Sual 1. Turizm sənayesinin davamlı inkişaf Konsepsiyasına uyğun olaraq inkişafına təkan verən amillər hansılardır
Dayanıqlı turizm daha böyük sosial məsuliyyət, təbiətlə bağlı öhdəliklərin yerinə yetirilməsi, habelə yerli əhalinin turizm fəaliyyətinin idarə olunması ilə bağlı bütün proseslərə cəlb edilməsini nəzərdə tutur. Ümumdünya Turizm Təşkilatı (ÜTT), Ümumdünya Səyahət və Turizm Şurası (WTTC) və Avropa İttifaqı dayanıqlı turizmi aşağıdakı kimi müəyyən etmişdir:
Dayanıqlı turizmin inkişafı gələcək üçün imkanları qoruyaraq və genişləndirməklə yanaşı, turistlərin və qəbul edən regionların cari ehtiyaclarına cavab verir. Bütün resurslar mədəni bütövlüyü, mühüm ekoloji prosesləri, biomüxtəlifliyi və həyatı təmin edən sistemləri qoruyaraq iqtisadi, sosial və estetik ehtiyacları ödəyəcək şəkildə idarə edilməlidir. Dayanıqlı turizm məhsulları yerli mühitə, cəmiyyətə, mədəniyyətə uyğun şəkildə mövcud olan məhsullardır ki, turizmin inkişafına fayda və zərər vurmasın.
Məsuliyyətli turizm, yumşaq turizm, təbiətə əsaslanan turizm və alternativ turizm - bütün bu terminlər Dayanıqlı Turizm anlayışı ilə oxşar məna daşıyır və bu modulda “Dayanıqlı Turizm” termini altında qruplaşdırılıb.
Turizm sənayesinin dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq inkişafına təkan verən amillər var. Bu amillər bunlardır:
-Tənzimləyici təzyiqin artırılması
-Resurslardan ağıllı istifadə edərkən xərclərə qənaət haqqında məlumatlılığın artırılması
-Turizm xidmətləri göstərən təşkilatlar ətraf mühitin keyfiyyətinin rəqabət qabiliyyətinin zəruri göstəricisi olduğunu bilirlər
-Hökumətin və təşkilatların səlahiyyəti ondan ibarətdir ki, turizmin inkişafı ətraf mühitə mənfi təsir göstərir.
-İctimaiyyətin turizm siyasətinə təsir imkanları haqqında məlumatlılığının artırılması
Dayanıqlı turizm - Davamlı turizm eyni anlayışdır.
Təbiətdə istirahət etməklə ətraf mühitə zərər verməmək
Hotellərdə yataq dəstlərinin gündəlik dəyişdirilməsinə ehtiyac yoxdursa, bunu oteldən tələb etməmək
Elektrik enerjisini tükənəz mənbələrdən əldə etmək
Elektromobilllərdən istifadə etmək
Yerlərdə velosiped, arabalardan istifadə etmək
Sual 2. Dayanıqlı inkişaf “21-ci əsrin gündəliyi” inkişaf konsepsiyası
Dayanıqlı və yaxud «Dayanıqlı inkişaf» termini ətraf mühit və inkişafa dair Beynəlxalq Komissiya (Bruntland komissiyası) tərəfindən 1987-ci ildən işlədilməyə başlanmışdır. Dayanıqlı inkişaf hazırkı dövrdə insanların bütün tələbatları ödəməklə yanaşı, gələcək nəsillərin də öz tələbatlarını ödəmək qabiliyyəti və istəyini təhlükə altına almayan XXI əsr çağırışıdır. Dünyada gedən qloballaşmaşəraitində insanların qarşısında duran vacib problemlərdən biri də dayanıqlı iqtisadi inkişafın hansı yollarla təmin edilməsindən ibarətdir. Bu baxımdan da 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro konfransında qəbul edilmiş və Dayanıqlı inkişaf üzrə öz milli strategiyasını hazırlamaq üçün «XXI əsrin gündəliyi» adlanan XXI əsr üçün dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən inkişaf konsepsiyasının hazırlanması tövsiyə olundu. Bu konfransda müasir cəmiyyətin dayanıqlı inkişafa keçmə konsepsiyası qəbul edildi. “Dayanıqlı inkişaf’ termini ingiliscə “sustainable development” terminin tərcüməsi kimi qəbul edilmişdir. Əslində “sustainble” sözü digər mənalar: “dəstəklənən”, “öz özünə dəstəkləyən”, “dayanıqlı”, “fasiləsiz”, “möhkəmlənən”, “qorunan” (sustain - möhkəmlətmək, dəstəkləmək; to be able - qabil olmaq) da daşıyır. Konsepsiyanın əsas mahiyyəti də ondan ibarətdir ki, bütün dünyada yoxsulluqla mübarizə aparmaq və ekoloji tarazlığı qorumaq. Artıq bütün Beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş “Dayanıqlı inkişaf’ konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi göstərilməklə, iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunması başlıca olaraq vurğulanır. Dayanıqlı inkişafın əsas
vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur. Rio-de-Janeyrodan sonra 1995-ci ildə BMT-nin sosial- iqtisadi inkişafa həsr olunmuş Kopenhagen Zirvə toplantısında
yoxsulluq, işsizlik və s. bu kimi sosial bəlaların aradan qaldırılması problemləri geniş müzakirə edilmişdir. Kopenhagen konfransı yoxsulluqla mübarizənin müasir formalarını göstərmişdir. 2000-ci ilin sentyabrında BMT -nin təşəbbüsü ilə 147 ölkənin iştirak etdiyi
"Minilliyin Forumu"nda yoxsulluğun azaldılması yolları müzakirə edilmişdir. Rusiyalı akademik V.A. Kaptyuq dayanıqlı insan konsepsiyası, bəşəriyyətin idraklı şəkildə balanslaşdırılmış sosial- iqtisadi inkişafına və ətraf mühitin qorunmasına nail olmaq, həmçinin həm texnoloji proses və həm də istehlakın səmərələşdirilməsi yolu ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqtisadi bərabərsizliyi kəskin şəkildə azaltmaqdan ibarət olduğunu vurğulayır. Akademik N.N.Moiseyev dayanıqlı inkişafı biosfer və cəmiyyətin tarazlıq vəziyyətinə keçmə imkanını təmin edən fəaliyyəti qəsd edən cəmiyyət strategiyasının işlənməsi və həyata keçirilməsi kimi başa düşməyi təklif edir. Akademik A.D.Ursul’a görə dayanıqlı inkişaf, ətraf mühiti dağıtmayan, fasiləsiz ictimai tərəqqini təmin edən, idarə olunan, dəstəklənən və nizamlanan inkişaf strategiyası prinsipini irəli sürür. Son dövrlər dünya turizm bazarının inkişafında turizmin dayanıqlı inkişaf konsepsiyası ən önəmli yerlərdən birini tutur.
Turizmin alternativ formalarının yüksəlişi dayanıqlı inkişaf konsepsiyasının həyata keçirilməsinə getdikcə artan tələbatın dərk edilməsi ilə eyni vaxtda baş verdi. Turizmdə dayanıqlı inkişaf prinsipi Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Ümumdünya Turizm və Səyahət Şurası (ÜTSŞ) tərəfindən formalaşdırılmışdır. Mənasına görə ətraf mühit, mədəniyyət, iqtisadiyyatın dayanıqlı inkişafı ilə yanaşı, yerli icmaların da dayanıqlı inkişafı əsas götürülmüşdür. Turizmdə dayanıqlıq prinsipi ətraf mühitdən, maddi-mədəni sərvətlərdən istifadənin elmi əsaslarla tənzimlənməsini ön plana çəkir. Bura enerjiyə qənaət, texnologiyalarından istifadə, istehsalat tullantılarının azaldılması, məsləhətləşmələr yolu ilə turizmin inkişafı ilə bağlı qərarların qəbul edilməsində yerli icmaların cəlb edilməsi, dövlət və özəl sektorlar arasında tərəfdaşlıq münasibətlərinin faydalı əsaslarla qurulması, turizm və müəyyən sahələrdə və bütün ölkələrin sosial-iqtisadi artımının təşviqi aiddir. Səyahətlər və turizm üzrə ümumdünya məsləhət şurası öz üzvləri üçün təxminən 500 mehmanxana şəbəkəsi, turagentlik, aviaşirkət və turizm sənayesinin başqa müəssisələrini yaratmaqla "Yaşıl planet" hərəkət proqramını icra edir. Qloballaşmanın və cəmiyyətin informasiyalaşmasının müasir şəraitində turizm sferasında dayanıqlı inkişaf prinsiplərinə keçid labüd olmalıdır. Təcrübə göstərir ki, nəzarətsiz qaydada turizm fəaliyyətinin genişlənməsi və tez bir zamanda turizm sahəsindən yüksək gəlir əldə edilməsi, nəinki ətraf mühitə, həmçinin ərazinin malik olduğu maddi və mənəvi potensialın məhvinə gətirib çıxarır.
Sual 3. Dünyanın tanınmış turizm regionları barədə məlumat verin səbəblərini izah edin
Dostları ilə paylaş: |