İ/ (mən), /my/(mənim), /me/(mənə)), feil isə 5 cür (/ride/ (miniklə
getmə), /rides/ (3-cü şəxs təkdə = o, miniklə gedir), /rode/ (həmin
feilin keçmiş zaman – preterit forması), /riding/ ( davamlı indiki
zaman düzəltmək üçün forma) və /ridden/ ( məchul növü düzəltmək
ЫI HİSSƏ
197
üçün forma) dəyişir. Alman dilində isə feilin 15 forması var: /lesen-
lese, lies, liest, lest, lesen, las, last, lasen, (hat) gelesen, läse, läsen,
läst, läsest, lesend/. Qəribə gəlir, elə deyilmi? Ancaq bu belədir.
Qəribəliklər bununla bitmir. Eyni denotat bir dildə qadın cinsinə
(məs. “şəhər” alman dilində /die Stadt/), onunla genetik cəhətdən
qohum olan rus dilində isə kişi cinsinə aidir: (/qоrоd/). Rus dilində
ismin 12 (tək və cəmdə bütün hallarda), sifətin 16 forması
mövcuddur. İngilis dilində isə sifətin 3 forması vardır: /blond,
blonder (than), blondest/.
Romanlarda /grey/ (boz) sözünün qarşılığı yoxdur. İrlandi-
yanın gəlik dilində /hə/ və /yox/-un qarşılığı yoxdur. Onlar deyirlər
/İ think not// və ya /This is so//. İtalyanlar /qardaş qızı/ və /qız
nəvə/-ni, eləcə də /qardaş oğlu/ ilə /oğlan nəvə/ni fərqləndirmirlər.
Fransız dilində sifət isimdən sonra gəlir: /l`auto rouge/. Ancaq al-
man dilinin təsirilə Raynlandda normal söz sırası işlənir. Gəlik di-
lini başa düşməyənlər Şotlandiyanın dağlıq yerlərində bu diln təsiri
altında müəyyən ifadələr işlədirlər. Yaponlar müəyyən və qeyri –
müəyyən artiklin nə olduğunu bilmirlər. Digər tərəfdən, yaponlar
isimlərin tək və cəmini fərqləndirmirlər. Onlar həmçinin gələcək
zaman deyilən şey tanımırlar. Onlar /Tokyo e yukimasu// deyəndə
həm /Tokiyoya gedirəm/, həm də /Tokiyoya gedəcəyəm// ifadə
edirlər. Əlbəttə, burada kontekst köməyə gəlir. Digər tərəfən, yapon
cümlələrinin yarısı mübtədasız olur.
Yunan dilində ümumi ünsiyyətə xidmət edən 70-ə yaxın jest
var. Məsələn, sol əli çənəyə söykəyir, gözün birini bağlayır, o biri
göz orta məsafəyə baxır, o biri əli isə o yan – bu yana yelləyirlər,
bununla da ?Mən bilmirəm ki, buna nə edim?
4
bildirirlər.
Dünyanın 6500 dilində bütün bu “bədən dili”lə bağlı işarələri
hesablaya bilərikmi? Bəzi ölkələrdə 2-3 dil (Belçika), bəzilərində
isə (Kamerun, Papua, Yeni Qvineya və s.) 100-ə qədər dil vardır.
Hindistan 1600 dil və dialektlə, yəqin ki, dünyada liderdir.
Bəzi dillər var ki, onlar kreol dillərə çevrilir, absorpsiyaya
uğrayr və amalqamlaşır. Şotlandlar /Take the here//, /Bring that
here// və ya /İ am seeing you// /İ see you// əvəzinə işlədirlər. Hol-
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
198
landiya ilə Qərbi Almaniya, Şimali Almaniya ilə Danimarka əhalisi
bir -birilərinə öz həmvətənlilərindən yaxşı başa düşürlər. Kolumb
yeni dünyanı kəşf edəndə orada 1000 dil vardı, hazırda onlardan
600-ü qalıb.
Dillər daim dəyişməkdədir. Ən az dəyişən dil island dilidir.
Belə ki, islandlar minillik tarixi olan saqaları asanlıqla oxuya bilir-
lər. İngilis dili ən çox dəyişikliyə uğrayan dildir. Özü də həm lek-
sikonda, həm də sintaktik səviyyədə bu dəyişikliklər aydın hiss olu-
nur. Ancaq ingilis orfoqrafiyası bu dəyişiklikləri qəti nəzərə almır.
Dünyanın dil xəritəsinə nəzər salsaq görərik ki, bəzi ölkələrdə dil
mənzərəsi çox rəngarəngdir. Məsələn, İsveçrədə 4 dil rəsmi dildir
(alman, fransız, italyan və retroroman). Bu axırıncı sərt qışı və nadir
coğrafiyası olan şərqdə St.Mori, Davos və Klosters kimi təcrid
olunmuş gözəl yerlərdə işlənir. Retroroman dilinin 5 variantı mə-
lumdur. Sutselvadan olanlar “vagned na qua”(gəl bura) deyirsə, baş-
qa dərədən olanlar həmin ifadəni “vegni neu chen” kimi işlədirlər.
Başqa yerlərdə isə eyni cür danışıb katolik və protestant olmasına
rəğmən fərqli yazırlar.
5
Alman dili (Almaniya, Avstriya, İsveçrə, Rumıniya, Fransa,
Macarıstan, Rusiya, Kazaxstan, Polşa, Belçika və s.) ədəbi dildən
kənar çətin başa düşülən milli dil və dialektləri əhatə edir, onlar
fərqli leksikonla və sintaktik strukturlarla səciyyələnir. Hətta bir öl-
kə daxilində-Almaniyanın Bavariya dialektində “Samstag” (şənbə),
Berlində “Sonnaband”, su borusunu təmir edənə “Spengler”, Ber-
lində isə “Klempner” deyirlər.
İtalyan dili də çox qəribəliklərlə səciyyələnir. Məlumdur ki,
milli dil kimi Florensiya və Tuscan dialektləri formalaşıb. 1979-cu
ildə ölkə əhalisinin 5 %-i həmin dialektdə danışırdı. Keçmiş
sovetlər birliyində 149 dil vardı. Əhalinin yarısı öz dilində danışırdı,
çoxu heç ruscanı bilmirdi. Vatikanın rəsmi dili latın dilidir. Hazırda
dünya miqyasında dəyərlərin yenidən qiymətləndirilməsi, elm və
texnikada paradiqmlərin dəyişməsi müşahidə olunur. Bunun da əsas
səbəbi dünyada sürətlə gedən qloballaşmanın həyatımızın bütün
sahələrinə sirayət etməsidir. Başqa sözlə desək, BMT-nin baş
ЫI HİSSƏ
199
qərargahının yerləşdiyi Nyu Yorkdan tutmuş Şərqin ən ucqar
nöqtəsi olan Tokiyoya qədər bütün planetimizdə eyni və ya oxşar
ssenariya ilə təkrar olunan siyasi, mədəni, ticari və iqtisadi proseslər
gedir. Hər hansı bir yenilik sürətlə bütün dünyaya yayılır və
hamının gündəlik işlətdiyi avadanlığa çevrilir. Bu proseslərin əsl
daşıyıcısı dildir. Dildə yeni texnologiyalar və onlardan istifadə
qaydaları yaranır, özü də bu, bir qayda olaraq, ingilis dilində olur,
sonra başqa dillərə tərcümə olunur və onlar tezliklə dünyada bütün
insanların mənəvi sərvətinə çevrilir. Bu gün artıq texnoloji
yenilikləri başqa dillərə tərcümə etməyə etiyac da qalmır. Yeni
kəşflər və ixtiralar bir dildə, ingilis dilində yaranır və bütün dün-
yaya yayılır. Hətta öz müqavimət gücünə, struktur və sistem
xüsusiyyətlərinə görə ingilis dilindən geri qalmayan, bu yaxınlara
qədər imperiyaların və superdövlətlərin dili olmuş rus, alman,
fransız, ispan və s. dillər də texniki təlimatların və sənədlərin
tərcüməsinə ehtiyac duymur. Dünya monodillilik istiqamətində
durmadan sürətlə irəliləyir.
