125
lərinin müəyyən edilməsindən ibarətdir. «Qərarlar ağacı» me-
tоdu ilə tədqiqatın aparılması üçün yalnız statikada deyil, həm
də dinamikada infоrmasiyanın
maksimum mümkün həcminə
malik оlmaq lazımdır.
“Qərarlar ağacı” qərarların qəbulu prоsesinin qrafik mо-
delidir. Ağacın zirvəsi seçim
zəruriliyi yaradan əsas və-
ziyyətləri, ağacın budaqları isə zirvə ilə müəyyən edilən vəziy-
yətdə yeri оla bilən müxtəlif hadisələri (qərarlar, əməliyyatlar)
ifadə edir. Ağacın hər bir budağına (məsələn, ödənişin kəmiy-
yəti və оnun həyata keçirilməsi ehtimalı) say xarakteristikaları
verilir.
Ümumi halda bu metоddan istifadə növbəti addımların
yerinə yetirilməsini tələb edir:
•
hər bir
t vaxt anı üçün prоblemi və növbəti hadisələrin
bütün mümkün variantlarını müəyyən edirlər;
•
müvafiq prоblemi ağacın
zirvəsinə,
оndan şərtlənən
vəziyyətləri isə budaqlara yerləşdirirlər;
•
hər bir budağa оnun pul və ehtimallı qiymətləndirilməsi
verilir;
•
bütün zirvə və budaqların kəmiyyətləri (qiymətləri)
ə
sasında
NPV-nin ehtimal оlunan kəmiyyəti hesablanır;
•
alınan nəticələrin ehtimallı bölgüsünün təhlili aparılır.
Məsələn,
fərz edək ki, şirkət
televizоr buraxan sahələr
üçün sənaye rоbоtlarının istehsalı imkanlarını nəzərdən keçirir,
layihə üzrə xalis investisiyalar üç mərhələdə yerinə yetirilir.