AZƏRBAYCAN
18
Ali Məhkəmənin Plenar İclası formal olaraq Fətullayevi böhtan və təhriketmə
ittihamından azad etmiş, amma onun vergidən yayınma ilə bağlı ittihamını iki il
altı aya qədər artırmışdır – mahiyyət etibarilə bu, həbsdə yatılan müddətdir. İlin
sonunda Fətullayev narkotiklə bağlı ittihamdan şikayətə baxılmasını gözləyərək
həbsdə qalmışdır.
Noyabrın 2-də Qubadlı Rayon Məhkəməsi Güzgü qəzetinin müxbiri Kamran
Bəyalıyevi (Kamran Səxavət) dələduzluq və qəsdən bədənə yüngül xəsarət
yetirməklə bağlı bir illik islah əmək işlərinə məhkum etmişdir. Reportyorların
Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) bu ittihamı Bəyalıyevin 2009-cu ildə
çap edilmiş, yerli məmurların Ceyranbatanda iddia edilən korrupsiya əməllərini
tənqid edən məqalələrinə cavab olaraq həyata keçirildiyini hesab edirlər. İlin
sonunda iş Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmişdi.
Dövlət rəsmilərini tənqid edən bir sıra jurnalistə qarşı təqib, qorxutma və ya fiziki
zorakılıq halları baş vermişdir, bu halların onları hökuməti yaxud dövlət
məmurlarını tənqid etmələri ilə bağlı olduğu görünürdü. Hökumət cinayətkarları
məsuliyyətə cəlb etməmişdir. Sərhədsiz Reportyorlara görə, müstəqil və müxalifət
jurnalistləri fəaliyyətləri ilə bağlı daimi təzyiqlə üzləşmişlər.
Media monitorinq QHT-si xəbər vermişdir ki, 2009-cu ildəki 51 hadisə ilə
müqayisədə il ərzində müxbirlərə qarşı şifahi və fiziki hücumlar daxil olmaqla
106 hadisə baş vermişdir.
Məsələn, Human Rights Watch qrupuna əsasən, mayın 15-də səlahiyyətli orqanlar
Azadlıq və Bizim Yol qəzetinin müxbiri Seymur Həziyevi Noyabr parlament
seçkilərindən əvvəl toplaşma azadlığı ilə bağlı məhdudiyyətlərin aradan
qaldırılmasını tələb edən yürüşdə iştiraka görə həbs etmişdir. Polis digər 30
nəfərlə birlikdə Həziyevi polis bölməsinə aparmış və vəkilə çıxışa icazə
verməyərək onu sorğu-sual etmişdir. Həziyev Bakı məhkəməsinin qərarı ilə yeddi
günlük həbsə məhkum edilmişdir. Həziyev Human Rights Watch-a demişdir ki,
mayın 17-də onu kameradan çıxarmış və bir otağa gətirmişdilər, orada iki nəfər
şəxs onu bir saatlıq istintaq zamanı müntəzəm olaraq döymüş və Prezident İlham
Əliyevi və hökuməti tənqid edən məqalələri yazma səbəbləri ilə bağlı ona suallar
verilmişdir. Mayın 22-də Həziyev həbsdən azad edilmişdir. Hadisədən sonta
Həziyev polisdən şikayət etmişdir. Ilin sonunda məsələ həllini gözləyirdi.
İyulun 28-də Yeni Musavat xəbər vermişdir ki, iki naməlum şəxs Bakının
kənarında yerləşən, Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu güman
edilən dəbdəbəli villalar haqqında araşdırıcı məqalə üçün şəkil çəkdiklərinə görə
müxbirlər Elmin Bədəlov və Anar Gəraylıya hücum etmişdir.
AZƏRBAYCAN
19
Onlar villanın şəkillərini çəkərkən üç maşın yaxınlaşmış, maşınlardan düşən altı
nəfər şəxs reportyorları döymüş və hədələmişdir. Naməlum şəxslər iki jurnalisti
binaların ətrafında üç saat saxlamış və şəkilləri sildikdən sonra onları azad
etmişdir. Hadisə ilə bağlı məlumat verilən kimi Yeni Musavat hadisə ilə bağlı
polisə müraciət etmişdir. Lakin polis heç bir zərərçəkəni çağırmamışdı.
Komanda qəzetinin redaktoru Rəşad Ergün iddia etmişdir ki, avqustun 22-də
futbolçu Mahmud Qurbanov avqustun 15-də Qurbanovu tənqid edən məqələsinə
cavab olaraq ona hücum etmişdir. Ergün Qurbanovu məhkəməyə vermiş və ilin
sonunda iş üzrə araşdırma aparılırdı.
2009-cu ilin yanvarında polis Yeni Musavat müxalifət qəzetinin müxbiri Əfqan
Muxtarlıya hücum etmişdir. Human Rights Watch-a əsasən, Müxtarlı bəyan edir
ki, hücumu Yasamal rayon polis şöbəsinin rəisi sifariş etmişdir. Muxtarlı əvvəllər
polis rəisi haqqında tənqidi məqalələr yazmışdır.
2009-cu ilin aprelində Yasamal rayon polisi böyük mübahisəyə səbəb olmuş
məscidin dağıdılması zamanı hadisəni lentə alan ANS Televiziyasının üç
əməkdaşını döymüşdür. Əməkdaşlar yüngül bədən xəsarəti almış və onların
avadanlıqları sıradan çıxarılmışdır. Polis avadanlığa görə həmin televiziya kanalına
kompensasiya ödəsə də, video materiallar geri qaytarılmamışdır.
2009-cu ilin mayında polis Elçin Həsənov, Əfqan Muxtarlı və Natiq Adilova qarşı
fiziki güc tətbiq etmişdir. Jurnalistlər “gül bayramı”nın bayram edilməsinə və
Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətlin qurbanları ilə bağlı heç bir
rəsmi matəm mərasiminin olmamasına etiraz edən bir qrup gəncin saxlanması ilə
bağlı məlumat verirdilər. Aprelin 2-də Səbayıl rayon məhkəməsi jurnalistlərin
polisə qarşı şikayətini rədd etmişdir. Jurnalistlər Apelyasiya Məhkəməsinə
müraciət etmiş, noyabrın 2-də dinləmə keçirilmişdir. Dinləmə zamanı polisin
jurnalislərə qarşı hücumu ilə bağlı titrlərdə yazı gedən video göstərilmişdir.
Müdafiə tərəfinin şahidi Rüfət Ələkbərov bildirmişdir ki, jurnalistlərə hücum edən
polis zabitləri Səbayıl rayon polis şöbəsinin əməkdaşları deyildirlər. Müşavirədən
sonra hakim məhkəmə iddiasını rədd etmişdir.
2009-cu ilin sentyabrında naməlum şəxslər hücum edərək Ayan qəzetinin redaktoru
Cavid Ələsgəroğlunu döyüb zibil yeşiyinə atmışlar. Ələsgəroğlu ağır xəsarətlər
aldığına görə xəstəxanaya yerləşdirilmişdir. Zərərçəkmişin ailəsi bu hadisəni onun
peşəkar fəaliyyəti ilə əlaqələndirmişdir. Qəzet dövlət məmurları ilə bağlı bir neçə
tənqidi məqalə yazmışdır.
AZƏRBAYCAN
20
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov
polis əməkdaşlarının kütləvi mitinqi dağıtmalarını lentə alarkən polis tərəfindən
döyülərək xəstəxanaya yerləşdirilmişdir. Sonra o, Daxili İşlər Nazirliyinə qarşı
iddia qaldırmış və ona hücum edənlərin məsuliyyətə cəlb edilmədiyini
bildirmişdir.
Son bir neçə il ərzində jurnalistlərə qarşı fiziki güc tətbiq etmiş polis işçilərinin
dövlət tərəfindən məsuliyyətə cəlb edildiyini təsdiqləyən heç bir məlumat
olmamışdır
.
Elmar Hüseynovun 2005-ci ildə törədilən qətli ilə bağlı cinayətkarların hələ də
məsuliyyətə cəlb olunmadığı barədə ciddi narahatlıqlar qalmaqdadır. Media və
insan hüquqları fəalları hakimiyyəti işi tam olaraq araşdırmağa çağırmağa davam
etmişdir. İl ərzində qətllə bağlı hesabatlığın olmadığını vurğulayanların arasında
ATƏT-in media azadlığı üzrə nümayəndəsi, Beynəlxalq Böhran Qrupu və doqquz
beynəlxalq QHT vardır. Həbsdə olan jurnalist Eynulla Fətullayev mart ayında
müraciət edərək Hüseynovun qətlinin Milli Təhlükəsizlik Nazirliyinin yüksək
rəsmisi tərəfindən təşkil edildiyini, nazirliyin qətllə bağlı onun və digər müstəqil
araşdırmanın qarşısını almağa cəhd etdiyini və nazirliyin onu qətllə bağlı
araşdırmaya davam etdiyinə görə həbs etdirdiyini iddia etmişdir. Fətullayevin
bəyanatından həftələr sonra onun atası hər ikisinə “həmişəlik ağızlarını
yummayacaqları” təqdirdə ölümlə bağlı hədələr aldığını bildirmişdir. Jurnalistlərin
Müdafiə Komitəsi Fətullayevin həbsinin Hüseynovun üstü açılmamış qətlini həddən
ziyadə işıqlandırmasına cavab olduğu qənaətinə gəlmişdir.
Milli Məclis fevralda 2009-cu ilin mart referendumunda mətbuat azadlığını
məhdudlaşdırmaqla bağlı konstitusiyaya edilmiş bir neçə dəyişikliyi icra etmək
məqsədilə iki qanuna dəyişiklik etmişdir. Bu dəyişikliklərə öz razılığı olmadan
kimsəni video kamera yaxud fotoapparatla çəkmək qadağası daxildir. Səlahiyyətli
orqanlar bu qadağanı selektiv şəkildə icra edirlər. Məs, iyulun 20-də Prezident
Apparatının mühafizə xidmətinin əməkdaşları qanuna istinad edərək Sabirabad
rayonunda sel daşqınlarına dəyən zərərə hökumətin reaksiyası ilə razılaşmayan
Sabirabad sakinlərinin etiraz aksiyasının şəklini çəkən və lentə alan jurnalistlərə
qarşı təcavüz etmişlər. Mühafizəçilər RATİ və Turan İnformasiya Agentliyinin
əməkdaşları Cavid Qurbanov və Mehman Hüseynovu, Azadlıq Radiosunun
müxbiri Abbas Atilay və Bizim Yol qəzetinin müxbiri Hacı Zeynalovu saxlamışdır.
Mühafizəçilər jurnalistlərin video lentlərini almış, binanın görüntülərini silmiş və
Prezident Apparatının binalarını lentə almaq yaxud şəklini çəkmək üçün
icazələrinin olmadığı ilə bağlı xəbərdarlıq etmişlər. Bunun əksi olaraq, səlahiyyətli
orqanlar noyabr parlament seçkilərindən bir neçə həftə keçəndən sonra, oktyabrın
25-də Lider Televiziyası müxalifət qəzetlərindən birinin redaktoru ilə bir qadının
açıq şəkildə cinsi əlaqədə olmalarınınvideo yazısını yayımladığına görə bu
qanunun tətbiq edilməsi üçün
AZƏRBAYCAN
21
heç bir addım atmamışdır. Ölkə ərazisində geniş yayımlanan Lider hökumətə
yaxın olan kanal hesab edilir. Müxalifyönümlü jurnalistlər hökumət rəsmilərini açıq
şəkildə tənqid etsələr də, müstəqil jurnalist və redaktorların əksəriyyəti hədələr
nəticəsində və potensial reklam sifarişçilərini özündən uzaqlaşdırmamaq məqsədilə
özlərinə müəyyən qədər senzura tətbiq etmişlər.
Jurnalistləri qorxutmaq üçün saxta məhkəmə proseslərindən istifadə olunmuşdur.
Məsələn, il ərzində mətbuata qarşı 40 mülki iş olmuşdur. Aşağıdakı mətbuat
vasitələri və jurnalistlərə qarşı məhkəmə iddiaları qaldırılmışdır: Yeni Musavat
qəzetinə qarşı altı, qəzetin redaktor müavini Azər Ayxana qarşı üç və qəzetin
redaktoru Rauf Arifoğluna qarşı bir məhkəmə iddiası qaldırılmışdır. Azadlıq qəzeti
və onun müxbiri Əlövsət Osmanlıya qarşı üç məhkəmə iddiası olmuşdur. Bizim yol
qəzeti və onun müxbiri Natiq Cavadlıya qarşı iki məhkəmə prosesi olmuşdur.
Gündəlik Bakı qəzetinə qarşı dörd və Hürriyyət qəzetinə qarşı bir məhkəmə prosesi
olmuşdur. Həmçinin Ölkə qəzeti, onun baş redaktoru Rafael Becanov, qəzetin
müxbirləri Elmidar Bayramov, Nicat Dağlar, Nəsimi Şərəfxanlı və Zülfüqar
Hüseynliyə qarşı məhkəmə iddiası olmuşdur. Xural qəzetinin baş redaktoru Əvəz
Zeynallı və redaktor müavini Məlahət Zeynallıya qarşı altı məhkəmə iddiası
olmuşdur. Dünya Kriminalı qəzeti, Trend Informasiya Agentliyi, Millətim
qəzetindən Fərəməz Novruzoğlu, P.S. Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyli
və Tribuna İnformasiya Agentliyinə qarşı məhkəmə prosesləri olmuşdur
.
Bu 40 mülki məhkəmə işi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev,
Təhsil Nazirliyinin Dərsliklərin Qiymətləndirilməsi Şurasından Məhin Orucova, 3
saylı uşaq musiqi məktəbinin direktoru, hərbi bölmələrdən birinin komandiri
Elsevər Axundov, keçmiş baş prokuror İxtiyar Şirin, Gəncə şəhər Polis Şöbəsinin
rəisi Rasim Musayev, parlamentin üzvü Cəlal Əliyev, parlamentin üzvü Novruzəli
Aslanov, Binəqədi bələdiyyəsinin başçısı, İdeal qəzetinin həbsdə olan baş
redaktoru Nazim Quliyev, Binə Satış Mərkəzinin sahibi Dilşad Əmirova, vətəndaş
Nina Əhmədova və müğənni Kərim tərəfindən qaldırılmışdır. Nəqliyyat naziri Ziya
Məmmədovun oğlu Anar Məmmədov Azadlıq və Yeni Musavat qəzetlərinə qarşı
iddia qaldırmış və hər bir qəzetin 500 000 manat ($609,760) cərimə edilməsini
tələb etmişdir.
İl ərzində mətbuat təşkilatlarına qarşı cəmi 37 500 manat ($45,730) cərimə tətbiq
edilmişdir. Ən yüksək məbləğdə cərimə aşağı və orta səviyyəli məmurları tənqid
etməkdə məşhur olan müstəqil Tribuna Agentliyinə - 20 000 manat ($24,390) və
pantürkist ideyaları ilə məşhur olan həftəlik Xural qəzetinə - 10 000 manat
($12,195) tətbiq edilmişdir.
AZƏRBAYCAN
22
Qanun böhtanla ittiham edilən şəxslərdən böyük miqdarda cərimələr tutmağa və üç
ilə kimi həbs cəzası verməyə icazə verir. Administrasiya rəsmiləri aprel ayında açıq
şəkildə bəyan etmişlər ki, bu müddəa cinayət məcəlləsindən çıxarılacaqdır. Bunun
nəticəsində məhkəmələr iki jurnalistin böhtana görə hökmünü ləğv etmişdir.
Bununla belə, hökumətin bəyanatlarına baxmayaraq, böhtançılıq cinayət əməli
olaraq qalmaqdadır.
Ötən illərdə mətbuat vasitələrinə hədə-qorxu gəlmək üçün hökumət rəsmiləri
defamasiyaya görə məhkəmə iddiaları və böhtana görə həddindən artıq yüksək
cərimələrdən istifadə etmişdir. Əvvəlki defamasiyaya görə cinayət işlərindən
cərimə ödənişləri mətbuat vasitələri və jurnalistlərin maliyyə dayanıqlığını təhlükə
altına qoymuşdur. Hökumətin müstəqil qəzet və jurnalların çap edilməsi və
yayımlanmasını əngəlləyən tədbirlərdən istifadəsi əsasən dəyişməz qalmışdır.
Əksər qəzet və jurnallar dövlət nəşriyyat evlərində və ya hökumət rəsmiləri ilə
əlaqələri olan şəxslərin özəl nəşriyyat orqanlarında çap edilmişdir. Müstəqil və
müxalifət qəzetlərinin əksəriyyətinin maliyyə vəziyyəti zəif olmuşdur. Onların
əmək haqqı, vergi və mütəmadi məhkəmə cərimələrininödənilməsində problemlərlə
üzləşməsi davam etmişdir. Bir çoxları maliyyələşdirmə üçün siyasi partiyalara
yaxud nüfuzlu sponsorlara güvənmişlər. Məşhur jurnalistlərə görə, hökumət
nümayəndələri birbaşa, yaxud dolayısı ilə şirkət və müəssisələri müxalifət
mətbuatında reklam yerləşdirməkdən çəkindirmişlər. Nəticədə, müxalifət
mətbuatında ödənişli reklam, demək olar ki, yox dərəcəsində olmuşdur.
Hökumət bəzi dövlət kitabxanalarının müxalifət qəzetlərinə abunə yazılmasını ,
dövlət biznes qurumlarının müxalifət qəzetlərində reklam yerləşdirməsini qadağan
etmiş və eyni cür hərəkət etmək üçün özəl biznes qurumlarına da təzyiq
göstərmişdir. Siyasi şərhçilər qeyd etmişdir ki, bu təcrübə müxalifət və müstəqil
media vasitələrinin öz işçilərinə verdikləri əmək haqqını azaltmış və hökumətə
meylli qurumların yüksək ixtisaslı kadrları işə götürməsinə imkan yaratmışdır.
Bundan əlavə, mətbuat üzrə beynəlxalq monitorinqin hesabatlarında qeyd
edilmişdir ki, Vergilər Nazirliyinin rəsmiləri tərəfindən edilən hədə-qorxular
mətbuatın müstəqilliyini daha da məhdudlaşdırmışdır
.
Sistemlərin xarici stansiyalar tərəfindən peyk yayımlarını qəbul etməsində
məhdudiyyətlər olmasa da, MTRŞ özəl teleradio stansiyalara xarici mənşəli
xəbərlər proqramlarını tam olaraq yenidən yaymamaqları ilə bağlı ümumi tələb
tətbiq etməyə davam etmişdir.
Oktyabrda doqquz beynəlxalq QHT xəbər vermişdir ki, regionlarda jurnalistlərlə
bağlı mühit Bakıya nisbətən daha məhdudlaşdırıcıdır. Onlar Naxçıvan anklavında
vəziyyətin xüsusilə təhlükəli olduğunu vurğulamışlar. 2009-cu ildə
AZƏRBAYCAN
23
Naxçıvan və Bakıda fəaliyyət göstərən jurnallistlər bildirmişlər ki, Naxçıvan
rəsmiləri müxalifət qəzetlərinin yayılmasının qarşısını almağa davam etmişlər.
Internet azadlığı
Hökumət ümumən İnternetə çıxışı məhdudlaşdırmasa da, İnternet xidmət
provayderlərindən lisenziya əldə etməyi və Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi ilə formal razılaşmalar əldə etməyi tələb etmişdir. Rabitə və informasiya
Texnologiyaları Nazirliyi bildirmişdir ki, əhalinin 45%-i İnternetdən istifadə edir;
əhalinin 12%-nin çoxzolaqlı İnternetə çıxışı vardır və hər 100 nəfərə 14 kömpüter
düşür
.
Hökumətin xarici biznes qurumlarının və müxalifət liderlərinin İnternet trəfikini
izləməsinə dair geniş yayılmış inamı təsdiqləyəcək heç bir sübut olmamışdır.
Oktyabr ayının 8-də satirik www.eqreb.com İnternet səhifəsinin istifadəçiləri
səhifəyə yalnız ölkədən kənarda yerləşən proxy serverlər vasitəsilə çıxış əldə edə
bilmişlər, çünki ölkə daxilində ora birbaşa çıxış bloklaşdırılmışdı. Ölkədə
mətbuatla bağlı vəziyyətin monitorinqini aparan yerli QHT bu hərəkəti dövlət
senzurası kimi dəyərləndirmişdir
.
Yerli müşahidəçilər bildirmişlər ki, il ərzində ölkənin əksər hissəsində hökumət
internet səhifələrini bloklaşdırmamışdır. Bununla belə, eyni müşahidəçilər
göstərirlər ki, Naxçıvan anklavında müntəzəm olaraq veb səhifələr bloklaşdırılır.
Noyabr ayının 18-də səlahiyyətli orqanlar gənc fəal və bloqçu Adnan Hacızadənin
hökmünün icrasını müvəqqəti olaraq dayandırmış və onu şərti olaraq həbsdən azad
etmişdir. Noyabrın 19-da məhkəmə eyni şərtlərlə gənc fəal və bloqçu Emin Millini
azad etmək göstərişini vermişdir. Polis Hacızadə və Millini 2009-cu ilin iyul ayında
iki nəfərin onlara hücum etmələri ilə bağlı polisə şikayət etdikdə onları həbs
etmişdi. Hacızadə və Milli 2009-cu ilin noyabr ayında müvafiq olaraq 24 və 30
aylıq həbs cəzasına məhkum edilmişdilər.
Akademik azadlıq və mədəniyyət tədbirləri
Hökumət bəzi hallarda təhsil azadlığını məhdudlaşdırmışdır.
Bəzi yerli müşahidəçilər hökumətin dövlətin maliyyələşdirdiyi xaricdə təhsil
proqramlarına iştirakçıların seçilməsi siyasətindən öz narahatlıqlarını ifadə
etmişlər. Hökumət iddia edirdi ki, xaricdə təhsil üçün seçim prosesi şəffafdır və
siyasi mənsubluq amil deyildir
.
AZƏRBAYCAN
24
Müxalifət partiyalarının üzvləri məktəb və universitetlərdə müəllimlik işi tapmaqda
çətinliklər çəkdiklərini bildirmişlər. Dövlət təhsil müəssisələrndə dərs deyən əksər
tanınmış müxalifət partiya üzvləri ötən illərdə işdən çıxarılmışdılar
.
Yanvar ayının 19-da Dövlət Neft Akademiyası Poliqon informasiya agentliyində
jurnalist kimi fəaliyyət göstərən tələbə Elmin Bədəlovu institudan xaric etmişdir.
2009-cu ilin sonunda Bədəlov akademiyada rüşvət və maliyyə fırıldaqları ilə bağlı
məqalə çap etdirmişdi. Aprel ayının 5-də Bədəlov institutdan xaric edilməsi ilə
bağlı məhkəməyə müraciət etmiş və may ayının 5-də Apelyasiya Məhkəməsinə
şikayət vermişdi. İlin sonuna iş Ali Məhkəmədə baxılmasını gözləyirdi.
Payızda keçirilən parlament seçki kampaniyası zamanı tələbələri seçkiləri izləyən
müstəqil təşkilatlarla məkdaşlıqdan çəkindirmək, habelə iqtidaryönlü namizədlərə
səs vermək üçün rəhbərlik tərəfindən onlara təzyiq göstərilmişdir. 2008-ci il
prezident seçkiləri kampaniyası zamanı bir neçə universitetdə təhsil alan tələbələr
dekanları tərəfindən onlara təzyiq edilərək seçkiləri izləyən müstəqil QHT ilə
əməkdaşlıq etməməyə məcbur edildiklərini bildirmişdilər. Bəzi tələbələr bildirirdi
ki, fakültə dekanları onlara göstəriş vermişdi ki, universitetdə səs verə bilmək üçün
qeydiyyat olduqları yerdən seçici qeydiyyatının yerini dəyişsinlər. Digərləri
bildirirdi ki, universitetlərdə tələbələrdən prezident yönümlü yürüşlərdə iştirak
etmək tələb olunmuşdu, bu məqsədlə onlar nəqliyyat vasitələri ilə təmin edilmiş və
iştirak etmədikləri təqdirdə universitetdən qovulacaqları ilə onlara hədə-qorxu
edilmişdi. Digər bir halda tələbələr seçki monitorinqində iştirak etdikləri təqdirdə
yataqxanadan qovulacaqları ilə hədələnmişdilər
.
Hökumətin mədəniyyət tədbirlərinə məhdudiyyət qoymasına dair məlumat
olmamışdır
.
b.
Sərbəst toplaşma və birləşmə azadlığı
Sərbəst toplaşma azadlığı
Qanunla toplaşma azadlığı təmin edilsə də, hökumət bu hüququn praktiki tətbiqni
kəskin sürətdə məhdudlaşdırmışdı. Qanunda qrupların yalnız müvafiq hökumət
orqanlarının ilkin razılığından sonra sərbəst toplaşmasına icazə verilsə də, hökumət
bu müddəanı yerli rəsmilərdən əvvəlcədən icazə alınmasına dair tələb kimi təfsir
etməyə davam etmişdir
.
İl ərzində hökumət bütün yürüşlərin əvvəldən təsdiq edilməsini və şəhər
mərkəzindən kənarda yerləşən məntəqələrdə keçirilməsinə dair tələbini davam
etdirmişdir, bu şərti əksər siyasi partiyalar və QHT-lər qeyri-məqbul hesab etmişdi.
Ölkənin hər yerində səlahiyyətli orqanlar belə tələbləri müntəzəm olaraq rədd
AZƏRBAYCAN
25
etmişdir. Hökumət müxalifətin, QHT-lərin, dini azadlıq müvəkkillərinin və
digərlərinin çoxsaylı hadisələrlə bağlı yürüş keçirmək tələblərini rədd etmiş və bir
neçə icazəsiz piket və nümayişləri dağıtmış, çox vaxt iştirakçıları bir neçə saatlığa
saxlamışdır. Bu saxlamaları bir çoxu əsassız olmuşdur (bax bölmə 1.d.).
Məsələn, may ayının 15-də müxalifətin Azadlıq Bloku Bakıda icazəsiz yürüş
keçirmişdir. Polis müxalifətin 10 iştirakçısını saxlamışdır: etiraz edənlərdən beş
nəfəri yeddi və beş nəfəri beş gün saxlanmışdır.
İyunun 5-də Azadlıq Bloku Bakıda digər icazəsiz yürüş keçirmişdir. Yürüş
dağıdıldıqdan sonra polis qısa müddətə 19 iştirakçını saxlamışdır.
İyun ayının 12-də Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakıda
icazəsiz nümayiş keçirmişdir. Polis 32 nəfəri, o cümlədən Ramiz Xəlilov
(Müsavat) və Əbülfəz Qurbanlını (AXCP) hər birini 10 gün saxlamışdır. Polis
habelə Arif Hacılı və Tofiq Yaqubluya rəsmi xəbərdarlıq etmiş və Tural Abbaslı
və Əhəd Məmmədlinin hər birini AZN 25 ($30) cərimə etmişdir.
İyun ayının 19-da Azadlıq Bloku Bakı şəhərində digər icazəsiz etiraz aksiyası
keçirmişdir. Polis 83 iştirakçını saxlamışdır. Polis sonra 79 nəfəri azad etmiş, lakin
dörd fəal bir neçə gün saxlanmışdır.
İyul ayının 3-də müxalifət partiyaları Bakı şəhərində birgə icazəsiz nümayiş
keçirmişdir. Polis təqribən 70 iştirakçını saxlamışdır. Nümayişdən əvvəl polis üç
müxalifət fəalını evlərində saxlamışdı: Tural Abbaslı, Yalçın Abbaslı və Əhəd
Məmmədli. Məhkəmə onlara rəsmi xəbərdarlıq etmiş və onlardan hər biri AZN 25
($30) cərimələnmişdir. Polis habelə etirazdan əvvəl Fuad Qəhrəmanlı, Razi
Nurullayev, Nurəddin Məmmədli və Əbulfəz Qurbanlı daxil olmaqla digər doqquz
müxalifət fəalını saxlamışdır. Polis 10 yaxud 11 etiraz yürüşü iştirakçısını 8 saylı
Səbayıl rayon polis bölməsinə aparmış və həmin axşam onları azad etmişdir. Polis
təqribən 60 nəfərdən ibarət qalan iştirakçını Bakıdan 40 mil məsafədə yerləşən
Qobustana aparmış və onları izah edilməz şəkildə izolə edilmiş sahədə tərk
etmişdir.
İyul ayının 31-də AXCP, Klassik Xalq Cəbhəsi və Müsavat partiyaları Bakı
şəhərində icazəsiz mitinq keçirmişdir; polis 100-dən çox etirazçını saxlamışdır.
Polis etiraz yürüşünün 10 iştirakçısını saxlamışdır; onlardan yeddi nəfəri 10, bir
nəfəri səkkiz və iki nəfəri yeddi gün saxlanmışdır. Polis yeddi nəfəri AZN 20-25
($25-30) cərimə etmişdir. Polis 20 nəfər etirazçını avtobusla Bakıdan 40 mil
məsafədəki Qobustana aparmış, orada düşürmüş və orada həyatın axarına buraxıb
getmişdir.
|