4. Milli Komitənin funksiyaları aşağıdakılar olacaqdır:
4.1. Assambleyanın iclasları arasında Assambleya adından fəaliyyət göstərmək; onun qərar, tövsiyyə və siyasətlərini yerinə yetirmək və onlara nəzarət etmək.
4.2. Skaut Hərəkətini Azərbaycanda irəlilətmək və inkişaf etdirmək.
4.3. Assosiasiyanın prinsip və siyasətlərinin məqsədləri üçün və onlara uyğun olaraq onun filialları və yaxın təşkilatları arasında əməkdaşlıq təşkil etmək.
4.4. Maliyyə və əmlak, Komitə üzvlərinin, böyük rəhbərlərin və könüllülərin, stajorların təyin olunması və istefaya çıxması ilə əlaqədar bütün məsələlərdə qaydalara uyğun olaraq hərəkət etmək.
4.5. Assosiasiyanın Nizamnaməsi, Təlimatları, qayda və normaları, siyasətlərinə aid məsələlər üzrə qərarlar qəbul etmək.
4.6. Assosiasiyanın gələcək inkişafı üçün istiqamətlər /prioritetlər işləyib hazırlamaq və Assambleyaya təklif etmək. Strategiyada qeyd olunan şərtlərə uyğun olaraq onları qiymətləndirmək və baxışdan keçirtmək.
4.7. Xüsusilə aidiyyatı sub - komitələrdə olan əməkdaşlıqlar vasitəsilə Assambleya və Komitə qərarlarının təcrübədə yerinə yetiriləcəyini təmin etməklə, Assosiasiyanın icraedici orqanı olan Milli Müvvəkillər Assambleyasının işini dəstəkləmək.
4.8. Auditor Komissiyasının seçilmiş üzvləri ilə əməkdaşlıq etmək.
4.9. Assosiasiyanın vəzifəli şəxslərini (könüllülər və muzdlu heyət) təyin etmək.
4.10. Assosiasiyanın strukturuna uyğun olaraq filialların bölgələrdə qeydiyyatdan keçməsi, onların qeydiyyatdan çıxarılması və fəaliyyətlərinin dayandırılması və s. ilə məşğul olmaq və onların qayda və işlərinin Assosiasiya Nizamnaməsi, Qayda və normalarına bağlı olmasını təmin etmək.
4.11. Nöqsanlı hərəkətlərə yol verən Assosiasiya üzvləri üçün intizam prosedurları və hərəkətləri ilə bağlı olan normaları işləyib hazırlamaq.
4.12. Assosiasiya büdcəsini müzakirə etmək və təsdiqləmək.
4.13. İllik xarici maliyyə hesabatları üçün təftiş olunmuş hesablar qəbul etmək.
4.14. Milli Baş Komissardən illik şifahi hesabatları qəbul etmək və təsdiqləmək.
4.15. Assambleyanın ümumi iclasında Assambleyaya təqdim etmək üçün illik hesabları və illik hesabatı təsdiq etmək.
4.16. Mübahisə halında istənilən şəxsin üzvlüyünü müəyyən etmək.
Xitam vermə haqqında qərar Assosiasiyada olan ən ağır cəzadır. Səhlənkar üzvün dəlilləri onun mandatlı təyinat üzrə fəaliyyət göstərdiyi bütün iyerarxiya səviyyələrində və sonra isə Milli Baş Komissardən Milli Komitəyə qədər dinləniləcəkdir. Əgər Milli Komitə üzvləri bu vəziyyətin Assosiasiya üzvlüyünün aradan qaldırılması ilə cəzalandarılmasının lazım olduğunu düşünərlərsə, onlar həmin şəxsin işini dayandıra və bunu növbəti Assambleyaya təklif edə bilərlər. Əgər bu cür qərara 50+% səs verilərsə, o zaman üzvlüyə avtomatik olaraq xitam verilir. Bu xüsusi məsələ Assosiasiyanın Nizamnaməsi, Üzvlük Qayda və normaları və Assosiasiyada Böyüklər və Skautlar üçün Davranış Kodlarında aydın şəkildə təsvir olunmuşdur.
4.17. Lazım gəldiyi kimi və lazım olan hallarda hər hansı bir xüsusi məsələ ilə məşğul olmaq üçün müəyyənləşdirilmiş işə götürmə müddəti və müəyyən olunmuş funksiyalar ilə istənilən sub - komitə təyin etmək.
4.18. Sub - komitələrin tövsiyyələrini nəzərə almaq və təsdiq etmək.
4.19. Assosiasiyanın Missiyası, Arzusu, prioritetləri və hədəflərinə uyğun olaraq uzun müddətli Milli Hərəkət Planı işləyib hazırlamaq məqsədi ilə filialları və milli səviyyədə hərəkət planını möhkəmləndirmək.
4.21. Stategiya və Hərəkət planının yerinə yetirilməsinə nəzarət etmək və vaxtaşırı olaraq baxış keçirtmək.
4.22. Assosiasiyanın siyasət, qayda və normalarına baxış keçirtmək və daimi əsaslarla dəyişikliklərin edilməsini Ümumi Assambleyaya tövsiyyə etmək. Əgər lazım olan dəyişikliklər (aşağıda qeyd olunduğu kimi) üçün məsuliyyət daşıyan xüsusiləşdirilmiş heç bir sub - komitə olmazsa, Milli Komitənin üzvləri öz iclasları zamanı bunun üzərində kimin çalışacağına qərar verirlər və müəyyən olunmuş işə götürmə müddəti və müəyyən olunmuş funksiyalar ilə müvafiq şəxs və ya müvəqqəti yarım – komissiya təyin edirlər.
4.23. Assosiasiya Nizamnaməsi və Təlimatlarından nəticəsi olaraq meydana çıxan digər funksiyaları icra etmək.