Çimərlik istirahəti və turizmi
Daha çox cəlbedici ərazilər dəniz sahilləridir. Passiv istirahət üçün ideal yerdir və üç “S” formulu ilə tanınır: Sea-Sun-Sand – dəniz-günəş-çimərlik.
Pireney yarımadasının çimərlikləri, Balear (Malyorka adası) və Kanar (Tenerif adası) adalarının kurortları daha çox tanınırlar. Portuqaliyanın Madeyra adasında məşhur kurortlar yerləşir.
XX əsrdə çimərlik istirahətinə olan tələbat ABŞ-da Mayami, Santa-Kruz, San-Diyeqo, Meksikada Akapulko, Kankun, habelə Baham və Bermud adaları, Karib dənizinin ada dövlətləri Barbados, Yamayka, Kuba, Puerto-Riko tanınır.
Son 30-40 ildə Yaxın Şərqin sahilyanı kurortları turizm dünyasında tanınıb – Qırmızı dənizdə Xurqada və Şarm-el-Şeyx (Misir), Fars körfəzində Dubay, Abu-Dabi, Şardja. Ekvatorial və tropik ərazilərdə son onilliklərədə Seyçel və Maldiv adaları, Mavrikiy turistlər üçün istəkli yerlərdir. Cənub-Şərqi Asiyada Pattaya kurortu, Pxuket və Samuy, Bali, Pinanq tanınır. Havay adaları serfinqin vətənidir və buraya il ərzində 10 mln-dək turist gəlir.
Sualtı turizm daha çox tropik ölkələrdə yayılıb Avstraliya sahillərində Böyük Rif Səddi –korall rifləri, Okeaniyanın atolları, Karib dənizinin rifləri, Floridanın, Qırmızı dənizin sahil əraziləri turistlər üçün cəlbedicidir. Buralarda dayvinqlə (su altına akvalanqla enmək) məşğul olurlar.
Çimərliklərin cəlbediciliyində əsas amil həmin ərazilərin sanitariya-gigiyena tələblərinə uyğun olması, təhlükəsizlik və əlçatanlı olmasıdır. "Mavi bayraq" (ing. Blue Flag beach) — ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı (Foundation for Environmental Education) tərəfindən verilən nümunəvi xidmət göstəricisidir. https://www.blueflag.global/
FEE ekspertləri çimərlikləri suyun keyfiyyəti, təmizləyici qurğuların mövcudluğu, ekoloji təhlükəsizlik, hərəkət qabiliyyəti məhdud insanlar üçün yamacların olması, nəqliyyat vasitələrinin girişinə qadağa və s. daxil olmaqla 32 parametr üzrə qiymətləndirirlər.
2019 ildə mavi bayraqlar almış ilk 5-liyə daxil olan ölkələr İspaniya -566, Yunanıstan -515, Türkiyə - 463, Fransa -389, İtaliya – 385. Ayrıca olaraq Mavi bayraqlar marinalara və kruiz və turist gəmilərinə də verilir. https://www.atorus.ru/tourist/top10/article/4577.html .
Dostları ilə paylaş: |