Qəniyev H.Q. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək) Ali məktəblər üçün dərslik. Bakı, 2019, “Elm və Təhsil” nəşriyyatı, 499 səh.
Tarix üzrə fəlsəfə doktoru Həsən Qərib oğlu Qəniyevin təqdim etdiyi “Azərbaycan tarixi” dərsliyi Azərbaycan tarixinin ən qədim zamanlardan XXI yüzilliyin ilk onilliklərinə qədərki dövrünün başlıca məsələləri yığcam və real şəkildə araşdırılarq işıqlandırılmış, Azərbaycan tarixinin qədim, orta əsrlər, yeni və ən yeni dövrləri ilə yanaşı, Müstəqil Azərbaycan Respublikasının tarixinə xüsusi yer ayrılmışdır.
Bu dərslik Bakı İslam Universitetinin və digər ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur.