180. XVII əsrdə tikilmiş Şah Abbas (cümə) məscidi yerləşir.
A) Gəncədə
B) Təbrizdə
C) Naxçıvanda
D) Bakıda
E) Marağada
181. ‘‘Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq‘‘ ifadəsi deyilmişdir.
A) Hacı Çələbi xan tərəfindən, Bayat savaşından sonra
B) Urmiyalı Fətəli xan tərəfindən, 1759-cu ildə Şuşaya yürüşündən sonra
C) Nadir şah tərəfindən, ‘‘Gələsən, görəsən‘‘ qalasına yürüşdən sonra
D) Məhəmmədhəsən xan Qacar tərəfindən, Xatın arxı döyüşündən sonra
E) Qarabağ məlikləri tərəfindən, Bayat savaşından sonra
182. Qubalı Fətəli xana öz düşmənlərindən Gavduşan məğlubiyyətinin qisasını almağa kömək etdi.
A) Rusiyanın göndərdiyi qoşun
B) Qarabağ xanının göndərdiyi qoşun
C) Lənkəran xanının göndərdiyi qoşun
D) Bakı xanlığından alınan hərbi kömək
E) Osmanlı hərbi dəstələri
183. 1784-cü ildə Ərdəbili tutduqdan sonra qubalı Fətəli xanın oranı tərk etməsinin səbəbi.
A) Qubalı Fətəli xanın düşmənlərinin və Rusiyanın bu hadisədən narazılığı
B) Cənubi Azərbaycan xanlıqlarının Ərdəbil xanına hərbi kömək göndərməsi
C) Ərdəbil əhalisinin üsyanı.
D) Quba xanlığının özündə üsyan başlaması
E) Qoşunun keçici xəstəliyə tutulması və ərzaq çatışmazlığı
Dostları ilə paylaş: |