İşçilər haqqında şəxsi məlumatın həcminin və məzmununun müəyyənləşdirilməsi zamanı İşə götürən AR-in qanunvericiliyinə riayət etməlidir.
İşçilər haqqında şəxsi məlumatın saxlanılması və istifadəsi qaydaları İşə götürən tərəfindən müəyyənləşdirilməlidir .
İşə götürən aşağıdakıları öhdəsinə götürür:
8.3.1. İşçinin həyatına və səhhətinə təhlükə törədən hadisə haqqında xəbərdarlıq üçün zəruri olan hallar, o cümlədən, qanunvericilikdə müəyyən olunan hallar istisna olmaqla, İşçinin yazılı razılığı olmadan hər hansı üçüncü tərəfə İşçi haqqında şəxsi məlumatı açıqlamamaq; 8.3.2. İşçinin həyatına və səhhətinə təhlükə törədən hadisə haqqında xəbərdarlıq üçün zəruri olan hallar istisna olmaqla İşçinin yazılı razılığı olmadan hər hansı üçüncü tərəfə İşçi haqqında şəxsi məlumatı açıqlamamaq; 8.3.3. Məxfi məlumatı xüsusi ayrılmış yerdə saxlamaq.