R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix25.11.2016
ölçüsü9,25 Kb.
#59
  1   2   3   4   5   6   7   8   9

R.M.Məmmədov
B.M.Həmzəyev
PARODONT
XƏSTƏLİKLƏRİ
“Şərq-Qərb”
Bakı–2011

R.M.Məmmədov, B.M.Həmzəyev. Parodont xəstəlikləri.
Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2011, 136 səh.
ISBN 978-9952-34-755-5
© R.M.Məmmədov, B.M.Həmzəyev, 2011
© 
“Şərq-Qərb” Nəşriyyat Evi
, 2011

3
MÜNDƏRİCAT
I FƏSİL. PARODONTUN ANATOMİYA VƏ FİZİOLOGİYASI
Parodontun inkişafı ..........................................................................5
Parodont toxumalarının quruluşu .....................................................9
Parodontun qan təchizatı ................................................................19
Parodontun limfa sistemi ...............................................................22
Parodontun innervasiyası ...............................................................24
Parodontun biomexanikası .............................................................25
Ağız suyu .......................................................................................29
Parodontun funksiyaları .................................................................31
II FƏSİL. XƏSTƏLƏRİN MÜAYİNƏSİ
Anamnez ........................................................................................33
Baxış ..............................................................................................33
Parodont xəstəliklərinin diaqnostika metodları .............................41
Klinik metodlar ..............................................................................42
Parodontoloji statusun göstəriciləri ................................................43
Ağız boşluğunun gigiyenik vəziyyətinin qiymətləndirilməsi ........43
İnterdental gigiyenik indeks (HYG) ..............................................44
Rentgenoloji metodlar ....................................................................47
Laborator metodlar .........................................................................48
III FƏSİL. PARODONT XƏSTƏLİKLƏRİNİN KLİNİKA  
VƏ DİAQNOSTİKASI
Parodont xəstəliklərinin təsnifatı ...................................................50
Parodont xəstəliklərinin A.A.P. təsnifatı ........................................51
Gingivitlər ......................................................................................57
Kataral gingivit ..............................................................................58
Hipertrofik gingivit ........................................................................62
Xoralı gingivit ................................................................................66
Parodontit .......................................................................................71
Parodontoz .....................................................................................83

4
Parodontdakı iltihabın ikili əhəmiyyəti ..........................................86
Diş daşlarının əmələ gəlməsi .........................................................89
Parodont toxumalarındakı iltihabi proseslərin dinamikası ............90
Parodontun iltihabi xəstəliklərinin patogenetik  
və morfofunksional əsasları ......................................................92
Diaqnostikanın nəzəri əsasları. Semiotika .....................................95
IV FƏSİL. PARODONT XƏSTƏLİKLƏRİNİN MÜALİCƏ  
VƏ PROFİLAKTİKASI
Parodont xəstəliklərinin əmələ gəlməsində yerli  
faktorların rolu ..........................................................................98
Parodont xəstəliklərinin əmələ gəlməsində sistem  
faktorlarının rolu .......................................................................98
Parodont xəstəlikləri zamanı müalicə tədbirlərinin  
planlaşdırılması  ......................................................................102
Parodont xəstəliklərinin müalicə prinsipləri  ...............................103
Müalicənin ümumi prinsipləri ......................................................106
Yerli müalicə ................................................................................107
Başlanğıc müalicə və diş daşlarının təmizlənməsi .......................108
Gingivit, parodontit və parodontozun müalicəsi .......................... 116
Parodontal sarğılar  ...................................................................... 118
Cərrahi müalicə ............................................................................120
Yardımçı müalicə .........................................................................122
Parodont xəstəliklərinin profilaktika metodları ...........................124
Ağız boşluğunun gigiyenası .........................................................125
Yerli zədələyici faktorların profilaktikası.....................................128
Yerli qıcıqlandırıcı təsirə malik faktorların aradan qaldırılması ..129
Ədəbiyyat .....................................................................................134

5
I   F Ə S İ L
PARODONTUN ANATOMİYA  
VƏ FİZİOLOGİYASI
PARODONTUN İNKİŞAFI
Dişlərin  və  parodontun  formalaşmasında  ektodermal  epiteli 
və ilkin ağız boşluğu mezenximi əsas rol oynayır. Epiteliyə da-
xil olan bu törəmələr dodaq və diş lövhəciklərini əmələ gətirir. 
Diş lövhəciyinin yanaq-dodaq səthində epitelinin qeyri-bərabər 
böyüməsi sayəsində dişlərin sayına müvafiq miqdarda, zəng for-
masında hündürlüklər yaranır ki, bunlar da sonralar mina orqa-
nına çevrilir.
Epiteli  hündürlüyünün  əsasında  yerləşən  mezenxim  diş  mə-
məciyinə  differensiasiya  olunur  ki,  bundan  da  əvvəlcə  pulpa, 
sonra isə dentin əmələ gəlir.
İçərisində diş məməcikləri olan və epiteli mayanı əhatə edən 
birləşdirici toxuma mənşəli törəmə diş kisəciyini əmələ gətirir. 
Diş kisəciyindən isə kökün sementi, bağ aparatı və alveolyar çı-
xıntının sümük hissəsi əmələ gəlir. Bununla da diş mayalarının 
əmələgəlmə mərhələsi başa çatmış olur.
Diş  toxumalarının  differensiasiya  mərhələsində  dişlərin  və 
parodontun
1
  formalaşması  başlayır.  Mina  orqanının  xarici  epi-
teli hüceyrələri minanın xarici qatını təşkil edir. Dişlərin çıxma 
dövründə  epiteli  hüceyrələri  əhəmiyyətli  dərəcədə  dəyişikliyə 
məruz  qalır,  nüvələrini  itirir,  qalınlaşır  və  birləşdirici  toxuma 
epitelisinə çevrilir (şəkil 1).
Dişlər  çıxdıqdan  sonra  süd  dişlərinin  kökləri  2,5  il,  daimi 
dişlərin kökləri isə 3 il müddətində tam formalaşmış olur.
Sementin inkişafı diş köklərinin formalaşması ilə eyni vaxt-
da, xüsusi hüceyrələrin – sementoblastların hesabına baş verir.
Alveol  sümüyü  diş  kisəciyinin  birləşdirici  toxuma  hücey-
rələrindən inkişaf edir. Əvvəlcə həmin hüceyrələr osteoblastlara,
1
  Bir çox ölkələrdə bizim qəbul etdiyimiz “Parodont” anlayışı “Periodont” 
termini kimi tanınır. 

6
sonra isə diş orqanını əhatə edən kobud lifli sümüyə çevrilir. For-
malaşma  dövrü  ərzində  sümüyün  kompakt  lövhəsi,  qidalanma 
kanalları və sümük iliyi də differensiasiya olunur.
Şəkil 1
A. Rüşeymin formalaşması
1  –  İlkin  ağız  boşluğu  epiteli;  2  –  Dodaq  lövhəsi;  3  –  Diş  lövhəsi;  
4 – Diş mayası; 5 – Diş məməciyi 

7
B. Diş mayasının differensiasiya mərhələsi
1  –  Epiteli;  2  –  Mina  orqanının  boynu;  3  –  Mezenxim;  4  –  Süd 
dişinin mayası; 5 – Daimi dişin mayası; 6 – Diş kisəciyi hüceyrələri;  
7  –  Mina  orqanının  xarici  epiteli  hüceyrələri;  8  –  Mina  orqanının 
pulpası; 9 – Mina orqanının daxili epiteli hüceyrələri; 10 – Kökarası 
epitelial yataq; 11 – Diş tacının minası; 12 – Dentin; 13 – Diş məməciyi; 
14 – Sümük toxumasının mayası
C. Diş toxumalarının histogenezi
1 – Epiteli; 2 – Diş mayası; 3 – Mina orqanının boynu; 4 – Mezen­
xim; 5 – Diş kisəciyinin hüceyrələri; 6 – Mina orqanının xarici epiteli 
hüceyrələri; 7 – Mina orqanının pulpası; 8 – Ulduzabənzər hüceyrələr; 
9  –  Mina  orqanının  daxili  hüceyrələri;  10  –  Diş  tacının  minası;  
11  –  Dentin;  12  –  Diş  pulpası;  13  –  Odontoblastlar;  14  –  Kökarası 
epitelial yataq; 15 – Sümük toxumasının hüceyrələri
Alveolun əmələ gəlməsi sementin inkişafı və kökün formalaş-
ması ilə eyni vaxtda baş verir.
İlkin mərhələlərdə süd və daimi dişlərin mayaları bir alveol-
da yerləşir. Sonrakı dövrlərdə isə mayalar arasında sümük ara-
kəsmələr əmələ gəlir.
Periodontun  birləşdirici  toxuması  diş  kisəciyinin  mezenxi-
mindən inkişaf edir. Mayanın inkişafının ilkin dövrlərində 3 qat-
dan ibarət hüceyrələr formalaşmağa başlayır. Bir qrup hüceyrələr 
sementə,  digər  hüceyrələr  isə  alveol  sümüyünə  doğru  inkişaf 
edir. Bu hüceyrələr arasında dəqiq oriyentasiyası olmayan üçün-
cü  qat  hüceyrələri  də  yerləşir.  Funksional  təzyiq  nəticəsində 
həmin hüceyrələr liflərə çevrilir. Liflərin istiqaməti dişlərə düşən 
təzyiqdən asılı olaraq müxtəlif tərəflərə yönəlmiş olur.
Çənələrin böyüməsinə uyğun olaraq, alveol çıxıntılarının, al-
veolarası arakəsmənin zirvə hissəsinin tam minerallaşma prosesi 
başa çatır.

8
Dişin embrioloji inkişafı

9
PARODONT TOXUMALARININ QURULUŞU
Diş əti – yuxarı çənənin alveol çıxıntısını, aşağı çənənin alveol 
hissəsini və boyun nahiyəsində dişi əhatə edən selikli qişadır. Kli-
nik və fizioloji nöqteyi-nəzərdən diş ətində dişlərarası məməcik 
(P), diş əti kənarı (sərbəst hissə) və alveolyar (A) hissə ayırd edi-
lir (PMA) (şəkil 2-3). Sərbəst diş əti (M) boyun nahiyəsində dişə 
kip surətdə yapışır və eyni zamanda periodontun birləşdirici to-
xuma hissəsi və sümüküstlüyü ilə sıx əlaqə yaradır.
Şəkil 2. Diş əti zonaları
1 – Diş arası məməcik; 2 – Diş əti kənarı; 3 – Diş əti şırımı; 4 – Yapış­
mış hissə
Şəkil 3. Diş ətinin topoqrafik zonaları
1 – Alveolyar diş əti; 2 – Hərəkətli diş əti; 3 – Diş əti kənarı; 4 – Dişlər­
arası məməcik

10
Dişin səthi və diş əti kənarı arasında 1,0-1,5 mm dərinlikdə 
yarıq yerləşir. Bu yarıq normal-fizioloji diş əti cibi adlanır.
Diş əti cibi epiteli ilə örtülərək, mina kutikulası ilə birləşmişdir 
(şəkil 4-5). Normada diş əti yarığının dibi mina-sement sərhədi 
səviyyəsində  müəyyən  edilir.  Yaşla  əlaqədar  olaraq  bu  yarığın 
dərinliyi artmış olur (şəkil 6).
Şəkil 4. Parodont toxumalarının quruluşu
1  –  Dentin;  2  –  Mina;  3  –  Sement;  4  –  Diş  ətinin  bitişik  hissəsi;  
5  –  Diş  əti  yarığı;  6  –  Diş  ətinin  sərbəst  hissəsi;  7  –  Diş  əti  yarığı 
epiteli; 8 – Birləşdirici epiteli; 9 – Diş ətinin dairəvi bağı; 10 – Alveolun 
kompakt lövhəsi; 11 – Sümüküstlüyü; 12 – Süngəri sümük; 13 – Perio­
don tun birləşdirici toxuması; 14 – Damar­sinir kələfi; 15 – Sümükiliyi 
boşluğu 

11
Şəkil 5. Alveolyar çıxıntının seqmenti
1  –  Ağız  dəhlizinin  dibi;  2  –  Hərəkətli  diş  əti;  3  –  Diş  əti  yarığı;  
4 – Diş ətinin bitişik hissəsi; 5 – Diş ətinin sərbəst hissəsi; 6 – Diş;  
7 – Alveol sümüyü
Şəkil 6. Müxtəlif yaş dövrlərində diş əti epitelinin bitişməsi

12
Histoloji olaraq diş əti çoxqatlı yastı epitelidən, xüsusi selikli 
qişadan və selikaltı qatdan təşkil olunmuşdur.
Ağız boşluğu epiteli, diş əti cibi epiteli və birləşdirici toxuma 
epiteli növləri ayırd edilir. Diş əti cibi epiteli çoxqatlı yastı epiteli 
ilə birləşdirici toxuma epiteli arasında aralıq mövqe tutur. Epite-
lial birləşmə dişin səthinə paralel istiqamətdə yerləşmiş bir neçə 
sıradakı uzunsov hüceyrələrdən təşkil olunmuşdur.
Dişlərarası məməcik epiteli diş ətinə kip yapışmış, daha qalın 
və  buynuzlaşmağa  meyillidir.  Bu  epitelidə  bazal,  tikanabənzər, 
dənəli və buynuz qatları ayırd edilir.
Bazal qat – silindrik hüceyrələrdən, tikanabənzər qat isə po-
liqonal formalı hüceyrələrdən təşkil olunmuşdur. Elektron mik-
roskopla aparılmış müayinələr zamanı məlum olmuşdur ki, bazal 
və tikanabənzər qat hüceyrələri desmosomlarla sıx əlaqədardır. 
Desmosomlar  simmetrik  yerləşmiş  iki  yarımhissədən  təşkil 
olunmuşdur ki, bunlar arasında da hüceyrələrarası boşluq möv-
cuddur.  Bu  yarımhissələrin  bir  tərəfi  bir  hüceyrəyə,  digəri  isə 
qonşu hüceyrəyə aid edilir.
Dənəli  qat  hüceyrələri  tikanabənzər  qata  nüfuz  edir.  Bu 
hüceyrələrin  sitoplazmasında  keratohialin  dənələri  aşkar  edilir. 
Ön səthdəki buynuz qat bir neçə sırada yerləşmiş, tam buynuz-
laşmağa məruz qalmış və nüvələrini itirmiş hüceyrələrdən təşkil 
olunmuşdur.
Diş əti cibinin divarını əmələ gətirən epiteli bazal və tikana bən-
zər qatlardan təşkil olunmuşdur. Tikanabənzər qat azca qalınlaş-
mış, onun hüceyrələri səthə doğru yaxınlaşdıqca yastı forma alır.
Selikli qişanın xüsusi qatı birləşdirici toxumadan təşkil olun-
muşdur və iki qatdan ibarətdir: səthi – məməcikli və dərin-torlu. 
Məməcikli qat kövşək lifli birləşdirici toxumadan təşkil olunmuş 
və  epiteliyə  nüfuz  edən  məməciklərdən  ibarətdir.  Həmin  mə-
məciklərdən qan damarları və sinirlər keçir. Torlu qat isə daha 
sərt lifli birləşdirici toxumadan təşkil olunmuşdur.
Selikli  qişanın  birləşdirici  toxuması  əsas  maddədən,  lifli 
strukturlardan  və  hüceyrəvi  elementlərdən  təşkil  olunmuşdur. 

13
Kollagen  və  argirofil  liflər  arasında  fibroblastlar,  histiositlər, 
plazmatik və tosqun hüceyrələr yerləşir. Aparılmış histokimyəvi 
tədqiqatlar sayəsində, tosqun və plazmatik hüceyrələr tərəfindən 
histamin, serotonin, heparin və digər qlükozaminqlikanların if-
raz olunması ilə bağlı məlumatlar əldə edilmişdir.
Epiteli  hüceyrələrində  trofika  və  regenerasiya  proseslərində 
fəal  iştirak  edən  RNT,  qlikogen  və  qlükozaminqlikanlar  aşkar 
edilmişdir.
Selikli qişa çeynəmə təzyiqinə məruz qalır, qida loxmasının 
əmələ  gəlməsində  iştirak  edir,  onun  vasitəsilə  bir  çox  dərman 
maddələrinin sorulması baş verir.
Diş  ətinin  bağ  aparatı  –  boyun  ətrafında  diş  ətinin  əsasını 
təşkil edən stroma (dişin dairəvi bağı), çoxlu miqdarda kollagen, 
elastiki  və  argirofil  liflərdən  təşkil  olunmuşdur.  Bağ  aparatının 
bu cür zəngin olması, diş ətinin dişə kip surətdə yapışmasını və 
çeynəmə təzyiqinin bərabər səviyyədə paylanmasını təmin edir.
Parodontda birləşdirici toxuma liflərinin paylanması, diş kö-
künün  müxtəlif  səthlərində  və  səviyyəsində  eyni  deyildir.  Diş-
diş  əti  lifləri  diş  əti  cibinin  dibindən  başlayır,  bir  qədər  xaricə 
doğru yönəlir, diş ətində yelpikşəkilli formada şaxələnir. Bu za-
man liflərin bir hissəsi yuxarıya, digəri üfüqi, başqa bir hissəsi 
isə aşağıya doğru yönəlmiş olur.
Diş  –  periostal  liflər  daha  möhkəm  qrup  təşkil  edir.  Həmin 
liflər  diş  ətinin  aşağı  hissəsindən  başlayır,  köndələn  istiqamət 
alır, alveolyar çıxıntının zirvəsinə dolanaraq periosta daxil olur 
və orada şaxələnir.
Dişlərin kontakt səthlərində diş-diş əti, dişlərarası və bəzi hal-
larda üfüqi istiqamətdə yerləşən diş-alveol liflərinə rast gəlmək 
olur.  Diş-diş  əti  lifləri  diş  əti  ciblərinin  ətrafındakı  sementdən 
başlayır və dişlərarası məməciyin zirvəsinə doğru istiqamətlənir.
Dairəvi bağın lifləri dişləri kip surətdə əhatə edir və onların 
dönmə və fırlanma hərəkətlərini məhdudlaşdırır.
Periodont  (periodontal  bağ,  desmodont)  –  dişin  birləşdirici 
aparatı olub, dayaq-tutucu və amortizəedici funksiyaları yerinə 

14
yetirir. Bu, sərt lifli birləşdirici toxuma kimi dişin kökünü əhatə 
edir, alveol sümüyü və diş sementi arasındakı periodontal yarıq-
da yerləşir.
Periodontal  liflərin  istiqaməti  dişdəki  funksional  yüklənmə 
ilə  müəyyən  edilir.  Ümumiyyətlə,  periodontda  dörd  zona  ayırd 
edilir.
Bağlar  çoxlu  miqdarda  kollagen  liflərdən  təşkil  olunmuş  və 
0,004-0,01  mm  ölçüyə  malik  kələfdə  birləşmişdir.  Bu  liflərin 
 arasında kövşək lifli birləşdirici toxumanın hüceyrəvi elementləri, 
qan damarları və sinir reseptorları vardır. Kollagen liflər qalınlı-
ğı  4-8  mkm-ə  bərabər  polipeptid  molekullardan  təşkil  olun-
muşdur.
Dişin dairəvi bağında 3 qatdan ibarət liflərə rast gəlmək müm-
kündür. Bu qatlardan biri alveol sümüyünün kortikal lövhəsinə, 
digəri  kök  sementinə  bağlanır.  Üçüncü  qat  isə  həmin  qatların 
arasında yerləşən və çeynəmə təzyiqinin bərabər səviyyədə pay-
lanmasını təmin edən argirofil liflərdən təşkil olunmuşdur.
Periodont hüceyrələri, əsasən kövşək lifli birləşdirici toxuma-
nın qatları arasında yerləşir (şəkil 7). Bu hüceyrələrə ən çox al-
veol yaxınlığında və zirvə ətrafında rast gəlmək olar. Birləşdirici 
toxuma  hüceyrələri  içərisində  fibroblastlar  çoxluq  təşkil  edir. 
Bundan əlavə, müdafiə funksiyalarını yerinə yetirən histiositlərə, 
tosqun hüceyrələrə, plazmatik hüceyrələrə də rast gəlinir.
Osteoblastlar  alveol  sümüyünün  kortikal  səhifəsinə  yaxın 
nahiyədə yerləşir. Alveol sümüyünün aktiv rezorbsiyası zamanı 
isə çoxnüvəli hüceyrələr – osteoblastlar aşkar edilir.
Sementoblastlar həm kök sementinin üzərində, həm də perio-
dontal liflərin arasında yerləşir.
Periodontda qeyd olunan hüceyrələrdən əlavə, həmçinin epi-
telial hüceyrələrə də rast gəlmək mümkündür. Həmin hüceyrələr 
əsasən kök sementinin və alveol səhifəsinin yaxınlığında, habelə 
alveolarası arakəsmənin sümük iliyində yerləşir. Patogen faktor-
ların təsiri nəticəsində, həmin hüceyrələr kista və şiş kimi patolo-
ji dəyişikliklərin yaranmasına səbəb olur.

15
Şəkil 7. Periodontda əsas hüceyrə qruplarının yerləşməsi
1  –  Epitelial  birləşmə  nahiyəsində;  2  –  Periodont  lifləri  boyunca;  
3 – Zirvəətrafı nahiyədə
Kiçik  damarların  ətrafında  və  bağ  aparatı  liflərinin  arasın-
da  fibroblastlara  oxşar,  az  differensiasiya  etmiş  perivaskulyar 
hüceyrələrə  də  rast  gəlmək  mümkündür.  Bu  hüceyrələrdən  bir 
sıra birləşdirici toxuma və qan hüceyrələri əmələ gələ bilər.
Diş sementi dişin kökünü minanın sərhədindən zirvəyə qədər 
örtür. Sementlər birincili – hüceyrəsiz və ikincili – hüceyrəli ol-
maqla iki qrupa ayrılır. Kimyəvi tərkibinə görə sement sümüyə 
oxşayır və 22% üzvi, 32% kalsium duzlarından və digər mikro-
elementlərdən təşkil olunmuşdur.
Diş boynu ətrafında sementin qalınlığı 0,015 mm, orta hissədə 
isə 0,02-0,03 mm-ə bərabər olur.
Hüceyrəsiz (birincili) sement əsasən kökün boyunətrafı nahi-
yə sində,  bilavasitə  dentinlə  təmas  səthində  olur.  Bu  sementin 

16
tərkibində hüceyrəvi elementlər olmur, əsasən dişin oxuna para-
lel istiqamətdə yerləşən kollagen liflərdən təşkil olunur.
Hüceyrəli  (ikincili)  sement  kök  zirvəsinin 
1
/
3
  səviyyəsində 
dentini örtən və çoxköklü dişlərdə köklərarası sahəni əhatə edən 
nahiyədə  yerləşir.  Burada  da  kollagen  liflərə,  yapışqanabənzər 
maddəyə və onun daxilində yerləşən hüceyrələrə – sementositlərə 
rast gəlmək olar. Sementositlər həm öz aralarında, həm də dentin 
kanalcıqları ilə anastomoz əmələ gətirirlər.
Yuxarı çənənin alveolyar çıxıntısı və aşağı çənənin alveol sü-
müyü  xarici  və  daxili  kortikal  səhifədən  təşkil  olunmuşdur  ki, 
bunların arasında da süngəri maddə yerləşir.
Sümüyün  kompakt  səhifəsi  tərkibində  çoxsaylı  kanal  və 
dəliklər olan osteon sistemlərindən təşkil olunmuşdur.
Yuxarı çənənin alveol çıxıntısının kortikal səhifəsi, aşağı çənə 
ilə müqayisədə kifayət qədər nazikdir (şəkil 8). 
Şəkil 8. Yuxarı çənənin alveol divarının qalınlığı
Onu  da  qeyd  etmək  lazımdır  ki,  kortikal  səhifənin  qalınlığı 
müxtəlif  diş  nahiyələrində  eyni  deyildir.  Belə  ki,  ön,  köpək  və 
premolyarlar  nahiyəsində  kortikal  səhifənin  qalınlığı  oral  səthə 
nisbətən daha nazikdir. Molyarlar nahiyəsində isə kortikal səhifə 
dil  tərəfdə  daha  nazikdir.  Aşağı  çənədə  xarici  kompakt  səhifə 
daha qalın, frontal dişlərdə isə nisbətən zəifdir.

17
Alveol sümüyü 30-40 % üzvi maddələrdən (əsasən kollagen) 
və 60-70 % mineral duzlardan təşkil olunmuşdur. 
Sümük toxumasının normal fəaliyyət göstərməsi, onun özü nü-
tənzimetmə prosesləri hüceyrə elementlərinin, o cümlədən osteo-
blastların, osteoklastların, osteositlərin fəaliyyəti ilə əlaqədardır.
Dişlərin  kökləri  alveol  sümüyündəki  xüsusi  yuvalarda  fiksə 
olunur.  Həmin  yuvalarda  5  divar  ayırd  edilir:  vestibulyar,  dil 
(damaq), medial, distal və dib. Alveolun xarici və daxili iki qatlı 
kompakt maddədən təşkil olunmuşdur. Bu qatlar müxtəlif qrup 
dişlər arasında müxtəlif səviyyədə birləşmiş olur.
Alveolun xətti ölçüləri müvafiq diş köklərinin uzunluğundan 
bir qədər qısadır və ona görə də alveol sümüyünün kənarı mina-
sement sərhədinə qədər çatmır, eyni zamanda kökün zirvəsi peri-
odontun hesabına alveolun dibinə kip surətdə yapışmır (şəkil 9).
Şəkil 9. Diş əti, alveolarası arakəsmə və diş tacının  
bir-birinə münasibəti 

18
Şəkil 10. Periodontal yarığın  
eni (mm-lə)
Periodontal  yarığın  eni  həm 
müxtəlif qrup, həm də ayrı-ayrı 
dişlərdə  eyni  deyildir,  buna 
səbəb  olan  faktorlar  aşağıdakı-
lardır:  yaş,  dişləm,  funksional 
yüklənmə və s.
Çıxmamış daimi dişlərin pe-
riodontal  yarığı  0,006-0,1  mm, 
çıxmış analoji dişinki isə ondan 
3-4  dəfə  geniş  olur.  11-16  yaş-
lı  uşaqlarda  bu  göstərici  orta 
hesabla  0,12  mm,  30-50  yaşda 
0,18 mm, 50-60 yaşlı şəxslərdə 
isə 0,15 mm-ə bərabər olur. Bir 
köklü dişlərdə periodontal yarı-
ğın ən nazik hissəsi kökün 1/5-i 
səviyyəsində  müşahidə  edilir. 
Belə  ki,  alveolun  girəcəyində 
bu  göstərici  0,23-0,27  mm-ə, 
ortada  0,08-0,14  mm-ə  zirvədə 
və  alveolun  dibində  isə  0,23-
0,28 mm-ə bərabər olur və for-
ması qum saatına bənzəyir. Çox 
köklü dişlərdə də bu belədir.
Periodontal  yarıq  medial  səthə  nisbətən  distal  səthdə  daha 
dardır.  Bu  cür  anatomik  quruluş,  dişlərin  medial  istiqamətdə 
yerdəyişməsinə  meyilli  olması  tendensiyası  ilə  izah  olunur. 
Çeynəmə dişlərində vestibulyar səthdə periodontal yarığın eni al-
veolun ön ⅓-də 0,22 mm-ə, ortada 0,28 mm-ə, zirvədə 0,31 mm-ə, 
dil (damaq) səthində isə müvafiq olaraq 0,54; 0,28; 0,27 mm-ə 
bərabər olur (şəkil 10).

19

Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin