Dayanıqlı turizmi



Yüklə 414,95 Kb.
səhifə8/21
tarix07.01.2024
ölçüsü414,95 Kb.
#211319
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
turizm-1 Seymur

Su turizmi də inkişaf etdi: çaylarda, göllərdə, dənizlərdə turist qayıqlarında, gəmilərində, bərələrdə, katamaranda, baydarkalarda yürüşlərin təşkili. Bundan başqa yelkənli, motorlu qayuıqlarda gəzintilərin təşkili yayılır.
Sual 5. Dünyanın tanınmış əyləncə, hadisə festival turizm əraziləri
Adətən səfərlər zamanı turistlər əylənmədən yan keçmirlər. Bu məqsədlə şəhərlərdə müxtəlif tədbirlər keçirilir: idman tədbirləri, festivallar, müsabiqələr, şou-proqramlar, karnavallar və destinasiyalarda kinoteatrlar, ticarət mərkəzləri, tematik parklar, attraksionalr, kazinolar fəaliyyət göstərir. XİX əsrin sonunda Brüsseldə keçirilən ümumdünya Sərgisində attraksion ( frans. Attraction – cəlbetmə) işə salınmışdı. Burada yelləncəklər, baxış təkəri işə salınmışdı.
Animasiyanın banisi sayılan Uolt Disney (Walt Disney) disneylendlərin əsasını qoydu. Disneylendlərdə müxtəoif əyləncə qurğuları olan əyləncə və istirahət kompleksləridir. Bəzən bütün attraksionu keçmək üçün bir-neçə gün tələb olunur. Bu cür əyləncə mərkəzləri xeyli turistləri cəlb edir. Tematik parklar da turistlərin ziyarət etdikləri məkanlardır. Tematik parklar çox hallarda bir mövzuya aid edilir: Məs., sualtı dünya –burada iri, böyük həcmli akvariumlarda sualtı bitkiər və canlı aləm yerləşdirilir. Və ya dünyanın yaranma dövründən yaşayıb kökü kəsilmiş heyvanat aləminin natural həcmdə fiqurları yerləşdirilir;və ya nağıl qəhrəmanları fiqurları yerləşdirilir.
“Disneylend” (Disneyland) ABŞ Kaliforniya, Disney Uorld (Walt Disney World) – Florida, “Si Uorld” –Kaliforniya, San-Diyeqo ş., Universal Studios – Kaliforniya, Los-Anceles (Yura periodunun Parkı); AvroDisneylend – Fransa, Paris (5 tematik parkı birləşdirir); Futuroskop – Fransa Puatye ş.; Asteriks qədim Roma və Yunanıstan parkı; Moominworld – Finlyandiya, Turku ş., Canta Park –Finlyandiya, Laplandiya; Port Aventura – məcaralar parkı İspaniya. Salou ş.; Terra Mitika –Əfsanələr Parkı – İspaniya Benidorm ş. Qədim sivilizasiyalar aləmi; Leqolend – Danimarka, Belund ş.; Avropa-park – Almaniya, Frayburq ş., Disneylend – Yaponiya, Tokio.

Yüklə 414,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin