Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə100/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   173
Ar2019-47-1

3.2. Quba xanlığı


Azərbaycanda ən zəngin vilayətlərdən biri olan Qubanın ərazisində Dağıstan, Şimali Qafqaz və Rusiyanı birləşdirən mühüm ticarət yolu keçirdi. Bu əlverişli vəziyyət Quba xanlığının yüksəlişində mühüm rol oynamışdır. Quba xanlığı Azərbaycanın ərazisində erkən yaranmış xanlıqlardan biri idi. Xanlığın əsası XVII əsrin sonuncu rübündə qoyulmuşdur. Tarixi mənbələrdə Qubanın ilk xanı Hüseynin 1689-cu ildə öldüyü qeyd olunur. Xanlığın mərkəzi əvvəl Xudat qalası, sonra isə, 1735-ci ildən Quba olmuşdur. 1724-cü ildə Quba Rusiyaya birləşdirilmiş və onun xanı Hüseynəli xan təyin olunmuşdur. O, çar xəzinəsinə xərac verməmiş, ancaq yeri gəldikdə öz qoşunları ilə Rusiyaya kömək etmişdir. Sonra Quba xanlıgı Nadir şahdan asılı vəziyyətə düşmüşdür. Onun ölümündən (1758) sonra isə müstəqillik qazanmışdır. XVIII əsrin 50-ci illərindən başlayaraq Quba xanlığı öz ərazisini genişləndirmək üçün mübarizəyə başlamışdır. Hüseynəli xan 1722-1757-ci illərdə Səlyanı Qubaya birləşdirmişdir. Siyasi cəhətdən zəif, ərazisinin az olmasına baxmayaraq Səlyan böyük strateji və iqtisadi potensiala malik idi mənbələrdə qeyd olunur ki, balıq ovundan 50 min gümüş pul gəlir götürülmüşdür.
Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının nüfuzu daha da artmışdı. O, 22 yaşında Qubanın xanı olmuş, yeni-yeni torpaqları bu xanlığa birləşdirmişdir. Quba xanı öz ərazisini genişləndirmək üçün müxtəlif vasitələrə əl atmışdır. O, bəzi feodal hakimlərini zorla, bəzilərini qohumluq əlaqəsi ilə özündən asılı vəziyyətə salmışdı. Əhalinin aşağı təbəqəsi də Fətəli xanın birləşdirmək siyasətinə tərəfdar idilər. Xüsusilə Fətəli xan 1736-cı ildə anadan olmuşdu. Salyanın alınmasına özü rəhbərlik etdi. 22 yaşında Qubanın xanı oldu. Tacir və sənətkarlar ticarətin inkişafına müsbət təsir edən mərkəzləşdirilmiş dövlətin yaranmasından razı idilər. Fətəli xan dövrünün görkəmli dövlət xadimi idi. O, ilk növbədə qoşunlarını artırdı. Vergi islahatları keçirdi. Dövlətin sərhədlərini möhkəmlətmək üçün Muğandan döyüşkən Şahverən tayfasının bir hissəsini xanlığa köçürdü. A.Bakıxanov yazır: «Fətəli xan tədbirli, əzmində sabit qədəm, məmləkətin idarəetmə işlərində
mahir bir adam idi». P.T.Butkov onu geniş ağla malik, igid, bacarıqlı, düşüncəli və yorulmaq bilməyən bir şəxs kimi təsvir edir. O, mahal naiblərinin hüquqlarını məhdudlaşdırmış, vergiləri nizama salmış, xəzinənin gəlirin artırmışdır. O, muzdlu qoşun saxlayırdı. Digər xanlıqlardan fərqli olaraq, onun Azərbaycan torpaqlarını birləşdirmək siyasəti mütərəqqi hadisə idi.
Mühüm qala və ticarət liman olan Dərbəndin Qubaya birləşdirilməsi böyük əhəmiyyət kəsb edirdi. Əhali Məhəmməd Hüseyn xandan narazı olub, Fətəli xana meyil edirdi. Fətəli xan Dağıstan hakimləri - Tarku Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzəni və Tabasaran hakimi ilə əlaqəyə girib Samurun sağ sahilində olan torpaqları ələ keçirdi, sonra isə Dərbəndi mühasirə edib, 1759-cu ildə ələ keçirdi. Məhəmməd Hüseyni tutub gözlərini çıxartdı və Bakıya göndərdi. Dərbəndin xəzinəsi və xanın əmlakı ələ keçirildi. Fətəli xan Dərbəndin və Qubanın bir sıra kəndlərindən vergi toplamaq hüququnu müttəfiqlərinə verdi. Əmir Həmzənin bacısı Tuti Bikə ilə evləndi. Dərbənddən sonra 1767-ci ildə Bakı xanlığı Qubaya birləşdirildi. Bakı həm dəniz limanı, həm də Xəzər dənizində mühüm ticarət mərkəzi idi. Buradan çıxarılan neft böyük gəlirə malik idi. Fətəli xan bacısı Xədicə Bikəni nisbətən zəif iradəli Məlik Məhəmməd xana verməklə onu özündən asılı vəziyyətə saldı. 1781-ci ildə onun ölümündən sonra Bakınm hakimi oğlu Mirzə Məhəmməd oldu.
Fətəli xan öz müvəffəqiyyətlərini genişləndirərək Şirvan xanlığını ələ keçirmək uğrunda mübarizəyə başladı. XVIII əsrin ortalarında Şirvanın bir hissəsi Nadirin vergi toplayanı Hacı Məhəmmədəli xan, bir hissəsi isə Çoban tayfasının sərkərdə nəslindən Məhəmməd Seyid xan idarə edirlər. Bir qədər sonra bütün Şirvan ərazisi Məhəmməd Seyid xan və Ağasi xan qardaşlarının əlinə keçdi.
Fətəli xan Şirvanı dağlıların basqınlarından qorumaq üçün bac alırdı. Lakin Ağası xan bu bacı verməkdən boyun qaçırdı. Bundan istifadə edərək Fətəli xan Şəki xanı Hüseynəli ilə oraya hücum etdi (1754). Ağasi xan bac verməyə hazır olsa da qoşun toplamağa başladı. 1768-ci ildə Şəki və Quba qoşunları Şamaxıya hücum etdi. Ağasi xan məğlub edildi, gözləri çıxarılıb Kür sahilində Ketavana göndərildi. Şirvan torpaqları Şəki və Quba arasında bölüşdürüldü. 1768-ci ildə Cavad xanlığı Quba xanlığından asılı vəziyyətə düşdü.
XVIII əsrin 60-cı illərində Quba xanlığı Azərbaycanın şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. Təbriz, Ərdəbil və Gəncə əhalisi Fətəli xanın himayəsinə sığınmaq arzusunda olduqlarını bildirdilər. O zaman Azərbaycanda olan rus məmurlarından biri yazırdı: «... Mən Gilan vilayətindən, Ərdəbil, Təbriz, Gəncə və İrəvan şəhərlərində hədiyyələrlə Dərbəndə Fətəli xanın yanına gəlmiş üç nəfər adlı-sanlı tacir gördüm: onlar öz xanlarından gizli, yerli əhali adından xahiş edirdilər ki, Fətəli xan həmin yerləri öz hakimiyyətinə tabe etsin: onlar vəd edirdilər ki, yürüş zamanı ona heç bir müqavimət göstərilməyəcəkdir».
Öz hakimiyyətlərini itirən feodallar Fətəli xanın bü siyasətindən narazı idilər. Onlar Fətəli xana qarşı ittifaqa girdilər. Şamaxıda Fətəli xana qarşı qəsd təşkil edildi, bu qəsddə Şəki xanı Hüseynəli də iştirak etmək üçün 10 min qüvvə ilə Şamaxıya yaxınlaşdı. Fətəli xan Məhəmməd Seyid xan başda olmaqla qəsdçiləri həbs etdi. Hüseynəli döyüşə girmədən Fətəli xana tabe oldu.
Quba xanlığının güclənməsi digər xanlıqları narahat edirdi. Qarabağ, Şəki xanlığı və Kartli-Kaxet çarlığı Fətəli xana qarşı ittifaq yaratdılar, lakin bu ittifaq ən çox Fətəli xanı geri çəkilməyə tələb etmişdir. Fətəli xan geri çəkilməyə məcbur olmuşdur. Ərazi genişləndikcə, şöhrət artdıqca Fətəli xana qarşı əks qüvvələr birləşirdi. Qarabağ, Şəki və Dağıstan hakimləri 1774-cü ildə Kavduşan çölündə (Quba ilə Dərbənd arasında) Fətəli xanı məğlub etdilər. Fətəli xan Salyana çəkildi. Əmir Həmzə Qubanı tutdu. Dərbəndi mühasirəyə aldı. Şəhərin müdafıəsinə Tuti Bikə rəhbərlik edirdi. Əmir Həmzə onu aldadıb şəhərə girmək üçün şayiə yaydı ki, Fətəli xan ölüb. Hətta bacısını tam inandırmaq üçün ölmüş bir Dağıstan hakiminin meyidini müşayiət edən matəm mərasimi təşkil etdi. Lakin hiylə baş tutmadı.
1775-ci ildə Fətəli xanın xahişi ilə rus hökuməti general İ.F.de Medelin başçılığı ilə Dərbəndə qoşun göndərdi. Ə.Həmzə Qubadan və Dərbənd ətrafından çəkildi.
1784-cü ildə Fətəli xan Cənubi Azərbaycana yürüş edərək Ərdəbil və Meşkin şəhərlərini ələ keçirdi. Lakin bundan II Yekaterina narazı qaldı və onu geri çağırdı.
1785-ci ildə Fətəli xan Şəki xanlığını özündən asılı vəziyyətə saldı. O, İrakli ilə ittifaq yaratdı. 1788-ci ildə onların qoşunları Gəncəyə daxil oldu. 1789-cu ilin martında Fətəli xan Cənubi Azərbaycana yürüşə hazırlaşarkən Bakıda qəflətən vəfat etdi.
Fətəli xanın 32 illik hakimiyyəti dövründə Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi uğrunda mübarizə aparmışdır. Lakin natural təsərrüfatın hökm sürməsi feodal pərakəndəliyi, xarici şəraitin əlverişli olmaması, yerli feodal hakimlərinin müqaviməti buna inıkan vermədi. Onun yaratdığı birlik isə tezliklə dağıldı. Oğlu Əhməd xan atasının nailiyyətlərini möhkəmləndirə bilmədi. Onu əvəz etmiş Şeyx Əli xanm dövründə Şirvan, Bakı, Şəki və digər xanlıqlar Quba xanlığmdan ayrıldılar.


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin