Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 5.XIX əsrin I yarısında Azərbaycan mədəniyyəti



Yüklə 3,15 Mb.
səhifə112/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   173
Ar2019-47-1

§ 5.XIX əsrin I yarısında Azərbaycan mədəniyyəti


XIX əsrin I yarısında İqtisadiyyatın inkişafı mədəniyyət sahəsinə də təsir
göstərdi. Bu dövrün mədəniyyəti üçün realist, maarifçi meyllərin güclənməsi səciyyəvidir. Görkəmli elm və mədəniyyət xadimləri A.Bakıxanov, M.Ş.Vazeh, M.C.Topçubaşov, Mirzə Kazım bəy, M.F.Axundov, Q.B.Zakir və başqaları o dövrün elm və mədəniyyət aləmində özlərinə məxsus iz qoymuşdular.
Mirzə Şəfi Vazeh (1796-1852) incə lirikası, satirası ilə Azərbaycandan kənarda da ad qazanmışdır. Onun şərqiləri bir sıra dillərə tərcümə olunaraq uzun illər boyu Avropanı da heyrətə gətirmişdir.
Görkəmli azərbaycanlı alimlər M.C.Topçubaşov və Mirzə Kazım bəy şərqşünaslıq sahəsində elmi işləri ilə bütün dünyada şöhrət tapmış, Rusiya şərqşünaslığının baniləri olmuşlar.
XIX əsrin I yarısında tarixşünaslıq da inkişaf etmişdi. A.Bakıxanovun “Gü-
lüstani-i İrəm”i, Mirzə Adıgözəl bəyin, Mirzə Camal və Əhməd bəy Cavanşirlərin Qarabağ tarixinə, Kərim ağa Fatehin Şəki xanlarının tarixinə həsr etdikləri tarixi xronikal əsərləri və digər əsərləri bu dövrün məhsuludur. Məhəmməd Qazi, Məhəmməd Sadiq, Əbdürrəzaq Dunbuli və.b. kimi salnamə müəllifləri də bu dövrdə yaşayıb yaratmışdılar.
XIX əsrin görkəmli şəxsiyyətlərindən biri böyük dramaturq filosof və şair Mirzə Fətəli Axundov(1812-1878) idi.Böyük dramaturq Azərbaycan ədəbiyyatı tarixində bir neçə ədəbi janrın əsasını qoymuş, ədəbiyyatımızda realist cərəyanın möhkəmləndirilməsi, gerçəkliyin olduğu kimi göstərilməsi,ictimai həyatın eybəcərliklərinə qarşı mübarizə sahəsində əvəzsiz iş görmüşdür.
Bu dövrdə geniş inkişaf tapmış Azərbaycan satirik şerinin ən görkəmli nümayəndələrindən biri olan Qasım bəy Zakir (1784-1857) yaradıcılığında həmin dövrün ictimai-sosial həyatının bəlaları başlıca hədəf idi.
Həmin dövrdə 37 il ərzində Hindistandan Sudana qədər neçə-neçə ölkə gəz-
miş Hacı Zeynalabdin kimi coğrafiyaşünas,etnoqraf,tarixçi və şair,qarabağlı Qənbər və muğanlı Əvəz kimi ustad rəssamlar yetişmiş,Tiflisdə Azərbaycan türkcəsində ilk qəzetlər “Tatar xəbərləri” (1832), “Qafqazın bu tərəfinin əxbarı”(1841-
1846) qəzetləri çap olunmağa, dünyəvi təhsil yayılmağa başlamışdır.
FƏ Sİ L 14. Şİ MAL İ AZƏ R BAY CANDA ΧΙΧ Ə SR İ N İ K İ NCİ Y AR I SI NDA K APİ T AL İ ST MÜNASİ BƏ T L Ə R İ Nİ N İ NK İ ŞAFI
§ 1. XIX əsrin 60-70-ci illərdə inzibati sistemdə dəyişikliklər və burjua islahatları.
Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin