168
biliklərinin, təhsilinin olması, həmçinin, məqsədlərin qoyulma-
sı və onlara nail olunması, risklərin, vaxtın və kadrların düzgün
idarə olunması, səhvlərdən düzgün nəticənin çıxarılması kimi
məntiqi və psixoloji qabiliyyətinin olması çox vacibdir.
Qeyd edilən xüsusiyyətləri ümumiləşdirsək, göstərə
bilərik ki, sahibkarlıq fəaliyyətində uğur qazanmaq üçün in-
sanların aşağıdakı xüsusiyyətlərinin olması əsasdır:
•
enerji, özünü və başqalarını işləməyə məcbur etmək qa-
biliyyəti;
•
istənilən vəziyyətlərdə düşünmək qabiliyyəti;
•
insanlarla ünsiyyət qurmaq bacarığı;
•
texnika və texnologiyaların öyrənilməsi, onlardan istifadə
qabiliyyəti və s.
Bütün insanlar daim bir-biri ilə ziddiyət təşkil edən
məqsədlər arasından seçim etmək məcburiyyətindədir. Gəlirlə-
rinin maksimallaşdırılması, mövcud vəziyyətinin daha da yax-
ş
ılaşdırılması üçün insan əldə etdiklərini təhlil edərək gələcəyi
proqnozlaşdırır və qarşıya yeni məqsədlər qoyur. İnsanların
belə davranışı ailənin, cəmiyyətin, dövlətin ümumi fəaliyyətinə
təsir etməklə risklərin azaldılması istiqamətində insanların
davranışını müəyyən etməyə kömək edir.
İ
qtisadi risklərin yaranması səbəblərindən asılı olmaya-
raq hər bir şəxsin məqsədi risk nəticəsində yarana biləcək
itkilərin azaldılmasıdır. Risklərin idarə edilməsi məqsədilə
yaradılan modellərin hazırlanması zamanı əsas məqsəd riskli
layihələrin uğurlu həyata keçirilməsində şəxsiyyət amil daha
çox nəzərə alınır.
Dostları ilə paylaş: