Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 1. Azərbaycan ərazisində ilk insan məskənləri. Qədim və Orta daş dövrü



Yüklə 3,15 Mb.
səhifə12/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   173
Ar2019-47-1

§ 1. Azərbaycan ərazisində ilk insan məskənləri. Qədim və Orta daş dövrü
§ 2. İstehsal təsərrüfatının yaranması, neolit, eneolit dövrləri § 3. Azərbaycan Tunc və ilkin dəmir dövründə
§ 4. Əhalinin məşğuliyyəti, ictimai həyatı və dünyagörüşü
§ 5. İbtidai icma cəmiyyətinin dağılması

§ 1. Azərbaycan ərazisində ilk insan məskənləri. Qədim və Orta daş dövrü


Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlveriş-
li təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan
Azərbaycan yer kürəsində İbtidai insanın formalaşdığı rayonlar sırasına daxildir. Aparılmış tədqiqatlarla müəyyən olunmuşdur ki, hələ 12 milyon il əvvəl Azərbaycan ərazisində ən qədim insanlar yaşamışdır. 1939-cu ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Qarayazının qərbində Ceyrançöl və Eldar düzənliyinin mərkəzi hissəsində, Udabno adlı yerdə ən qədim insanının (dişlərinin) tapılması buna sübutdur. Həmin dövr geoloji bölgədə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində insanın təşəkkülü üçün əlverişli şərait olmuşdur. İnsanın təşəkkülü və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu dövrün də 4 milyon ildən artıq olması müəyyənləşdirilmişdir.
Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi İbtidai icma cəmiyyəti adlanır. İbtidai-icma cəmiyyəti başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma cəmiyyəti ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keçmişdir. İbtidai-icma cəmiyyətinin inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.
İbtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü.
Əlverişli təbii-coğrafi mühit olan yerlərdə (şirin su qaynaqlarının, bitki və heyvanlar aləmi zəngin olan, təbii mülayim iqlim və sığınacaqların olduğu yerlər) qədim insanlar məskən salaraq həyat sürmüşlər.
Azərbaycan belə ərazilərdən biri olmuşdur.
Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmışdır. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2,5 milyon il bundan əvvəl yaşamışlar.
Azərbaycanda isə ilk insanlar 2,1 - 2,4 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində - Qarabağ (Azıx, Tağlar, Zar) Naxzıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.
Daş dövrü bir neçə mərhələdən ibarət olmuşdur. Qədim daş dövrü – paleolit, orta daş dövrü – mezolit, yeni daş dövrü – neolit, mis daş dövrü – eneolit adlanır.
İbtidai icma cəmiyyətinin ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit.
Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan
əvvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin