1
AZƏRBAYCAN SSR ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTU
ŞAHİN FƏRZƏLİYEV
AZƏRBAYCAN
XV-XVI ƏSRLƏRDƏ
(Həsən bəy Rumlunun ―Əhsənüt-təvarix‖ əsəri üzrə)
―Elm‖ nəşriyyatı
Bakı - 1983
2
Azərbaycan SSR Elmlər Akademiyası
Redaksiya-Nəşriyyat Şurasının qərarı ilə çap olunur
Redaktoru tarix elmlər doktoru O. Ə. Əfəndiyev
© ―Elm‖ nəşriyyatı, 1983.
3
GİRİŞ
Azərbaycanın orta əsrlər ictimai-iqtisadi və siyasi
tarixini öyrənmək
tarixşünaslıq elminin qarşısında duran vacib vəzifələrdən biri kimi geniş elmi-
tədqiqat işi tələb edir.
XVI əsrdə yaranan Azərbaycan Səfəvi dövlətinin və vilavasitə ondan
qabaqkı dövrdə - XV əsrdə mövcud olmuş feodal dövlətlərinin tarixini əks
etdirmək üçün dövrün yazılı abidələri əsas götürülməli, hərtərəfli tədqiq
edilməlidir. Bu işin öhdəsindən gəlməkdən ötrü yeganə vasitə marksizm-leninizm
metodologiyası və tarixi materializmdir.
Tarixi tədqiqatın əsasını təşkil edən mənbələrin öyrənilməsi tarixçilərin
qarşısında duran zəruri bir vəzifədir. Mənbələrdə olan məlumat müəyyən dövrün
ictimai-iqtisadi, siyasi və mədəni həyatı ilə əlaqəli sürətdə, başqa mənbə və
faktlarla müqayisəli şəkildə araşdırılmalıdır. ―Mənbəşünaslıq tarixi mənbələr,
onların aşkar olunması, öyrənilməsi və tarixçinin əsərində istifadə edilməsi
haqqında elmdir‖
1
.
Mənbəşünaslıq sahəsində Azərbaycanda artıq ilk addımlar atılmışdır. Ə.Ə.
Rəhmaninin ―İsgəndər Münşinin ―Tarix-i aləm aray-i Abbasi‖ əsəri Azərbaycan
tarixinin mənbəyi kimi‖, R.Ə. Hüseynovun ―XII – XIII əsr Suriya mənbələri
Azərbaycan haqqında‖, İ.P. Behzadinin ―Ravəndinin ―Rahətüs-südür və ayətüs-
sürür‖ əsəri tarixi bir mənbə kimi‖, M.İ. Şəmsinin ―Şərəf xan Bidlisinin
―Şərəfnamə‖ əsəri kürd xalqının tarixi mənbəyi kimi‖ adlı tədqiqat əsərlərində
müvafiq mənbələr hərtərəfli tədqiq edilmişdir.
Orta əsr tarixi mənbələri arasında azərbaycanlı tarixçi Həsən bəy
Rumlunun ―Əhsənüt-təvarix‖ (―Tarixlərin ən yaxşısı‖) əsəri də xüsusi yer tutur.
Fars dilində yazılmış bu mənbənin dövrümüzə qədər gəlib çatmış son iki cildində
Şirvan, Şəki və Azərbaycanın cənub vilayətlərinin tarixi təsvir olunmuşdur. Qeyd
etmək lazımdır ki, Həsən bəy Rumlu dövlət quruluşu, iqtisadi vəziyyət, feodal
münasibətləri, ordu və siyasi tarix haqqında qiymətli məlumat verən müəllifdir.
Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa tarixçilərinin kitablarında ya
tamamilə öz əksini tapmamış, ya da çox ötəri qeyd edilmişdir.
Bizim məhz ―Əhsənüt-təvarix‖ əsərini bir mənbə kimi araşdırmağımızın
bir neçə səbəbi vardır: azərbaycanlı tarixçinin yaratdığı salnamənin hərtərəfli
tədqiq edilməsi tariximizin iki mürəkkəb əsrinin öyrənilməsində olduqca
səciyyəvidir, ona görə ki, bu əsərdə hələ az araşdırılmış dövrlərdən biri olan XV –
XVI əsrlərə dair bol material vardır; salnamədə qaraqoyunlu-ağqoyunlu,
ağqoyunlu-səfəvi münasibətləri yaxşı işıqlandırılmış, Şirvan və Şəkinin tarixinə
dair zəngin məlumat verilmişdir; müəllif 1405 – 1578-ci illərdə Azərbaycana
qonşu dövlətlər haqqında da orijinal material vermişdir ki, bunlar Azərbaycanın
1
Источниковедение. Теоретические и методические проблемы, М., 1969, səh. 14.
4
həmin dövlətlərlə olan münasibətini aydınlaşdırmağa imkan yaradır; Həsən bəy
Rumlu orta əsr tarixçilərinə xas təmtəraqlı ibarələr işlətmək ənənəsindən nisbətən
uzaq olduğundan quru sözcülüyə az uyur və hadisələrin konkret ifadəsinə çalışır;
əsər dilinin sadəliyinə görə də başqa mənbələrdən fərqlənir; hadisələrin təsvirində
xronoloji ardıcıllığa riayət olunmuşdur; mənbədə məşhur şəxsiyyətlər, o cümlədən
şairlər, tarixçilər, alimlər haqqında bioqrafik qeydlər edilmişdir; dünyanın bir çox
şərqşünasının ―Əhsənüt-təvarix‖ə dönə-dönə müraciət etməsi faktı da onun
əhəmiyyətini göstərən amillərdən biridir; ancaq salnamənin tarixşünaslıqda çoxdan
bəlli olmasına və ondan geniş istifadə edilməsinə baxmayaraq, indiyədək bu
mənbənin həqiqi qiymətinin verildiyi monoqrafik elmi-tədqiqat işi yoxdur. Məhz
bu səbəblərə görə həmin əsər bizim tərəfimizdən xüsusi tədqiqat obyekti kimi
seçilmişdir.
Həsən bəy Rumlu öz dövründən qabaq baş verən hadisələri qələmə
alarkən, özündən əvvəlki tarixçilərin kitablarından kor-koranə istifadə etməmiş,
əxz etdiyi kiçik bir əhvalatı belə diqqətlə öyrənmiş, hadisələrin təsvirinə əsasən
tənqidi yanaşmış, yeri gəldikcə, bəzi müəlliflərin diqqətsizliyini də göstərmişdir.
O, hətta mümkün qədər keçmiş döyüşçülərlə də görüşmüş, onların
məlumatlarından səmərələnmişdir. Həsən bəy Rumlu görkəmli şəxsiyyətlərin həyat
və fəaliyyətini işıqlandırarkən, tutduqları mövqedən asılı olmayaraq, onların bəlli
müsbət və mənfi xüsusiyyətlərini obyektiv təsvir etməyə çalışır. Məsələn, I Şah
Təhmasibin adət və xasiyyətindən bəhs edən müəllif onun xəsisliyini də
göstərməkdən çəkinməmişdir. Həsən bər Rumlu II Şah İsmayılın qəddar, sərt və
rəhmsiz bir şəxsiyyət olduğunu da nəzərə çatdırır.
Həsən bəy Rumlunun yaşadığı dövrdə Azərbaycanda nisbətən qüdrətli
Səfəvi dövləti yaradılsa da, sinfi mübarizə kəskinləşir, feodal araçəkişmələri yenə
də davam edirdi. Hələ XV əsrdə Teymuri və başqa yadellilərin Azərbaycana tez-
tez etdikləri yürüşlər nəticəsində, onsuz da, var-yoxdan çıxarılan xalq, eyni
zamanda yerli əyan və ruhanilər tərəfindən soyulurdu. Lakin göstərmək lazımdır
ki, Həsən bəy Rumlunun bilavasitə fəaliyyətdə olduğu vaxtlarda başqa dövlətlərin,
xüsusilə Osmanlı dövlətinin Azərbaycana hücumları dayandırılmış, 1555 – 1557-ci
illər nisbətən sakitlik dövrü olmuşdur. Ancaq I Şah Təhmasib yerli qüvvələri
səfərbərliyə alaraq, vaxtaşırı ətraf vilayətlərə hücum edir, nəticədə saysız-hesabsız
tələfat baş verir, şəhər və kəndlər dağıdılır, yandırılırdı. Qızılbaşların kürdlər və
gürcülər üzərinə etdiyi qarətçi yürüşlər və Həsən bəy Rumlunun şəxsi müşahidələri
əsasında onun sonradan qələmə aldığı salnamədə öz əksini tapmışdır.
―Əhsənüt-təvarix‖in öyrənilməsində hələ indiyədək tam həll olunmayan
bəzi mübahisəli məsələlər vardır. Onlardan biri vaxtilə salnaməni təşkil etmiş
cildlərin sayını və dövrümüzə qədər gəlib çatmayan 8 cildin həqiqətən də bir
zamanlar olduğunu aydınlaşdırmaqdır. Eyni zamanda Həsən bəy Rumlunun bir
tarixçi kimi yaxşı üslubu, dünyagörüşü, həyatı haqqında məlumat vermək də bu
sətirlərin müəllifinin məqsədlərindən biridir.
5
İctimai vəziyyətinə görə Həsən bəy Rumlu yüksək feodal təbəqəsinə
mənsub olmuşdur. Buna görə də, təbiidir ki, ―Əhsənüt-təvarix‖ əsərində, əsasən,
feodal sinfinin mənafeyi müdafiə edilmiş, xalq kütlələrinin apardığı mübarizəyə
mənfi münasibət bəslənilmişdir. Müəllif buna görə də, mənbənin tədqiq edilməsinə
sinfi baxımdan yanaşmağı qarşısında duran əsas məsələlərdən biri hesab etmişdir.
Monoqrafiya üzərində işlənərkən Azərbaycanın XV – XVI əsrlər tarixinə
aid əksər tarixi mənbələrdən də səmərəli şəkildə istifadə edilmişdir. Qaraqoyunlu,
Ağqoyunlu, Səfəvi, Şirvan və Şəki hökmdarlarının şəcərə cədvəlləri, müxtəlif tayfa
və qəbilə adları, bir çox islahatlar və Həsən bəy Rumlunun işlətdiyi Azərbaycan
sözlərinin siyahısı kitabın sonuna əlavə edilmişdir.
Əsərin yazılması və çapa hazırlanmasında Azərbaycan SSR-in əməkdar
elm xadimi, Azərbaycan SSR EA-nın akademiki Ə.Ə. Əlizadənin, prof. İ.P.
Petruşevskinin, tarix elmləri namizədi O.F. Akimuşkinin, Azərbaycanın XIII –
XVIII əsrlər tarixi‖ şöbəsinin əməkdaşlarından tarix elmləri doktorları O.Ə
Əfəndiyevin, Ə.Ə. Rəhmaninin, M.X. Heydərovun, tarix elmləri namizədləri S.M.
Onullahinin və V.Z. Piriyevin bir sıra qeyd və arzuları nəzərə alınmışdır. Müəllif
onlara öz dərin minnətdarlığını bildirir.
Dostları ilə paylaş: |