Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019



Yüklə 3,15 Mb.
səhifə4/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   173
Ar2019-47-1

Müəllifdən
FƏ Sİ L 1. AZƏ R BAY CAN T AR İ X İ FƏ NNİ Nİ N NƏ ZƏ R İ -ME T ODOL OJİ MƏ SƏ L Ə L Ə R İ , QAY NAQL AR I
§ 1. “Azərbaycan tarixi” fənninin predmeti, metodları, vəzifələri, tarixi biliklər sistemində yeri və öyrənilməsinin əhəmiyyəti.
§ 2. Azərbaycan adının mənşəyi haqqında.
§ 3. Azərbaycanın ərazisi, əhalisi və təbii və coğrafi şəraiti
§ 4. Azərbaycan tarixinin qaynaqları.
§ 1. “Azərbaycan tarixi” fənninin predmeti, metodları, vəzifələri, tarixi biliklər

sistemində yeri və öyrənilməsinin əhəmiyyəti


Tarix elminin məzmununu tarixi proses təşkil edir. Tarix elminin bünövrəsində faktların toplanması, sistemləşdirilməsi və ümumiləşdirilməsi durur. Azərbaycan tarixi dünya tarixinin ayrılmaz hissəsidir. “Azərbaycan tarixi” fənninin predmeti Azərbaycan tarixinə dair bilikləri ümumiləşdirərək tarixi məkan, tarixi zaman, dövlət, şəxsiyyət, iqtisadiyyat və mədəniyyət məzmun xətləri üzrə qruplaşdırıb gənc nəslə çatdırmaqdan ibarətdir.
Azərbaycan tarixinin tədrisinin ən ümdə vəzifələri tələbə-gənclərə Vətənimizin tarixi keçmişi haqqında dərin biliklər vermək, onlara tariximizin mürəkkəb və ziddiyyətli dövrlərindən baş açmağı öyrətmək, onlarda tarixi təfəkkürü formalaşdırmaq, cəmiyyətdə baş verən hadisələri obyektiv qiymətləndirmək bacarığı aşılamaqdan ibarətdir.
Azərbaycan tarixinin öyrənilməsinin əhəmiyyəti ondan ibarətdir ki, tələbəgənclərə Vətənimizin tarixinin ən qədim zamanlardan bugünədək keçdiyi tarixi yolu izləməyə imkan verir, tariximizdəki qaranlıq səhifələrin işıqlandırılmasında, onlarda dövlətçilik məfkurəsinin, keçmişə hörmət, gələcəyə inam hisslərinin formalaşmasında, gənclərdə vətənpərvərlik ruhunun tərbiyə edilməsində, onlarda analitik düşüncə qabiliyyətinin inkişafında böyük rol oynayır.
Bu gün Azərbaycanın iqtisadi-siyasi, mədəni təsir diapazonunun daha da genişləndiyi bir şəraitdə ölkəmizin tarixinin tədrisinin daha da təkmilləşdirilməsi və milli-mənəvi dəyərlərimizin gənc nəslə daha dərindən aşılanması tələb olunur.
Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Vətənin bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də “Azərbaycan tarixi” fənninin tədrisində əsas vəzifələrdən biri yeniyetmə və gəncləri Vətənimizin qədim tarixi və zəngin mədəni irsi ilə yaxından tanış etmək, gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına nail olmaq, onlarda vətənpərvərik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsidir.
Azərbaycan tarixi” fənninin metodları. Azərbaycan dilindəki “metod” sözü yunan sözü “metodos”dan yaranmışdır və tərcümədə “tədqiqat yolu”, “tədqiqat üsulu” mənasını verir. Eyni məzmunlu metodların toplusu yanaşma adlanır. Metodlar yaranır, dəyişir, yəni daim inkişaf edir. Metodların öyrənilməsi və hazırlanmasına yönəlmiş elmi dərketmə fəaliyyətinin nəzəriyyəsi metodologiya adlanır. Tarixin metodologiyası tarixi biliklər və tarixi tədqiqat metodlarının xüsusiyyətinə uyğun olaraq formalaşmışdır. Əgər tarixi keçmiş haqqında biliklər zəruridirsə, onlar bütün nəsillər tərəfindən öyrənilməlidir. Müasir tarix elmində “tarixi metod” dedikdə tarixi reallığı öyrənən bütün metodlar nəzərdə tutulur. Ancaq tarixi tədqiqat zamanı əsasən dörd klassik metoddan – tarixi-genetik, tarixi-müqayisəli, tarixi-tipoloji və tarixi-sistemli metodlardan istifadə edilir.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin