10.1. Nahar fasiləsi – iş günü ərzində bir saat (daha sonra “Nahar Fasiləsi” adlanacaq) iş vaxtına aid edilmir. İşçi saat 12.30-dan 2.30-dək olan vaxt ərzində 1 saat müddətində nahara çıxmaq hüququna malikdir.
11.MƏZUNİYYƏT
11.1. İşçiyə hər il 30 (otuz) təqvim günü ödənişli əsas mәzuniyyәt verilir. 11.2. Bayram günləri ilə üst-üstə düşən məzuniyyət günləri nəzərə alınmamaq şərtilə, illik məzuniyyət günləri təqvim günləri əsasında hesablanır.
12.İŞDƏ OLMAMAQ
12.1. İşçiyə məzuniyyət, ödənişsiz məzuniyyət, xəstəlik və AR-in qanunvericiliyində müəyyənləşdirilən digər hallarda işə çıxmamağa icazə verilir. İşçi Kadrlar İdarəsinə işə çıxmayacağı ehtimal edilən tarixdən əvvəl təsdiq edilmiş ərizəni təqdim etməlidir. 12.2. İşçi xəstəlik və ya digər gözlənilməyən səbəblə bağlı (əvvəlcədən razılaşdırılmamış bütün hallar daxil olmaqla) işə çıxa bilmədikdə Kadrlar Şöbəsini və ya bilavasitə tabe olduğu meneceri hər gün saat 09.30-dan gec olmayaraq məlumatlandırmalıdır. 12.3. İşə çıxmamaqla bağlı gözlənilən hallar barədə İşə götürəni məlumatlandırmaq İşçinin öhdəliyidir.
Ödənişsiz məzuniyyətin müddəti İşə götürənlə İşçi arasında əvvəlcədən razılaşdırılmalıdır.
Hər hansı üzrlü səbəbə görə işə çıxmayacağını zənn edən İşçi bu barədə Kadrlar Şöbəsini və departamentin rəhbərini əvvəlcədən məlumatlandırmalıdır. Əgər İşə götürəni əvvəlcədən məlumatlandırmaq mümkün olmazsa, İşçi İşəgötürəni ilk imkan yarandığı təqdirdə məlumatlandırmalıdır. İşə götürən İşçinin işə çıxmamaqla bağlı qeyd etdiyi səbəbin həqiqətə uyğun olub olmadığını yoxlamaq və təsdiq edici sənədlərin təqdim olunmasını tələb etmək hüququna malikdir.