Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 92,25 Kb.
səhifə2/57
tarix26.12.2016
ölçüsü92,25 Kb.
#3545
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   57
Ümumi müddəalar

  1. Bu Qayda və normalar (bundan sonra – Qaydalar) Azərbaycan Skautlar Assosiasiyasının (bundan sonra – Assosiasiya) Nizamnaməsinin icra edilməsinin təmin olunması və mövcud idarə etmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə işlənilib hazırlanmışdır.

  2. Bu Qaydalar Baş Assambleya ilə bağlı bəzi məsələlərə aydınlıq gətirir, Assosiasiyanın Milli Komitəsinin və sub - komitələrinin təyinat proseduru, funksiya və fəaliyyətlərini tənzimləyir.

  3. Assosiasiyanın Ali idarə etmə orqanı Baş Assambleyadır (bundan sonra – Assambleya).

  4. Assambleya hər il illik büdcənin və Assosiasiya tərəfindən yerinə yetirilmiş işlərin təsdiqlənməsi, eləcə də, Assosiasiyanın rüb ortası ilə əlaqədar zəruri məsələlərinin həll olunması üçün iş iclası keçirməlidir.

  5. Assambleya Milli Komitənin üzvlərinin və Prezidentin səs verməsi ilə ümumi Strategiyanın qəbul olunması və Assosiasiyanın uzun müddətli məsələlərinin həll olunması üçün hər 3 ildə bir ümumi iclas keçirəcəkdir.

  6. Milli Komitə Azərbaycan Skautlar Assosiasiyasının siyasət və qərar verən orqanıdır. Onun üzvləri Hərəkətin maraqlarını ümumilikdə və Assosiasiyanın maraqlarını xüsusi olaraq nəzərə almalı, dövlət qanunlarına hörmət etməli və nəzərə almalı və ölkənin dövlət gənclər siyasətinə, Avrasiya Regional və ÜSHT Konstitutsiyalarına, Assosiasiyanın Nizamnamə və Qaydalarına riayət etməlidirlər.

  7. Assosiasiya öz Komitə üzvləri üçün maraqların (daxili və xarici) toqquşmasının potensiyal sahələrini nəzərə alır. Komitə üzvləri öz vəzifələrini yerinə yetirən zaman maraqların toqquşmasını istisna edirlər. Assosiasiya Komitənin fəaliyyət göstərən və yeni gələn üzvləri ilə xüsusi rəsmi öhdəliklər təqdim edir.

  8. Milli Komitənin bütün üzvləri könüllü əsasla fəaliyyət göstərirlər.

  9. Milli Komitə Assambleya qarşısında hesabat verir.

  10. Milli komitə üçün üzvlər Assambleya iclası zamanı üstün (reytinq) səsvermə ilə seçiləcəkdir. Üzv ola bilməyən namizədlər hər hansı bir vakansiya yarandığı hallar üçün ehtiya olaraq nəzərdə saxlanılacaqdır.

  11. Hər bir şəxs Milli Komitəyə iki dəfədən artıq seçilə bilməz.

  12. Milli Komitənin üzvləri heç bir istisna mandata malik deyillər.

2. Milli Komitənin Tərkibi.

2.1. Assosiasiya Nizamnaməsinin 6.3. fəslinə əsasən Milli Komitə aşağıdakı struktura malik olacaqdır:

2.2. Prezidentin rolu və öhdəlikləri Assosiasiyanın Nizamnaməsində müəyyənləşdirilir.

2.3. Hər bir Milli Komitə üzvünün rolu və öhdəlikləri müvafiq vəzifə təlimatında müəyyən olunur və vəzifələrin təyin olunmasından (Assambleyada seçkilər baş verdikdən sonra birinci Komitə iclası zamanı) və ya kooptasiyadan sonra Prezident və müvafiq Komitə üzvü tərəfindən imzalanacaqdır.

Yüklə 92,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin