Soyad: Ədilova Fakültə: Filologiya-Tarix İxtisas



Yüklə 280,55 Kb.
səhifə1/2
tarix19.12.2022
ölçüsü280,55 Kb.
#76442
  1   2
Sənəd (6)

    Bu səhifədəki naviqasiya:
  • Dosent

Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Qızlar Universiteti
S
ərbəst iş

Ad : Aysel
Soyad: Ədilova
Fakültə: Filologiya-Tarix
İxtisas: Tarix müəllimliyi
Fənn: Türk xalqlarının tarixi
Kurs: 1
Qrup : T1-22
Dosent: Əzizağa Ələkbərov

Mövzu
1.Bizans mənbələrində türk xalqlarının tarixi barədə
2. Türk xaqanlığı
3. Kanq dövləti
4. Xürrəmilər hərəkatının tarixi əhəmiyyəti və məğlubiyyət səbəbləri
5.Qədim türklərin adət və ənənələri




1.Bizans mənbələrində türk xalqlarının tarixi barədə

Eranın 1ci minilliyinin 1 yarısında Şərqi Avropada türk tayfaları barədə məlumatlar Bizans məlumatlar Bizans müəlliflərinin əsərlərindəndir. Eranın lV-Vll əsrlərində Şərqi Avropada yaşamış qədim türmənşəli avar , bulqar , kuturqur , savar , sarıqur savar, sariqui, utiqur, hun vo b sayfa birləşmolon, habela Qurbi Türk xaqanligi barodo mo'lumatlar osas e'tibarilo Prisk (V out). Zosim (V asr), lordan (VI asr), Menandr Prodiktor (VI asr), Prokopi (VI asr), Feofan (VI asr), Feofilakt Simo- katta (VII asr) vo b. osorlorindodir" Prisk Paniyrki (433-474) "Bizans tarixi vo Attilanin horokatlari" adli 8 kitabdan ibarət asor yazmışdır. Əsordo Qorbi Hun imperiyasinm Bizansla vo qorlarla müharibələri haqqında otraflı danışılır. O, 488-ci ildo Bizans dövlətinin hunlara göndərdiyi sofirliyin katibi olmuş vo ona göre do hunların ictimai quruluşu ilə bilavasitə yasından tanış olmuşdur
Bizans tarixçisi Prokopi Kesarh (500-565) "Romalların farstar, vandallar va qotlaria müharibələrinin tarixi osorimin muellifidir Onun osorindo Mərkəzi Asiyada eftalilor (abdal- lar) dövləti va Morkozi Asiyada türklər haqqında da mo'lu- mat vardır. Onun bu mo'lumatı diqqoti colb edir ki, qodindo kiramer adlanmış tayfa onun vaxtında Qara dənizin şimal salullerindo yaşayan türkdilli uturqurlardır.
Bizanslı Menandr (VI asr) 557-582-ci illori ohato edon "Tarix" əsərinin müollifidir. O, Bizansla Qorbi Türk xaqanlığı arasındakı münasibottori verir, türk xaqanı Istami (Dizabul) baqqında ətraflı danışır və Bizans sofiri Zemarxin xaqanlığa soforini tosvir edit. Qeyd etmək lazımdır ki, Qorbi Türk xaqanlığında yaşayan türklorin adətləri, xüsusilə dini görüşləri haqqında onun verdiyi mə'lumat çox maraqlıdır.
Cənub-Şərqi Avropa çöllərində VIII-X osrlardo hirk tayfaları haqqında mühüm menbelerdən biri do X osr Bizans müəllifi Konstantin Baqryanorodnidir. Uzlar, kongerlor vo peceneqler haqqında etrafli ma'lumat verən muallif bu tayfaların ictimai quruluşu və dinləri barədə də danışır Eranın I miniliyinin birinci yarısında Şərqi Avropada yaşamış türk tayfaları barədə Bizans müolliflərinin məlumatları Y.Cofarov torəfindən ətraflı araşdırılmışdır XIII-XIV osrlorde monqolların işgallan, monqol imper yasının məsələləri İtaliyalı Plano Karpinin laten dilindo yazdigi «История монголов, именуемых нами татарами. Əsərində verilmişdir. Plano Karpininin eserindo Tyan -Sanda, Mərkəzi vo Mərkəzii Asiyada türk xalqları haqqında qısa, lakin qiymətli faktlar vardır.1253-cu ildo Fransa kralı IX Ludovik Mərkəzi Asiyada monqolların qorargahına Vilhelm (Kilom) Rubruku gönder misdi. Muellif Morkezi Asiyanın şəhərləri, monqolların işğallan və türk xalqlarının adət-ənənələri haqqında mə'lumat verir. Çingiz xanın noticəsi Xubilayın sarayında 20 il yaşamış fransız Marko Polo da Mərkəzi Asiyanın XIII əsrdə tarixinə dair qiymətli faktları təsvir etmişdir" Mərkəzi Asiya türk xalqlarının tarixinə dair qədim və orta əsr mənbələri mecmuələrlə çap olunmuşdur.

2.Türk xaqanlığı



Türk xaqanlığının yaranması ərəfəsində Altay, Qazaxıstan və Mərkəzi Asiyanın tarixi zəif öyrənilmişdir. VI əsrin ortalarında Mərkəzi Asiyanın və Mərkəzi Asiyanın siyasi həyatında mühüm dəyişikliklər baş verdi. Bu dəyişiklik Türk xaqanlığı adı ilə mə'lum böyük imperiyanın yaranması ilə əlaqədar idi. Ondan əvvəl Mərkəzi Asiyanın ərazisində Cucan xaqanlığı mövcud idi. Mövzumuza keçməzdən əvvəl bu haqda bir neçə söz demək lazımdır.
Yuxarıda avarlar haqqında danışdıqda demişdik ki, Altay türklərinin Bumin ve İstemi qardaşlarının başçılığı altında Şimali Monqolustanda məğlub etdikləri türkmənşəli cucanlar qərbe köçdüler ve burada avar adı ilə mə'lum oldular. Onlar Cənub-Şərqi Avropada VI əsrdə Avar xaqanlığını yaratdılar.
Bumin cucanlardan "il-kaqan" (xaqan) titulunu qəbul edib özünü yenicə yaratdığı Türk dövlətinin xaqanı elan etdi Göründüyü kimi, Türk xaqanlığını Bumin ve Istəmi (Bizans mənbələrində Dizabul, ərəb mənbələrində Sincibu) qardaşları yaratdılar. Mənbələrdə özünü adlandırması "Türk" olan bu etnosun mənşəyi haqqında mə'lumat azdır.
Çin mənbələrində saxlanmış bir rəvayətə görə tukyular (ya'ni türklər, yuxarıda qeyd edilmişdi ki, Çin dilində "r" sesi olmadığına görə "Türk" etnonimi belə yazılırdı) qədimdə çoxsaylı tayfa olmuş, lakin bir dəfə düşmən tayfa tərəfindən qırılmışdır. Sağ qalan 10 yaşlı bir oğlan uşağını bir dişi boz qurd indiki Turfan eyaletində dağlarda mağarada gizlətmiş və böyütmüşdür. Sonra da bu boz qurd həmin türkdən 10 oğul doğmuş və beləliklə, türklərin sayı artmışdır.
Qədim türk-monqol dillərində aşina "boz qurd" demək olduğuna göre, Türk xaqanlığının əsasını qoymuş neslin adı Aşina da adlanırdı.
Burası müəyyən edilib ki, həqiqətdə də yaranmaqda olan Türk dövlətinin xaqanları özlərini Aşina sülaləsindən hesab edirdiler. 439-cu ildə Çinin şimalında yaşayan və özünü Aşina adlandıran bu tayfa əvvəlcə Şərqi Türküstana, 460-ci ilde iso Altayın cənubuna köçüb məskunlaşmışdı. OnlarTürk xaqanlığının yaranması ərəfəsində Altay, Qazaxıstan və Mərkəzi Asiyanın tarixi zəif öyrənilmişdir. VI əsrin ortalarında Mərkəzi Asiyanın və Mərkəzi
Asiyanın siyasi həyatında mühüm dəyişikliklər baş verdi. Bu dəyişiklik Türk xaqanlığı adı ilə məlum böyük imperiyanın yaranması ilə əlaqədar idi. Ondan əvvəl Mərkəzi Asiyanın ərazisində Cucan xaqanlığı mövcud idi. Mövzumuza keç məzdən əvvəl bu haqda bir neçə söz demək lazımdır.
Yuxarıda avarlar haqqında danışdıqda demişdik ki, Altay türklərinin Bumin ve İstəmi qardaşlarının başçılığı altında Şimali Monqolustanda məğlub etdikləri türkmənşəli cucanlar qərbi köçdülər və burada avar adı ilə məlum oldular. Onlar Cənub-Şərqi Avropada VI əsrdə Avar xaqanlığını yaratdılar.
Bumin cucanlardan "il-kaqan" (xaqan) titulunu qəbul edib özünü yenicə yaratdığı Türk dövlətinin xaqanı elan etdi Göründüyü kimi, Türk xaqanlığını Bumin ve Istəmi (Bizans mənbələrində Dizabul, ərəb mənbələrində Sincibu) qardaşları yaratdılar. Mənbələrdə özünü adlandırması "Türk" olan bu etnosun mənşəyi haqqında məlumat azdır.
Çin mənbələrində saxlanmış bir rəvayətə görə tukyular (ya'ni türklər, yuxarıda qeyd edilmişdi ki, Çin dilində "r" səsi olmadığına görə "Türk" etnonimi belə yazılırdı) qədimdə çoxsaylı tayfa olmuş, lakin bir dəfə düşmən tayfa tərəfindən qırılmışdır. Sağ qalan 10 yaşlı bir oğlan uşağını bir dişi boz qurd indiki Turfan əyalətində dağlarda mağarada gizlətmiş və böyütmüşdür. Sonra da bu boz qurd həmin türkdən 10 oğul doğmuş və beləliklə, türklərin sayı artmışdır.
Qədim türk-monqol dillərində aşina "boz qurd" demək olduğuna görə, Türk xaqanlığının əsasını qoymuş nəslin adı Aşina da adlanırdı.
Burası müəyyən edilib ki, həqiqətdə də yaranmaqda olan Türk dövlətinin xaqanları özlərini Aşina sülaləsindən hesab edirdiler. 439-cu ildə Çinin şimalında yaşayan və özünü Aşina adlandıran bu tayfa əvvəlcə Şərqi Türküstana, 460-ci ilde iso Altayın cənubuna köçüb məskunlaşmışdı. Altayda dəmir çıxarıb əritməkdə məşhur idilər. Sonrakı tarixi hadisələr nəticəsində bu tayfadan çıxmış sülalə Altay türklərinin başçılarına çevrilmişdi. Türk xaqanlığının baniləri olan Bumin və İstəmi qardaşları da özlərini Aşina nəsilindən hesab edirdilər.
Əlbəttə, xaqanlığın yaranması üçün tələb olunan ictimai iqtisadi şərtlər də vardı. Həmin şərtlər qısa vaxt ərzində Çindən qərbdə Irtış çayı və sonra da Bizansa qədər uzanan bir və imperiyanın yaradılmasına səbəb oldu.
Yuxarıda qeyd etmişdik ki, Çin mənbələrində bu türk- ler "tukyu" adlanırlar. Türkoloji ədəbiyyatda "Türk" termininin iki anlayışı ayırd edilir: birinci, Altay dil ailəsinin Türk qoluna mensub etnoslar, ikincisi, özünü adlandırması, ya'ni emik adı Türk olmuş etnos. Ona görə yuxarıda deyildiyi kimi, tarixşünaslıqda Türk xaqanlığını yaratmış türklər "türküt" ad- landırılır ki, bu da konkret mənada "türk" etnonimindən və qədim türk dillərində cəm bildirən "ut", "üt" şəkilçisindən ibarətdir. Başqa sözlə, bu xaqanlığı yaratmış etnosun etnik adı Türk idi. Ona görə də biz aşağıda həmin türkləri bəzən "tür- küt" adlandıracağıq. Buradan görünür ki, "türk" sözü o zaman konkret bir tayfa birləşməsinin adı idi. Başqa türkmənşəli, yaxud Altay dil mənşəli etnoslar türk dillərində danışsalar da, özlərini "Türk" yox, başqa adlarla (məsələn, bolqar, xəzər, hun, uyğur, usun və s.) adlandırırdılar.
İlk vaxtlarından xaqanlıq vahid, mərkəzləşmiş dövlət deyildi. Xaqanlığa müxtəlif tayfa birləşmələrinin yaşadığı ölkələr daxil idi və zorla, hərbi yolla birləşdirildiklərinə görə xaqanlıq konglomerat dövlət idi.
Cucan xaqanlığına son qoyduqdan sonra Bumin və İstəmi qardaşları işğalçılıq müharibələrinə başladılar. Qısa müddət ərzində Yeddiçayarasını (Yeddi-Su-nu) tutdular, Şərqi Türküstanın nuşibi (Çu va Talas çayları arasında), dulu (Ili və Çu çayları arasında) və türkeş tayfalarını tabe etdilər. Xaqanlığın mərkəzi Orxon və Tovla çaylarının hövzələri idi.
və hakimiyyətə Bumin xanın qardaşı Kuşu keçdi. Kuşu haki- miyyətə keçdikdən sonra "Muğan xan" ləqəbini qəbul etdi. Muğan xan 553-cü ilin payızında gizlincə xaqanlığa qarşı çıxmağa hazırlaşan üç min nəfərlik cucanları Çindən aldı və hamısını öldürtdü.Muğan xanın qərargahı Qobi səhrasının cənubunda, Or- dosdan şimalda, oradan Çinin Xuanxe çayına qədərki ərazidə yerləşirdi. O, bu ərazini özlərini "Türk" adlandıranların qo dim vətəni hesab edirdi. Ona görə ilk türk xaqanları da orada dəfn edilirdi. Az sonra türklər Muğan xanın başçılığı ilə işğalları genişləndirərək, Monqolustan ərazisində Kuku-nohur (azərbaycanca desok Göy nohur) yaxınlığında Şudun şəhərini tutdular və monqolları özlərinə tabe etdilər. 554-cü ildə onlar şimalda qırğızların dövlətini zəbt etdilər. Bu dövlət Çin mənbələrində Siqu adlanır. Türklər sonra da irəliləyərək şərqdə türkmənşəli tatarları və kidanları tabe etdilər. Bununla da xaqanlıq imperiyaya çevrildi. V.V.Bartold yazır ki, Türk xaqanlığı XIII əsrdəki Monqol imperiyasına qədər tarixdə on böyük imperiya idi.572-ci ildə Muğan xan öldü. Onun yerinə qardaşı Tobo xan keçdi. O da işğalları davam etdirdi. 578-ci ildə Tobo xan Çində Çjou dövləti ilə müharibəyə başladı. Baş vermiş döyüş- de Çin ordusu məğlub oldu və beləliklə, Türk xaqanlığı Çinin bir sıra şimal əyalətlərini də özünə birləşdirdi.Bumin, Muğan xan və Tobo xan Şərqdə işğallarla məşğul olduqları vaxtlarda Bumin xanın qardaşı İstəmi böyük ordu ilə qərbdə fəaliyyət göstərirdi. İstəmi 10 tayfaya başçılıq edirdi. Bu tayfalar indi Dağlıq Altayda yaşayan şorların, kumandilərin və başqa türk xalqlarının ulu acdadları idilər. İstəmi özü üçün həmin tayfalardan 10 min nəfərlik atlı ordu yaratmışdı. Iste'dadh sərkərdə olan Istemi ordusunu çoxlu döyüşlərdən qələbə ilə çıxarmışdı və ona görə "Bahadur-Cabğu" ləqəbini qazanmışdı ki, bu da "Bahadur şahzadə" deməkdir.555-ci ildə İstəminin atlı ordusu Mərkəzi Qazaxıstan və Mərkəzi Asiya ərazisini tutaraq, mənbələrdə deyildiyi kimi "Qərb dənizi" (ya Aral, ya da Xəzər dənizi nəzərdə tutulur) sahillərinə çatdı. Aral dənizinin şimal sahillərində yaşayan eftalileri (xionları) və Uralda uqor tayfalarını (indiki macarların ulu əcdadları) özünə tabe edərək, 558-ci ildə Volqa çayına çatdı. Volqa sahillərində 20 min ailədən ibarət avar (cucan) tayfası yığılmışdı. Onlar türklərin yaxınlaşdığını eşidib sür'atlə qərbə tərəf qaçdılar. Bunlar məhz sonralar Avar xaqanlığını yaratmış avarlar idilər. Aşağıda bu xaqanlıq haqqında deyiləcəkdir.Uralətrafı ərazini işğal etdikdən sonra İstəmi ordusunu Mərkəzi Asiyaya tərəf yönəltdi və 561-ci ildə Eftalilər dövləti ilə müharibəyə başladı. İran şahı Firuz (459-484) eftalilərə illik xərac verirdi. Ona görə İran Türk xaqanlığı ilə üzdə dostluq münasibətlərini saxlayırdı. 555-ci ildə Iran-Türk ittifaqı yarandı. Müqaviləyə görə Firuz İstəminin qızına evləndi. Lakin bir şərt də qoyulmuşdu: Iran eftalilərə verdiyi xəraci bundan sonra Xaqanlığa verməli idi.Eftalilər dövləti hərbi kömək üçün Çinə müraciət etdi, lakin Çin buna cəsarət etmədi. Çünki belə hərəkət etməklə Türk xaqanlığı ilə Çin toqquşa bilərdi. 561-562-ci illərdə Istəmi eftalilərin başda çar Qatafar olmaqla ordusunu bir neçə yürüşdə məğlub edərək, şəhərlərini tutdu və qısa müddət ərzində bütün Mərkəzi Asiyanı Xaqanlığa birləşdirdi.İstəmi ilə Eftal ordusu arasında həlledici vuruşma Buxara yaxınlığında baş verdi (Karşi şəhərinin ərazisinde). Müharibələr tarixində ən böyük vuruşmalardan olan bu döyüş aramsız 8 gün davam etdi və Eftalilər ordusunun məğlubiyyəti ile bitdi. Çin mənbələrində qeyd olunur ki, İstəmi 8 gün atdan düşməmişdi. Təkbətək döyüşdə İstəmi hökmdar Qata- fanı öldürdü. Bundan sonra Amudərya çayı İranla Türk xaqan- lığı arasında sərhəd çayı oldu.563-cü ildə İstəmi Amudəryanı keçərək qısa vaxtda Iranın Xəzərin cənub-şərqində Gurgan, Soqd və b. əyalətlərini tutdu. İran İstəmiyə qarşı qoşun çıxarmadı və sülh danışıqlarına girərək ildə 40 min qızıl pul xərac verməklə canını qurtardı . Bu məbləğ əvvəllər İranın eftallara verdiyi xərac idi.567-571-ci illərdə xaqanlığın ordusu Şimali Qafqazı, Qara dəniz və Azov dənizi sahillərini tutdu, xəzərləri və bulqarları tabe etdi. Bununla da xaqanlıq qərbdə Bizansla həmsərhəd ölkəyə çevrildi. Göründüyü kimi, 552-571-ci illər ərzində türklər Çindən Dunaya qədər uzanan nəhəng bir ərazini əhatə edən imperiya yaratdılar.İran dövləti hadisələri diqqətlə izləyirdi və aydındır ki, İstəminin Mərkəzi Asiyada fəthlərinə və ümumiyyətlə Türk xaqanlığının qüdrətinə qarşı tədbirlərə əl atmalı idi. Ona görə İran Bizans dövlətini Xaqanlıqla toqquşdurmağa çalışırdı. Lakin İstəmi həm də məharətli diplomat idi. O, 567-ci ildə İran şahı Xosrov Ənuşirəvanın (531-579) sarayına xoş məramlı elçilər göndərdi. Amma Xosrov elçiləri zəhərlədi. Onda Xaqanlıq 568-ci ildə Bizansla dostluq əlaqələrini bərpa etdi.569-cu ildə xaqanlıq Bizansın paytaxtı Konstantinopola (indiki Istanbula) diplomat Mailax başda olmaqla elçilik gön- dərdi. Buna cavab olaraq Bizans Sirdarya çayı kənarında Xaqanlığın qərargahına Zemarxın başçılığı ile elçilər yolladı. Tarixçi Menandr bu səfərin təsvirini yazmışdır. O qeyd edir ki, türklər elçiləri xaqanın yanına çadıra buraxmazdan əvvəl iki tonqal arasından keçirtmişdilər (Azərbaycanlılarda keçmişdə Novruz bayramı axşamı sağmal heyvanları ve körpüləri iki tonqal arasından keçirilməsi adətini xatırlayın).576-cı ilde imperiyanın qərb hissəsinin yabqusu olan İs- temi xaqan öldü. Türklər onun ölümünə böyük yas saxladılar, cənazəsini təntənə ilə qızıl sarkofaqda dəfn etdilər və qəbri- nin üstündə böyük kurqan (təpə) düzəltdilər. Lakin İstəminin dəfn olunduğu yer ma'lum deyil.Xaqanlıq ilə Bizans arasında müttəfiqlik haqqında mü- qavilənin şərtlərinə uyğun olaraq Türk xaqanlığı Bizansın to- rəfində 588-589-cu illərdə İrana qarşı müharibədə iştirak etdi. 580-ci ildə Xaqanlığın Krımı işğal etməsi və Bosporu tutması ilə bağlı olaraq bu iki dövlət arasında münasibətlərdə gerginlik qalmaqda idi. 598-ci ildə xaqan Dato Bizansa səfir- lik göndərmiş və əvvəlki münasibətləri bərpa etmişdi.VI əsrin 70-ci illərinin sonlarında Türk imperiyasının idarə edilməsi çətinləşmişdi. Xaqan Taspar (572-581) ölkəni çətinliklə idarə edirdi. O öldükdən sonra xaqanlıqda haki- miyyət uğrunda mübarizə gücləndi. Mübarize Tasparin vəliəhdi Işpara xaqanla imperiyanın qərb eyaletlerinde Isteminin vəliəhdi Tardu-Böke xaqan arasında gedirdi. Bu mübarizə onunla nəticələndi ki, 581-ci ildə Türk xaqanlığı iki yerə parçalandı. Parçalanmış xaqanlığın şorq hissəsinin xaqanı Şobolio, qərb hissəsinin xaqanı Tarduş oldu. Həmin hissələr tarixşünaslıqda Qərbi Türk xaqanlığı və Birinci Şərqi Türk xaqanlığı (çünki sonra ikinci bir Şərqi Türk xaqanlığı da yaranacaq, bu barədə aşağıda deyəcəyik) adlanır.Qərbi Türk xaqanlığı Şərqi Türk xaqanlığına nisbətən nisbətən daha böyük ərazini əhatə edirdi. Cənub-Şərqi Avropa, Mərkəzi Asiyada Sirdarya çayına qədərki ərazi bu dövlətə məxsus idi. Xaqanlığın mərkəzi "Usun ərazisi", ya'ni Şimali və Mərkəzi Tyan-Şan, İssık-Kul ətrafı ərazi, Çu və Talas çaylarının hövzələri daxil idi. Çu çayının sahilində Suyab şəhəri paytaxt idi.Xaqanlığın əhatə etdiyi ərazidə müxtəlif inkişaf səviyyəsinə malik tayfalar yaşayırdılar. Yeddi-Suda oturaq əhali xaqanlığın siyasətindən narazı idi. 581-584-cü illərdə orada Abruy adlı bir nəfərin başçılığı ilə xalq hərəkatı başlanmış və o, Buxaranın hakimi seçilmişdi. Abruy varlıların torpaqlarını kandliler arasında bölüşdürmüşdü. Türk xaqanlığı onu tutub zülmlə öldürmüşdü.
581-ci ildə Suy sülaləsinin hakimiyyətə keçməsindən sonra Çin bu iki Türk xaqanlığı arasında ədavət salaraq onları bir-birinin üstünə qaldırmağa çalışır, gah birinə, gah da o birisinə hərbi qüvvə ilə kömək edirdi. Nəticədə, 584-cü ildə Şərqi Türk xaqanlığının ərazisi Çinin vassallığını qəbul etdi. Hakimiyyət zəiflədi. Yalnız Dato xaqan vaxtında Şərqi Türk xaqanlığının ərazisində hakimiyyət qüvvətləndi. 603-cü ildə Dato xaqan öldü. Onun yerine Çulo xaqan keçdi, lakin o, xa- qanlığın əvvəlki mövqeyini bərpa edə bilmədi və xaqanlıq ye- nə də Çinin tə'siri altına düşdü. Ona görə də, Türk xaqanlığının en'ənələrini Qərbi Türk xaqanlığı davam etdirməkdə idi.
Qərbi Türk xaqanlığı Kara-Çurin vaxtında xeyli qüvvət ləndi. O, İrana qarşı müharibəyə başladı, çünki İran türklərə verəcəyi xəracdan imtina etmişdi. Lakin baş vermiş vuruş- mada Sasanilər dövlətinin sərkərdəsi Bəhram Çubin Kara Çurini məğlub etdi. Türk ordusu geri qayıtdı. Bu, xaqanlığın zəifliyini göstərirdi. 589-cu ildə Kara Çurinin oğlu Yang So- yuk xaqan 70 minlik ordu ilə İran ərazisinə daxil oldu. Iran ordusu döyüşdən çəkindi. Türk ordusu Mərkəzi Asiyada Herat-Bəlx istiqamətində İran əyalətlərini tutdu və çoxlu qənimətlə geri qayıtdı. Bununla da Yanq Soyuk atası Kara Çurinin İran ordusunun başçısı Bəhram Çubin (o, əslən türk idi) tərəfindən məğlub edilməsinin hayıfını çıxdı. VII əsrin əvvəllərində Qərbi Türk xaqanlığı yüksəliş dövrü keçirirdi. Xaqan Sincibu 616-cı ilde uyğurların ərazilərini, Tibeti və indiki Əfqanıstanın çox hissəsini də tutmuşdu.

3.Kanq dövləti


Qərbi Türk xaqanlığının qüdrəti Tun-Cabu xaqanın (618-630) hakimiyyəti illərində yüksəldi. İşbar El-Teriş Şir xaqan (634-639) (bu xaqanın adı çin mənbələrində Şabolio Xilişi adlanır) imperiyanın idarə olunması üçün inzibati islahat keçirdi.
Nəhəng bir ərazini əhatə edən imperiyanı idarə etmək çətin idi. İmperiyanın bir başını o biri başından təxminən 10 min km məsafə ayırırdı. Qərbi Türk xaqanlığı 10 hissəyə bölünmüşdü. Hər hissəyə "ok" deyilirdi. Ona göre türk run yazılarında xaqanlığın əhalisi "on ok budun", ya'ni "on ox xalqı" adlanırdı. Onun beşi Dulu tayfalarını əhatə edirdi. Bu tayfalar Çu vo ili çaylarının arasında yaşayırdılar. Tayfalara "Cjo" (yazılışı çincedir) adlanan hakimler təyin olunmuşdu. Başqal beş tayfa isə Nuşibi adlanırdı. Onların başında duran hakimlərə qədim türkcə siqin deyilirdi. Lakin bu islahat tayfalar arasındakı ziddiyyətləri həll etmədi, əksinə bə'zi tay- falarda müstəqillik meylini gücləndirdi. İşbar El-Teriş Şir xaqanın hakimiyyəti illərində Dulu federasiyasının başçısı İbn Dulu qüvvətləndi. O, şorqa doğru ərazisini genişləndirdi və az sonra Şabolionu ölkədən Çinə qovdu. 639-cu ildə xaqan Çində öldü.
Lakin xaqanlıqda yenə hakimiyyət uğrunda mübarizə gücləndi. Dulu xaqanla xaqanlığın ali baş komandanı Nuşi- Çjo arasında ziddiyyət yarandı, bu da hərbi səfər zamanı ələ keçirilmiş qonimətin bölüşdürülməsi ilə əlaqədar idi. Dulu. xaqan Nuşi-Cjonu tutdurdu və özü onun başını kəsdi. Buna cavab olaraq Nuşi-Çjonun yaxın adamlarından biri Dulu xaqana qarşı hərbi qüvvə ilə çıxış etdi. Dulu xaqan Mərkəzi Asiyaya Toxarıstana qaçdı. Bundan sonra Dulu xaqan ilə keç- miş xaqan Şabolionun varisi İbn Şabolio arasında hakimiyyət uğrunda mübarizə qızışdı. Bundan istifadə edən Aşina Xelu adlı bir xan dulu və nuşibi tayfalarını birləşdirərək, özünü hökmdar e'lan etdi. Lakin bu vaxt Çin ordusu Xaqanlığa bas- qın etdi, döyüşdə türklər məğlub oldular və 30 min nəfər döyüşçü itirdilər. 648-ci ildə Şərqi Türk xaqanlığı Çinin vassallığını qəbul etdi. Çin nuşibi va dulu tayfalarını 651-ci ildə özünə tabe etdi. Xelu xaqan Mərkəzi Asiyaya qaçdı. Çin Qərbi Türk xaqanlığının ərazisini iki yerə ayırdı və ora öz adamlarını hakim to'yin etdi. Lakin xaqanlığın Çindən asılılığı çox çəkmədi. Elə bu vaxt ərəblər Mərkəzi Asiyanı işğal etmeye başlamışdılar.
VII əsrin sonlarında Dulu tayfa ittifaqına daxil olan tür- kəşlərin qüvvətli tayfa ittifaqı yarandı. Türkeşlər Qərbi Türk xaqanlığında hakimiyyəti ələ alıb öz müstəqil dövlətlərini - Türkeş xaqanlığını yaratdılar. Xaqanlığın xanının adı Çin mənbələrində Uçjile kimi qeyd olunur. 704-cü ildə türkəşlər Qərbi Türk xaqanlığının axırıncı xaqanı olan Aşina-Sini öldürdülər. Bununla Qərbi Türk xaqanlığı süqut etdi.
İctimai va siyasi quruluş. Yuxanda deyildiyi kimi, xa- qanlıq konglomerat dövlət idi. Türk xaqanlığında işğal olun- muş ölkələrin və xalqların hər biri öz daxili işlərində müstəqil idi. Lakin onlar müəyyən edilmiş miqdarda vaxtlı vaxtında vergiləri verirdilər. Türk xaqanlığı ilk vaxtlarından beynəlxalq aləmdə güclü nüfuza malik idi. Çin, İran və Bizans dövlətləri xaqanlıqla hesablaşmalı olurdular. Müxtəlif vaxtlarda xaqan- liqla Iran va Bizans dövlətləri arasında diplomatik əlaqələr yaradılmışdı.Xaqanlıq köçəri feodal dövləti idi. Quldarlıq bu dövlətüçün səciyyəvi deyildi. Sıravi adamlar "kara budun" (qara ca-maat) adlanırdı.Bizans mənbələrində qeyd olunur ki, Bizansdan gəlmiş nümayəndələr İstəminin dəfnində iştirak etmiş, yas əlaməti olaraq üz-gözlərini yaralamışdılar. Bizans müəllifləri türklərin dəfn adətlərinin təsvirini verirlər. Türklərin dini şamanizm idi, lakin onlar vahid göy allahın
sitayiş edirdilər. Bu allah "Tenqri", ya'ni ifadə etdiyimiz kimi "Tanrı" adlanırdı. Onlarda əcdada sitayiş də mühüm yer tuturdu. Qədim türklər ulu əcdadlarına sitayiş edir, onlara qurban kəsirdilər.
Türk xaqanlığında müxtəlif tayfalar yaşayırdılar. Qərbi Türk xaqanlığında birləşdirilmiş hər bir tayfa eltabar adlanan, birbaşa xaqandan asılı olan canişin tərəfindən idarə olunurdu. Tayfaya daxil olan qəbilələrin başçıları tutuk adlanırdı. Qəbilənin varlıları bəy (qədim türkcə beq) adlanırdı ve tutuk onların başçısı idi. Xaqanın əyalətlərə başçılıq edən hakimləri (canişinləri) yabqu və şad adlanırdı. Buyruk adlananlar xaqanın əmrlərini yerinə yetirənlər idi. Buyruk həm də məhkəmə işlərinə baxırdı. Vergi məsələlərinə baxan şəxs tarxan adlanırdı. Tarxanlar və buyruklar yerlərdə tutuk adlanan vəzifəli şəxslərə arxalanırdılar.
Xaqanlığın özəyini Altayda özlərini türk adlandıranlar (türkütler), Cənub-Qorbi Qazaxıstanda kanqyuylar, Balxaset- rafı ərazilərdə türkeşlər, Şərqi Qazaxıstanda karluklar, Mər- kazi Tyan-Şanda və Şərqi Türküstanda yaqmalar və başqa tayfalar təşkil edirdi.
Bu tayfaların əksəriyyəti maldarlıqla, digərləri (xüsusi- la Mərkəzi Asiyada) əkinçiliklə məşğul olurdular. Maldar el- lərin torpaqları (qış və yay otlaqları) əsas istehsal vasitəsi ol- duğuna görə dövlətə məxsus idi. Ərazi 8 əyalətə bölünmüşdü ve onların başçıları (yabqular) iri torpaq sahələrinə malik idi- lər. Yerlərdə hər tayfanın (tayfa adlanırdı) ərazisini də onlar müəyyən edirdilar. Mal-qara xüsusi mülkiyyət idi və atadan oğula keçirdi. Türk xaqanlığında klassik quldarlıq yox idi, lakin ev qulları saxlayırdılar.
İşğal olunmuş ölkələr daxili işlərdə müstəqil idiler, lakin vaxtlı-vaxtında vergiləri verməli idilər.Xaqanlıq Bizans və Çin ilə ikitərəfli ticarət edirdi. Ar- xeoloji qazıntılar nəticəsində Altayda üstündə Çin heroqlifinin şəkli olan ipək parça qalıqları tapılmışdır.Xaqanlığın siyasi ictimai həyatı A.N.Bernştam tərəfindən ətraflı tədqiq edilmişdir".

4.Xürəmmilər hərəkatının tarixi əhəmiyyəti və məğlubiyyət səbəbləri


Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Xürrəmilər hərəkatının rəhbəri, görkəmli sərkərdə Babəkin anım günüdür. Mövzunun aktuallığını nəzərə alaraq, Babək və Xürrəmilər hərəkatının sonunu gətirən səbəblərlə bağlı yazını bir daha təqdim edirik:
"833-cü ildə Xəlifə əl-Məmunun ölümündən sonra Xürrəmilər Hərəkatı yeni qüvvə ilə alovlandı. Nizamülmülkün yazdığına görə, üsyan İsfahan, Fars və bütün Kuhistanı bürüdü. 20 illik hakimiyyəti ərzində xürrəmilərə qarşı mübarizə aparan Xəlifə əl-Məmun qardaşı Mötəsimə vəsiyyətində xürrəmilərlə müharibəyə qətiyyətli və amansız adam göndərməyi tövsiyə etmişdi.“Yeni xəlifə mərhum qardaşının vəsiyyətinə əməl edərək, xürrəmilərlə müharibəyə ciddi şəkildə hazırlaşmağa başladı. Mötəsim anlayırdı ki, bu hərəkata qarşı mübarizənin boş buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər. 833-cü ildə Həmədan döyüşündə ərəblər 60 min üsyançını həlak etdilər. Xürrəmilərin 14 min nəfərdən ibarət hissəsi Bizansa qaçdı. Mənbələrdə onların Bizansda xristianlığı qəbul edərək, ərəblərə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etməyə başladıqları yazılıb. Həmədan uğurundan sonra Xəlifə Mötəsim başa düşdü ki, xürrəmilər üzərində qələbə qazanmaq üçün Bizansa qarşı aparılan müharibəni dayandırmaq lazımdır. Bizans-Ərəb sərhədində əldə edilmiş dörd illik (833-837-ci illər) sülh Babəkə qarşı bütün Xilafət qüvvələrini səfərbər etməyə imkan verdi. Mötəsim Zəncan-Ərdəbil yolu boyunca hərbi hissələrin yaradılmasını əmr etdi. Ərdəbil və Samirə şəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində istənilən məlumatı lazımı ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləşdirildi. Yüksəkliklərdə duran gözətçilər bir-birilərini görə və atlı qasidlərin hərəkəti haqqında xəbəri bir-birilərini səsləməklə çatdıra bilirdilər. Bu yolla göndərilən xəbər cəmi dörd günə baş komandanın qərargahından xəlifə sarayına çatdırılırdı.
Xəlifə yalnız bu hazırlıq tədbirlərindən sonra istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu xürrəmilərlə döyüşəcək qoşunların baş komandanı təyin etdi. Təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm xərcləyən Mötəsim hərbi əməliyyatlar olmayan günlərdə Afşinin özünə xəzinədən hər gün 5 min dirhəm, döyüş günlərində isə 10 min dirhəm ödənilməsini təmin etmişdi.Ərdəbilə gələn Afşin xürrəmilərin dağıtdığı strateji əhəmiyyətli qalaların bərpasının sürətləndirilməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə - Bərzəndə köçürülməsini əmr etdi.Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi hissələrinə hücumlar edirdilər. Müaviyənin başçılıq etdiyi bu dəstələrdən biri xeyli ərəb əsgərini əsir aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoşunlarını yenidən toplayan Əbu Səid Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər Xilafətin nizami qoşunları tərəfindən məğlub edildilər. Ələ keçmiş xürrəmilər edam edildilər, başları isə Samirəyə göndərildi. Bu hadisə xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən müttəfiqlərini Babəkdən uzaqlaşdırdı. Həmin müttəfiqlərdən biri - Məhəmməd ibn əl-Bəis öz qayınatası, Babəkin sərkərdəsi İsma ibn əl-Kürdinin dəstəsini darmadağın etdi, İsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. İsma ibn əl-Kürdi ağır işgəncələrə məruz qaldıqdan sonra Babəkin mühüm sirlərini açdı və ərəblərə kömək edəcək qiymətli məlumatları xəlifəyə ötürdü. Təbərinin fikrincə, bu, Babəkə endirilmiş ikinci, bəlkə də ən ağır zərbə idi.

Mənbələrdə yazılıb ki, müharibənin son ilində Afşin Babəklə danışıqlara girməyə cəhd göstərdi. Lakin bu danışıqlar və yazışmalar uğursuzluqla nəticələndi. Yalnız bundan sonra Afşin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Məğlubiyyətin labüd olduğunu anlayan Babək Afşinlə şəxsi danışıqlara girdi. Afşin Babəkə aman vəd etdi. Babək isə daha bir gün gözləməyi istədi: görünür, o hələ də qalanı möhkəmləndirmək və ərəblərə müqavimət göstərmək ümidini itirməmişdi. Elə ona görə də Babək Afşinin ikinci aman təklifini rədd etdi. Babək bu dəfə Afşinə müraciət edərək, ona və ailəsinə aman verilməsini xahiş etdi. Afşin razılaşdı, qabaqcadan qərarlaşdırıldığı kimi, girovların göndərilməsi şərtini irəli sürdü. Lakin Babək həmin məqamda döyüş meydanında olan və Afşinin girov kimi tələb etdiyi şəxsləri təslim etmək iqtidarında deyildi.Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da xürrəmilərin istinadgahı ələ keçirildi. Afşin Bəzz qalasının yerlə yeksan olunması haqda əmr verdi. Əhali əsir alındı. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Babəkin özü isə tacir paltarı geyinərək, Həştadsər dağının yanında dərəyə enib gizləndi. O, ərzağı qurtaranadək bu dərədə qaldı. Anası, qardaşları Müaviyə və Abdullah, axırıncı arvadı, Sünik hakimi Vasaqın qızı İbnət əl-Kələndəniyə də onunla idi. Babək buradan Bizansa keçmək istəyirdi. Təqib olunduğunu bilməyən Babək bataqlığı tərk etdi. Kəşfiyyatçıları tərəfindən xəbərdar edilən Afşin o zamanlar xəlifənin ən yaxşı sərkərdələrindən olan Əbu-Sacı Babəkin ardınca göndərdi. Babək və onun qardaşı Abdullah aradan çıxa bildilər. Onlar gizli yollarla Səhl ibn Sumbatın torpaqlarına yetişdilər.

Onları görən adamlar Səhl ibn Sumbata dağlarda naməlum şəxslərə rast gəldikləri barədə məlumat verirlər. Vaxtilə Babəklə müttəfiq olmuş Sumbat onu öz qalasına dəvət edir və yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək Səhlə inanaraq razılaşır, lakin qardaşı Abdullahı keçmiş müttəfiqi, Beyləqan hakimi Yesai Əbu Musanın yanına göndərir. Səhl Babəkin və qardaşının yerini Afşinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarşı heç bir tədbir görmür.Afşin Babəkin və onun qardaşının ələ keçməsi barədə Mötəsimə xəbər göndərir və çox keçmədən əsirlərin Samirə şəhərinə aparılması haqda əmr alır.
Mənbələrin əksəriyyəti Babəkin 838-ci il yanvarın 4-də Samirəyə gətirildiyini, elə həmin gün də edam edildiyini yazsalar da, bəzi orta çağ müəllifləri bu hadisənin fərqli tarixdə baş verdiyini bildirirlər. Edam yerinə fil üstündə, şahlara layiq paltarda gətirilən Babək qısa sorğu-sualdan sonra işgəncə ilə edam edilir.Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə çox baha başa gəldi. Babəkilər 20 ildən artıq müddət ərzində Xilafətin 225 min döyüşçüsünü və xeyli sərkərdəsini məhv etdilər. Xilafət tarixində baş verən dini-siyasi çıxışlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarşı azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat ərəb şərqşünası Məsudinin dili ilə desək, “az qala, Abbasilər dövlətini məhv edəcəkdi”.

5
.Qədim türklərin adət və ənənələri


Dünya tarixinə nəzər salsanız, dərhal anlayarsınız ki, türklər heç vaxt dövlətsiz qalmayıblar, hər dövrdə bir və ya bir neçə dövlətə malik olublar. Dövlətin hökmdarı yabqu, xan, xaqan, iltəbər adlandırılmışdır. Hökmdarlar nəzəri və praktiki təhsillərini təcrübəli dövlət adamlarının nəzarəti altında tamamlamış, dövlət idarəçiliyində müdrik insanlardan təşkil edilmiş məclislə məsləhətləşmiş, onların tövsiyələrini nəzərə almışlar. Aqil vəzirlər lazım gəldikdə hökmdarlara yol göstərmiş, hətta açıq şəkildə onları tənqid etmşlər. Bu sistem xalqın sülh və əmin-amanlıq, ədalət və zənginlik içində yaşamasına səbəb olmuşdur.
Türklərin hərbçiliyi, intizamlı orduları və döyüş texnikaları dillərə dastan olmuşdur. Avropa və Asiya qitələrinin böyük dövlətləri ordularını təşkil edərkən türklərdən nümunə götürmüşlər.
Qədim türklərin ən əsas xüsusiyyətlərindən biri adət-ənənələrinə bağlılıqları idi. Türk adət-ənənələri yazılı deyildi, dildən-dilə, nəsildən-nəsilə ötürülürdü. Hökmdarlar da daxil olmaqla, hər kəs adət-ənənələrə tabe olmaqla məsul idi. Türk adət-ənənələrində ağır cəzalar da vardı, ancaq doğruluq və ədalətdən ayrılmazdılar. Bu adət-ənənə əsrlərin təcrübəsinin məhsulu idi. Adət-ənənə bir növ ölkənin əsas qanunu idi.
Dövrümüzdə azadlıq və bərabərliyin təşəbbüskarı olduqlarını iddia edənlər bilməlidirlər ki, insan haqları və azadlıqlarının ilk təşəbbüskarı türklər olmuşdur. Türklərin qurduğu dövlətlərdə din, dil və irqi ayrı-seçkilik edilmədən hər kəsə bərabər münasibət göstərilmişdir. Professor Hakkı Dursun Yıldız bu faktı: “Tarix boyu türklərdə din, dil və irqi ayrı-seçkiliyə görə Amerika və Avropada həmişə rast gəlinən qırğına, işgəncəyə və haqların tapdanılmasına əsla rast gəlinmir”, – deyə ifadə etmişdir.
Qədim türk tayfalarında qadınlarla kişilərin, demək olar ki, bərabər hüquqlu olması diqqətçəkən cəhətdir. Türk qadınları cəmiyyətin hər sahəsində yer almış, hətta lazım gəldikdə döyüşlərdə də iştirak etmişlər.

Yüklə 280,55 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin