Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


Azərbaycan milli mətbuatının fəaliyyəti



Yüklə 3,15 Mb.
səhifə123/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   173
Ar2019-47-1

Azərbaycan milli mətbuatının fəaliyyəti. XX əsrin əvvəllərində Avropa ilə İslam mədəniyyətinin çulğalaşması nəticəsində Azərbaycan ziyalıları formalaşmağa başlamışdı. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycan ziyalıları dedikdə, ənənəvi müsəlman məktəblərində təhsil görmüş deyil , yalnız Avropa tipli təhsil müəsisələrində yetişən ziyalılar (intellegentlər) nəzərdə tutulurdu. Rus hökumətində və rus ordusunda çalışan Azərbaycanlı məmurlar, “rus-tatar məktəbləri”nin məzunları, rus universitetlərinin, Tiflis və Qoridəki Zaqafqaziya müəllim seminariyasının məzunları, müəllimlər Azərbaycan ziyalılarını təmsil edirdilər.
1905-ci il hadisələrindən sonra çar hökumətinin zəifləməsi nəticəsində Azərbaycan ziyalılarının fəallığı artmışdı. Xeyriyyə cəmiyyətləri, təhsil, teatr, sənət dərnəkləri gündən-günə artmaqda idi. Bu mədəni canlanmanın nəticəsi olaraq 1914-cü ildə oxuma-yazma bilənlərin sayı, həmcinin Azərbaycan dilində nəşr olunan kitabların sayı 2 dəfə artmışdı. Çar rejiminin zəifləməsi ilə Azərbaycan mətbuatı özünün qızıl çağını yaşayırdı. 1905-1917-ci illər arasında Azərbaycabda 63 qəzet və jurnal dövriyyəyə daxil olmuşdi. Azərbaycan əhalisinin hələ də oxumayazma bilmədiyi bir dövrdə bu çox mühüm göstərici idi.
XX əsrin əvvəllərində Bakı Rusiya müsəlmanları mətbuatının mərkəzinə çevrilmişdi. Qəzet və jurnalların bir çoxunun qısa ömürlü olmasına baxmayaraq çox geniş oxucu kütləsinə və yüksək təfəkkür səviyyəsinə malik idilər. Bunların arasında ədəbi jurnallardan “Füyuzat”, gündəlik qəzetlərdən “Həyat” və “İrşad” xüsusi yer tuturdu. Hindistan , Əfqanıstan kimi uzaq yerlərdə belə abunəçiləri olan “Molla Nəsrəddin “ satirik jurnalı dövrün ən populyar və mətbuat baxımından ən seçilən jurnalı idi. Hətta savadı olmayanlar belə jurnalın karikaturalarını bəyənərək ona abunə olurdular. 1906-ci ildən çıxmağa başlayan “Molla Nəsrəddin” jurnalı milli hərəkatın inqilabi-demokratik istiqamətinin ideya mərkəzi idi. C.Məmmədquluzadənin redaktor olduğu bu jurnalın ətrafında M.Ə.Sabir, Ə.Qəmküsar, O.F.Nemanzadə, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə kimi Azərbaycanın qabaqcıl ziyalıları toplaşmışdı. Onlar xalqı çarizmin müstəmləkə siyasətinə qarşı mübarizəyə çağırır, hər cür milli müstəmləkə zülmünün və milli-siyasi bərabərsizliyin yox edilməsi, sosial ədalətsizliyin aradan götürülməsi, Azərbaycan xalqının siyasi azadlığı və milli hüquq bərabərsizliyinin tətbuq edilməsi kimi tələblər irəli sürürdülər. Molla Nəsrəddinçilər milli dilin və məktəblərin məhdudiyyət qoyulmadan azad inkişafı, azərbaycanlıların ümumi icbari ibtidai təhsil almasının təmin edilməsi, azərbaycanlı müəllimlərin başqa millətlərdən olan müəllimlərlə hüquq bərabərliyi, yeni tipli çağdaş məktəblər şəbəkəsinin , o cümlədən qızlar məktəblərinin genişlənməsi kimi fikirləri tətbiq edirdilər.
“Molla Nəsrəddin “ jurnalının ardınca “Bəhlul”(1907), “Zənbur”(19091910) jurnalları da nəşr olunmağa başlamışdı. Bakıda uşaqlar üçün “Dəbistan”, (1906-1908), “Rəhbər”(1906-1907), “Məktəb”(1911-1917) jurnaları da çıxırdı.
Azərbaycan mətbuatına azərbaycanlı iş adamları maliyyə cəhətdən dəstək olurdu. Azərbaycanın iqtisadi-ictimai həyatda hər zaman fəal iştirak edən Azərbaycan milli burjuaziyasının lideri Z.Tağıyev “Kaspi”, “Həyat”, “Füyuzat”, “Tazə həyat” kimi qəzetlərin sahibi idi. Gənc torpaq sahibkarı İ.Aşurbəyov bəzi hümmətçi yayınlarla birlikdə müstəqil “İrşad” və daha sonra ədəbiyyat jurnalı “Şəlalə”ni maliyyələşdirirdi. Babası B.Aşurbəyov və M.Muxtarov isə gündəlik “Tərəqqi” qəzetini dəstəkləyirdi. Mətbuat azadlığı və iqtisadi dəstək qəzetçilik sahəsində bir çox istedadın ortaya çıxmasına imkan verdi.
Bu dovrün mətbuatında da 2 istiqamət özünü göstərməkdə idi: inqilabi-demokratik və ümummüsəlman, ümumtürk birliyi istiqaməti. Azərbaycanın qabaqcıl ziyalıları inqilabın sosial və siyasi cəhətlərini ön plana çəkənlərlə, bunu ümummilli bir hərəkat kimi görənlər olmaqla 2 cəbhəyə ayrılmışdı;
I qrupa daxil olan Ağayev, Topçubaşov və Hüseynzadə bir müddət “Həyat” qəzetinə rəhbərlik etdikdən sonra 1906-cı ilin fevralından “İrşad” qəzetini çıxarmağa başladılar. Çox populyar olan bu gündəlik qəzetin başlığında “Müstəqillik, Bərabərlik, Ədalət!” şüarı yer alırdı. Qəzetdə Nərimanov, Əzizbəyov, Əfəndiyev kimi hümmətcilər də çalışırdı.
1905-ci ildən etibarən milli qəzetlər artiq təkcə azərbaycanlılara deyil, Qafqaz türklərinə və eyni zamanda bütün türklərə öz oxucuları kimi səslənməyə başlamışdı. Milli kimlik, türkçülük ideyalarını təbliğ edilən Azərbaycanda “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq!” şüarı türkçülüyün əsas şüarı oldu.
1906-cı ildən dərc olunan ədəbi sənət jurnalı “Füyuzat” da “Türkçülük, İslam və Avropa mədəniyyəti” istiqamətini təbliğ edurdi. “Füyuzat” həmçinin Azərbaycan mədəniyyətinin yad təsirlərdən yaxa qurtarması üçün ciddi mübarizəyə başlamışdı. Aralarında Osmanlı Əhməd Kamal, Abdulla Cövdət, Krımlı tatar Həsən Səbri kimi Azərbaycanlı olmayan türklərin də yer aldığı “Füyuzat” bütün türklərin vahid ədəbi dildən istifadə etməsinin zəruriliyini vurğulayırdı.
1907-ci il dekabr ayında “Füyuzat” bağlandıqdan sonra türkçülük ideyalarını “Yeni Füyuzat”, “Şəlalə” jurnalları davam etdirdi.

§ 3. Azərbaycan I Dünya müharibəsi illərində (1914- 1918)


1914-cü ildə başlayan I Dünya müharibəsinə 38 ölkə cəlb edilmişdi. Müharibədə iştirak edən dünyanın bütün aparıcı dövlətləri –Almaniya , İngiltərə, Fransa, Avstriya-Macarıstan , Rusiya kimi imperialist dövlətlərin hər birinin bu müharibədə özünəməxsus iqtisadi-siyasi maraqları olsa da , dünyanın yenidən bölüşdürülməsinə daha çox can atan Almaniya İ Dünya müharibəsini başlayan əsas dövlət oldu.
Azərbaycan dünyanin böyük dövlətlərinin işğalçılıq planlarında. XX əsrin əvvəllərində imperialist dövlətlərin dünyanı iqtisadi və siyasi təsir dairəsinə bölgüsündən narazı qalan və daha çox ərazi ələ keçirməyə çalışan Almaniya Yaxın və Orta Şərqdə işğalçı planlarını həyata keçirərək bu bölgədə ingilis mövqelərinə zərbə vurmaq, Rusiyadan Qafqazı qoparıb almaq fikrində idi. Almaniyanın müharibə planlarında Azərbaycan mühüm yer tuturdu və Almaniyanın Qafqaz siyasətinin mərkəzində Bakı nefti dururdu.
Ümumiyyətlə, inhisarçı kapitalizm mərhələsinə daxil olan və dünyanı iqtisadi təsir dairəlğrinə bölüşdürmək uğrunda mübarizəyə başlayan böyük dövlətlərin hər birinin işğalçılıq planlarında Qafqaz, xüsusilə də Azərbaycan mühüm yer tuturdu. XX əsrin ən mühüm strateji məhsulu olan neft uğrunda və Azərbaycan neft sənayesində hakim mövqe uğrunda mübarizə edən hər bir iri kapitalist olkəsinin Azərbaycanla bağlı planları var idi.
Almaniyanın Şərqdə hegemonluq uğrunda mübarizəsində Qafqaz, xüsusilə Azərbaycan mühüm yer tuturdu. Almaniyanin əsas məqsədi Qafqazın ən mühüm rayonlarından biri olan Azərbaycanı Rusiyadan ayıraraq müharibə edən tərəflər arasında bufer dövlətə çevirmək və Bakı neftinə nəzarəti ələ keçirmək idi. Almaniya bu işdə Türkiyəni özünə müttəfiq seçmişdi.
İngiltərə də öz növbəsində Bakı nefti uğrunda mübarizə apararaq alman kapitalının Bakı neft ssənayesinə nüfuz etməsinə mane olmağa çalışırdı.
Rusiya üçün də, təbii ki, Azərbaycan, xüsusilə də, Bakı neftindən qaynaqlanan zənginlik böyük əhəmiyyət kəsb edirdi və o, bu sərvəti əldən vermək istəmirdi. İstər çar Rusiyası, istər Müvəqqəti hökumət , istərsə də sovet Rusiyası dövründə Rüsiya Bakı neftindən heç bir zaman imtina etmək niyyətində olmamışdı. I Dünya müharibəsi və bolşevik üsyanlarının təsiri altında dağılma nöqtəsinə gələn Rusiya iqtisadiyyatı yalnız Bakı nefti ilə yenidən güc qazana bilərdi.
Osmanlı Türkiyəsi ilə Azərbaycan arasında kökləri çox qədimə gedən tarixi, mədəni və dini əlaqələr mövcud idi. Bölgənin coğrafi mühiti də əlverişli ictimaiiqtisadi əlaqələr qurulması üçün məqsədəuyğun idi. Bu müharibədə Türkiyınin əsas məqsədlərindən biri Azərbaycanı Rusiyanin əsarətindən xilas etməklə bərabər Rusiya ilə Türkiyə arasında bufer dövlət yaratmaq idi. Qafqaz strateji cəhətdən olduğu kimi etnik, tarixi, mədəni və iqtisadi cəhətdən də Osmanlı dövləti üçün böyük əhəmiyyət kəsb edirdi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin