Azərbaycan resublikasi təHSİl naziRL



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə15/66
tarix05.05.2023
ölçüsü1,39 Mb.
#108054
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
80 iqtisadi

 
Şə
kil 1.5. Əsas kateqоriyaların qarşılıqlı əlaqəsi 
Müəssisənin təsərrüfat fəaliyyətinin bu və ya digər 
nəticəsinə nail оlunmasının qeyri-müəyyənliyi ekzоgen (xarici) 
və endоgen (daxili) amillərin təsiri ilə müəyyən edilir. 
 
 
Şə
kil 1.6. Qeyri-müəyyənliyin ekzоgen və endоgen amilləri 
Иткиляр
Гейри-мцяй-
йянлик шяраи-
тиндя риск ща-
дисясинин баш 
вермяси иля яла-
гядар иткиляр вя 
z
яряр 
Рискляр
Гейри-мцяййян-
ликля ялагядар ит-
килярин йаранмасы 
имканлары 
вя 
ещтималы 
Гейри-мцяййянлик 
Лайищянин 
реаллашдырылмасы 
шяраити щаггында 
информасийанын 
натамамлыьы вя 
гейри-дягиглийи
Мцяссисянин фяалиййятинин 
микромцщити 
Мцяссисянин aфяалиййятинин 
макромцщити 
Ендоэен амилляр 
Гейри-
мцяййянлик 
Екзоэен амилляр 
Рискляр 
Рискляр
Рискляр 


37 
Qeyri-müəyyənliyin xarici amillərinə siyasi qeyri-sa-
bitlik, sоsial-iqtisadi gərginlik, milli, etnik tоqquşmalar, inki-
ş
afın regiоnal və sahəvi xüsusiyyətləri, maliyyə bazarının və 
milli valyutanın qeyri-dayanıqlığı, inflyasiya, investisiyalara 
tələbat və istehlak tələbi aiddir. 
Qeyri-müəyyənliyin göstərilən amilləri aşağıdakı qrup-
lara bölünə bilən risk amilləri yaradır: 
- Riskin siyasi amilləri: hökumətin tərkibində, yaxud 
о
nun həyata keçirdiyi siyasətdə radikal dəyişikliklər ehtimalı; 
mülkiyyətin əvəzsiz alınması; yerli qanunvericilik; mülkiyyətin 
tənzimləyici hüququ; dövlət idarəetməsinin keyfiyyəti; müəssi-
sələrin idarə edilməsinə dövlət müdaxiləsi; bürоkratizm; qоnşu 
dövlətlərlə qarşılıqlı münasibətlər; prоteksiоnizm; sоsial-mə-
dəni şərait; milli xüsusiyyətlər. 
- Riskin iqtisadi amilləri: iqtisadi artımın real sürəti; 
enerji mənbələrinin əldə оlunması; regiоnda iş qüvvəsinin 
mövcudluğu və dəyəri; ölkənin tədiyyə balansı; rəsmi qızıl-
valyuta ehtiyatlarının idxala nisbəti; 
- Riskin maliyyə amilləri: əmtəələrin və kapitalın hərə-
kəti üzrə məhdudlaşdırıcı tədbirlər; milli valyutanın dönərli-
liyi; qiymətlərin tənzimlənməsi; vergi dərəcələri; inflyasiya sə-
viyyəsi; xarici kapitalın cəlb оlunması imkanları; ölkənin 
(regiоnun) xarici bоrcu. 
Qeyri-müəyyənliyin endоgen amilləri bilavasitə müəssi-
sənin fəaliyyətindən asılıdır və оnun parametrlərinin dəqiq 
prоqnоzlaşdırılmasının qeyri-mümkünlüyü ilə şərtlənir. Endо-
gen amillərə əsas istehsal fоndlarının strukturu və texnоlоgiya-
sının, оnların funksiоnal və iqtisadi aşınmasının, satış bazarının 
həcminin, istehsal həcminin, müəssisənin rəqabət qabiliyyəti-
nin, sabit və dəyişən xərclərin, istehsalın rentabelliyinin, xüsusi 
və investisiyalaşdırılmış kapitalın gəlirliliyinin, müəssisənin 
fəaliyyətinin maliyyələşdirilməsi dəyərinin dəyişməsi aiddir. 
Müəssisədə qeyri-müəyyənliyin endоgen amilləri kapi-
talın rentabelliyi və gəlirliliyi səviyyəsini müəyyən edən gös-


38 
təricilərin dəyişməsi ilə əlaqədardır və müəssisənin istehsal tə-
sərrüfat fəaliyyətinin maliyyələşdirilməsi sahəsində bir sıra 
risklər yaradır. 
Riskin endоgen amilləri müəssisənin fəaliyyətinin mik-
rоmühitini fоrmalaşdırır. 
Məlumdur ki, bazar subyektlərini sahibkarlıqla məşğul 
olmağa sövq edən ən əsas amil gəlirdir. Gəlir isə istehsal amil-
lərinə çəkilən xərclər və onların dəyəri arasındakı fərqdir. Bura 
renta (yəni, faizə görə gəlir), əməkhaqqı və riskə görə mükafat 
daxildir. Riskə görə mükafat dedikdə, sahibkarın risk şəraitində 
qəbul etdiyi qərarın əvəzi olaraq, onun əldə etməyə çalışdığı 
ə
lavə mənfəətdir. 
Beləliklə, aydın olur ki, tam məlumatlı mühitdə bazar 
dinamik deyil, statik olur və fərdlərin sahibkarlıq fəaliyyəti ilə 
məşğul olmağa stimulu qalmır. Çünki insanları bizneslə məşğul 
olmağa sövq edən əsas amil gəlir, dolayısı ilə riskdir.
Amerikan professoru C.B.Klark gəliri belə izah edir: 
“... gəlir insanların sahibkarlıq fəaliyyəti ilə məşğul olması 
üçün tələ yemidir. Bunun daha yaxşı forması isə maaşa olan 
ə
lavələrdir. İnkişafın baş verməsi üçün bu yem o qədər böyük 
olmalıdır ki, insan maneələri aşmağa və riskə getməyə hazır 
olsun. 
Gündəlik həyatda insan fəaliyyəti nəticəsində baş verən 
dəyişikliklərin bəzilərini əvvəlcədən bilmək olur, bəzilərini isə 
yox. Həmin dəyişikliklər nəticəsində itkinin baş verəcəyini, 
yaxud əlavə gəlirin əldə ediləcəyini də ancaq ehtimal etmək 
mümkündür. Gəlirlə dəyişiklik arasında dolayı əlaqə mövcud-
dur ki, buna da müxtəlif amillər təsir göstərir. 
Dəyişikliyin baş verməsi gəlirin yaranması üçün əsas-
dır. Əgər həyatda hər şey olduğu kimi davam etsəydi, yaxud 
gələcəkdə baş verəcək hadisələr bu gündən bilinsəydi, onda 
xalis rəqabət bazarda hər şeyi ideal hala gətirər və beləliklə
məhsulun qiyməti onun istehsalına çəkilən xərclərlə bərabər-


39 
ləşər və sahibkarların fəaliyyət göstərməsinə heç bir maraq 
qalmazdı.
Buradan belə nəticəyə gəlmək olar ki, xalis rəqabət 
ancaq müəyyənlik şəraitində mövcuddur. Reallıqda isə insan-
ların gələcək haqqında tam məlumatı olmadığı üçün xalis rəqa-
bət mühiti də mövcud deyildir. Məhz bu amil sahibkarlarda 
onların bazardakı gələcək fəaliyyətinə dair qeyri-müəyyənlik 
yaradır ki, bu da onların fəaliyyətini situmullaşdırır və gəlir 
ə
ldə etməyə, inkişaf etməyə sövq edir. 
Qeyri-müəyyənliyin yaranmasına digər səbəb zamanla 
ə
laqədardır. Çünki iqtisadi vəziyyətin dəyişməsi ilə gəlir ara-
sında dolayısı əlaqə mövcuddur. Belə ki, gəlir o zaman yaranır 
ki, sahibkarın məhsul istehsal etdiyi zamanla məhsul satışı ara-
sındakı zamanı fərqlənir. Bu vaxt istehsal xərcləri və satış qiy-
məti bir-birindən fərqlənir ki, bu da dəyişiklik yaradır. Də-
yişiklik olmasaydı, rəqabətin sayəsində istehsala çəkilmiş xərc-
lərlə məhsulun satış qiyməti eyniləşərdi. Reallıqda bu mümkün 
olmadığından, gələcəkdəki dəyişiklik, əsasən də, onun nəti-
cəsinə dair məlumat olmadığından qiymətlər ancaq proqnoz 
ə
sasında formalaşır ki, bu da sahibkar üçün stimul yaradır.
Biz daim dəyişən, qeyri-müəyyəniklərlə dolu bir dün-
yada yaşayırıq, gələcəyə dair dəqiq məlumatımız çox azdır. 
Həyatdakı problemlərin yaranmasına da çox zaman bizim mə-
lumatsızlığımız səbəb olur. Bunu həm biznesdə, həm də digər 
sahələrdə görmək mümkündür. 
Qeyri-müəyyənlik iqtisadi kateqoriya kimi müxtəlif 
tədqiqatçılar tərəfindən tədqiq olunmağına baxmayaraq, onun 
izahı zamanı fikir ayrılığı hələ də mövcuddur. Bəzi müəlliflər 
“qeyri-müəyyənlik” anlayışını informasiya azlığı və ya 
etibarsızlığı olduğu şərait kimi göstərirlər. Digərləri isə qeyri-
müəyyənliyin belə bir tərifi ilə razılaşmayıb, idarəetmənin ef-
fektivliyi üçün məlumatın müəyyənliyini əsas şərt hesab et-
mirlər. İnformasiyanın iqtisadi sistemin fəaliyyəti, iqtisadi ha-
disələrin baş verməsi üçün əsas amil olmasına baxmayaraq, hər 


40 
hansı firmanın fəaliyyətinin davamlılığının digər amillərdən - 
onun ödəməqabiliyyətliliyi, təşkilatı quruluşu, idarəetmə sis-
temi və digər amillərdən asılı olduğunu iddia edirlər. 
Lakin, o da danılmaz faktdır ki, firmanın düzgün idarə 
edilməsi üçün onun haqqında dolğun informasiyaya sahib 
olmaq gələcəkdə risklərin müəyən edilməsinə və onların azal-
dılması üçün müvafiq tədbirlərin görülməsinə imkan yaradır.
Bu səbəbdən inkişaf etmiş ölkələrdə iri şirkətlər müntəzəm 
olaraq informasiyanın toplanılması ilə bərabər marketinq və 
antiböhran siyasətinin həyata keçirilməsi üçün tədbirlər görür. 
İ
darəetmənin əsas məqsədi obyektlərin səmərəli idarə 
edilməsi üçün qeyri-müəyyənlik şəraitində müxtəlif yollarla 
müəyyənliyin əldə edilməsidir. Bunun üçün qərar qəbulunda 
optimal variantların tapılması məqsədilə baş vermiş təsadüfi 
hadisələrin uçota alınması zəruridir.
Qeyri-müəyyənlik bazar iqtisadiyyatının əsas xüsusiy-
yətidir. İnzibati-amirlik sistemindən fərqli olaraq, bazar iqtisa-
diyyatında hər şey məlum olmur və müxtəlif nəticələrin baş 
verməsi mümkündür. Bu bir tərəfdən yaxşıdır ki, bazar sub-
yektləri arasında fəaliyyət üçün stimul yaradır, digər tərəfdən 
isə gələcəyi proqnozlaşdırmaq çətinlik yaradır və nəticələrin 
mənfi olması ehtimalı mövcud olur. 
Qeyri-müəyyənliyin özünəməxsus xüsusiyyətləri də 
mövcuddur. Bu, iqtisadi sistemlə, təsərrüfat sisteminin fəaliy-
yəti, qoyulmuş məqsədlərin müxtəlifliyi, iqtisadi parametrlərin 
ziddiyyətliliyi ilə əlaqədardır. Bütün bunlar bir tərəfdən müx-
təlif situasiyalar yaradır, digər tərəfdən isə qeyri-müəyyənliyin 
müxtəlif tiplərinin yaranmasına səbəb olur. 
Qeyri-müəyyənliyin səviyyəsinin azaldılması fəaliyyə-
tin təşkilatlanması və əlaqələndirilməsi ilə mümkündür. Çünki, 
məhz fəaliyyətin təşkilatlandırılması sayəsində qeyri-müəyyən 
proses müəyyənləşir. Bundan sonra isə tənzimləmə vasitəsilə 
çatışmazlıqlar aşkar olunur. Bütün bunlar qeyri-müəyyən amil-
lərin, təsadüfi hadisələrin müəyyənləşməsinə şərait yaradır. 


41 
Burada əsas məqsəd eyni və ya müxtəlif xarakterli hadisələrin 
qeyri-müəyyənliyinin minimallaşdırılması üçün müvafiq mo-
dellərin yaradılmasıdır. 
Məlumatsızlıqdan başqa, iqtisadiyyatda qeyri-müəyyən-
lik onun qeyri-xətti olması ilə əlaqədardır. Bəzən onu təsa-
düflik və zəruriliklə də əlaqələndirirlər. Bazar iqtisadiyyatı 
çoxsaylı təsadüflərlə və davamsız hadisələrlə şərtləndiyindən, 
idarəetmə sistemi müxtəlif maneələrə rast gəlir ki, bunları öy-
rənilmiş qanunlarla izah etmək mümkün deyildir. Belə şəraitdə 
mövcud olan qeyri-müəyyənlik cəmiyyətdə riskin yaranmasına 
şə
rait yaradır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin