Azərbaycan Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası Fakültəsi Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi am-202 qrup tələbəsi Arzu Kərimlinin Psixologiya fənnindən sərbəst işləri


Tənbəllik – işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır. Müstəqillik



Yüklə 81,48 Kb.
səhifə9/14
tarix03.04.2023
ölçüsü81,48 Kb.
#92662
1   ...   6   7   8   9   10   11   12   13   14
psixologiya

Tənbəllik – işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.
Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir. O, əsasən qərar qəbulunda və icra olunmuş işə görə cavabdehlikdə özünü göstərir. Müstəqil adam məsuliyyət hissinə, tənqidi ağıla, möhkəm əqidəyə və dərin inam hissinə malikdir. Müstəqillik ən mühüm iradi keyfiyyət kimi iradi işin həm intellektual, həm də icra mərhələsində təzahür edir. Başqa iradi keyfiyyətlər kimi, müstəqillik də sosial həyat şəraitindən, mühit və tərbiyədən asılı olaraq formalaşan psixi xüsusiyyətdir. Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil edir.
Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaq, təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir. Səbrlilik.
Psixologiyada iradənin təzahürü haqqında danışdıqda, elə ilk növbədə səbirli olmaq başa düşülür. Səbrli olmaq – iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir. Azərbaycan şer kəhkəşanının ən parlaq və sönməyən ulduzu böyük Sabirin dediyi kimi: Hansı bir müşküldü kim, səbr ilə asan olmasın? Patopsixologiyada psixi vəziyyət, iradəsizlik, fəaliyyətə həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna abuliya deyilir (yunanca: abulia - qətiyyətsizlik) Zəif iradəlilik – məqsədəuy­ğun­luğun və yüksək niyyətlərin yoxluğudur. Zəif iradəlilər üçün özlərinin maraq dairələrini genişləndlirmək faydalıdır. İradə «lazımdır», iradəsizlik isə «istəyirəm» motivi ilə hərəkətə gəlir. Bernard Şou yazırdı: «İradə olmayan yerdə yol da yoxdur».

6. Hafizə.
Hafızə də bir sıra mürəkkəb psixi əməliyyatlarla bağlıdır. Onlara fəal surətdə yiyələnməklə insan özünə lazım olan informasiyanı əldə etmək, şüurunda sax­lamaq və yeri gəldikdə yada salmaq prosesini ifadə edir. Bu mənada hafizə keçmiş təcrübə izlərinin nəqşləndirilməsi, yadda saxlanması və yada salın­masından iba­rətdir. Bu əməliyyat insana imkan verir ki, müəyvən qıcıqlayıcının təsiri kəsil­dikdən sonra belə, qalmış izlərlə iş görsün, zəruri informasiyaları toplaya bilsin.
Adətən, hafizənin dörd əsas prosesi: yaddasaxlama, hifzetmə, yadasalma və tanıma ayırd edilir. Bunların hamısı fəaliyyətdə təşəkkül tapır və onunla təyin edi­lir. Məlumdur ki, müəyyən materialı yaddasaxlama həyat və fəaliyyət pro­se­sində top­lanan fərdi təcrübə ilə bağlıdır. Yadda saxlanılan materialların gələcək fəa­liy­yətdə istifadə olunması yadasalma və ya xatırlama (xüsusi niyyətlə, müəyyən ma­neələri aradan qaldırmaqla yadasalma) tələb edir. Мüəyyən materialın uzun müd­dət fəaliyyətlə əlaqəsinin kəsilməsi unutma ilə nəticələnir. Deməli, insan dav­ra­nışının hər bir anı onun həyat təcrübəsi ilə müəyyən edildiyinə görə mate­rialın hafizədə saxlanması həmin materialın şəxsiyyətin fəaliyyətində iştirakından ası­lı­dır.
Hafizə fəaliyyətinin əsasını həmişə müəyyən rabitələr - assosiasiyalar təşkil edir. Hafizə təsəvvürlərinin bu rabitələri hələ eramızdan əvvəl Aristotel tərəfindən irəli sürülən üç prinsipə əsaslanır.
1. Qonşuluq assosiasiyası. Hər hansı bir cisim və ya hadisənin qavranılması, yaxud onun haqqında təsəvvür onunla bir zamanda və ya bilavasitə ondan sonra qavranılmış cisim ya hadisə təsəvvürünün canlanmasına səbəb olur. Orta məktəb yoldaşlarımızdan birinə rast gəlmək, yaxud onun haqqında təsəvvür, məktəb həyatına aid bir sıra başqa hadisələrin təsəvvürlərini canlandırır.
2. Oxşarlıq assosiasiyası. Hər hansı bir cismin qavranılması və ya onun haqqında təsəvvür, ona oxşar başqa cisim təsəvvürünü canlandırır. Dostumuza bənzəyən bir adam gördükdə, onun haqqında təsəvvür yaranır.
3. Əkslik assosiasiyası. Bir-birinə hər hansı cəhətdən əks olan cisim və ya hadisənin qavranılması, onun haqqında təsəvvür, ya fikir, onların surətlərinin şüurumuzda canlanmasına səbəb olur. Gözəl adam təsəvvürü çirkin adam təsəvvürünü, qış təsəvvürü yay təsəvvürünü əmələ gətirir və s.
Hafızənin növləri ilk növbədə nəyi yadda saxlayırıq, necə yadda saxlayırıq və nə qədər müddətə yadda saxlayırıq sualları ilə əlaqədardır. Çünki hafızə də, diqqət kimi, insanın bütün çoxcəhətli fəaliyyətində iştirak etdiyinə görə onun təzahür formaları olduqca müxtəlifdir. Odur ki, hafizənin növlərini bir neçə istiqamətdə, ayrı-ayrı meyarlara görə, təsnif etmək olar:
l)hafizənin obyekti nədir - yəni insan nəyi yadda saxlayır? Bu, cisim və hadisələrdimi, fıkirdirmi, hərəkətdirmi yaxud hisslər, emosiyalardırmı? Bundan asılı olaraq hafızənin: obrazlı (surət), sözlü-məntiqi, hərəki və emosional növləri ayırd edilir. Hafizənin bu növləri-hərəkət hafızəsi, emosional hafızə, surət hafızəsi və sözlü-məntiqi hafızə diqqətin də obyekti ola bilir.
2) fəaliyyətin məqsədindən, eləcə də hafızənin ixtiyari surətdə tənzim edilmə səviyyəsindən asılı olaraq qeyriixtiyari və ixtiyari növləri fərqlənir.
3) materialın möhkəmlənməsi və yadda saxlanması müddətindən asılı olaraq hafızənin qısamüddətli, uzunmüddətli və operativ növləri qeyd edilir.
Bizə təsir edən cisimlərdən nəyin yadda saxlanılmasına görə hafizənin növləri ayırd edilir. Yəni hafizənin obyektinə görə: surət, hiss, hərəkət, sözlü-məntiqi hafizə növləri fərqləndirilir.
Surət hafizəsi gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarətdir.
Hərəkət hafizəsi, müxtəlif hərəkətlərin onların sisteminin yadda saxlanması, hifz olunması və yadasalınmasıdır. İdmançıdarda, balet ustalarında hərəki hafizə peşə fəaliyyətini müvəffəqiyyətlə icra etmək üçün vacibdir. Hərəkət hafızəsi praktik və əmək vərdişlərinin təşəkkülü üçün əhəmiyyətlidir.
Hərəki hafızə, demək olar ki, bütün adamlarda vardır, lakin ayrı-ayrı şəxslərdə müxtəlif şəkildə və intensivlikdə təzahür odir. Hafızənin bu növü digər növlərə nisbətən tez inkişaf edir.
Emosional hafizə keçirdiyimiz hisslərin yadda saxlanması və yadasalın­masıdır. Belə ki, insanm keçirmiş olduğu müsbət və ya mənfi hisslər izsiz itib getmir, onun hafızəsində bu və ya digər dərəcədə həkk olunur, sonradan yada salınır. Bu halda insan yenə ya sevinir, ya kədərlənir, ya utanır, ya da həyəcanlanır.
Sözlüməntiqi hafizə fikirlərin, anlayışların, yadda saxlanması, hifz edilməsi və yadasalınmasından ibarətdir. Fikirlər, mülahizələr dil materiallarında mad­diləşir, odur ki, bu hafizə sadəcə olaraq məntiqi deyil, sözlü-məntiqi hafizə adlanır. Sözlü-məntiqi hafızə yalnız insanlara məxsusdur. Həmin hafızənin köməyi ilə ya materialın əsas mənasının ifadəsini, ya da onun hərfən söz və ifadələrini yada sala bilirik. Bəzən sözlər olduğu kimi yadda saxlanıla bilər, onun mənasını bilmədikdə, hafızə sözlü-məntiqi deyil, mexaniki səciyyə daşıyacaqdır. Əlbəttə, müəyyən fıkirlərin yadda saxlanması və sonradan bərpa edilməsi insanın nitqinin inkişaf səviyyəsindən asılıdır. Nitq zəif inkişaf etdikdə, fikri dəqiq surətdə yadda saxlamaq və öz sözləri ilə məzmunu çatdırmaq bir о qədər çətin olur.
Hafizənin qeyri-ixtiyari və ixtiyari növləri yaddasaxlama və yadasalmanın məqsəd və üsullarından, onun iradi surətdə tənzim edilməsindən asılı olaraq fərqləndirilir.
Qısamüddətli hafizədə bilavasitə qavradığımız cisim və hadisələri müəyyən müddət ərzində görməkdə, eşitməkdə və s. davam edirik (onlar gözümüzün qabağında dayanır, qulaqlarımızda səslənir). Qısamüddətli hafızə çox az müddət (bir neçə saniyə və ya dəqiqə) davam edən prosesdir. Lakin bu qısa müddət elə indicə gördüyümüz hadisələri əhatə etmək üçün kifayət edir. İndicə hiss üzvlərimizin verdiyi məlumatı operativ surətdə tutmağa, dəyişdirməyə və canlandırmağa qısamüddətli hafizə deyilir.
Az müddətdən sonra indicə qavranılan cisim və hadisələrdən alınan təəssürat itib gedir, adətən adam onlardan heç bir şeyı xatırlaya bilmir. Müəyyən mətni çap edəyən makinaçının hafızəsı buna misal ola bilər. Çünki о mətni çap elədikcə hər sözü, ifadənı dəqiq yadda saxlayır, lakin cəmi bir neçə saniyə, yeni sözləri çap etməyə keçənə kimi onları yaddan çıxarır.
Uzunmüddətli hafizə isə qavranılan materialın uzun müddət və möhkəm yadda saxlanması ilə xarakterizə olunur. Yəni biliklərin, eləcə də bacarıq və vər­dişlərin, informasiyaların uzun müddət (saatlarla, aylarla, illərlə, bəzən on illərlə) hifz edilrnəsi uzunmüddətli hafızənin əsas məzmununu təşkil edir. Uzun­müd­dətli hafızədə biliklər daha ümumiləşmiş halda saxlanır.


Yüklə 81,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin