178
likvidliyi xərclərini ödəmək üçün yaradılır. Bu fondların
yaradılması səhmdar cəmiyyətləri üçün mütləqdir.
Səhmdar cəmiyyətləri və xarici kapitalın iştirakı ilə fəa-
liyyət göstərən müəssisələrdə qanunvericiliyə uyğun olaraq
ehtiyat fondunun həcmi nizamnamə kapitalının 15%-dən az və
25%-dən çox olmamalıdır. Səhmdar cəmiyyətləri ehtiyat fon-
duna, həmçinin emissiya gəlirlərini də, yəni istiqraz vərəqə-
sinin satışı zamanı nominal dəyərilə satış dəyəri arasındakı
yaranan fərqi də daxil edirlər.
Səhmdar cəmiyyətlərin ehtiyat fondu gözlənilməyən
xərclərin maliyyələşdirilməsi üçün, həmçinin istiqraz vərəqə-
lərinin faizlərinin və imtiyazlı səhmlərin dividendlərinin ödə-
nilməsi üçün (bu məqsədlər üçün gəlir az olduğu halda) istifadə
olunur.
Sahibkarlar və vətəndaşlar öz əmlaklarının sığortalan-
ması üçün qarşılıqlı sığortalama cəmiyyəti yarada bilərlər.
Dostları ilə paylaş: