Azərbaycan Skautlar Assosiasiyasının yeni strukturunun təsdiq edilməsi;
Azərbaycan Skautlar Assosiasiyasının Daxili İntizam qaydalarının təsdiq edilməsi;
Azərbaycan Skautlar Assosiasiyasının Liderlər üçün Təlimlər Proramı haqqında Əsasnaməsinin təsdiq edilməsi;
Gündəlik səs çoxluğu ilə təsdiq olundu.
Dinlənildi:
Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvləri Fərid Dərgahzadə və Assosiasiyanın Prezidenti İlyas ismayıllı çıxış etdilər və Azərbaycan Skautlar Assosiasiyasının yeni strukturu haqqında əsasnamənin aşağıdakı mətnini təsdiq edilməsini təklif etdilər:
Ümumi müddəalar
Bu Əsasnamə Azərbaycan Skautlar Assosiasiyasının (bundan sonra – Assosiasiya) Nizamnaməsinin icra edilməsinin təmin olunması və mövcud idarə etmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə işlənib hazırlanmışdır.
Bu Əsasnamə Assosiasiyanın təkmilləşdirilmiş strukturunu əks etdirir.