Tərkib. Milli Gənclər Proqramı üzrə sub - komitə aşağıdakılardan ibarət olacaqdır:
a) Milli Komitə tərəfindən təyin olunmuş Sədr.
b) Gənclər Proqramı üzrə Səlahiyyətli Nümayəndə – Milli Baş Komissar
c) Mauqli Skautlar, Skautlar, Cəngavər Skautlar üçün Milli Komissarlar
d) Milli Təlim Komissari
e) Böyükyaşlı Resurslar üzrə Səlahiyyətli Nümayəndə – Milli Komitə üzvü
f) Əgər lazım gələrsə, bölgələr tərəfindən namizədliyi irəli sürülməli olan üzvlər.
g) Sub - komitə istənilə 1-2 üzvü sahədə, consultant, ekspert / məsləhətçi qismində dəvət edə bilər.
i) Milli Baş Komissar və ya onun nümayəndəsi (və ya Milli Komitədən bir səlahiyyətli nümayəndə) vəzifə üzrə hüquqları əsasında fəaliyyət göstərən üzv qismində
Milli Gənclər Proqramı üzrə sub - komitənin funksiyaları aşağıdakılar olacaqdır:
a) Gənclər Proqramı üzrə Səlahiyyətli Nümayəndəyə - Milli Komitənin üzvünə Dünya Proqramı Siyasətinə müvafiq olaraq Milli Gənclər proqramı siyasətinin işlənib hazırlanmasında yardım etmək.
b) Ən az 3 ildə bir dəfə Assosiasiyanın Gənclər Proqramına baxış keçirtmək və əgər lazım gələrsə, gənc insanların və cəmiyyətin dəyişən ehtiyaclarını qarşılamaq məqsədi ilə dəyişikliklər edilməsini təklif etmək.
c) Sülh layihələri, ətraf mühit üzrə təhsil, ictimai fəaliyyətlər, həssas qruplar və milli azlıqlar ilə Skautinq kimi xüsusi tədbirlərin Gənclər proqramına inteqrasiya olunmasını təklif etmək.
d) Lazım olan bütün hallarda, xüsusi mövzular üçün xüsusi komitə təyin olunmasını Milli Komitəyə təklif etmək.
Ehtiyaclara nəzarət etmək və Milli prioritetlər və social ehtiyaclara əsasən Assosiasiya tərəfindən xüsusi layihələrin başlanılmasını təklif etmək.
Mükafatlar üzrə sub - komitə vasitəsilə Ümumi Assambleyaya gənc insanlar və böyük rəhbərlər üçün xüsusi tanınma, fəqrlənmə işarələri və mükafatlar üzrə məsləhətlər vermək.