Azərbaycan Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası Fakültəsi Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi am-202 qrup tələbəsi Arzu Kərimlinin Psixologiya fənnindən sərbəst işləri


Azərbaycanda psixoloji fikrin yaranması və inkişafı



Yüklə 81,48 Kb.
səhifə14/14
tarix03.04.2023
ölçüsü81,48 Kb.
#92662
1   ...   6   7   8   9   10   11   12   13   14
psixologiya

10. Azərbaycanda psixoloji fikrin yaranması və inkişafı.


Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elmə­qədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədim­dən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yara­dıcılığından bəhrələn­mişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər­dən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdı­rıl­masını dünya psixologiya elminin inkişafı kontekstindən ayır­mamağı lazım bildik. Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlan­dırırlar. 
İnsanlar lap qədimlərdən qarşılıqlı münasibətlərdə olduq­ları, ünsiyyətə girdikləri insanları öyrənməyə, anlamağa, dərk etməyə çalışmış, bunun üçün müşahidələr aparmışlar. Tədricən toplanan biliklər ümumiləşdirilmiş, dildən-dilə, ağızdan-ağıza keçərək ümuminin, hamının qəbul etdiyi fikirlər olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözləri, nəğ­mələr, laylalar, mif­lər, əfsanələr və s. şəklində, lakonik dillə çatdırılmışdır. Demək olar ki, elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir problem yoxdur ki, xalq yaradıcılığında da ondan bəhs olunmasın, münasibət bildirilməsin. Xalq yaradıcılığında xalqın düşüncə və davranış tərzi, ayrı-ayrı dövrlərdə baş verən hadisələrə münasibəti öz əksini bariz şəkildə tapır. Yəni hadisələrə münasibət, onun təhlili, ümid və istəklər bu yaradıcılığın əsasını təşkil edir.
Psixoloji fikrin yaranması və inşasının digər bir isti­qa­məti isə yazılı ədəbiyyat, filosof və yazıçıların, şairlərin yara­dıcı­lığıdır. Bu mənada «Kitabi-Dədə Qorqud» dastanı, S.Şirazi, Nizami, N.Tusi, Nəsimi, Füzuli, M.F.Axundov, Sabir, C.Məm­məd­quluzadə və digər mütəfəkkirlərin yaradıcılığı Azərbaycan psixoloji fikrinin yaranması, inkişafı və formalaşmasında əhəmiyyətli rol oynamışdır. Onların yaradıcılıığı bir tərəfdən xalqın təfəkkür tərzinin inkişafına təkan vermiş, digər tərəfdən bu əsərlərin özündə həyat reallıqları əksini tapmışdır. Yəni Azərbaycan xalqının keçdiyi inkişaf yolunun mərhələlərini müəyyənləşdirməkdə bu əsərlər gözəl bir mənbədir.
Azərbaycan psixologiyanın elmi inkişafı A.O.Makovelskinın böyük rolu olmuşdur. 1920-ci ildə Azərbaycan Dövlət Universitetində işə dəvət olunur. O, 1920-ci ildən 1930-cu ilə qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə ADU-da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1931-ci ildən 1940-cı ilədək AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə Makovelski yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır və 1960-cı ilə qədər məntiq-psixologiya kafedrasına rəhbərlik edir. Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. O, Ə.K.Zəkuyevin doktorluq dissertasiyasının rəsmi opponenti, M.Məhərrəmov, M.Abbasov, M.Hacıyev, İ.Seyidov və başqalarının elmi rəhbəri olmuşdur. Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış, Azərbaycan şair və filosoflarının yaradıcılığının psixoloji təhlilini vermişdir.
Azərbaycanda psixologiya elminin inkişafında, psixoloq kadrlarının hazırlanmasında B.B.Komarovskinin də (1899-1965) böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn Ko¬ma-rovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Univer¬si¬tetinin aspiranturasında oxuyur. 1927-ci ildə pedaqogika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il o, pro¬fes¬sor elmi adı alır. Komarovski ilk elmi məqaləsini 1914-cü il¬də, 15 yaşında yazmışdır. Çoxşaxəli yaradıcılığa malik olan Ko¬ma-rovski «Psixologiya cədvəlləri» (1923), «Uşaqlığın sosio¬lo-giyası» (1921), «Təkrarlama metoduna dair» (1940) və s. onlarla fundamental əsərlərin müəllifidir.
Azərbaycanda psixologiya elminin digər tanınmış bir nümayəndəsi F.Ə.İbrahimbəyovdur (1901-1988). O, respublikamızda ilk psixologiya laborato­riya­sının yaradıcısıdır. Onun Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil etdiyi psixologiya laboratoriyasında çoxsaylı, müxtəlif istiqamətli tədqiqatlar aparılmışdır.
F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına APİ-də, sonrakı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İn-stitutunda psixologiya kafedrasının müdiri olmuşdur. F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə bilinqvizm sahəsində uğurlu tədqiqatlar aparmışdır. Onun tədqi-qatları nəinki ittifaq miqyasında, eləcə də dünyanın bir sıra ölkələrində rəğbətlə qarşılanmışdır. O, ana dili və rus dillərinin mənimsənilməsinin psixoloji əsaslarını tədqiq etmişdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumittifaq və Beynəlxalq Konqreslərdə etdiyi çıxışlar bir qayda olaraq yüksək dəyər-ləndirilmişdir. Onun «İkidillilik, onun forması və fərdi fərqlərə görə təsnifatı», «Milli məktəblərdə rus dili təliminin psixoloji əsasları haqqında», «Nit¬qin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri təlim psixologiyası, nitq inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan hesab olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, psixoloji fikrin inkişafı və təşəkkülündə Əhməd Kərədi Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə V.İ.Lenin adına APİ-də dərs demiş, müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir. 1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə şöbəsində çalışmışdır.
1931-ci ildə F.Ə.İbrahimbəyov testlər metodunun milli psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə da-nışmağa məcbur olur. Onun 1936-cı ildə nəşf etdirdiyi «Uşaqların əqli inkişafında zərərli nəzəriyyə» adlı məqaləsində pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.
30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə gənc və istedadlı alimlər gəlir. Onların sırasından S. Hacıyev, M. Məhərrəmov, M. Abbasov və başqaları xüsusilə seçilirdilər. 1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnsti-tu¬tu fəaliyyətə başlayır. Fərəhli haldır ki, institutun nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da fəaliyyət göstərir. Təlim-tərbiyə prosesi ilə bağlı aparılan tədqiqatlar psixologiya elminin inkişafında xüsusi yer tutur. İnstitutda yara¬dılan şöbəyə M.R. Abbasov başçılıq edir. Bu institutda müxtəlif dövrlərdə F.Ə. İbrahimbəyov, A.O. Makovelski, S. Hacıyev, M. Hacıyev, Z.M. Mehdizadə, Ə.K. Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov, Ə.Ə. Əlizadə və başqa görkəmli alimlər çalışmış, tədqiqat işləri aparmışlar.
Yüklə 81,48 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin