R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix25.11.2016
ölçüsü9,25 Kb.
#59
1   2   3   4   5   6   7   8   9

PARODONTDAKI İLTİHABIN  
İKİLİ ƏHƏMİYYƏTİ
Parodont xəstəliklərinin əmələ gəlməsi, diş yastıqcığının mik-
rob  tərkibi  və  lokal  toxumanın  ona  qarşı  cavab  reaksiyasından 
asılıdır. Toxuma zədələnməsi o zaman baş verir ki, patogen mik-
robların  fəaliyyəti  yerli  antimikrob  mexanizmlərini  üstələmiş 
olsun.  Yerli  toxumanın  cavab  reaksiyası  həm  yerli,  həm  də 
ümum  immun  sistemin  müdafiə  mexanizmlərinin  patofizioloji 
vəziyyətindən asılıdır. 
Parodontit zamanı müşahidə olunan ən əsas reaksiya iltihabdır. 
İltihab – tipik patoloji prosesdir. Evolyusiya nəticəsində can-
lı toxumanın yerli zədələnməyə qarşı yaranmış cavab reaksiya-
sı, mikrosirkulyar və qan sistemində, eyni zamanda birləşdirici 
toxumada əks olunan mürəkkəb və çoxmərhələli dəyişkənlikdir. 
Son  mərhələdə  sadalanan  reaksiyaların  məqsədi,  zədələyici 
faktorun  zərərli  təsirini  aradan  qaldırmaqla,  toxumanın  əvvəlki 
vəziyyətinin bərpa olunmasını təmin etməkdən ibarətdir.
İltihabın kliniki olaraq A.Selsi və K.Qalen tərəfindən 5 klassik 
əlaməti müəyyən edilmişdir: rubor, tumor, color, dolor, funqtio 
laese. Müasir dövrdə metodik imkanların bir qədər də çoxalma-
sı hesabına, yuxarıda göstərilənlərə aşağıdakı əlamətləri də əlavə 
etmək olar: 
1.  Leykositoz
2.  Qızdırma
3.  Qanın zülal tərkibinin dəyişməsi
4.  Qanın ferment tərkibinin dəyişməsi
5.  Qanın hormon tərkibinin dəyişməsi
6.  EÇS-nin çoxalması
7.  Orqanizmin allergizasiyası 
Konkret şəxslərdə iltihabın kliniki mənzərəsi onun başvermə 
səbəbindən  və  fərdi  xüsusiyyətlərindən  asılıdır.  Parodont  toxu-
malarında iltihabın səbəbi kimi əksər hallarda infeksiya amilini 
göstərmək olar. Bundan başqa, qeyri-infeksiya amili də müəyyən 
qədər əhəmiyyət kəsb edir.

87
Parodontda iltihabi prosesin inkişafı diş yastıqcığının fəaliyyəti 
ilə bağlıdır. 
Diş yastıqcığı və ya bioörtüyün əmələgəlməsinin 3 fazası ayırd 
edilir:
•  dişlər 2 gün ərzində təmizlənmədikdə, qrammüsbət kokk-
ların proliferasiyası baş verir və 1 mm qalınlığında, əsasən 
kokklardan təşkil olunmuş bakterial örtük əmələ gəlir. Belə 
tərkibli örtük parodont toxumaları üçün normal hal sayılır.
•  1-4 gündən sonra kifayət qədər fuzobakteriya və filamentlər 
aşkar edilir. Bu müddət ərzində gingivitə rast gəlmək olar. 
Floranın  tərkibində  kokklar,  filamentlər,  qrammənfi  və 
qrammüsbət bakteriyalar müşahidə edilir. 
•  4-9 gündən sonra spiroxetlər və spirillərə təsadüf olunur. 
Bu cür mikroflora isə parodontit üçün identikdir.
Diş  yastıqcığı  nizamlı  mikrob  kulturasından  təşkil  olunmuş 
törəmədir.  Diş  yastıqcığının  əmələgəlmə  dinamikası  kifayət 
qədər öyrənilmişdir. Dişlər təmizləndikdən 2 saat sonra bu törəmə 
əmələ gəlməyə başlayır. 1 sutka ərzində dişlərin üzərində kokk 
florası, 24 saatdan sonra çöpəbənzər bakteriyalar, 2 sutkadan son-
ra isə sapabənzər bakteriyalar əmələ gəlir. Bakteriya kütləsindən 
təşkil olunmuş diş yastıqcığı 6-9 gün ərzində tamamilə formalaşır 
və düz bucaq altında dişin səthinə yaxın nahiyədə fiksə olunur.
Diş yastıqcığı böyüdükcə, onun tərkibi də dəyişmiş olur. İlkin 
dövrlərdə aerob mikroorqanizmlər, sonrakı dövrlərdə isə anaerob 
flora üstünlük təşkil edir. 
Son dövrlərdə bir çox alimlər diş yastıqcığını bioloji örtük kimi 
qəbul  edirlər.  Bu  yanaşma  tərzinin  mahiyyəti  aşağıdakılardan 
ibarətdir: diş yastıqcığı formalaşarkən, onun tərkibində ən xırda 
sapabənzər mikroblara rast gəlinir, bu mikroblar özlü substansiya-
ekzopolisaxaridlər hasil edir. Beləliklə, diş yastıqcığının tərkibinə 
daxil olan bütün mikroorqanizmlər bu örtük vasitəsilə digər mik-
rob assosiasiyalarından təcrid olunur. Bu vəziyyətdə həmin bio-
örtük qida ilə bilavasitə təmasda olur. Bioörtüyün tərkibinə da-

88
xil  olan  bakteriyalar  koloniyalar  arasındakı  gen  informasiyası 
mübadiləsi sayəsində yeni keyfiyyətlər əldə edir: onlar daha çox 
virulentli,  həmçinin  antibiotiklərin  təsirinə  qarşı  davamlı  olur. 
Ona görə də xroniki iltihabi proseslərin müalicəsində əvvəllər ef-
fektli hesab edilən preparatlara qarşı mikrobların həssas olmama-
sı məhz bu səbəblə izah olunmalıdır. 
Bu  fenomen  aparılan  müalicə  zamanı  kliniki  uğursuzluğun 
nəticəsi kimi öz təsdiqini tapmış olur. Laborator müayinə zamanı 
floranın antibiotiklərə qarşı həssas olduğu müəyyən edilir: həssas 
olanlar  bioörtüklə  təcrid  olunmayan  “sərbəst”  mikroblar  hesab 
olunur.  Buna  görə  də  yerli  antiseptik  qarqaralar  mövcud  olan 
bakteriyalara  effektiv  təsir  göstərməklə  yanaşı,  eyni  zamanda 
bioörtükdən keçərək, onun daxilindəki bakteriyalara da öldürücü 
təsir etməlidir. 
Müxtəlif fərdlər arasında diş yastıqcığının tərkibi eyni olmur. 
Bu cür fərqli göstəricilərin varlığı qidanın tərkibindəki karbohid-
ratların müxtəlifliyi ilə əlaqədardır ki, bu da yastıqcığın tərkibində 
üzvi turşuların toplanmasına səbəb olur. 
Diş yastıqcığının əmələ gəlməsində 3 əsas faza ayırd edilir: 
I faza – dişin səthini örtən pellikulanın əmələ gəlməsi 
II faza – birincili mikrob yığıntısı
III faza – ikincili mikrob yığıntısı və diş yastıqcığının forma-
laşması 
1.  Pellikula və ya ikincili kutikula. Pellikula ağız suyu kompo-
nentlərindən, diş əti mayesindən, bakteriya və qida qalıqla-
rından əmələ gəlir. Pellikulanın spesifik tərkib hissələri ağız 
boşluğunun müxtəlif nahiyələrində eyni deyildir. 
Pellikulanın  əmələgəlmə  mexanizminə  elektrostatik  qüv-
vələr  (Van-der-Vals)  təsir  göstərir.  Bunun  sayəsində 
hidroksiapatitlər ağız suyu və ya diş əti mayesindəki müsbət 
yüklü komponentlər vasitəsilə sıx əlaqə yaradır.
2.  Birincili  mikrob  yığıntısı  pellikulanın  formalaşdığı  il-
kin  saatlarda  müşahidə  edilir.  Pellikulanı  örtən  birin-
ci qatda Act. viscosus və Str. sanquis aşkar edilir. Həmin 

89
mikroorqanizmlər tərkibində olan xüsusi adgeziv molekul-
ların  hesabına,  pellikulanın  analoji  sahələrindəki  adgeziv 
nöqtələrə yapışırlar. Str. sanquisdə belə adgeziv sahələrdə 
dekstran  molekulları,  Act.  viscosusda  isə  zülal  fibrinləri 
mövcuddur ki, bunun sayəsində də pellikulada olan prolin 
zülalına fiksə olunur. 
3.  İkincili mikrob kolonizasiyası və diş yastıqcığının yetişməsi
Bu mərhələdə yeni parodontopatogen mikroorqanizmlər aşkar 
edilir. 
•  Prevotella intermedia
•  Fuzobacterium nekleatum
•  Porphyromonas gingivalis
•  Capnocytophaqa saprofytum
Diş yastıqcığının tərkibindəki qrammüsbət floranın qrammənfi 
floraya keçməsi ciddi və ardıcıl struktur dəyişikliyi hesab olunur.
DİŞ DAŞLARININ ƏMƏLƏ GƏLMƏSİ
Tam formalaşmış diş yastıqcığı iki gün ərzində 50%-dək, son-
rakı günlərdə isə (12 günədək) 60-90%-dək minerallaşmış olur. 
Minerallaşmanın ilkin mərhələsi bilavasitə pellikulaya yapışmış 
kokk qrupu mikroblarının divarlarında və hüceyrələrarası subs-
tratda  aşkar  edilir.  Daha  sonra  hüceyrə  sitoplazması  da  mine-
rallaşır.  Diş  ətiüstü  ərpin  minerallaşma  mənbəyi  ağız  suyu,  diş 
əti altınınkı isə diş əti mayesidir. Minerallaşmış diş ərpi praktik 
olaraq inertdir, buna baxmayaraq ənənəvi formada xəstəliklərin 
əmələ gəlməsində diş daşlarının rolu həlledici hesab olunur və 
əksər hallarda parodontun zədələnmə dərəcəsi diş daşlarının miq-
darı ilə korrelyasiya olunur. Diş daşları ərpin “daşıyıcısı” hesab 
olunur. Buna görə də diş daşlarının miqdarı çoxaldıqca, patogen 
mikroorqanizmlər də çoxalmağa başlayır və prosesin ağırlaşması 
müşahidə edilir. Bununla yanaşı, diş ərpinin olması, heç də həmişə 
parodontun iltihabi xəstəliklərinin əmələ gəlməsinə səbəb olmur. 

90
Bu hadisənin səbəbi, filogenetik olaraq, orqanizmin müxtəlif tip 
aqressiyalara qarşı çoxsaylı müdafiə mexanizmləri qazanması ilə 
izah olunur. Bu baxımdan, yerli immunitetdə iltihabi reaksiyaları 
stimullaşdıran və tormozlayan sitokinlər həlledici rol oynayır.
Sitokinlər  –  immun  sisteminin  polipeptid  molekulları  olub, 
makrofaqlar,  limfositlər  və  monositlər  –  makrofaqal  növün 
digər  hüceyrələri  tərəfindən  sintez  olunan  və  suda  həll  olu-
nan  hormonabənzər  zülallardır.  Sitokinlər  yalnız  yad  cisimlər 
orqanizmə daxil olduğu halda sintez olunmağa başlayır. 
Belə cisimlər isə diş yastıqcığındakı parodontopatogen mik-
roblar hesab olunur. 
Hazırda 60-dan çox sitokin aşkar edilmişdir. Sitokinlərin prak-
tik rolu, onların iltihab proseslərini nizamlaması ilə izah olunur.
İltihab sitokinlərinə İL-4 və İL-13 aiddir.
PARODONT TOXUMALARINDAKI İLTİHABİ 
PROSESLƏRİN DİNAMİKASI
Parodont toxumalarındakı iltihab prosesi 4 fazaya bölünür:
•  Başlanğıc
•  İlkin zədələnmə
•  İltihabın yaranması
•  Prosesin inkişaf etməsi
1. İltihabın başlanğıc fazası öz morfoloji mənzərəsinə görə 
kəskin vaskuliti xatırladır.  Kapillyarların divarlarının  keçiricili-
yi kəskin formada artır, qanın həcmi çoxalır. Qan damarlarından 
çoxlu miqdarda polimorfnüvəli leykositlər miqrasiya olunur. 
Hüceyrələrarası yarığın genişlənməsi hesabına epitelinin tam-
lığının  pozulması,  diş  ətinin  iltihabının  inkişafı  üçün  həlledici 
faktor hesab olunur. Bu proses hüceyrələrarası maddədəki qlüko-
zaminqlikanların depolimerizasiyası hesabına baş verir.
İltihabın başlanğıc fazasında iltihab üçün xarakterik olan kli-
nik əlamətlər müşahidə edilmir, ancaq zondlama sınağı zamanı 
yüksək dərəcədə qanaxma müəyyən edilir. 

91
2. İlkin zədələnmə klinik olaraq diş əti kənarında zəif iltihab 
və dişləri təmizləyərkən diş ətindən qan gəlməsi kimi əlamətlərlə 
özünü büruzə verir. İltihabın bu mərhələsi üçün kiçik və orta ölçü-
lü limfositlərin (ümumi hüceyrələrin 70%-ə qədəri), habelə mak-
rofaq, plazmatik və tosqun hüceyrələrin diş əti toxumalarına nü-
fuz etməsi xarakterikdir. Buna görə də iltihabın ilkin zədələnməsi 
fazasında,  preparatlarda  morfoloji  olaraq  limfositar  infiltratla 
yanaşı, kollagen və birləşdirici toxumada, sirkulyar bağda, eyni 
zamanda fibroblastlarda patoloji dəyişikliklərin əmələ gəldiyini 
müşahidə etmək olar. Bu fazada epiteli toxumasının tamlığının 
pozulması,  parodontda  iltihabın  əmələ  gəlməsinin  əsas  faktoru 
hesab olunur.
3. İltihabın proqressivləşməsi fazası, parodontda damarların 
zədələnməsi və qan dövranının pozulması fonunda təzahür olunur. 
Bu zaman görünən iltihab əlamətləri ilə yanaşı, diş əti kənarında 
ödem və sianozlaşma da aşkar edilir. Bu cür klinik mənzərə limfa 
düyünləri və venoz sistemindəki çatışmazlıq, habelə eritrositlərin 
yox olması kimi əlamətlərlə də özünü göstərir.
Sağlam diş ətində T limfositləri bütün zonalarda B limfositlə-
rini sayca üstələyir.
İltihabın proqressivləşməsi fazasında osteoblastlar aktivləşir, 
buna baxmayaraq, sümükdə aydın şəkildə təzahür olunan dest-
ruksiya  aşkar  edilmir.  Ona  görə  də  zədələyici  faktorun  ciddi 
şəkildə kənar edilməsi və iltihabi prosesin aradan qaldırılması za-
manı osteoporoz yox olur.
Əgər  bu  fazada  müalicə  tədbirləri  aparılmırsa,  onda  həmin 
faza iltihabın inkişaf etmiş fazasına keçmiş olur. 
4.  İltihabın inkişaf etmiş fazası. Fazanın fərqləndirici cəhəti 
ondan ibarətdir ki, plazmatik hüceyrələr, ekssudat hüceyrələrinin 
80%-ə  qədərini  təşkil  edir.  Bu  deyilənlər  iltihabın  xroniki  hala 
keçməsi  və  immun  mexanizmlərin  iltihab  prosesinə  aktiv  cəlb 
olunmasını  təsdiq  edir.  Bundan  əlavə,  plazmatik  hüceyrələrin 
miqdarı,  prosesin  ağırlıq  dərəcəsi  və  toxumaların  zədələnmə 
səviyyəsinə mütənasib olaraq artmış olur. 

92
Parodont toxumalarındakı qan damarları dərin dəyişikliklərə 
məruz qalır, eyni zamanda toxumaların qanla təchizatı pozulur.
Mikrob substratlarında parodont toxuması ilə kontaktda olduq-
da, allergik mənşəli reaksiyaların yaranmasına səbəb olan çoxlu 
miqdarda antigenlər aşkar edilir. Diş ərpi mikrobları uzun müddət 
parodont toxumaları ilə əlaqədar olarsa, autoimmun reak siyalar 
yaranır, ona görə də parodontun iltihabi xəstəlikləri zamanı im-
munopatoloji  mexanizmlərin  rolunu  nəzərə  almamaq  mümkün 
deyil.
Son illərdə yeni reseptorlar (toll-reseptorlar) kəşf edilmiş və 
intensiv surətdə öyrənilməkdədir. Həm immun sistemin nizam-
lanmasında, həm də insan orqanizminin mikrob biosenozunda bu 
reseptorların  əvəzedilməz  rolu  müəyyən  edilmişdir.  Başqa  cür, 
bu  reseptorları  obraz  tanıyan  reseptorlar  kimi  də  adlandırırlar. 
Onları demək olar ki, orqanizmin bütün hüceyrələrində tapmaq 
mümkündür.  Hüceyrəyə  hər  hansı  yad  mikrob  daxil  olduqda, 
toll-reseptorlar onun səthində molekulyar strukturu müəyyən edir 
və həmin mikrobu sahibin orqanizmi üçün yad cisim kimi qəbul 
edərək onu tanıya bilir. Bundan sonra hüceyrə aktivləşir və xüsu-
si sitokinlər sintez etməyə başlayır. Sitokinlər isə öz növbəsində 
həmin regiona ətraf toxumalardan, başlıcası isə qan damarların-
dan çoxlu miqdarda təbii immunitet hüceyrələrini cəlb edir.
PARODONTUN İLTİHABİ XƏSTƏLİKLƏRİNİN 
PATOGENETİK VƏ MORFOFUNKSİONAL ƏSASLARI
Parodontda baş verən iltihabın əsas simptomları damar poz-
ğunluqları: hiperemiya, ödem, temperaturun lokal artımı və diş 
əti qanamasıdır. 
HİPEREMİYA – iltihab zamanı kapillyar şəbəkədə damarların 
genişlənməsi nəticəsində yaranır.
Xroniki gingivitdə subbazal kapillyar kələfdə damarların dia-
metri kəskin şəkildə artmış olur. Qanın hüceyrəvi elementləri da-

93
mar divarının keçiriciliyinin çoxalması hesabına oradan çıxır və 
bunun nəticəsində diş ətinin rəngi al-qırmızıya çalır.
DİŞ ƏTİ QANAMASI – zəif mexaniki təsir nəticəsində yara-
nan, həm klinik, həm də klinikönü mərhələdə rast gəlinən ilkin 
simptomlardan  biridir.  Bu  simptomların  patogenezində  iltihab 
zamanı damar divarının zədələnməsi, membran keçiriciliyin ço-
xalması və hüceyrələrarası maddənin dağılması əsas rol oynayır.
ÖDEM bir neçə mexanizmlə əlaqədar ola bilər:
•  hüceyrəsiz mayenin və ekssudatla birgə az miqdarda hücey-
rələrin mikrodamarlardan sızması. Bu proses adətən patolo-
ji dəyişikliklərin ya əvvəlində, ya da ağırlaşmış dövrlərində 
müşahidə edilir;
•  iltihab  ocağına  plazma  zülalları  və  monositlərdən  uzun 
müddət ərzində ekssudatın daxil olması nəticəsində.
TEMPERATURUN LOKAL YÜKSƏLMƏSİ faktı katabolik 
proseslərin kəskin formada güclənməsi, pirogen sitokinlərin art-
ması fonunda baş verir. 
AĞRI. Parodontun iltihabi xəstəlikləri zamanı ağrının əmələ 
gəlməsi dişlərin boynunun açılması və diş ətinin iltihabı ilə əla qə-
dardır. Diş ətində ağrının olması isə iltihab zamanı daimi xarakter 
daşımır.  Diskomfort  və  ağrı  hissiyyatı  bir  qayda  olaraq,  yalnız 
prosesin kəskinləşdiyi dövrlərdə müşahidə edilir. Ümumiyyətlə, 
periferik ağrıların yaranma mexanizmi yaxşı öyrənilmişdir. Bu da 
iltihab mediatorlarının (sitokin, bradikinin, prostoqlandin) inkap-
sulyasiya olunmuş (nosireseptorlar) sinir uclarını qıcıqlandırması 
ilə əlaqədardır. 
Halitoz.  Bu  termin,  ağızdan  gələn  pis  qoxunu  ifadə  etmək 
üçün işlədilir. Halitozun ağızdan kənar mənbələri də məlumdur, 
misal üçün, yuxarı və aşağı tənəffüs yolları, mədə-bağırsaq traktı, 
bir sıra böyrək və qara ciyər xəstəlikləri. Buna baxmayaraq, əksər 
hallarda  (90%)  halitozun  yaranması  bilavasitə  ağız  boşluğu  ilə 
əlaqədar olur.
Ağız boşluğunda pis qoxunun yaranmasına səbəb uçucu sul-
fid lərdir: dimetilsulfid, merkaptan, hidrogensulfid, indol, skatol, 

94
yağ və propian turşusu birləşmələri, diaminlər (putressin, kadave-
rin) və s. Sadalanan faktorlar, kükürd tərkibli zülal və aminturşu-
larının anaerob şəraitdə yaşayan parodontopatogen bakteriyalar 
tərəfindən  parçalanması  zamanı  əmələ  gəlir.  Uçucu  sulfidlərin 
“zəngin”  mənbəyi  parodontal  ciblər,  dilin  üzərindəki  ərp  və 
dişlərin arasındakı qida qalıqları hesab olunur.
Dişlərin patoloji tərpənməsi. Dayaq aparatının, o cümlədən 
periodont və sümük toxumasının zədələnməsi nəticəsində mey-
dana  çıxır.  Periodont  toxumasındakı  kollagen  liflərin  zədələn-
məsində  əsas  rolu  parodontun  hüceyrələrarası  maddəsindəki 
iltihablaşmış  infiltratın  ifraz  etdiyi  kollagenaza  və  elastaza 
fermentləri oynayır. Bu fermentlərin aktivləşməsi isə bilavasitə 
sitokinlər və prostoqlandin E-nin fəaliyyəti ilə əlaqədardır.
Kollagen  toxumanın  destruksiyası  və  resintezinin  pozulması 
sayəsində I tip kollagenin miqdarı azalır və əksinə, II, III, IV, V 
tip  kollagenlərin  miqdarı  artmış  olur.  Bundan  əlavə  kollagenin 
möhkəmliyi də zəifləyir və nəticədə dişlərin tərpənməsi müşahidə 
edilir. 
PARODONTAL СİB – parodontitlərin klassik əlaməti olaraq, 
onları xroniki gingivitlərdən fərqləndirməyə imkan verir.
Parodontal cibin yaranması diş-diş əti yarığının dərinləşməsi ilə 
başlayır. Bu prosesdə dişin dairəvi bağının birləşdiyi nahiyədəki 
epiteli qatının xoraya çevrilməsi həlledici rol oynayır.
Bundan sonra patogen mikroflora həmin nahiyəyə nüfuz edərək 
tam formalaşmamış qranulyasion toxuma əmələ gətirir. Litik ak-
tivliyi ilə seçilən həmin toxuma öz növbəsində zədələnmiş epi-
telinin altında birləşdirici toxumanın destruksiyasına səbəb olur. 
Sonrakı dərinləşmə, aktivləşmiş osteoklastların (sitokinlərin təsiri 
altında) vasitəsilə idarə olunur.
İrinli ekssudasiya. Parodontal cibdə irinli ekssudat subepite-
lial qatdan ifraz olunmağa başlayır və onun miqdarı epiteli qatı-
nın zədələnmə səviyyəsindən asılıdır. Ona görə də bəzi hallarda 
dərin parodontal ciblərdən az, geniş ciblərdən isə çoxlu miqdarda 
irin xaric olunmasını görmək olar.

95
DİAQNOSTİKANIN NƏZƏRİ  
ƏSASLARI. SEMİOTİKA
Diaqnostika  klinik  təbabətin  bir  bölməsi  olub,  xəstəliyin 
öyrənilməsi metodologiyası, onun mənası və müalicəsinin ardı-
cıllığı, habelə proqnozun xarakterini müəyyən edən əhəmiyyətli 
bir elm sahəsidir.
Mütəxəssis parodontun zədələnmə simptomlarını yaxşı bilməli, 
onların görünən və görünməyən tərəflərini aşkar etməyi bacarma-
lı,  bu  simptomların  patogenetik  əsaslarını  qiymətləndirməlidir. 
Yekunda  müəyyən  olunmuş  diaqnoz  adekvat  müalicə  planının 
tərtib  olunması  üçün  zəmin  yaratmalıdır.  Hazırda  diaqnostika 
mürəkkəb və kompleks bir elm olmaqla, aşağıdakıları özündə eh-
tiva edir: 
•  Semiotika 
•  Xəstənin müayinə metodları (diaqnostik texnika)
•  Diaqnozun metodologiyası və nəzəriyyə 
Semiotika  –  xəstəliyin  simptomları  və  onların  diaqnostik 
əhəmiyyətini öyrənən tədqiqat sahəsidir. Simptomlar – orqan və 
toxumaların struktur və funksiyalarında hər hansı dəyişiklik və 
normadan kənara çıxmalardır. Beləliklə, semiotika üçün norma və 
həmin normadan bu və ya digər dərəcədə kənaraçıxmalar həlledici 
hesab edilir. Pasiyentlərin şikayətlərində ifadə olunan simptom-
lar, subyektiv simptomlar kimi qiymətləndirilir. Xəstəliyin daha 
vacib əlamətləri isə müayinə zamanı həkim tərəfindən müəyyən 
edilir və obyektiv simptomlar adlandırılır.
Görünən və gizli simptomlar ayırd edilir. Görünən simptomlar 
həkimin hiss orqanları tərəfindən müəyyən edilir, gizli simptom-
ların aşkar edilməsi üçün instrumental və laborator müayinə me-
todlarının aparılması lazımdır. 
Subyektiv simptomlar xəstənin şikayətində ifadə olunur. Pa-
rodont xəstəlikləri zamanı bir qayda olaraq həmin şikayətlər diş 
əti qanaması, bu və ya digər xarakterli ağrılar, ağızdan pis qo-

96
xunun  gəlməsi,  dişlərin  hərəkiliyi  və  onların  yerləşməsindəki 
dəyişikliklər  və  s.  ola  bilər.  Diş  ətində  ödem  və  hiperemiya-
nın  olması,  dişlərin  boynunun  açılması,  onların  yelpikşəkilli 
yerləşməsi, halitoz, diastem və trem kimi simptomları xüsusi ins-
trumental müayinə aparmadan da müəyyən etmək mümkündür. 
Bunlar  görünən  simptomlardır.  Sonradan  aparılan  instrumental 
(zondlama, palpasiya, perkussiya və s.) müayinələr isə gizli simp-
tomları üzə çıxarır.
Simptomların bölünməsi baxımından parodontologiyada spe-
sifik, qeyri-spesifik və patoqnomik kimi əlamətlər, dişlərin laxla-
ması və diş əti qanamasıdır.
Bu  simptomları  pasiyentlər  şikayət  kimi  ifadə  edirlər.  Qeyd 
etmək  lazımdır  ki,  bu  əlamətlər  zəif  nəzərə  çarpan  zaman 
həkimə müraciət olunmur, hansı ki, həmin dövrdə xəstəliyin il-
kin əlamətlərinin aşkar edilməsi baxımından onların çox böyük 
əhəmiyyəti vardır.
Ona  görə  də  parodontun  indeks  göstəricilərinin  öyrənilməsi 
vacibdir. 
Tez-tez  müşahidə  olunan  və  ümumi  patogenezə  malik  olan 
simptomların  məcmusu  sindrom  adlanır.  Simptomların  hansı 
morfoloji  və  funksional  dəyişikliklərə  uyğun  olmasından  asılı 
olaraq, sindromlar anatomik və funksional olmaqla iki qrupa ay-
rılır. Bununla belə nəzərə almaq lazımdır ki, bu bölgü şərti xarak-
ter daşıyır, çünki istənilən orqanizmdə struktur və funksiya sıx 
qarşılıqlı əlaqədədir.
Sindromlar  həm  ayrı-ayrı  orqanlarda,  həm  də  ümumi  orqa-
nizmdə  baş  verən  hər  hansı  patologiyanı  xarakterizə  etməyə 
imkan  verir.  Bununla  əlaqədar  olaraq,  onlar  sadə  və  mürəkkəb 
olurlar. Mürəkkəb sindromlar bütöv orqanizm səviyyəsində aşkar 
edilən zədələnmələri müəyyən edir.
Parodontologiyada sindrom problemi kifayət qədər aktualdır, 
belə ki, həkim-parodontoloq öz praktikasında həmin patologiya-
larla tez-tez rastlaşır. 

97
Papiyon-Lefevr, İsenko-Kuşinq, Ellers-Danlo, Gediak-Ciqasi, 
Daun  xəstəliyi  kimi  sindromlar  alveol  sümüyündə  aqressiv  re-
zorbsiya və lizislə müşayiət olunan patologiyalar hesab edilir.
Qeyd  etmək  lazımdır  ki,  əvvəllər  bu  sindromlar  parodontun 
idiopatik xəstəlikləri kimi təsnif olunurdu.

98
IV FƏSİL
PARODONT XƏSTƏLİKLƏRİNİN MÜALİCƏ VƏ 
PROFİLAKTİKASI
PARODONT XƏSTƏLİKLƏRİNİN ƏMƏLƏ GƏLMƏSİNDƏ  
YERLİ FAKTORLARIN ROLU
Dişlərin izafi yüklənməsi nəticəsində periodontdakı damarlar-
da  hidrostatik  təzyiq  dəyişir,  bunun  sayəsində  hemo  və  limfos-
taz,  perivaskulyar  ödem,  qanın  formalı  elementlərinin  diapedezi 
və  nəhayət,  damarların  trombozu  müşahidə  edilir. Yüklənmənin 
uzunmüddətli təsiri zamanı kollagen toxumalarında şişmə və dest-
ruksiya aşkar edilir, sümük strukturunun minerallaşması po zulur 
və onlarda rezorbsiya inkişaf edir. İstənilən mənşəli paro dont to-
xumasının  trofik  pozğunluqları  mikroorqanizmlərin  əhəmiyyətli 
dərəcədə aktivləşməsinə səbəb olur.
Bu proses ağız dəhlizinin yumşaq toxumalarının trofikasının 
pozğunluqları, habelə işemiyası zamanı da nəzərə çarpır.
Müalicə  tədbirlərinin  vaxtında  aparılmamasına  görə  mikro-
orqanizmlər  bir  qədər  də  aktivləşir  və  parodont  toxumasındakı 
iltihab prosesi sürətlə artmağa başlayır. 
Məlumdur  ki,  mikroorqanizmlərin  aktivliyi,  onların  bir  yerə 
çoxlu miqdarda toplaşdığı halda artır. Belə yerlər adətən retensi-
on nöqtələr adlandırılır ki, bunlara da karioz boşluqlar, dişlərarası 
kontakt sahələri, dişlərin sırada sıx yerləşməsi və s. aiddir.
Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin