Soyad: Ədilova Fakültə: Filologiya-Tarix İxtisas


Qədim türklərin İslamı qəbul etməsi



Yüklə 280,55 Kb.
səhifə2/2
tarix19.12.2022
ölçüsü280,55 Kb.
#76442
1   2
Sənəd (6)

Qədim türklərin İslamı qəbul etməsi
Türklər İslamı könüllü qəbul ediblər. Bu, bütün tarixçilərin yekdilliklə qəbul etdiyi məsələdir. Türklərin Göy Tanrı inancları ilə İslam arasında bəzi bənzərliklərin olması bunda mühüm rol oynamışdır. 
Qədim türklər sitayiş etdikləri yaradanı “Tenqri” adlandırırdılar. Tanrının bir olduğuna və hər şeyi yaratdığına inanırdılar. Öldükdən sonra yaxşı insanların “uçmağ” adlandırılan cənnətə, pislərin isə “tamu” adlandırılan cəhənnəmə gedəcəklərini düşünürdülər. Qədərə inanırdılar. İbn-Fadlanın yazdığına görə, türklərdə zina və homoseksuallıq qadağan idi, oğurluq edənlərə ağır cəza verilir, yaxşılığa riayət edilirdi. Bütün bunlar türklərin müsəlman olmasına təkan verən amillər idi.
Türklər tarix boyu müxtəlif dinləri qəbul ediblər. Buna baxmayaraq, İslamdan başqa dinləri qəbul edənlər türklüklərini qoruya bilməmiş, digər sivilizasiya və dinlər içində assimilyasiyaya məruz qalmışlar. İslam dini milli quruluşa uyğun olduğu üçün türklər kütləvi şəkildə bu dini qəbul etmiş və milli varlıqlarını qorumuşlar. Başqa sözlə, İslam bütün türkləri birləşdirən din olmuşdur. Bu faktlar “Türk tarixindən yarpaqlar” adlı əsərdə belə ifadə edilmişdir:
“Türklər İslam dinini səmimi, könüllü şəkildə, heç bir məcburiyyət və xarici təzyiq olmadan kütləvi qəbul edərək tarixlərinin yeni dövrünə qədəm qoydular. Bu yeni dövr X əsrdən əvvəlki 1200 ildən daha şanlı idi. İslam türk milli quruluşuna uyğun din idi. Türklər müsəlman kimi türklüklərini tamamlamışdılar”.
Türklər arasında İslam daha çox təriqətlər və həyatını dinə həsr etmiş insanlar vasitəsilə yayılmışdır. Başqa dinlərin də yayıldığı Mavərünnəhr bölgəsində müsəlman hüquqşünas və elm adamlarının yetişməsi və çoxalması İslamın yayılmasını sürətləndirmişdir. Bu zaman mədrəsələr qurulmuş, “Ali İslam” adlandırılan yazılı adət-ənənəyə bağlı İslam anlayışı tətbiq edilmişdir.
İlk Quran tərcümələri X əsrdə Quranın farsca tərcüməsi ilə müqayisə edilərək sətirlərin arasına yazılmışdır. İslamın qəbulundan sonra Quranın yazılı tərcümələri türk yazılı dilinin inkişafına və yayılmasına kömək etmişdir.
Türklərin İslam dinini qəbul etməsi mühüm irəliləyişə səbəb olmuşdur. İslam türklərin bayraqdarlığı ilə dünyaya yayılmış, bu vəziyyət dünya tarixini formalaşdıran bir çox hadisəyə zəmin hazırlamışdır. Professor Erol Güngör bu həqiqəti belə vurğulayır:
“Türklər İslam dinini özlərinin milli dininə çevirdilər, bütün mənlik və səmimilikləri ilə bu dinə bağlanaraq XI əsrdən etibarən İslam dünyasının bütün düşmən qüvvələrə qarşı qorunmasını təkbaşına boyunlarına götürdülər. İslama qədər türklər hər cür yüksək xüsusiyyətə malik, ancaq hələ dünyada öz yerini tam tapmamış bir millət idi. İslam onun yolunu aydınlandıran işıq oldu və türk milləti bu işığı təqib etdikcə daima yüksəldi”. Türk adət-ənənələri” silsiləsindən növbəti proqramımız efirdədir. Bu gün hədiyyə alıb-verməkdən danışacağıq.
Hədiyyə təkcə Türk soylu deyil, həm də bütün dünya xalqlarında olan universal bir mədəniyyət nümunəsidir. Sadəcə hədiyyənin verildiyi zaman və səbəblər bir-birindən fərqlənir.
Hədiyyə qarşılıq gözləmədən və könüllü verilir. Bu, dostluğu daha da mehribanlaşdırmaq, sevgi-məhəbbəti artırmaq, gücləndirmək, əlamətdar günləri xatırlamaq və dəstək vermək məqsədi daşıyır. İslamda belə hədiyyə verilməsi müsbət vurğulanır. Quran "Ehsan edin, şübhə yox ki, Allah-Təala lütf edənləri sevir" deyə buyurur. Hz. Muhəmməd hədiyyəni “Allahın sevdiyi əxlaq” adlandıraraq bunun insanlar arasındakı sevgi bağlarının qüvvətlənməsinə xidmət etdiyini bildirib. Peyğəmbərin xanımı Aişə deyir ki, "Rəsulullah hədiyyə qəbul edər və ona qarşılıqsız qalmazdı. Özü də deyərdi ki, "Səfərdən döndüyünüz zaman ailənizə hədiyyə ilə gəlin".
Bir millətin varlığı onun mədəni zənginliklərini nə dərəcədə yaşatmasıyla bağlıdır. Doğum, sünnət, qız istəmə, nişan, toy, bayram kimi adət-ənənələrin ən gözəl xüsusiyyətlərindən biri bu günlərdə hədiyyələrin verilməsi, könlü sevindirməsidir.
Orta Asiyada xaqanlar, xanlar, bəylər və digər zəngin insanlar keçirtdikləri mərasimlərdə gələn qonaqlara öz mallarından hədiyyə paylardılar. Osmanlı saray və iqamətgahlarında da bu ənənə yaşayırdı, xüsusən Ramazan ayında. İftar yeməkləri zamanı “diş kirayəsi” adlanan hədiyyələr paylanar, “çanaq yağması” edilərdi.
Qədim Türklərin Yeni ili və Bahar bayramı olan Novruzda da hər kəs kiçik də olsa, yaxınlarına hədiyyə verir. Osmanlı zamanı Novruz günlərində sultan və baş vəzir tərəfindən sarayın bütün çalışanlarına hədiyyələr paylanırdı. Eyni zamanda, dövlətin vəzifəli şəxsləri Novruz münasibətilə sultana hədiyyələr təqdim edirdilər. Bu hədiyyələr əsasən at, paltar və qiymətli daş-qaşlardan ibarət olurdu.
Amma hədiyyənin maddi ölçüsü deyil, onun əhəmiyyətli gündə alınıb-verilməsidir əsas şərt. Hətta "Yarım alma, könül alma, dostum məni xatırlasın, lap bir almayla da olsa" kimi atalar sözləri hədiyyənin bu baxımdan dəyərini vurğulayır.
Həyatın, demək olar ki, hər mərhələsində hədiyyə vermək var. Doğuşdan sonra ailənin yaxınları, qonum-qonşu, tanış-biliş körpəyə dəyməyə gələrkən ona ehtiyacı olan əşyaları alıb gətirirlər. Bəziləri qızıl da bağışlayırlar. Amma körpə hədiyyələri hələ neçə illər davam edir: uşaq diş çıxaranda, sünnət toyu olanda, məktəbə ilk gedəndə, Anadoluda Quran-ı Kərim oxuyub başa çatdıranda, oğlanlar əsgərliyə gedəndə.
Ən çox hədiyyə vermə isə toy zamanı olur. Nişan və toy ərəfəsində kürəkən və ailəsi tərəfindən gəlinə boyunbağı, bilərzik, sırğa, üzük kimi qızıl zinət əşyaları, paltar, ayaqqabı, çanta və alt-üst geyimləri alınır. Toy günü gəlin və kürəkənin yaxınları gəlinə qızıl hədiyyə edir. Yeni evlənənlərə bəzi ev əşyaları və pul verirlər. Ümumiyyətlə, toyda bəy və gəlinə hədiyyə verilməsi təzə evlənənlərə ictimai yardımın bir həmrəylik nümunəsidir. Çox zaman bu hədiyyələri almazdan əvvəl onlarda nəyə ehtiyacı olub-olmadığı soruşulur.

Bayramlarda ailə böyüklərinin ziyarətlərinə gedərkən şirniyyat alıb aparırlar. Həccə gedən şəxslərə də hədiyyə verilir. Eyni zamanda, onlar Həccdən dönərkən tanış-bilişə kiçik hədiyyələr gətirirlər. Uzaq şəhər və ölkələrdən evlərinə qayıdan adamlar da həmçinin. Buna aid Anadoluda belə bir misal var: “Dəyirmandan gələndən çörək gözlə”.


Qədimdən gələn hədiyyə alma-vermə ənənələrinə zaman içində yeniləri əlavə olunub. Miladi Yeni ili, evlənmə ildönümü, analar günü, atalar günü, bir adam vəzifəyə təyin ediləndə, təqaüdə çıxanda və s. günlərdə də hədiyyə vermək artıq bir dəb halını alıb.

Ədəbiyyat siyahısı
1.Dərgah Qüdrətov türk xalqlarının tarixi bakı 2000
2.Əsməd Muxtarova türk xalqlarının tarixi 2005
3.Əmrahov Mayıs türk xalqlarının tarixi bakı 2017
İnternet resusları
1.az.m.wikipediya.org
2.academia.edu
3.Adnanoktar.az
Yüklə 280,55 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin