Dayanıqlı turizmi



Yüklə 414,95 Kb.
səhifə5/21
tarix07.01.2024
ölçüsü414,95 Kb.
#211319
1   2   3   4   5   6   7   8   9   ...   21
turizm-1 Seymur

Hadisə turizmi. Müəyyən bir tədbirlə əlaqəli olaraq həmin məkana turistlərin səfəri. Beynəlxalq sərgilər. ABŞ, B.Britaniya, Almaniya, Fransa ən çox sərgilər keçirilir. Amsterdam, Kopenhaqen, Barselona, Madrid, Brüssel, Hannover, Berlin, Vyana, Cenevrə, Davos, Paris, Strasburq, Vaşınqton, London, İstanbul. BU şəhərlər beynəlxalq miqyaslı sərgi tədbirlərinin keçirilməsi üçün müvafiq infrastruktura malikdirlər.
1980-ci ildən başlayaraq fevral ayında Madriddə Beynəlxalq turizm sərgisi-birja (FITUR) keçirilir. Bu sərgidə növbəti turizm mövsümü üçün yeni qiymətlər və tendensiyalar müəyyən olunur. Beynəlxalq turizm sərgiləri keçirilir: Milan, London World Travel Market — WTM), Moskvada, İstanbulda, Tokioda və bir cox şəhərlərdə. Bakıda aprel ayında hər il AİTF keçirilir.


Festival turizmi. Teatr, kino, karnaval, milli bayramlar, mahnı və gözəllik müsabiqələri keçirilir. Antik Yunanıstanda (e.ə. 6 əsr) Pifiyada Apollon allahın xatirəsinə musiqi müsabiqələri keçirilirdi. Rio-de-Janeyroda karnaval bu məqsədlə hazırlanmış sambadromda keçirilir. Buraya 2mln-a yaxın insan axını olur.
Konqres turizm. Konfrans, Qurultayların keçirilməsi ilə mütəxəssislərin bir yerdə fikir mübadiləsi, yeniliklərin təqdimatı, əməkdaşlıq imkanlarını yaradır. XX əsrin 30-cu illərində ildə 200-ə yaxın beynəlxalq konfranslar keçirildisə, hazırda bunların sayı 2 mini keçir. Konqres turizminin mərkəzləri: Amsterdam, Davos, Cenevrə, Paris, Madrid, London, Vyana, Vaşınqton.
Dini turizm. Dini səyahətlər qədim dövrlərdən məlumdur. Dini turizm iki alt növdən ibarətdir: zəvvarlıq və ekskursion. Bütün dinlərdə həmin dinə sitayiş edənlər özlərinin müqəddəs məkanlarını ziyarət etməklə, allahın qarşısında, allaha olan inamı ilə əlaqədar öz borclarını gerçəkləşdirirlər. Məs., Məkkə, Mədinə, Məşhəd, Kərbəla, Qüds; Xristianlar – Qüds, Vatikan, İstambul; Buddizmdə- Sidharta Qautamanın ( Budda ) yaşadığı, olduğu yerləri ziyarət edirlər. Bundan başqa hər dində yerli səviyyəli müqəddəs yerlər var ki, bu yerləri hər kəs ziyarət edərək öz niyyətlərini bildirirlər.
Dini yerlərə ekskursiyalara həmin dinə sitayiş etməyənlər də dərketə məqsədilə ziyarət edə bilirlər.


Kruiz turizmi. Dəniz səthində gəmi vasitəsilə səfərə çıxaraq müəyyən limanlarda ekskursiya məqsədilə qısamüddətli dayanacaqlar etməklə turun həyata keçirilməsidir. Kruizlər hələ XIX əsrin 50-ci illərində ilk cəhdləri baş tutub. Tomas KUK İngiltərədən Amerikaya kruizlər təşkil edirdi. Kruizlərin intibah dövrq XX əsrin 60-cı illərinə təsadüf edir. Hazırda kruizlə səfərə çıxanların sayı ildə 20 mln-u keçir. Kruizlərin daha çox yayıldığı ərazilər: Karib dənizi, Meksika körfəzi, Aralıq dənizi, son onilliklərədə Cənub-Şərqi Asiya.


İşgüzar turizm. Ən bahalı turizm növüdür. Səfərə çıxanlar dövlətini, müəssisəsini təmsil edərək konfranslara, seminarlarda, sərgilərdə iştirak edirlər. İştirakçılar adətən bahalı yerlədirmə obyektlərində qalır, toplantı yerində əlavə görüşlər keçirir.
Gələn İşgüzar turistlərin sayına görə B.Britaniya, Belçika, Fransa, Niderland, İsveçrə, Almaniya, İspaniya, ABŞ fərqlənirlər.


Şop-turizm. Alış məqsədilə bir sıra turlar təşkil olunur. Bunun üçün RF-dən, Azərbaycandan, Ukraynadan, Avstriyadan qonşu ölkələr, və ya Ərəb ölkələrinə xüsusi turlar təşkil olunur.



Yüklə 414,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin