R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix25.11.2016
ölçüsü9,25 Kb.
#59
1   2   3   4   5   6   7   8   9

Patogenetik  terapiya  xəstəliyin  inkişaf  mexanizminin 
öyrənilməsinə əsaslanmışdır. Bu məqsədlə, toxuma rezistentliyi-
ni yüksəltmək üçün antioksidantların vasitəsilə hüceyrə membra-
nında oksidləşmə reaksiyalarını zəiflətmək lazımdır. Xroniki ilti-
hab şəraitində əmələ gələn prostoqlandinlərin və toksiki formalı 
limfositlərin sintez olunmasının qarşısını alan vasitələrin istifadə 
olunması məqsədəuyğun hesab edilir. Bundan əlavə, neytrofillərin 
funksional  aktivliyini  artıran  preparatlar  da  qəbul  olunmalıdır. 
Metabolik  toxuma  aktivliyini  yüksəltmək  üçün  aşağıdakı  qrup 
preparatlardan istifadə edilir:
•  qeyri-steroid  tərkibli,  iltihabəleyhinə  təsir  göstərən  pre-
paratlar
•  steroid tərkibli, iltihabəleyhinə təsir göstərən preparatlar
•  ferment tərkibli preparatlar
•  mikrosirkulyasiyanı yaxşılaşdıran preparatlar
•  vitamin tərkibli preparatlar
•  immunokorreksiyaedici preparatlar
•  bakterisid tərkibli preparatlar
•  hemopatik preparatlar

115
•  ozonoterapiya
•  fotodinamik terapiya 
•  azot oksid tərkibli preparatlar
Parodontdakı  uzunmüddətli  iltihab,  öz-özlüyündə  destruk-
tiv dəyişikliklərə gətirib çıxaran yerli toxumanın aqressiv cavab 
reaksiyasına səbəb olur. Buna görə də əgər diş daşlarının kənar 
edilməsi arzuolunan nəticələrə gətirib çıxarmazsa, onda kompleks 
müalicə tədbirləri planına iltihabəleyhinə təsir göstərən preparat-
ların  daxil  edilməsi  məsləhət  görülür. Antibakterial  preparatlar 
kimi, iltihabəleyhinə təsir göstərən preparatları da əsaslandırılmış 
formada, vaxtı və iltihabi prosesin gedişi xüsusiyyətlərini nəzərə 
almaqla təyin etmək lazımdır.
İltihabəleyhinə  təsir  göstərən  preparatlar  steroid  (qlükokor-
tikoidlər,  hidrokortizon,  kortizon,  prednizolon,  deksametazon, 
diprospan),  qeyri-steroid  (aspirin,  butadion,  indometasin,  dik-
lofenak,  piroksikam,  mevalis),  ferment  (proteolitik  fermentlər: 
litin,  terralitin,  tripsin,  ximotiripsin,  ribonukleaza,  kollagenaza, 
fibrinolitiklər,  fibrinolizin,  lidaza,  ronidaza,  lizosim)  mikrosir-
kulyasiyanı nizamlayan (emparkol,  troksevazin,  heparin),  kera-
toplastik preparatlar (solkoseril, aktovegin, vitamin A, E, itbur-
nu yağı), immunokorreksəedici preparatlar (T – aktivin, likopid, 
viferon,  nuklein  turşusu  törəmələri  (dezoksinat,  derinat)  və  s. 
tərkibli olur. Ehtiyat arsenalda bakterisid və homeopatik preparat-
 arsenalda bakterisid və homeopatik preparat-
lar, ozonofitoterapiya və s. dayanır.
Ağız  boşluğunda  yaranmış  disbakteriozu  korreksiya  etmək 
məqsədilə, xilak forte, dineks, asilakt, laktobakterin, bifidumbak-
terin və s. kimi preparatlardan istifadə edilir. Antibiotikaterapi-
yadan sonra həmin preparatlar mədə-bağırsaq traktındakı normal 
mikrofloranı da bərpa etmiş olur.
Bəzən  allergik  reaksiya  və  ümumi  somatik  xəstəliklərin 
rast  gəlindiyi  hallarda  ənənəvi  dərman  preparatlarının  istifadə 
olunması mümkün olmur və bu zaman homeopatik preparatların 
tətbiq olunması zərurəti yaranır. Müxtəlif dərəcəli parodontitlərin 
müalicəsi zamanı, bu məqsədlə enqistol, traumel C, exinasey C 
kimi preparatlardan istifadə edilir.

116
Parodontun iltihabi xəstəlikləri zamanı vitamin preparatlarının 
tətbiq  olunması  da  müsbət  nəticələrin  alınmasına  səbəb  olur. 
Bu məqsədlə ən çox A, B, E tərkibli vitaminlərdən istifadə olu-
nur.  Həmin  vitaminlər  həm  mexaniki,  həm  də  antibakterial  və 
iltihabəleyhinə  müalicə  tədbirləri  həyata  keçirdikdən  sonra 
istifadə edilir və antioksidant aktivliklərilə seçilir.
Praktik  parodontologiyanı  reminerallaşdırıcı  terapiyasız 
təsəvvür etmək mümkün deyil. Bu məqsədlə 0,2-2%-li natrium 
flüorid,  8-10%-li  qalay  flüorid,  10%-li  kalsium  qlükonat,  2%-
li  kalsium  qliserfosfat  və  s.  kimi  preparatlar,  qarqaralar,  ağız 
vannaları,  applikasiya  və  elektrofrez  vasitəsilə  istifadə  edilir. 
Dişlərdəki  həssaslığı  aradan  götürmək  üçün  desensitizer,  kom-
posil, ikiqat təsiri kalium desensitizer D/Sense-2 (ABŞ), Knap-
pvost  mayesi  (Almaniya),  qlüftorad  və  s.  kimi  preparatlar  da 
müvəffəqiyyətlə tətbiq edilir.
Qeyd  etmək  lazımdır  ki,  V,  VI  nəsil  adgeziv  sistemləri,  o 
cümlədən  3  M  ESPE Adper  Single  Bond  da  reminerallaşdırıcı 
təsir effektinə malikdir.
GİNGİVİT, PARODONTİT VƏ  
PARODONTOZUN MÜALİСƏSİ
Kəskin  kataral  gingivitin  müalicəsi  zamanı  yerli  terapiya 
məqsədilə  anesteziyadan  sonra  diş  daşları  təmizlənir,  iltihab-
əleyhinə preparatlar qarqara, vanna, müalicəvi sarğılar şəklində 
tətbiq edilir. Ev şəraitində vitaminlərin (A, C, P, E), iltihabəleyhinə 
və keratoplastik təsirə malik preparatların istifadəsi tövsiyə edilir 
(solkoseril, metilurasil, proposeum və s.). Süni lizosim (1 l su+ 1 
çay qaşığı duz + 1 yumurtanın ağı) də müsbət müalicə effektinə 
malikdir  və  preparat  2-3  gün  ərzində,  gündə  5-6  dəfə  olmaqla 
istifadə olunur. 
Xroniki  kataral  gingivitlərin  müalicəsi  də  diş  daşlarının 
təmizlənməsi ilə başlayır. Bu zaman ağız boşluğu periodik ola-
raq antiseptiklərlə qarqara olunmalıdır. Ehtiyac olduğu hallarda 

117
dişlər cilalanır, müalicəvi sarğılar qoyulur və fizioterapevtik pro-
sedurlar təyin edilir. 
Hipertrofik  gingivitin  ödemli  formasının  müalicəsi  zamanı 
ilk növbədə səbəbkar faktorlar aradan götürülür, iltihab və ödem 
əleyhinə təsir göstərən preparatlar tətbiq edilir. Bunun üçün he-
parin  mazı,  10%-li  kalsium  xlorid,  hidrokortizon,  qalaskorbin, 
kalanxoe məhlulu, bağayarpağı, palıd qabığının dəmləməsi və s. 
məsləhət görülür.
Hipertrofik gingivitin fibroz formasında müxtəlif sklerozlaşdı-
rıcı təsirə malik preparatlar tətbiq edilir və ya diş ətinin hipertro-
fiyalaşmış hissələri kəsilib götürülür. Bunun üçün kriodestruksiya 
və diatermokoaqulyasiya daha effektli hesab edilir. Müalicədən 
sonra heparin, hidrokortizon tərkibli mazlardan istifadə olunur. 
Sklerozlaşdırıcı terapiya məqsədilə (anesteziyadan sonra) hər bir 
böyümüş məməciyə 0,1-0,2 ml 40%-li qlükoza, 25%-li maqnezium 
sulfat, 10%-li kalsium xlorid, 70%-li etil spirti və s. yeridilir.
Xoralı gingivitin müalicəsi üçün anestetiklər, iltihabəleyhinə 
təsir göstərənlər və keratoplastiklərin birgə kombinasiyası tətbiq 
edilir. Diş daşlarının təmizlənməsi vacibdir. Bu əməliyyat maksi-
mum dərəcədə və travmatik formada aparılmalıdır ki, infeksiya 
parodontun sağlam hissələrinə yayılmasın. 
Xoralı  gingivitin  müalicəsində  ənənəvi  antiseptiklərlə  birgə, 
fermentlər, dimeksid, xlorheksidin, trixopol, steroid, keratoplas-
tik və s. də tətbiq edilir.
Parodontitin  yüngül  formalarında  və  parodontal  ciblərin 
dərinliyi  3-4  mm  olduğu  halda,  iltihabəleyhinə  medikamentoz 
terapiyanın aparılması kifayətdir. Ciblərin dərinliyi 4-6 mm ol-
duqda isə konservativ müalicə ilə birgə küretajın aparılması da 
labüddür.  Parodontal  ciblərdəki  möhtəviyyatı  ləğv  etmək  üçün 
fermentlər  (tripsin,  ribonukleaza,  ferrilitin,  proteinaza)  müvəf-
fəqiyyətlə  tətbiq  edilir.  Prostoqlandinlərin  ingibitorlarının  isti-
fadəsi  də  müsbət  müalicə  effektinin  alınmasına  səbəb  olur.  Bu 
məqsədlə 3%-li aspirin mazı, 10%-li dibunol, steroid və qeyri-
steroidlər istifadə edilir. Parodontal ciblərdə dərman maddələrinin 

