Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 1. 1920-ci illərin əvvəllərində Azərbaycanda siyasi və sosial iqtisadi vəziyyət. Sovet milli dövlət quruculuğu



Yüklə 3,15 Mb.
səhifə137/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   173
Ar2019-47-1

§ 1. 1920-ci illərin əvvəllərində Azərbaycanda siyasi və sosial iqtisadi vəziyyət. Sovet milli dövlət quruculuğu.
§ 2. Azərbaycan SSR yeni iqtisadi siyasətə keçid və bərpa dövründə.
§ 3. Azərbaycanda sənayeləşmə və kollektivləşdirmənin həyata keçirilməsi. Inzibati-amirlik sisteminin formalaşması. Kütləvi siyasi repressiyalar. § 4. Mədəniyyət sahəsində ilk sosialist tədbirləri. § 5. Cənubi Azərbaycan 1920-1930- cu illərdə.

§ 1.1920-ci illərin əvvəllərində Azərbaycanda siyasi və sosial-iqtisa vəziyyət. Sovet milli dövlət quruculuğu


Şimali Azərbaycan rus qoşunları tərəfindən işğal edildikdən dərhal sonra ali icraedici və qanunverici orqan – Müvəqqəti inqilab komitəsi yaradıldı (sədr – N.Nərimanov). Aprelin 28 – də bu orqan tərəfindən Xalq Komissarları adı ilə hökumət təşkil edildi. Sədri və xarici işlər komissarları N.Nərimanov olan bu hökumətin tərkibinə Həmid Sultanov, Çingiz İldırım, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov və başqaları daxil oldular. M.Ə. Rəsulzadə
1923 – cü ilin yanvarında Stalinə ünvanladığı məktubunda yazırdı: “Hazırda Rusiyada hüsulə gələn hadisələr bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu kimi indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır...Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı günəş kimi aşkardır.”
1920-ci il may ayının ortaları üçün Naxçıvan istisna olmaqla Azərbaycanın bütün qəzalarında hakimiyyət sovetlərin əlinə keçdi. Naxçıvanda sovet hakimiyyəti 1920-ci il iyulun 28-də quruldu.
1920-ci il 3 may dekreti ilə Rusiyanın nümunəsində Azərbycanda da qəza, mahal, kənd inqilab komitələri yaradıldı, fəhlə-kəndli milisi, xalq məhkəmələri, fəhlə-kəndli müfəttişliyi və.b. siyasi qurumlar təşkil olundu. 1920-ci il 23 sentyabr dekretinə əsasən kəndlərdə inqilab komitələri ilə yanaşı yerli hakimiyyət orqanı olan yoxsul komitələri də yaradıldı. Onlar 1921-ci ilin yazına kimi fəaliyyət göstərmişdilər.Həmin vaxtdan sonra kəndlərdə də fəhlə-kəndli deputatları sovetləri idarəçiliyinə keçildi. Artıq, bu zaman Azərbaycanda 1400-ə yaxın kənd soveti fəaliyyət göstərirdi.
Sovet hakimiyyətinin ilk illərində Azərbaycan SSR-də qanunverici və icraedici hakimiyyət Azərbaycan İnqilab Komitəsinin əlində cəmləşmişdi. Xalq Komissarlar Soveti daxili işlər və xarici işlər, hərbi-dəniz işləri, ədliyyə və əmək, torpaq, daxili və xarici ticarət, ərzaq, maliyyə, maarif, dövlət nəzarəti, poçt və teleqraf, yollar, səhiyyə xalq komissarlıqlarının fəaliyyətini tənzim edirdi.
İnqilab Komitəsi rejimi möhkəmləndirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirdi. O, 1920-ci il may ayının 5-də bəy və vəqf torpaqlarının müsadirə edilib ödənişsiz olaraq kəndlilərin istifadəsinə verilməsi barədə dekret verdi. Ma-
yın 9-da Ordu yaradılması və mayın 12-də bütün adların (zadəgan,tacir, meşşan, kəndli və.s. adların, bəy, xan, knyaz, qraf və.b.titulların) və mülkü rütbələrin (müşavirlərin və.s ) ləğv olunması haqqında fərman verildi. Hamı üçün ümumi ad – Azərbaycan Respublikasının vətəndaşı adı müəyyən edildi.
1920-ci il mayın 7-də İnqilab Komitəsi ordunun və donanmanın yenidən
təşkili barədə dekret verdi.
1920-ci il mayın 15-də meşələrin,suların və yeraltı sərvətlərin milliləşdiril-
məsi barədə fərman verildi.
Xalq Maarif Komissarlığının 1920-ci il 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, din dövlət və məktəbdən ayrıldı.
Həmin ayda Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis olundu.
İyunun 9- da Fəhlə -Kəndli müfəttişliyi orqanı yaradıldı.
İnqilab Komitəsi 1920-ci il mayın 24-də neft sənayesini, iyunun 6-da Xəzər ticarət donanmasını, iyunun 9-da bankları, iyunun 15-də balıq sənayesini, həmin ilin yayında tütün fabriklərini, sement, şüşə, yağ və sabun zavodlarını, sentyabrda mədənləri və dağ-mədən zavodlarını, noyabrda pambıqtəmizləmə zavodlarını dövlət mülkiyyəti elan etdi.
Milliləşdirilmiş sənayeni idarə etmək üçün 1921-ci ildə Azərbaycan xalq təsərrüfatı Şurası və Dövlət Plan İdarəsi yaradıldı. 1921-ci ilin oktyabrında Dövlət bankı təsis edildi.
“Azərneftkom” yaradıldı. Ona başçılıq V.Lenin tərəfindən hələ 1920-ci ilin yazında Bakıya göndərilmiş A.P. Serebrovskiyə həvalə edildi.
1921-ci il mayın 16-19-da Azərbaycan SSR-in birinci Sovetlər qurultayı toplandı. Qurultay mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyasını qəbul etdi. Qurultay Azərbaycan İnqilab Komitəsini ləğv etdi, sovetlər qurultaylararası dövrdə respublikanın ali qanunverici , binagüzarlıq nəzarət orqanı olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsini seçdi. Ali icra hakimiyyəti orqanı olan Azərbaycan SSR Xalq Komissarları Sovetini təşkil etdi. Onun tərkibinə 17 komissarlıq daxil idi. XKS sədri vəzifəsinə Nəriman Nərimanov, MİK-in sədri vəzifəsinə isə
Muxtar Hacıyev seçildilər.
Yaradılmış yeni rejim AXC parlamentinin 1920-ci il aprelin 27-də irəli sürdüyü şərtlərə məhəl qoymayaraq, istefa vermiş siyasi və dövlət xadimlərinə divan tutmağa başladı. 1920-1921-ci illərdə AXC rəhbərlərindən F.X. Xoyskini, N.Yusifbəylini, N.B.Ağayevi, C.Behbudovu, X. Rəfibəyovu və onlarla başqalarını qətlə yetirdilər. Hərbiçilərdən 12 general, 27 polkovnik və polkovnik-leytenant, 346 nəfər kapitan öldürüldü. Ümumən,48 min adam qırmızı terrorun qurbanı oldu. M.Ə.Rəsulzadə həbs olundu. Sonradan o, İ.Stalin tərəfindən həbsdən azad olunaraq, Moskvaya aparıldı. 1922-ci ildə o, xaricə mühacirət etdi. Siyasi partiyaların (“Müsavat”, “İttihad” (birləşmə), “Əhər” (azadlıq sevən) fəaliyyəti qadağan olundu.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin