Hər bir komitədə 3-dən 7-yə qədər (və ya xüsusi məqsəd üçün lazım gələrsə daha çox) üzv ola bilər. İstənilə sub - komitə iclasında minimum olaraq üç üzvün iştirakı yetərsay yaradacaqdır.
e) Milli Komitə tərəfindən namizədliyi irəli sürülməli olan 1 məsləhətçi /ekspert (əgər lazım gələrsə).
Funksiyalar. Milli Resurslar üzrə sub - komitənin funksiyaları aşağıdakılar olacaqdır:
a) Assosiasiyanın maliyyə və əmlakının müntəzəm əsaslarla artırılması üçün yolların və vasitələrin tapılması da daxil olmaqla onun maliyyə və bütün əmlakı ilə əlaqədar məsələlərin müzakirə olunması.
b) Təsdiq olunması üçün Assosiasiyanın illik büdcəsini araşdırmaq, planlaşdırmaq və Milli Komitəyə tövsiyyə etmək.
c) Təsdiqlənməsi üçün hesabların təftiş olunmuş rəsmi hesabatlarını baxışdan keçirtmək və Milli Komitəyə tövsiyyə etməks.
d) Xüsusi kömək və məsləhət üçün Assosiasiya üzvü olmayan istənilən şəxsi dəvət etmək səlahiyyətinə malik olmaq.
e) Hər Milli Ümumi Assambleyadan əvvəl xəzinədar vasitəsilə, assosiasiyanın maliyyə vəziyyəti barədə hesabat hazırlamaq və yerləşdirmək.
Hesabların İdarə olunması: Bütün vəsaitlər Maliyyə sub - komitəsinin məsləhətinə əsasən müəyyən banklarda saxlanılmalıdır və vəzifəli şəxslər hesabları aşağıdakı kimi idarə edəcəklər:
a) Prezident və Xəzinədar iki təsdiqlənmiş imza sahibi olacaqlar, lakin hesabların idarə olunması üzrə istənilən iki başqa imzanın etibarlı olması üçün seçim banka veriləcəkdir.
b) Onlardan hər hansı birinin olmadığı hallarda, seçim Milli Komitə tərəfindən namizədliyi irəli sürülə biləcək başqa şəxslərə veriləcəkdir.