Bu gün mədəni olmaq istəyən, başqa xalqların nümayən-
dələrilə tez və maneəsiz əlaqə yaratmaq istəyən hər kəs ingilis
dilində danışmağı üstün tutur. Dünya forumlarının və təşkilatlarının
keçirdikləri bütün tədbirlərdə işlək dilin ingilis dili olması arzu
edilir. Bəzən etika xatirinə və ya hörmət əlaməti olaraq forum və
simpoziumların keçirildiyi ölkənin dilini də işlək dil kimi göstə-
rirlər. Ancaq bu elə bir səmərə vermir. Çünki hər hansı bir yeni
ideyanın dünya miqyasına çıxması üçün həmin ideyanın qlobal
dildə şərh olunmasını ehtiva edir. Əks təqdirdə ideya məhəlli sədləri
aşıb keçə bilməz.
Dünyada qlobal dil məsələsi iki mühüm etirazla müşayət
olunur. Bir tərəfdən bu, dil imperializmi qorxusunu yaradır.
Doğrudan da, danimark alimi R.Filipsonun yazdığı kimi, linqvistik
imperializm bu gün bəşəriyyət üçün ən ciddi təhlükə törədən bir
məsələdir. Bu alimin özü çoxdillidir, özü də ingilis dilinin ikinci dil
kimi işləndiyi Danimarkda yaşayır. Lakin onun məşhur “Linqvistik
imperializm” kitabı məhz İngiltərədə iki dəfə çapdan çıxıb (Oks-
Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild
200
ford, 1992, 1993). Bu faktın özü onu göstərir ki, dili beynəlxalq dilə
çevrilmiş İngiltərənin özü belə linqvistik imperializmin geniş vüsət
almasından narahatdır. İkinci etiraz isə milli azlıqların qlobal dil
siyasətinə qarşı çıxmaları ilə bağlıdır. Məlum olduğu kimi,
Avropada Norveç, İsveç, Danimarka, İsveçrə və s. kimi iqtisadi cə-
hətdən inkişaf etmiş ölkələrdə demoqrafik vəziyyət çox ağırdır. Bu
ölkələrdə əhalinin artımı yox dərəcəsindədir. Digər tərəfdən, bu
ölkələrin gəncləri amerikan və ingilis təsirlərinə məruz qalaraq öz
mədəniyyələrini və dillərini unutmaq üzrədirlər. Elə bu qayğının
nəticəsi idi ki, 1975-ci ildə Helsinki şəhərində 35 ölkənin toplandığı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq forumunun son sənədini
yuxarıda adlarını çəkdiyimiz və digər ölkələrin nümayəndələri o
sənədin onların dilində də tərtib olunmayacağı təqdirdə onu imzala-
maqdan imtina etmişdilər. Deməli, bütün Avropa səviyyəsində baş
verə biləcək dil qloballaşmasının qarşısı alındı.
Qeyd edək ki, beynəlxalq səviyyədə qlobal dil siyasətinə qarşı
təkcə sayca az olan millətlərin nümayəndələri mübarizə aparmırlar.
Sayca yüz milyonlarla adamların danışdığı alman, fransız, ispan, rus
və s. dillərin təmsilçiləri də bu mübarizəyə qoşulduqlarını elan
edirlər.
Oxşar vəziyyəti biz öz respublikamızda da müşahidə edirik.
Əvvəllər bizim rus dilini bilməyimiz tələb olunurdu. Hətta rus dili
ikinci ana dilimiz elan olunmuşdu. Müstəqilliyimiz bərpa olunandan
sonra bizdə ciddi təbəddülatlar yarandı.
Beləliklə, müasir dövrdə millətlərin qarşılıqlı ünsiyyətndə dil
faktoru mühüm rol oynayır. Özü də dünya miqyasında xalqlararası
mədəni, iqtisadi, ticari və s. əlaqələrin inkişafında qlobal dil
problemi çox böyük aktuallıq kəsb edir.
ADU. "Dil və ədəbiyyat" jurnalı. Bakı, 2012, s.20-26.
Dostları ilə paylaş: |