“İxtisaslaşdırılmış müalicə müəssisəsində vərəm hallarının idarə olunması”
TƏLİMİN PROQRAMI
Məkan: Azərbaycan Respublikası ƏN TBİ İMM Vərəm üzrə təlim mərkəzi
Tarix:
20.06.2016 və 21.06.2016
Təşkilatçılar: ƏN TBİ
Müəllimlər: İradə Məmmədova, Rasim Tahirli, Müsəllim Əmiraslanov, Famil
Məmmədov
İştirakçılar: İMM-nin orta tibb işçiləri
Məqsəd: Azərbaycanın Penitensiar sistemində vərəm hallarının idarə olunmasının əsas
istiqamətlərini anlatmaq
Vəzifələr:
İştirakçıları vərəm xəstəliyinin yaranmasının risk faktorları haqqında
məlumatlandırmaq;
İştirakçıları ÜST-ün yeni yanaşmalarına əsasən, vərəmin diaqnostikası və
müalicəsinə dair tövsiyələr ilə tanış etmək;
Birbaşa nəzarət altında aparılan müalicənin(DOT) prinsipləri ilə tanış etmək;
Kimyəvi terapiyanın effektivliyinin monitorinqinin qaydaları ilə tanış etmək;
İştirakçıları xəstəxanadaxili infeksiyanın yayılmasınına qarşı tətbiq olunan
inkfeksion nəzarət tədbirləri ilə tanış etmək və onların əhəmiyyətini izah
etmək.
Gözlənilən nəticələr:
Hər bir orta tibb işçisi bilməlidir:
Vərəmin transmissiyasını və xəstəliyin yaranmasının risk faktorlarını;
Vərəmin diaqnostik metodlarını;
Vərəm hallarının təsnifatını;
Vərəm əleyhinə kimyəvi terapiyanın
ümumi prinsiplərini, müalicə rejimlərini;
Rezistent vərəmin yaranmasına
təkan verən amilləri;
Vərəm əleyhinə preparatları və onların
əlavə təsirlərini;
Hər bir orta tibb işçisi bacarmalıdır:
Müalicə kartalarınıı düzgün doldurmağı;
Vərəm əleyhinə müalicəyə birbaşa nəzarəti təşkil etməyi (DOT) ;
Vərəm əleyhinə preparatların əlavə təsirlərini vaxtında müəyyən etməyi və
həkimi məlumatlandırmağı;
Kimyəvi terapiyanın effektivliyinə nəzarət məqsədi ilə bəlğəm nümunələrinin
vaxtında laborator müayinələrə göndərilməsini;
Xəstənin müalicəsini davam etdirməsi məqsədi ilə onunla düzgün davranmağı;
Xəstələri vərəm xəstəliyi və onun müalicə rejimi haqqında zəruri məlumatlarla
təmin etməyi;
Individual infeksion nəzarət vasitələrindən düzgün istifadə etməyi.