Möhürdar: Görkəmli saray əmirləri nümayəndələrindən biri olan
möhürdarın da müəyyən fəaliyyəti olmuşdur, lakin mənbələrdə qaraqoyunlu və
ağqoyunlu möhürdarları haqqında olduqca az məlumat vardır. Həsən bəy Rumlu
da, əsasən, səfəvi dövrü hadisələrinin təsvirində möhürdar haqqında kiçik qeydlər
etmişdir.
Möhürdar şahın xüsusi möhürünü qoruyan şəxsə deyilirdi [63, 25]. Onun
sənədlərə vurduğu möhür şahın imzası demək idi [36, 19]. Zərurət olduqda
möhürdar hərbi səfərlərdə də iştirak edir, şəxsən döyüşürdü [65, 293; 58, 40; 97,
138]. Bu vəzifə çox şərəfli və məsuliyyətli hesab edilirdi. Həsən bəy Rumlu yazır
ki, 912 (150/07)-ci ildə I Şah İsmayılın möhürdarı Sarı Əli kürdlərlə döyüşdə
öldürülmüş və bu vəzifə bir müddət heç kimə etibar edilməmişdi. 913 (1507/08)-cü
ildə I Şah İsmayıl Əlaüddövlə Zülqədərlə döyüşən vaxt ağqoyunlu sultanları
tərəfindən illərlə Diyarbəkrdə vali olmuş Əmir bəy Mosullu qızılbaş şahının yanına
gələrək, hörmətə layiq görulmüş və bir il boş qalan möhürdar vəzifəsi ona
verilmişdi [65, 93].
Həsən bəy Rumlu möhürdarın möhürünü ―böyük möhur‖ adlandırır [65,
484].