Azərbaycan Səfəvi dövləti



Yüklə 42,74 Kb.
səhifə4/4
tarix24.05.2022
ölçüsü42,74 Kb.
#59287
1   2   3   4
Azərbaycan Səfəvi dövləti

Şirvanşahlar

– Şirvanşahlar dövlətində hakim sülalə. Ərəb mənşəli sülalə olmuşdur. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir.[1] Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə[2], çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür[3].


Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəddir. O, ərəblərin Əş-Şeyban tayfasındandır. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rabia qəbiləsindəndir.[4] Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə xəlifə Osmanın zamanında Aranı işğal etdi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər də bu vaxtdan bölgədə yerləşməyə başladılar. Məzyədilərin nümayəndəsi sərkərdə Yezid ibn Məzyəd 799–801-ci illərdə Aran, Şirvan, Dərbənd və indiki Ermənistan ərazisinin hakimi idi. Ərazini idarə edən ərəb canişini Yezid ibn Məzyədin iqamətgahı Bərdədə idi. Onun dövründə çox sayda Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan olan ərəblər bölgəyə köçdu. Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu.[5]
859-cu ildə Məhəmməd ibn Yezid Gəncə şəhərini bərpa etdirdi və öz iqamətgahını da buraya köçürdü. Bərdə Sacilər tərəfindən işğal olunduqdaan sonra ərəblər, əsasən, Şirvan ərazisində cəmləşdilər. 861-ci ildə Məzyədilər sülaləsindən olan Heysəm ibn Xalid Şirvanın müstəqilliyini elan edərək ilk "Şirvanşah" titulunu götürdü.
Yüklə 42,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin