Dayanıqlı turizmi


Marşrut turizmi idman (dərəcəli) və həvəskar (sağlamlıq) səviyyəli ola bilər



Yüklə 414,95 Kb.
səhifə3/21
tarix07.01.2024
ölçüsü414,95 Kb.
#211319
1   2   3   4   5   6   7   8   9   ...   21
turizm-1 Seymur

Marşrut turizmi idman (dərəcəli) və həvəskar (sağlamlıq) səviyyəli ola bilər. İdman turizmi müəyyən edilmiş müxtəlif çətinlikli marşrutlar üzrə yürüşlərdə (xüsusilə piyada) turist ustalığını yüksəltmək, fiziki qüvvənin, dözümlüyün yoxlanması məqsədini güdür. Piyada yürüşlər istənilən ərazidə - təbiət qoynunda, Milli Parklarda, dağlı-yamaclı-qayalı ərazilərdə keçirilir.
Balıq və heyvan ovu turizm növləri kimi tanınırlar. Xüsusi ərazilərdə lisenziya ilə və ov mövsümündə ovla məşğul olmaq olar. Ov məqsədilə həvəskarlar uzaq ölkələrə getmək istəyində olurlar.
Dağ xizək turizmi qış aylarından istirahət üçün səmərəli istifadə etmək imkanları yaradır. münasib dağ ərazilərində qar örtüyü ilə xizəklə sürüşmək, yarışmaq məqsədilə bir çox turist ALP dağlarına, Karpat dağlarına yönəlirlər. Azərbaycanda Şahdağ və Tufandağ qış-yay kurortları turistlərin sevimli istirahət yerləridir. Belə ərazilərdə əyləncə məqsədilə barlar, rəqs meydançaları açılır, dükanlar, ictimai iaşə obyektlər açılır.
Dağ-xizək kurortları həm də idman yarışlarının keçirilməsiüçün geniş istifadə edilir. Fransanın Şamoni, Qrenobl, Kortina-dAmpesso, Avstriyanın İnsbruk, Yaponiyanın Sapporo və Naqoya, Norveçin Lilliyenhammer, Kanadanın Kalqari, ABŞ-ın Solt-Leyk-Siti, Leyk-Plasid kurortunda müxtəlif illərdə Qış Olimpiya Oyunları keçirilib.


Alpinizm turizm növü peşəkar alpinistlər tərəfindən həyata keçirilir. Alpinistlər dünyanın 11 sayda olan 8 minlik zirvələrə qalxmaq üçün səfərlərə çıxırlar. Zirvələri fəth etmək üçün Himalay, Tibet, Pamir, Qafqaz, Kilimancaro, Alp, Alyaskaya alpinist qrupları səfər edirlər.
Speleo turizm. Mağaralara baxmaq, keçmək həvəsində olanların sayı çoxdur. Mağaralara daxil olmaq və ya düşmək, mağara məsafəsini keçmək xüsusi fiziki hazırlıq və texniki ləvazimat tələb olunur. Bir çox mağaralarda stalakmit və stalaktidləri görmək əzmində olanlar da mağaralara üz tuturlar. Mağaralarda marşrutların mürəkkəbliyi burada relyefin müxtəlifliyi (quyular, ensiz keçidlər, yeraltı çay və göllərin olması), işığın olmaması, aşağı temperatur, yüksək nəmliklə müşayiət olunur. Turistlər qayaya dırmanma, akvalanqla suya enmə, piyada yürüş bacarıqlarına malik olmalıdırlar. Bu səbəbdən speleoturizm idman və həvəskar speleoturizm alt növlərinə bölünür. Tanınmış mağaralar Alp dağlarında yerləşir.dərinlinə görə (1634 m) dünyada ikinci mağara Avstriyada yerləşir. Dünyada üçüncü mağara Jan-Bernar (1602 m) Fransa Alplarında. Gözəlliliyinə görə tanınmış olan Pyer Sen-Martin mağarası (1350 m dərinlik) pirineydə İspaniya ilə Fransa sərhədində yerləşir.



Yüklə 414,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin