XORALI GİNGİVİT
Bu patologiya zamanı diş ətindəki iltihab prosesi orqanizmin
reaktivliyinin aşağı düşməsi fonunda nekroz və xora ilə ağırlaş-
mış olur. Xoralı gingivitin varlığı orqanizmin reaktivliyinin ciddi
pozulmasından xəbər verir. Reaktivliyin aşağı düşməsi yerli-diş
əti səviyyəsində və ya orqanizmin ümumi sistem xəstəliklərinin
təzahürü kimi meydana çıxır.
Bir çox hallarda keçirilmiş infeksion xəstəlikləri, soyuqdəymə,
stress vəziyyətləri və s. xoralı gingivitlərin əmələ gəlməsinə
səbəb olur. Bundan başqa, xroniki perikoronitlə ağırlaşmış və
çıxması fəsadla müşayiət olunan ağıl dişləri də xoralı gingivitin
əmələ gəlməsinə səbəb olur. Bu onunla izah olunur ki, ağıl dişi
ətrafındakı xroniki infeksiya ocağı daimi intoksikasiya və sensi-
bilizasiya mənbəyi olaraq, bu prosesin əmələ gəlməsinə şərait ya-
radır. Bu zaman selikli qişanın trofikası pozulur, an taqonist dişlər
çıxmaqda olan ağıl dişinin üzərindəki diş ətini zədələyir, epiteli-
nin tamlığı pozulur və bütün bunların sayəsində generalizə olun-
muş formada xoralı gingivit əmələ gəlir. Klinik olaraq, xoralı gin-
givitin kəskin və xroniki formaları ayırd edilir, ağırlıq dərəcəsinə
görə isə yüngül, orta və ağır formaları aşkar edilir.
Kəskin gedişli xoralı gingivit zamanı xəstələr ümumi nara hat-
lıqdan, baş ağrısından, iştahanın olmamasından, subfebril tempe-
ratur olmasından, iş qabiliyyətinin aşağı düşməsindən, ağızdan
pis qoxunun gəlməsindən, diş ətində ağrı və qan gəl mə sindən,
qida qəbulunun və udma aktının çətinliyindən, trizmdən və s.
şikayət edirlər.
Ümumi baxış zamanı xəstələrin sifətində əzab, udma aktının
çətinliyinə görə ağızdan su axması, kəskin və xoşagəlməz iy və s.
müşahidə edilir. Diş ətinin kənarında sistemli zədələnmə, bəzi hal-
larda angina, dil, dodaq və yanağın selikli qişasının zədələnməsi,
regionar limfa düyünlərinin böyüməsi və ağrılı olması, qanda
leykositlərin çoxalması, EÇS artması və s. aşkar edilir. Xoralı
67
gingivitin ağırlıq dərəcəsi nəinki iltihabın yayılması ilə, habelə
ümumi intoksikasiya əlamətlərinin varlığı ilə də müəyyən edilir.
Lokal prosesin yüngül dərəcəsində ümumi orqanizm səviy-
yə sində baş verən dəyişikliklər nəzərə çarpır. Yalnız diş əti
məməciklərinin və diş əti kənarının bəzi nahiyələrində nek roz-
laşmış sahələrə rast gəlmək mümkündür. Sağlam və nekrozlaş-
mış diş əti hissələrinin arasında aydın ifadə olunmuş demarkasiya
xətti müəyyən edilir. Nekrozlaşmış toxuma cansız, struktursuz
bir törəmədir. Onun pinsetlə kənar edilməsi zamanı qanaxma
müşahidə edilir (şəkil 34, 35).
Şəkil 35 A. Kəskin lokal xoralı
gingivit; generalizə olunmuş,
yüngül dərəcəli
Şəkil 35 B. Kəskin xoralı
gingivit; yüngül dərəcəli
Orta dərəcəli patologiya zamanı diş ətinin nəinki papillyar,
marginal, eyni zamanda alveolyar hissəsi də patoloji prosesə cəlb
olunur. Xoralı gingivit üçün xarakterik olan bütün simptomlar bir
qədər də ağırlaşır və xəstənin ümumi vəziyyəti daha da pisləşmiş
olur (şəkil 35 C).
68
Şəkil 35 C. Kəskin generalizə olunmuş; orta dərəcəli
Ağır formalı, generalizə olunmuş xoralı gingivitdə bütün
simptomlar daha bariz şəkildə təzahür edilir. Xəstələr əzgin olur,
tez-tez tərləyir, sifətin rəngi qaralır, qida qəbulu zamanı kəskin
ağrılar müşahidə olunur. Regionar limfa düyünləri böyümüş və
ağrılı, bədən temperaturu 38-39
0
C-yə qədər yüksəlmiş olur. Se-
likli qişa ödemli, hiperemiyalaşmışdır. Dişlərarası məməciklər
həm yuxarı, həm də aşağı çənədə nekrozlaşmaya məruz qalır
(şəkil 35 D). Nekrozlaşmamış diş əti bozumtul tünd rəngli fibri-
noz ərplə örtülmüşdür. Nekroz sahələri qopduqdan sonra, dişlərin
boynu açılmış olur. Ağız boşluğunda özünütəmizləmə prosesləri
pozulduğuna görə, dişlərin və dilin üzərində külli miqdarda ərp
əmələ gəlir. Bir çox hallarda yumşaq ərpin minerallaşaraq diş
daşlarına çevrilməsi hallarına rast gəlinir.
69
Şəkil 35 D. Kəskin generalizə olunmuş; ağır dərəcəli
Ağır formalı xoralı gingiviti olan xəstələrə terapevtin, hemato-
loqun və digər mütəxəssislərin məsləhəti vacibdir. Bu cür hallar-
da dürüst kliniki və laborator müayinələrin aparılmasına zərurət
yaranır, eyni zamanda qan, allergik və s. xəstəliklərlə differensial
diaqnostikası aparılır.
Xroniki xoralı gingivit əksər hallarda kəskin prosesin nəticəsi
kimi inkişaf edir və sönük klinik gedişli olması ilə xarakterizə
olunur. Xəstələr müntəzəm olaraq diş əti qanamasından, zəif ağrı
olmasından və ağızdan pis qoxunun gəlməsindən şikayət edirlər.
Diş ətində durğun hiperemiya, ödem, xoralı kənar, yastıqcıq for-
masında qalınlaşma aşkar edilir. Bir qayda olaraq, xroniki xoralı
gingivit yüngül kliniki gedişi ilə seçilir, nadir hallarda ağırlaşa
bilər (şəkil 37).
70
Şəkil 36. Xroniki xoralı gingivit; yüngül dərəcəli
Rentgenoloji müayinə zamanı alveolarası arakəsmənin zirvə-
sində osteporoza və periodontal yarığın genişlənməsinə rast
gəlmək olar.
Mikroskopik olaraq diş ərpində zəngin mikroflora aşkar edi lir.
Bu qarışıq flora içərisində fuzobakteriyalara, spiroxetlərə, aktino-
miset və xromomiset tipli göbələklərə də təsadüf edilir.
Patomorfoloji müayinələr nəticəsində səthi xora qüsurları
təyin edilir. Diş ətinin nekrozlaşmış sahələrində kokklar, fuzobak-
teriyalar, spiroxetlər aşkar edilir. Epiteli toxumasında akantoz,
subepitelial və daha dərin qatlarda isə leykositar infiltrasiya,
tosqun hüceyrələrin miqdarının çoxalması və s. müşahidə edilir.
Birləşdirici toxumanın stromasında dezorqa nizasiya, perivas-
kulyar toxumada ödem, kollagen liflərdə dəyişikliklərə və s. rast
gəlmək olar (şəkil 35).
71
Şəkil 37. Xroniki xoralı gingivit. x90.
1.Toxumanın nekrozu; 2.Qranulyasion toxuma; 3.Yüngül hüceyrə
infiltrasiyası və ödem
Proteolitik fermentlərin aktivliyi kəskin şəkildə artmış, immu-
noloji statusun bütün göstəriciləri zəifləmiş, lizosimin və digər
ingibitorların miqdarı azalmışdır.
PARODONTİT
Bu xəstəlik üçün bütün parodont toxumalarının zədələnməsi
xarakterikdir. Xəstəliyin morfogenezinin əsasında alveol sümüyü,
diş kökünün sementi və periodont toxumalarındakı ekssudativ-
alterativ iltihabi proseslər və sümükdəki destruktiv dəyişikliklər
dayanır.
72
Parodontit 11-12 yaşlı uşaqlardan başlayaraq (8-10%), 30-50
və daha yuxarı yaş qrupuna mənsub olan şəxslərdə (60-65%) də
rast gəlinir.
Xəstəliyin yüngül, orta və ağır formaları ayırd edilir, klinik
gedişinə görə kəskin, xroniki və ağırlaşmış növləri mövcuddur.
Kəskin parodontitə nadir hallarda və adətən lokal formada rast
gəlinir. Bu xəstəlik əksər hallarda infeksiya təsiri nəticəsində ya-
ranır, buna baxmayaraq, bəzi hallarda düzgün hazırlanmamış süni
qapaqlar, ortodontik müdaxilələr də bağ aparatını zədələyərək,
parodontitlərin yaranmasına səbəb olur.
Xroniki parodontitə praktikada daha çox rast gəlinir, uzun-
müddətli (bəzən on illərlə) gedişi ilə xarakterizə olunur. Xəstəliyin
gedişi orqanizmin ümumi vəziyyətindən və onun reaktivliyindən
asılı olaraq dəyişə bilir. Orqanizmin reaktivliyi aşağı düşdükdə və
prosesə ikincili infeksiya qoşulduqda, klinik status kəskin forma-
da ağırlaşır.
Adekvat müalicə və profilaktika tədbirlərinin aparılması sayə-
sində orqanizmin reaktivliyi yüksəlir, remissiya dövrü başlayır və
proses stabilləşir. İltihab prosesinin yayılmasından asılı olaraq,
parodontitlər lokal və generalizə olunmuş formada aşkar edilir.
Lokal parodontit bir və ya bir neçə diş nahiyəsində parodontun
zədələnməsi ilə xarakterizə olunur. Onun əmələ gəlməsində yerli
zədələyici faktorlar: mexaniki travmalar, fiziki-kimyəvi amillər
əsas rol oynayır. Bir çox hallarda plombun sallaq kənarları da
lokal parodontitə səbəb olur. Nəhayət, çoxsaylı etioloji faktorlar
içərisində diş çöküntüləri, ayrı-ayrı dişlərin periodontunun ar-
tıq yüklənməsi, dişləmin anomaliyaları, ortopedik və ortodontik
konstruksiyaların düzgün hazırlanmaması, o cümlədən klammer-
lərin düzgün seçilməməsi və s. müxtəlif ağırlıq dərəcəli parodon-
titlərin yaranmasına gətirib çıxarır.
Generalizə olunmuş parodontit bir çox hallarda ümumi sistem
xəstəlikləri fonunda və prosesin uzunmüddətli gedişi nəticəsində
yaranır. Generalizə olunmuş parodontitin əsas əlamətləri aşağı-
73
dakılardan ibarətdir: simptomatik gingivit, parodontal cib, alveol-
yar sümüyün rezorbsiyası və travmatik okklüziyanın möv cudluğu.
Bu klinik əlamətlərin təzahürü prosesin ağırlıq dərəcəsindən asılı-
dır. Xəstəliyin yüngül dərəcəsində dişlərarası məməciklərdə kata-
ral iltihab əlamətləri aşkar edilir, parodontal ciblərin dərinliyi 3,5
mm-ə qədər olur, çoxlu miqdarda yumşaq diş ərpi, diş ətiüstü və diş
ətialtı diş daşlarına rast gəlinir və bir qayda olaraq xəstənin ümumi
vəziyyəti dəyişməz qalır (şəkil 38, 39). Bu zaman ikincili travmatik
okklüziya, demək olar ki, müşahidə edilmir.
Şəkil 38. Xroniki generalizə
olunmuş parodontit; yüngül
dərəcəli, kataral gingivit
Şəkil 39. Xroniki parodontit;
yüngül dərəcəli, xoralı gingivit
Travmatik okklüziya parodontun artıq yüklənməsinə səbəb
olur və sümükdəki rezorbsiyanı tezləşdirərək dişin itirilməsinə
səbəb olur. Orta dərəcəli generalizə olunmuş parodontit zama-
nı klinik iltihab əlamətləri və sümük toxumasındakı destruk-
tiv dəyişikliklər bir qədər də dərinləşmiş olur. Prosesin ağırlıq
dərəcəsindən asılı olaraq (xroniki və ya ağırlaşmış), müvafiq for-
mada kataral, hipertrofik və xoralı gingivit əlamətləri meydana
çıxır.
74
Parodontal ciblərin dərinliyi 5 mm-ə qədər olur, bu ciblərdən
serozlu-irinli ekssudat axır və dişlərdə laxlama müşahidə edilir (I,
II dərəcəli). Diş ətinin atrofiyası səbəbindən dişlərin boynu açılır,
alveolarası hündürlük kökün
1
/
2
–
1
/
3
səviyyəsinədək azalır, tək-tək
və çoxsaylı sümük cibləri və abseslər əmələ gəlir (şəkil 40, 41).
Şəkil 40. Xroniki generalizə
olunmuş parodontit; orta
dərəcəli, kataral gingivit
Şəkil 41. Xroniki generalizə
olunmuş parodontit; orta
dərəcəli, ağırlaşma mərhələsi.
Parodontal abses
Ağır dərəcəli parodontitdə bütün simptomlar bir qədər də
kəskinləşir, iltihab əlamətləri daha tez-tez aşkar edilir, parodon-
tal ciblərin dərinliyi 5-6 mm-dən çox olur, parodontal ciblərdə
aktiv formada qranulyasion toxuma əmələ gəlir, dişlərdə II-III
dərəcəli laxlamalar müşahidə edilir. Alveol sümüyünün rezorbsi-
yası kökün
2
/
3
səviyyəsindən çox olur, külli miqdarda diş daşları-
na təsadüf olunur (şəkil 42, 43).
Daima serozlu-irinli ekssudatla dolmuş parodontal ciblər
xroniki infeksiya mənbəyi hesab olunur. Bu fakt orqanizmin
mütəmadi olaraq intoksikasiya və allergizasiyasına səbəb olur.
75
Şəkil 42. Xroniki generalizə
olunmuş parodontit; ağır
dərəcəli, kataral gingivit
Şəkil 43. Xroniki generalizə
olunmuş parodontit; ağır
formalı, hipertrofik gingivit
Bu zaman xəstələr orqanizmin ümumi vəziyyətinin zəifləmə-
sin dən, halsızlıqdan, iştahanın olmamasından, yuxusuzluqdan,
əsəbi gərginlikdən, ümumi xəstəliklərin ağırlaşmasından və s.
şikayət edirlər.
Rentgen müayinəsində xəstəliyin ilkin dövrlərində boyunətrafı
nahiyədə periodontal yarığın genişlənməsi, alveolyar arakəsmənin
zirvəsində osteoporoz, kompakt səhifənin destruksiyası aşkar
edilir. Orta dərəcəli parodontitdə kliniki statusda olduğu kimi,
rentgenoloji müayinədə də dəyişikliklər nəzərə çarpır, süngəri
maddədə sümük cibləri əmələ gəlir, sümüyün konturları xarak-
terik formada dəyişilir, diş əti altı daşlar aşkar edilir. Parodon-
toz üçün xarakterik olan osteoskleroz əlamətlərinə rast gəlinmir.
Ağır dərəcəli parodontitdə parodontal ciblərin dərinliyi kökün
zirvəsinədək çatır, alveol sümüyünün rezorbsiyası dişin uzunlu-
ğunun
2
/
3
-
3
/
4
-ü səviyyəsinədək çatır, bəzi hallarda hətta sümüyün
tam destruksiyası müşahidə edilir (şəkil 44, 45).
76
Şəkil 44. Xroniki generalizə olunmuş parodontit, yüngül dərəcəli
Alveolarası çəpərin rezorbsiyası (kökün
1
/
3
-i səviyyəsində)
Şəkil 45. Xroniki generalizə olunmuş parodontit, yüngül dərəcəli
Alveolarası çəpərin rezorbsiyası (kökün
1
/
3
-i səviyyəsində)
77
Şəkil 46. Xroniki generalizə olunmuş parodontit, orta dərəcəli
Alveolarası çəpərin horizontal rezorbsiyası
Şəkil 47. Xroniki generalizə olunmuş parodontit, orta dərəcəli
Alveolarası çəpərin vertikal rezorbsiyası
78
Şəkil 48. Xroniki generalizə olunmuş ağır dərəcəli parodontit
Alveolarası çəpərin vertikal rezorbsiyası
Şəkil 49. Generalizə olunmuş ağır dərəcəli parodontit
Alveolarası çəpərin vertikal rezorbsiyası
79
Generalizə olunmuş parodontitin ağırlıq dərəcəsini
qiymətləndirmək üçün rentgenoloji metod ən etibarlı və optimal
müayinə metodu hesab edilir. Alveol sümüyündəki dəyişikliklər
xəstəliyin gedişini müəyyən etməyə imkan verir, habelə iltihabi-
distrofik proseslərin xarakteri və intensivliyi sümükdəki patologi-
yanın səviyyəsinə uyğun gəlir. Əsas rentgenoloji əlamətlər alveol
sümüyünün kortikal səhifəsindəki müxtəlif dərəcəli destruksiya-
lar, alveolarası çəpərin rezorbsiyası, süngəri maddənin osteopo-
rozu və periodontal yarığın bir qədər genişlənməsindən ibarətdir.
Xəstəliyin nisbətən sönük və xroniki gedişli formasında kor-
tikal səhifənin destruksiyası yalnız alveolarası çəpərin tam itdiyi
nahiyələrdə aşkar edilir və zəif horizontal rezorbsiya zamanı dərin
– patoloji sümük ciblərinə rast gəlinmir. Dəyişikliyə uğramamış
alveolarası çəpərin zirvəsinə yaxın sahələrdə zəif osteoporoz aş-
kar edilir, periodontal yarıq bir qədər genişlənmiş və dişlərin lax-
laması alveol sümüyünün rezorbsiyasına mütənasibdir. Xəstəliyin
ağırlaşdığı hallarda rentgenoloji görüntünün mənzərəsi dəyişir:
osteoporoz daha aydın təzahür olunur, sümük ciblərinin əmələ
gəlməsi ilə müşayiət olunan, nahamar və aqressiv gedişli hori-
zontal rezorbsiyalara rast gəlinir, periodontal yarıq əhəmiyyətli
dərəcədə genişlənir və dişlərin laxlama dərəcəsi çoxalmış olur.
Yardımçı (funksional, biokimyəvi, mikrobioloji, morfoloji, eks-
perimental) müayinə metodları müxtəlif pozğunluqları aşkar
etmək, parodont toxumalarının vəziyyətini qiymətləndirmək və
orada patologiyaları müəyyən etmək baxımından obyektiv meyar
hesab edilir. Dispanserizasiyanın dinamikasında bu göstəriciləri
müalicənin effektivlik kriteriyası və xəstələrin reabilitasiyası
göstəricisi kimi istifadə etmək olar. Belə ki, reoparodontoqramda
sirkulyasiya edən qanın həcminin azalması, venoz sistemdə dur-
ğunluq, damarların divarlarında üzvi dəyişiklik və s. aşkar edi-
lir. Polyaroqrafiyada oksigenin parsial təzyiqinin azalması (PO
2
)
müşahidə edilir. Exo və lazeroosteometriyanın vasitəsilə alveol
sümüyünün möhkəmliyini təyin etmək mümkündür.
80
Patomorfoloji müayinələrdə bütün parodont toxumalarında
dəyişikliklərə rast gəlinir, epitelidə bir çox hallarda distrofiya,
hətta bəzən nekroz da aşkar edilir.
Parodontit üçün diş əti yarığındakı epitelinin proliferasiyası
da xarakterikdir. Diş ətinin birləşdirici toxumasında orta və ağır
dərəcəli parodontitlər zamanı, çoxlu miqdarda plazmatik hüceyrələr
olan limfoid-histiosit infiltrat, habelə deqranulyasiya mərhələsində
olan tosqun hüceyrələr müşahidə edilir. Argirofil və kollagen liflər
qalınlaşmış, qismən lizisə uğramışdır. Sümük toxumasında lakunar
tip rezorbsiya üstünlük təşkil edir, alveolarası çəpər nazikləşmiş,
deformasiyaya uğramış, bir çox hallarda fraqmentlərə ayrılmışdır.
Sümüyün destruksiyası osteosintezi üstələyir. Bəzi nahiyələrdə
kök sementi və dentinin sorulmasına təsadüf olunur. Əhəmiyyətli
dərəcədə damar dəyişikliklərinə rast gəlinir.
Endotelin proliferativ qalınlaşması, hialinoz və skleroz, həm-
çinin damar mənfəzinin kəskin daralması müşahidə edilir.
Diş əti, periodont, pulpa və sümük toxumasının sinir element-
lərində fraqmentasiya və ya toz çöküntüsü hallarına təsadüf olu-
nur. Suksinatdehidrogenaza və fosfatazaların aktivliyi kəskin
şəkildə aşağı düşür.
Generalizə olunmuş parodontitlər ağırlaşmalarla müşayiət
oluna bilər, buna baxmayaraq onlar digər xəstəliklərin mütləq
simptomları hesab olunmur.
Yerli və ümumi ağırlaşmalar ayırd edilir. Yerli ağırlaşmalara
sərt toxumaların hiperesteziyası, retroqrad pulpit, parodontal ab-
ses və kistalar aiddir.
Parodontal abseslər generalizə olunmuş parodontitlərin ağır-
laşması fonunda baş verir, dərin parodontal ciblərin əmələ gəlməsi
ilə müşayiət olunur. Abseslərin formalaşması bağ aparatının
zədələnməsinə, diş daşlarının əmələ gəlməsinə və irinli ekssuda-
tın yaranmasına səbəb olur. Bu zaman mikroorqanizmlər diş ətinin
birləşdirici toxumasına nüfuz edərək, orada məhdud irinciklərin
əmələ gəlməsinə şərait yaradır. Abseslər zirvə nahiyəsində, kö-
kün orta və boyunətrafı nahiyələrində lokallaşmış olur (şəkil 50).
81
Şəkil 50. Parodontal abses. Kliniki görünüş
Abseslər olduğu zaman səbəbsiz ağrılar (fasiləsiz) lokal şiş-
kinlik, çeynəmə aktının pozulması, bəzi hallarda temperaturun
yüksəlməsi, regional limfa düyünlərinin böyüməsi və s. müşahidə
edilir. Abseslər adətən kəskin formada başlayır, bununla belə xro-
niki gedişli də ola bilər (“soyuq” abseslər). Bəzi hallarda abseslər
fistula yolu açmaqla öz-özünə boşalır (xroniki qranulyasiyaedici
periodontitdə olduğu kimi).
Abseslərin lokallaşdığı nahiyələrdə parodont patologiyala-
rının ən parlaq simptomları nəzərə çarpır: diş ətindəki iltihabi
dəyişikliklər, dərin parodontal ciblər, alveolyar piarreya, dişlərin
laxlaması və s.
Rentgen müayinəsində birincili abses zamanı sümükdəki re-
zorbsiya xəstəliyin başlanmasının 15-20-ci günlərində müşahidə
edilir və sümüyün kənarları yarımoval, aypara formasında görü-
nür (şəkil 51).
82
Şəkil 51. Parodontal abses.
Alviolarası çəpərin vertikal rezorbsiyası
Parodontal kistalara nisbətən az hallarda rast gəlinir və onların
yaranması ilkin dövrlərdə simptomsuz keçir. Sonrakı dövrlərdə
onların lokallaşdığı nahiyələrdə dişlərin yerdəyişməsi nəzərə çar-
pır və palpasiya zamanı ağrısız törəmə aşkar edilir.
Rentgenoqramda kistanın konturları aydın formada təzahür
olunur, sərhədləri hamardır və dəqiq təyin olunur. Bir qayda
olaraq, zirvəətrafı toxumalar dəyişikliyə məruz qalmır. Kista ilə
bilavasitə təmasda olan dişlərin pulpası sağlam qalır. Kistaların
müalicəsi operativ yolla aparılır.
Parodontitlərin remissiya mərhələsi kompleks müalicədən
sonra yaranır. Bu dövr üçün ağrıların, diş əti qanamasının və iri-
nin olmaması, dişlərdə laxlamanın azalması və s. kimi əlamətlər
xarakterikdir.
Rentgenoqramda sümük toxumasındakı dəyişikliklər aktiv de-
yil, prosesin ağırlaşması nəzərə çarpmır, süngəri maddələrin qa-
lınlaşması müşahidə edilir və s.
83
PARODONTOZ
Parodontoz – bütün parodont toxumalarını zədələyən,
generalizə olunmuş distrofik prosesdir.
Parodontozun əsas simptomları aşağıdakılardır: alveol sü-
müyünün horizontal destruksiyası, travmatik okklüziya, dişlərin
boynunun açılması, pazabənzər qüsurların yaranması və dişlərin
cüzi miqdarda laxlaması. Proses ləng tipli inkişafı və fasiləsiz
gedişi ilə xarakterizə olunur. Vaxtında lazımi müalicə tədbirləri
aparılmasa, o zaman bağ aparatı və alveolarası çəpərin tam dest-
ruksiyası müşahidə edilir.
Parodontoz zamanı parodont toxumalarındakı distrofiya,
parodontitlərdən fərqli olaraq birincili olur. Parodontoza 2-8%
hallarda rast gəlinir. Bir çox hallarda bu xəstəlik ürək-damar
patologiyaları, endokrin, nevrogen və s. kimi ümumi somatik
xəstəliklər fonunda meydana çıxır.
Xəstənin şikayətləri patoloji prosesin ağırlıq dərəcəsi və
mərhələsindən asılıdır.
Parodont toxumasındakı distrofiya simptomsuz başlayır, ləng
inkişaf edir, diş ətinin atrofiyası və alveol sümüyündə bərabər
səviyyəli rezorbsiya müşahidə edilir. Bəzi xəstələr qaşınma,
göynəmə, termiki və kimyəvi qıcıqlardan dişlərdə həssaslığın ya-
ranmasından şikayət edirlər.
Diş ətinin rəngi solğun, ağrısız və bərkdir. Aşağı çənənin fron-
tal dişləri nahiyəsində diş ətində zəif retraksiya aşkar edilir. Rent-
genoloji müayinə zamanı alveolarası çəpərin kortikal səhifəsində
destruksiya müəyyən edilir. Okklüzoqramda həmin sahələrdə
travmatik okklüziya hallarına rast gəlinir.
Orta dərəcəli parodontozda diş ətinin atrofiyası bir qədər də bö-
yüyür, dişlərin boynu və kökləri açılır, buna baxmayaraq, parodon-
tal ciblər aşkar edilmir. Aydın formada təzahür olunan pazabənzər
qüsurlar müşahidə edilir, dişlər yelpikşəkilli aralanmağa məruz
qalır, diastema və tremalara rast gəlinir. Bundan əlavə, dişlərin
hissəvi itirilməsi ilə əlaqədar olaraq, qonşu dişlərin parodontunun
84
ortaq yüklənməsi baş verir, diksiya pozulur, dişlərin boynu bütün
perimetr boyunca 1-2 mm-dək açıq qalır, travmatik okklüziya bü-
tün diş sırasında müəyyən edilir, bununla yanaşı, dişlərdə demək
olar ki, laxlama müşahidə edilmir və ya birinci dərəcəni keçmir.
Qeyd etmək lazımdır ki, parodontitdən fərqli olaraq, parodontoz
zamanı dişlərin laxlaması digər dəyişikliklərə, o cümlədən bağ
aparatı və alveolarası arakəsmədəki patologiyalara adekvat deyil-
dir. Bu zaman diş daşları da zəif nəzərə çarpır, travmatik okklüzi-
ya bir qədər də dərinləşir.
Kariyesin nadir hallarda olmasına baxmayaraq, müştərək for-
mada, o cümlədən sərt toxumaların eroziyası, pazabənzər qü-
sur, patoloji sürtülmə, hiperesteziya kimi qeyri-karioz mənşəli
xəstəliklərə tez-tez rast gəlmək mümkündür.
Rentgenoqramda alveol sümüyünün bərabər səviyyəli atrofi-
yası, sümükdə sklerotik dəyişikliklər və alveolarası çəpərin hün-
dürlüyünün yarıyadək azalması müşahidə edilir.
Ağır formalı (III dərəcə) parodontoz zamanı klinik status bir
qədər də ağırlaşır, belə ki, diş əti məməcikləri tamamilə itir, diş
ətinin rəngi solğun – anemiyalı rəngə çevrilir və dişin boynu
4-5 mm-dək açıq qalır. Çoxköklü dişlər nahiyəsində diş ətinin
retraksiyası müxtəlif köklər səviyyəsində eyni deyil. Bəzi hal-
larda ayrı-ayrı dişlərin köklərində diş əti çəkilir, bifurkasiya
nahiyəsində açılır (hətta zirvəyədək). Bu zaman xroniki retroq-
rad pulpitlərin əmələgəlmə ehtimalı yüksəlir. Qeyd etmək lazım-
dır ki, retroqrad pulpitlərin klinik əlamətləri kifayət qədər aydın
nəzərə çarpmır, yalnız sızıltılı ağrılar ola bilər.
Ağır formalı parodontoz zamanı travmatik okklüziya daha ba-
riz şəkildə nəzərə çarpır. Dişləm tamamilə pozulur, yuxarı və aşa-
ğı çənənin dişləri kəskin formada önə doğru yerini dəyişir və on-
lar arasında kontakt pozulur. Dişlərin laxlama dərəcəsi müxtəlif
olur: I-II, bəzən III dərəcəli.
Tez-tez pazabənzər qüsur nəzərə çarpır, onlar dərindir və bəzi
hallarda tamamilə diş boşluğunu tutur. Sümük toxumasının rezorb-
85
siyası kökün 2/3 səviyyəsində və ya ondan da çox olur. Bəzi hal-
larda alveol sümüyü tamamilə atrofiyalaşır və bunun nəticəsində
ağrısız və qansız şəkildə dişlərin itirilməsi müşahidə edilir. Kö-
kün sementində daimi olaraq distrofik dəyişikliklər müşahidə
edilir: lakunalar dərinləşir, reparasiya və zirvə nahiyəsində hi-
persementoz aşkar edilir. Morfoloji olaraq, parodontun bütün to-
xumalarında damar patologiyası fonunda distrofik proseslər baş
verir. Diş ətinin birləşdirici toxumasında kollagenin ximizmində
yaranmış patologiya ilə əlaqədar olaraq, fibroz və sekleroz kimi
dəyişikliklər əmələ gəlir. Alveol sümüyündə hamar rezorbsiya aş-
kar edilir (şəkil 52).
Şəkil 52. Parodontoz; yüngül forma. Alveolarası çəpərin
rezorbsiyası. x90.
Parodontun sinir lifləri də xəstəliyin ilkin dövrlərində dəyi-
şikliyə uğrayır və müəyyən vaxtdan sonra onlarda da distrofik
dəyişikliklər müəyyən edilir.
|