118
uzunmüddətli təsir göstərməsi üçün tibbi yapışqan, karotalin, çay-
tikanı yağı, A, E vitaminləri, evgenol və s. əsasında hazırlanmış 
sarğılar tətbiq edilir. Həmin məqsədlə keratoplastik vasitələrdən 
də (solkoseril, proposeum, metilurasil, etonium) istifadə olunma-
sı məqsədəuyğun hesab olunur. 
4 mm-dən dərin olan parodontal cibləri konservativ metodlarla 
müalicə etmək mümkün olmur. Ona görə də bu halda cərrahi me-
todlardan (küretaj, açıq küretaj, vakuum-küretaj, gingivotomiya, 
gingivoektomiya, dilim əməliyyatı) istifadə edilir. 
Parodontozun  yerli  müalicəsi  zamanı  aşağıdakı  tədbirləri 
həyata keçirmək lazımdır: 
1.  Xəstələrə ağızın selikli qişasına, dişlərə, parodonta qulluq 
qaydalarının öyrədilməsi.
2.  Yerli  qıcıqlandırıcı  təsirə  malik  faktorların  (plombların 
düzgün qoyulması, kontakt nöqtələrinin yaradılması, mü-
vəqqəti  şinalanma,  diş  daşlarının  təmizlənməsi,  travma-
tik  okklüziyanın  aradan  qaldırılması, çeynəmə  effektinin 
və  protezləmə  qüsurlarının  bərpa  olunması  və  s.)  ləğv 
edilməsi.
3.  Qeyri-karioz mənşəli xəstəliklərin (hiperesteziya, patoloji 
sürtülmə, pazabənzər qüsur) və reminerallaşdırıcı tera pi-
yanın vaxtında aparılması. 
4.  Rasional protezləmə və şinalama.
5.  Fiziki metodların tətbiqi (hidromasaj, vibromasaj, darsan-
val,  2%-li  natrium  flüoridlə  elektro  və  fonoforez,  2%-li 
natrium flüorid, kalsium qliserfosfat məhlulu, D vitamini, 
işıqla müalicə və s.) tətbiq olunması.
PARODONTAL SARĞILAR
Yerli müalicə prosesində parodontal ciblərə daxil edilmiş dərman 
preparatları  tez  bir  zamanda  yuyularaq  oradan  çıxır  və  bunun 
nəticəsində aparılmış müalicənin effekti istənilən formada alınmır. 
Bundan başqa, operativ müdaxilədən sonra yara nahiyəsi praktik 

119
olaraq infeksiyadan qorunmamış qalır. Parodontal sarğılar bu nöq-
sanların qarşısını müəyyən qədər almış olur. Müalicəvi parodontal 
sarğılar dərman preparatlarının diş ətində, parodontal ciblərdə və 
dişlərarası sahələrdə depolaşmasını təmin edir. İzoləedici parodon-
tal sarğılar sağlam parodont toxumalarını müxtəlif ekzogen faktor-
lardan, o cümlədən ağız suyu və travmadan qoruyur. 
Parodontal  sarğıların  tərkibinə  müxtəlif  təsir  mexanizminə 
malik olan maddələr daxil edilir: A, C, Z, B, E qrup vitaminləri, 
fermentlər,  kortikosteroidlər,  primidin  əsaslı  preparatlar,  bitki 
mənşəli  büzüşdürücü  maddələr,  propolis,  antibiotiklər,  sulfa-
nila midlər,  bioloji  aktiv  maddələr,  antihistaminlər,  keratoplas-
tik və ağrıkəsicilər və s. Bu sarğılar bərk, eyni zamanda elastik 
olmalıdır ki, tərkibində olan dərman vasitələri bir sutka ərzində 
ağız  boşluğunda  qala  bilsin.  Bəzi  hallarda  bu  məqsədlə  ölçü 
materiallarından da istifadə edilir (dentol, repin, silikon).
Sarğıların əsasını əksər hallarda sink oksid, dentin və ağ gil 
təşkil edir. 
Parodontal sarğılar konservativ müalicə zamanı 2-3 saat, cər-
rahi manipulyasiyalarda isə 1-2 sutka ərzində saxlanılır.
Əksər hallarda aşağıdakı tərkibə malik olan sarğılardan istifadə 
edilir: 
1.  Spermaset 2 q, parafin 1 q, A və ya E vitaminin 0,5%-li 
yağlı məhlulu – elastik sarğı
2.  Bərabər miqdarda sink oksid və dentin, antibiotik, qlüko-
kortikoid, metilurasil mazlarından biri – bərk sarğı 
3.  Tannin 10 q + ağ gil 2,5 q + sink asetat 4,7 q + sink oksid 
40 q + kanifol 45 q, xırdalanmış asbest lifləri 1 q + sulfani-
lamid 2q + VitC 0,1q + Vit P 0,1q + hər hansı yağ
4.  3  №-li  sarğının  tərkibində  5  mq  proteolitik  ferment  və 
100000 TV streptomisin əlavə edilir – bərk sarğı
5.  Qan  preparatları  əsasında  hazırlanmış  sarğılar  –  5q  sink 
oksid + 5q dentin + retroplasentar qan tərkibli bioloji po-
roşok 2,5q + qərənfil yağı – pasta alınana qədər. 

120
Parodontal  sarğılar  diş  daşları  təmizləndikdən,  parodontal 
ciblər küretaj olunduqdan, müxtəlif cərrahi manipulyasiyalardan 
sonra istifadə olunur. 
Yapışqan  sarğılar  poliuretan  əsasında  hazırlanmış,  KL-3 
kompazisiyalı, toksiki təsiri olmayan, bioloji inert və autosteril 
vasitədir. 
CƏRRAHİ MÜALİCƏ
Stomatologiyanın  müasir  inkişaf  dövründə,  parodont  xəstə-
liklərinin müalicə metodları içərisində cərrahi müalicə ən pers-
pektivli üsul hesab edilir. Cərrahi müalicə zamanı məqsəd paro-
dontal  ciblərin  ləğv  olunması,  bağ  aparatının  regenerasiyası  və 
sümük rezorbsiyasının qarşısının alınmasından ibarətdir. Cərrahi 
müalicə  üsulu  planlaşdırılarkən,  aşağıdakıları  nəzərə  almaq  la-
zımdır:
•  parodontal cibin dərinliyi
•  yapışmış diş ətinin eni
•  ağız dəhlizindəki arxitektonikanın patologiyası
•  ağız boşluğunun gigiyenik vəziyyəti
Bu müalicəyə daxildir:
1.  Parodontal ciblərin ləğv olunmasına aid olan əməliyyatlar
•  açıq küretaj
•  qapalı küretaj
•  gingivektomiya
•  loskut (dilim) əməliyyatı
•  parodont toxumalarının regenerasiyası
2.  Zədələnmiş yumşaq toxumaların korreksiyası
3.  Diş əti resessiyasının aradan qaldırılması. Qapalı küreta-
jın aparılmasını planlaşdırarkən nəzərə almaq lazımdır ki, 
bu əməliyyat parodontal ciblərin dərinliyi 4-5 mm-dən çox 
olmadığı hallarda daha effektli hesab edilir. Çoxsaylı çatış-
mazlıqların olduğuna görə, hazırda qapalı küretajın tətbiq 
olunması arxa plana keçmişdir.

121
4.  Açıq küretajda dərinliyi 4-6 mm-dən çox olan parodontal 
ciblərdən  diş  çöküntülərinin  və  qranulyasion  toxumanın 
tamamilə çıxarılması mümkündür. Bu əməliyyat üsulu qa-
palı küretaja nisbətən daha effektli olsa da, onun da bir çox 
çatışmayan cəhətləri vardır: dərin sümük ciblərinin oldu-
ğu halda əldə olunmuş nəticələr qısamüddətli olur, müsbət 
klinik əlamətlər zəif nəzərə çarpır və diş ətində resessiya 
aşkar edilir.
Qinqivektomiya parodontal ciblərin olmadığı zaman hipertro-
fiyalaşmış diş ətini kənar etmək, bəzən parodontal ciblərin divar-
larını kəskin aralamaq və protezləmə məqsədilə diş tacının hün-
dürlüyünü artırmaq tələb olunduğu hallarda tətbiq olunur.
Parodontal ciblərin və alveol sümüyünün daha dəqiq işlənməsi 
və əməliyyat sahəsinə əsas girişi təmin etmək üçün loskut (dilim) 
əməliyyatı həyata keçirilir. Dilim əməliyyatını yerinə yetirərkən, 
retraksiyanın  qarşısını  almaq  və  sümüyün  itirilmiş  hissələrini 
bərpa  etmək  məqsədilə  müxtəlif  osteoplastik  materiallardan 
istifadə edilir:
•  autogen (donor xəstənin özüdür)
•  allogen (donor başqa şəxsdir)
•  ksenogen (donorlar heyvanlar hesab olunur)
•  alloplastik (sintetik materiallar, təbii materiallar)
İki qrup osteoplastik material – sintetik hidroksiapatit və təbii 
hidroksiapatit  daha  populyardır. Təbii  hidroksiapatit  –  Bio-Oss 
(Geistlich firması) daha üstün hesab olunur. Dilim əməliyyatının 
çatışmayan cəhəti ondan ibarətdir ki, sümüyün itirilmiş his sələri ya 
ümumiyyətlə bərpa olunmur, ya da iltihab aradan götürüldükdən 
sonra, osteoblastların fəaliyyətinin nizamlanması hesabına bərpa 
olunur.  Ona  görə  də,  adətən  dişlərarası  məməciklərin  kontur-
ları  pozulur  (qara  üçbucaq  adlanan  sahələr)  və  frontal  dişlər 
nahiyəsində bu fakt xəstələr üçün arzuolunmaz hal sayılır.
Yara sağaldıqdan sonra diş əti retraksiyasının qarşısını almaq 
mümkün olmur və ona görə də dişlərdə yüksək dərəcədə həssaslıq 
və boyunətrafı kariyes yaranır.

122
YARDIMÇI MÜALİCƏ
Uzunmüddətli  kliniki  müayinələr  göstərir  ki,  xroniki  paro-
dontitə görə müalicə olunmuş xəstələr müsbət müalicə effektinin 
alınmasına baxmayaraq, gec-tez yenidən həkimə müraciət etməli 
olurlar.
Bu fakt, ilk növbədə gigiyenik motivasiya vərdişlərinin zəif-
ləməsi ilə əlaqədardır və bunun sayəsində parodontopatogen mik-
roflora aktivləşərək kliniki statusu dəyişdirə bilir. Buna görə də 
parodont xəstəliklərinin aktiv müalicə mərhələsi başa çatdıqdan 
sonra, sistematik olaraq həmin xəstələr nəzarət altında saxlanıl-
malıdır.
Əksər ölkələrdə bu vəzifəni yerinə yetirməkdən ötrü dispanse-
rizasiyadan istifadə edilir.
Yardımçı müalicə dedikdə parodontoloji statusu stabil vəziyyətdə 
saxlaya bilən müalicə və profilaktik tədbirlər sistemi başa düşülür.
Müasir  dövrdə  dünya  stomatologiya  elminə  bu  sahədə  çox-
saylı yeni müalicə üsulları daxil olmuşdur. Bir çox müəlliflərin, 
o cümlədən T.Wilsonun, M.Gloverin verdikləri məlumata görə, 
yardımçı müalicənin aparılması sayəsində 5 il ərzində bir ədəd də 
diş çəkilməmişdir.
Yardımçı  müalicənin  proqramı  hər  xəstə  üçün  fərdi  şəkildə 
tərtib olunmalı və bu yerli patogen mikrofloranın xarakteri və kli-
nik  səviyyəsi,  ümumi  somatik  xəstəliklərin  olması,  orqanizmin 
fizioloji xüsusiyyətləri, patoloji prosesin fazaları və s. asılı olaraq 
dəyişir.
Faktiki  olaraq,  belə  proqram  təkrarı  gəlişlərin  nəticəsində 
realizə olunur ki, bu zaman aşağıdakı tədbirlər həyata keçirilir:
1.  Pasiyentin xəstəlik tarixinin dəqiqləşdirilməsi, əvvəlki və 
cari rentgenoqramların müqayisəsi
2.  Tam klinik müayinənin aparılması
3.  Ağız boşluğu gigiyenasına nəzarət
4.  Müalicənin səmərəli olmadığı halda mikrobioloji müayi-
nənin aparılması
5.  Diş ətiüstü və diş ətialtı daşların təmizlənməsi
6.  İltihab prosesinin əmələ gəldiyi nahiyələrdə təkrarən müa-
licənin aparılması

123
7.  Flüor tərkibli preparatların tətbiqi
8.  Ağız boşluğu gigiyenasının motivasiyalarının təkrarı
Yardımçı müalicənin aparılması üçün xəstə ildə 4 dəfə həkimə 
müraciət  etməlidir.  Xəstəlik  əlamətlərinin  nisbətən  zəif  olduğu 
hallarda gəlişlər arasındakı intervalı müəyyən qədər artırmaq olar 
və əksinə.
Marquette  Universitetinin  (ABŞ)  stomatoloji  məktəbi  aqres-
siv formalı parodontitlərdə təkrari gəlişlər arasındakı intervalı 2 
ayadək azaltmağı tövsiyə edir.
Aktiv müalicə dövrü başa çatdıqdan 6 ay sonra təkrarən rent-
genoloji müayinələr aparılır. Klinik simptomlar nəzərə çarpma-
dıqda isə belə müayinələr 3 ildən bir aparılır.
Yardımçı  müalicə  proqramında  ağız  boşluğu  gigiyenasına 
nəzarət  və  korreksiya  olunması  həlledici  tədbir  hesab  olunur. 
Xəstələr heç də həmişə mütəmadi qaydada ağız boşluğu gigiyena-
sı qaydalarına riayət etmirlər. Bu aspektdə, xəstələr mütləq həkim 
tərəfindən  təlimatlandırılmalıdırlar.  Xəstələrə  gigiyenik  qayda-
lara  riayət  olunmasının  vacibliyi  izah  olunmalı,  bu  məqsədlə 
istifadə olunan metodika və vasitələr haqqında müfəssəl məlumat 
verilməli, diş təmizləmə qaydalarının sistematik və ciddi formada 
aparılması taktikası başa salınmalıdır. Ağız boşluğunun gigiyena-
sı, adətən, müalicənin ilkin dövrlərində yüksək səviyyədə olur, 
sonrakı mərhələlərdə isə getdikcə zəifləyir.
Yardımçı müalicə proqramına əlavə olaraq antiseptik tərkibli 
duru-gigiyenik vasitələrdən istifadə olunması da daxil edilmişdir. 
Bu vasitələr içərisində xlorheksidin biqlükonat daha geniş yayıl-
mışdır.  Məlumdur  ki,  bu  antiseptik  qrammənfi  və  qrammüsbət 
mikroorqanizmlərə,  göbələklərə  və  lipofil  viruslara  bakterisid 
təsir göstərir.
Xlorheksidin tərkibli preparatların sistematik formada tətbiq edil-
məsi zamanı, qarqaradan 3-4 saat sonra siqaret çəkmə, qəh və, çay və 
s. kimi piqmentli vasitələrin istifadə olunması məhdudlaşdırılmalıdır. 
Əks halda, xlorheksidin səthi aktiv maddə kimi, həmin piqmentlərin 
ağız  boşluğunun  bütün  nahamar  sahələrinə  çökməsinə  səbəb  ola-
caq. Bu tövsiyəyə riayət edə bilməyən xəstələrə curasept (curaden, 
İsveçrə) məsləhət görülür.

124
Alternativ kimi Listerine (fenol yağı, timol, mentol, evkaliptol, 
metilsalisilat), Oral-B Tooth And Gum care, Reach (sitilpiridinx-
lorid), colqate Rlax 0,05% triklozan məsləhət görülür.
Yardımçı müalicənin həlledici aspektlərindən biri də kök kari-
yesinin profilaktikasıdır.
Bu  məqsədlə  aminoflüorid  və  qalay  flüorid  (Am  F/Sn  F
2

tərkibli yaxalayıcılar istifadə edilir.
Yardımçı müalicə proqramının reallaşması bir sıra çətinliklərlə 
müşahidə  olunur.  Xəstələrin  bir  çoxu  bu  proqramda  iştirak 
etməkdən  imtina  edir  və  ya  qısa  müddət  ərzində  iştirak  edir. 
Bəzi  müəlliflərin  məlumatına  görə  (M.Ocima  və  həmmüəl.) 
pasiyentlərin 28%-i hətta birinci gəlişdə rədd cavabı verir. Həmin 
müəllifin  qənaətinə  görə,  10  il  ərzində  aparılmış  müayinələr 
göstərir ki, 30 yaşa qədər olan xəstələrin 59%-i yardımçı müalicə 
proqramında iştirak etməkdən imtina edir.
PARODONT XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKA 
METODLARI
Profilaktika  –  xəstəliklərin  qarşısının  alınması  və  yüksək 
səviyyədə sağlamlığın təmin olunması məqsədilə aparılan dövlət, 
sosial, gigiyenik və tibbi tədbirlər sistemidir. Əhalinin cəlb olun-
ması və aparılan profilaktik tədbirlərin növündən asılı olaraq, sto-
matoloji xəstəliklərin profilaktikasının üç səviyyəsi ayırd edilir:
•  fərd
•  kollektiv
•  kütləvi
ÜST-in 1977-ci ildə Moskvada keçirilən konfransında profilak-
tik tədbirlərin keçirilmə mərhələlərinin və gözlənilən nəticələrin 
əldə olunması baxımından aşağıdakı təsnifatı qəbul olunmuşdur:
İlkin  profilaktika  –  stomatoloji  xəstəliklərin  əmələgəlmə  sə-
bəb ləri və şəraitinin aradan qaldırılması, həmçinin təbiətin, isteh-
salatın və məişətin zərərli təsirlərinə qarşı orqanizmin rezistentli-
yinin artırılması üçün nəzərdə tutulmuş tədbirlər sistemidir. İlkin 
profilaktika, öz növbəsində etiotrop və patogenetik olmaqla 2 yerə 
bölünür.

125
İkincili profilaktika – xəstəliyin residiv və ağırlaşmalarının qar-
şısının alınmasına yönəlmiş kompleks tədbirlər sistemidir.
Üçüncülü profilaktika – üz-çənə sistemi orqanları, habelə ümu-
mi orqanizmin funksional imkanları hesabına stomatoloji statusun 
reabilitasiyası məqsədilə aparılan tədbirlər sistemidir.
Sadalanan  profilaktik  tədbirləri  yaşından  asılı  olmayaraq,  bü-
tün  əhali  arasında  aparmaq  lazımdır.  Bu  cür  tədbirlərin  həyata 
keçirilməsi xüsusilə endokrin xəstəlikləri, hamiləlik, eyni zamanda 
zərərli vərdişləri olan xəstələrdə tətbiq etmək vacib şərtdir, çünki 
orqanizmin rezistentliyinin aşağı düşdüyü hallarda, bütün potensial 
patogen aktivlik artmağa başlayır.
AĞIZ BOŞLUĞUNUN GİGİYENASI
Ağız  boşluğunun  fərdi  gigiyenası,  parodont  xəstəliklərinin 
ilkin  profilaktikasının  əsas  metodu  hesab  edilir.  Bununla  belə, 
“keyfiyyətli fərdi gigiyena” anlamı özündə aşağıdakı faktorları eh-
tiva edir: 
•  dişlərin düzgün və mütəmadi təmizlənməsi; 
•  keyfiyyətli diş fırçaları və məcunların istifadəsi;
•  yardımçı profilaktik vasitələrin (flosslar, diş təmizləyiciləri, 
irriqatorlar, dil təmizləyiciləri və s.) istifadəsi.
Bəzi hallarda lazımi profilaktika tədbirlərinin aparılmasına bax-
mayaraq, nəzərdə tutulan müalicə effektinin alınmasına nail olmaq 
mümkün olmur. Bu məsələ bir sıra faktorlarla əlaqədardır:
•  diş-çənə anomaliyaları;
•  plomblama, protezləmə və ortodontik müalicə zamanı bura-
xılan səhvlər;
•  ağız  dəhlizində  bitişik  yumşaq  toxumaların  arxitektonika-
sındakı pozğunluqlar;
•  suprakontaktların olması və 25 yaşdan sonra minadakı qa-
barların sürtülməsi.
Aparılmış profilaktik tədbirlər o zaman effektli hesab edilir ki, 
xəstəliyin etiologiya və patogenezi dəqiq məlum olsun, regio nun 
epidemioloji  və  ekoloji  xüsusiyyətləri  nəzərə  alınsın.  Parodont 
xəstəliklərinin  profilaktikası  ümumi  tibbi  profilaktikanın  bir 

126
hissəsi olaraq, orqanizmin və o cümlədən parodont toxumaları-
nın, zədələyici faktorların təsirinə qarşı rezistentliyin artırılması-
nı nəzərdə tutan tədbirlər sistemindən ibarətdir. 
Parodont xəstəliklərinin ilkin, qeyri-spesifik profilaktika təd-
birləri qadın məsləhətxanalarında, dispanser nəzarətinə götürül-
müş hamilə qadınlarda aparılmalıdır. Ona görə də, gələcək analar 
infeksion xəstəliklərdən, həddən artıq yorulmadan, gərgin likdən, 
əsəbi olmaqdan, travmadan, hamiləlik toksikozundan və s. qorun-
malıdır. Həmin qadınlarda eyni zamanda ağız boşluğu tam sana-
siya olunmalı, onlar yüksək kalorili qida ilə təmin edilməli, şəxsi 
gigiyena qaydalarına ciddi riayət olunmalıdır.
Hamilə qadınlar dispanser nəzarətində olduğu müddətdə sto-
matoloqun  qəbulunda  3  kurs  profilaktikadan  keçməlidir:  hami-
ləliyin aşkar olunduğu dövrdə, onun ikinci yarısında və doğum 
evinə getməmişdən əvvəl. Hər kursda ağızın sanasiyasına ciddi 
nəzarət olunmalı, şəxsi gigiyena qaydalarının təlimatı və sanitar-
maarifləndirmə müsahibələri aparılmalıdır. 
Sanitar-maarifləndirmə  tədbirləri  qadın  məsləhətxanalarının 
bazasında təşkil olunur. Məşğələlərin proqramına diş və parodont 
anlayışları, onların orqanizmdəki rolu, hamilə qadınlarda bu or-
qanların xəstəliklərinin yaranma səbəbləri, ağız boşluğu orqan-
larına düzgün qulluq qaydaları, habelə hamiləliyin diş-çənə apa-
ratına, ananın sağlamlığına, həyat tərzinə, rasional qidalanmanın 
dişlərin sağlamlığına olan təsiri kimi məsələlər daxil edilir.
Doğuşdan  sonra  uşağın  ana  südü  ilə  qidalanması,  infeksion 
xəstəliklərin profilaktikası və s. də həlledici amil hesab edilir. Bədən 
tərbiyəsi, idman, somatik xəstəliklərin profilaktikası, rasional qida-
lanma kimi orqanizmin rezistentliyini yüksəldən tədbirlər sistemi də 
bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Parodont xəstəliklərinin ilkin profilaktikasının xüsusi tədbirlər 
kompleksi bilavasitə parodont toxumalarının rezistentliyinin artı-
rılmasına yönəlmişdir.
Bu məsələni həll etmək üçün aşağıdakı tədbirləri həyata keçir-
mək lazımdır:

127
1. Parodont toxumalarının normal inkişaf və fəaliyyət göstər-
mə sini təmin edən şəraitin yaradılması: 
– 6 ay müddətində uşağın ana südü ilə qidalanması; 
– çeynəmə funksiyasının 6-30 ay ərzində formalaşdırılması;
– aktiv çeynəmə funksiyasının tam təmin edilməsi.
2. Parodont xəstəliklərinin əmələ gəlməsinə səbəb olan faktor-
ların aradan qaldırılması:
– kariyesin və qeyri-korioz mənşəli xəstəliklərin bütün forma-
larının müalicəsi. Diş sırasının vahid dinamik bir sistem kimi ra-
sional bərpa olunması;
–  diş-çənə  anomaliya  və  deformasiyalarının  profilaktika  və 
müalicəsi;
– 4, 6-7, 11-12 yaşlarında mütləq, sonrakı dövrlərdə isə ehti-
yac olduğu halda okklüzion kontaktların korreksiyası; 
– ağız boşluğunun fərdi gigiyenası gündə 2, peşəkar gigiyenası 
isə ildə 1-2 dəfə aparılmalıdır;
–  diş  çöküntülərinin  əmələ  gəlməsinin  qarşısını  almaq  üçün 
0,05-0,1%-li  xlorheksidin,  0,5-2%-li  undesin  turşusu,  0,2%-li 
natrium flüoridlə qarqaralar aparılmalıdır; 
–  rasional  qidalanmanın  köməkliyi  ilə  (bərk  konsistensiyalı 
qida məhsulları meyvə və tərəvəzlər) dişlərin özünü təmizləməsini 
təmin etmək; 
– parodonta funksional (miogimnastika, automasaj) təsir gös-
tərmək. 
3. Neqativ təsirə malik ümumi faktorların aradan qaldırılması:
–  endokrinoloq,  terapevt,  nevropatoloq  kimi  mütəxəssislərin 
müayinəsi və ehtiyac yarandığı hallarda müalicəsi;
– iltihabəleyhinə təsir göstərən diş məcunlarının, eliksirlərin, 
antiseptik qarqara və applikasiyaların tətbiq olunması;
– diş ətinin auto və hidromasajı;
– diş əti şırımı və kontakt səthlərindən diş ərpinin flosslar və 
diştəmizləyiciləri vasitəsilə təmizlənməsi.
4. Dispanser nəzarəti.
I qrup ildə 1 dəfə, II qrup ildə 1-2 dəfə, III qrup ildə 2-4 dəfə 
dispanser müayinəsindən keçməlidir.

128
Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin