ÜRƏK-DAMAR
XƏSTƏLİKLƏRİNİN
PROFİLAKTİKASI
Sağlam qidalanma ürək-damar
xəstəliklərinin profilaktikasının əsasıdır.
Qidalanma xüsusiyyətləri ürək-damar xəstəliklərinin yaran-
ma riskinə xolesterin (XS), arterial təzyiq (AT), bədən çəkisi
və şəkərli diabet (ŞD) kimi digər risk amilləri vasitəsi ilə və
ya birbaşa təsir edir. Bu səbəbdən sağlam qidalanma ürək-
damar xəstəliklərinin (ÜDX) profilaktikasının əsasında durur.
ÜDX-nin profilaktikası kimi istifadə olunan sağlam
qidalanmanın qarşısında duran əsas problem qida rasio-
nunun (həm kəmiyyət, həm də keyfiyyət baxımından)
uzunmüddətli dəyişdirilməsi üzrə insanların davranışının
davamlı şəkildə dəyişməsinə və bədən çəkisinin normal
səviyyədə saxlanılmasına nail olunmasından ibarətdir.
Nutriyentlər (qida maddələri)
ÜDX-nin profilaktikası nöqteyi-nəzərdən nutriyentlər
arasında yağ turşuları (əsasən lipoproteinlərin
səviyyəsinə təsir edən), minerallar (əsas etibarı ilə AT-yə
təsir edən) və qida lifləri xüsusi əhəmiyyətə malikdir.
Yağ turşuları
Qida ilə qəbul olunan yağ turşuları
qanda olan xolesterinin səviy-
yəsinə əhəmiyyətli də rə-
cədə təsir edir. Xolesteri-
nin qanda artması isə
ÜDX riskini xeyli
artı rır. Onu da bilmək vacibdir ki, profilaktik nöqteyi-
nəzərdən qida ilə qəbul olunan yağ turşularının tərkibi
onların ümumi həcmindən daha çox əhəmiyyət kəsb
edir.
1) Doymuş yağ turşuları
Bəzi tədqiqatlarda doymuş yağ turşularının qanda XS-
nin səviyyəsini artırmaqla ÜDX-nin əmələ gəlməsinə
birbaşa təsirinin olması göstərilmişdir. Epidemioloji,
klinik və müşahidə tədqiqatlarının nəticələri qida ra-
sionunun doymuş yağ turşularından gələn enerjisinin
1%-nin poli-doymamış yağ turşuları ilə əvəz edilməsi
zamanı ÜDX riskinin 2-3% azaldığını göstərir. Beləliklə,
qida rasionunda doymuş yağ turşuları payının, poli-
doymamış yağ turşuları ilə əvəz edilməsi şərtilə, maksi-
mum 10%-dək azaldılması ÜDX-nin profilaktikasında
böyük əhəmiyyətə malikdir.
Doymuş yağ turşuları heyvan mənşəli piylər, kərə
yağları və pendirlərin tərkibində var.
2) Doymamış yağ turşuları
Mono-doymamış yağ turşuları qida rasionunda
do y muş yağ turşularını və ya karbohidratları
əvəz etdikdə tərkibində xolesterin az olan
yüksək sıxlıqlı lipoproteinlərin (YSLP)
səviyyəsinə müsbət təsir göstərir.
Mono-doymamış yağ turşularına
ω-9 Olein turşusu aiddir: orqanizmdə sintez olunandır
(əvəz olunan), avokado, araxis, zeytun yağlarının,
ağaclarda bitən qozlar və quş ətinin tərkibində olur.
Poli-doymamış yağ turşuları qida rasionunda doymuş
yağ turşularını əvəz etdikdə tərkibində xolesterin çox
olan aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) səviyyəsini
azaldır və YSLP səviyyəsini azacıq artırır.
Poli-doymamış yağ turşuları orqanizmdə sintez olun-
mayan yağ turşularıdır:
ω-3 yağ turşuları
α-linolen turşusu yaşıl yarpaqlı tərəvəzlərdə, lobya-
da, kətan yağında və qozlarda olur
eykozapentaen və dokozageksaen turşuları yağlı
balıqlarda (qızılbalıq, skumbriya, siyənək) olur
ω-6 yağ turşuları
araxidon turşusu qırmızı ət, ev və çöl quşlarının
ətində olur
γ-linolen turşusu pambıq, kətan, qarğıdalı və
günəbaxan yağlarında olur
Trans-yağ turşuları ümumi XS səviy-
yəsini artırmaqla YSLP səviyyəsini
nisbətən azaldır. Qida rasio-
nunun ümumi kalo rililiyinin
trans-yağlara görə orta
hesabla 2% artırılması
ÜDX riskinin 23% art-
masına gətirir. Trans-yağların qida rasionunda tövsiyə
olunan səviyyəsi ümumi enerji daxilolmalarının 1%-dən
az olmalıdır, yəni nə qədər az olsa, bir o qədər yaxşıdır.
Trans-yağlar – doymamış yağların spesifik növüdür. Onlar
duru bitki yağlarının hidrogenləşməsi nəticəsində bərk
bitki yağları halına keçərək alınır (marqarin, qida piyləri).
Trans-yağlar qənnadı məmulatlarının (tortlar, pirojna-
lar, peçenyelər, krekerlər və s., eləcə də dondurulmuş
yarımfabrikatların) hazırlanmasında istifadə edilir.
3) Qida xolesterini
Doymuş yağ turşularının qida rasionunda azaldılması
nəticəsində, adətən, qida XS-nin azalması da baş verir.
Lakin qanda olan XS səviyyəsinə qida XS-dən daha çox
qida rasionunda olan yağ turşularının tərkib nisbəti təsir
edir.
Qidada xolesterin – içalat (qaraciyər, böyrəklər, ürək,
beyin və s.), yumurta, ət (mal, qoyun, donuz), quş əti
(toyuq, qaz, ördək), balıq, balıq kürüsü, süd və süd
məhsullarında, kərə yağında olur. Bitki qidalarında isə
olmur.
MİNerallar
Natrium
Xörək duzunun qısa müddətə 1 q/gün
səviyyəsinə qədər azaldılması sis-
tolik arterial təzyiqin arterial hi-
pertenziyalı xəstələrdə 3,1 mm c.s.,
normal təzyiqi olan şəxslərdə isə 1,6 mm c.s. azalmasına
gətirib çıxarır. Tövsiyə olunan duzun istifadə səviyyəsi
– 5 q/gün-dən az. Optimal səviyyə daha az ola bilər: ~ 3 q/gün.
Hazır qida məhsulları xörək duzunun ən əhəmiyyətli
mənbəyidir.
Kalium
Kalium istifadəsinin artması AT-nin azalmasına gətirib
çıxarır. Meyvə və tərəvəz kaliumun əsas mənbələridir. Be-
yin insultunun riski əhəmiyyətli dərəcədə istifadə olunan
kaliumun səviyyəsindən asılıdır: kaliumu çoxlu həcmdə
(orta hesabla 110 mmol/gün) istifadə edən şəxslərdə in-
sultun nisbi riski daha az kalium (orta hesabla 61 mmol/
gün) istifadə edən şəxslərlə müqayisədə 40%-dən çox
aşağıdır.
QİDa lİflərİ
Qida liflərinin qida tərkibində istifadəsi ÜDX riskini
azaldır. Məlumdur ki, çoxlu həcmdə qida liflərinin
istifadə edilməsi karbohidratlarla zəngin olan unlu qida
qəbulundan sonra postprandial qlikemiyanı və ümu-
mi XS və ASLP səviyyəsini azaldır. Qida
liflərinin ən əhəmiyyətli mənbələri
– bütöv dənli bitkilər, lobyalar,
meyvə və tərəvəzlərdir. ABŞ-
ın Milli Akademiyasının
Sağlamlıq İnstitutunun
tövsiyələrinə görə
~ 30-45 q/gün səviyyəsində böyüklər üçün qida liflərinin
qəbulu ÜDX-nin profilaktikası baxımından optimal hesab
edilə bilər.
Dənin tərkibində onun bütün hissələri (rüşeym, dən və
gül qabıqları, aleyron təbəqəsi və endosperm) olduqda
o, bütöv dənli bitki adlanır. Bütöv dənli bitki zülal və kom-
pleks karbohidratların, eləcə də lif, B vitaminlərinin və
mineralların mühüm mənbəyidir. Bütöv dənli bitkilərdən
alınan məhsullara qaba üyüdülmüş undan çörək (kəpək
unu), bütöv dənli bitki unundan çörək, bütöv dənli
bitkilərdən makaron məmulatları, yulaf, arpa, çovdar
kəpəkləri və s. aiddir. İstehsal və emal prosesi zamanı
strukturunu və kimyəvi tərkibini dəyişən dənli bitkilərdən
alınan ərzaq məhsulları bütöv dənli bitkilərin məhsulları
adlandırıla bilməz.
QİDa MəhSulları və QİDa Qrupları
Meyvə və tərəvəz
Müxtəlif tədqiqatların nəticələri göstərmişdir ki, gün
ərzində hər əlavə porsiya meyvə və tərəvəzin qəbul
edilməsi ürəyin işemik xəstəliyi (ÜİX) riskini 4%, insul-
tun riskini isə 5% azaldır. Bu müdafiənin effektivliyini
əsasən kalium mənbəyi olan meyvə və tərəvəzin
AT səviyyəsinə olan təsiri ilə izah etmək olar.
Meyvə və tərəvəzin tərkibində olan
qida lifləri və antioksidantlar da
müəyyən əhəmiyyətə malikdir.
Gün ərzində ən azı 200 q meyvə (2-3 porsiya) və 200 q
tərəvəz (2-3 porsiya) qəbul etmək tövsiyə olunur.
Balıq
Balıqdan istifadənin müdafiə təsiri balıq ətində yüksək
səviyyədə omeqa-3 yağ turşularının olması ilə müəyyən
olunur. Həftə ərzində heç olmazsa 1 dəfə balıqdan
istifadə ÜDX riskini 15% azaldır. Balıqdan ayda bir
dəfədən az istifadə edən insanlarla müqayisədə həftədə
balıqdan 2-4 dəfə istifadə edənlər arasında insult riskinin
18% azaldığı göstərilmişdir. Balığın istifadəsinin həftədə
1-2 dəfəyə qədər artırılması ÜİX-dən ölüm hallarını 36%,
ümumi ölüm dərəcəsini isə 17% azalda bilər. Buna görə
də balıqdan ən azı həftədə iki dəfə istifadə edilməsi
tövsiyə olunur və bu halda iki dəfədən birində balıq yağlı
olmalıdır.
Yüngül şəkər tərkibli içkilər
Yüngül şəkər tərkibli içkilərdən müntəzəm istifadə artıq
bədən çəkisi və II tip ŞD-yə gətirib çıxara bilər.
Pəhrizlə bağlı Avropa Kardioloji Cəmiyyəti və
Avropa Ateroskleroz Cəmiyyətinin tövsiyələri
Ümumi prinsiplər:
Qidanın ümumi enerjisi dəyərində bütün
yağların həcmi 30%-dən çox olmamalıdır
Doymuş yağların həcmi istifadə edilən yağların
ümumi həcminin 1/3-dən çox olmamalıdır
İstifadə edilən xolesterinin gündəlik həcmi
300 mq-dan az olmalıdır
Tərəvəz və dəniz balıqlarında olan mono- və
poli-doymamış yağlardan daha çox istifadə
edilməlidir
Təzə meyvə, dənli bitki və tərəvəzdə olan kar-
bohidratlardan daha çox istifadə edilməlidir
Hipertoniya və artıq çəkisi olan insanlar duzdan
5 q/gün-dən az istifadə etməlidirlər
Artıq çəkisi olan insanlara qida kalorisini azalt-
maq vacibdir
Dostları ilə paylaş: |