Azərbaycan təqribən doqquz milyon əhalisi və prezident üsuli-idarəsi olan



Yüklə 446,41 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix06.05.2017
ölçüsü446,41 Kb.
#16998
1   2   3   4   5   6

AZƏRBAYCAN 

9

 



İl ərzində polis tərəfindən dinc siyasi nümayiş keçirməyə cəhd göstərən 

müxalifət partiyalarının nümayəndələrinin çoxsaylı saxlanması halları 

olmuşdur (bax bölmə 2.b).

 

Məhkəmə öncəsi 18 aylıq uzunmüddətli saxlama ciddi problem olmuşdur. Baş 



prokuror dövlət istintaqı başa çatana kimi icazə verilən ilkin üç aylıq məhkəmə 

öncəsi saxlama müddətini bir neçə aylıq ardıcıl uzatma ilə müntəzəm qaydada 

artırmışdır.

 

Amnistiya



 

Martın 17-də Prezident Əliyev 62 məhbusu əfv etmişdir. Əfv edilənlər arasında 



Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) da olmuşdur, o, bir çox 

beynəlxalq və daxili müşahidəçilərin saxta və siyasi motivli xarakterizə etdikləri 

ittihamlara görə məsuliyyətə cəlb edilmişdi (bax bölmə 2.a.).

 

e.              Ədalətli və açıq məhkəmə prosesinin aparılmasından imtina 



 

Qanun məhkəmələrin müstəqil olmasını nəzərdə tutsa da, təcrübə göstərir ki, 

hakimlər icra orqanlarından müstəqil fəaliyyət göstərməmişdir. Məhkəmə sistemi 

korrupsiyaya uğramış və səmərəsiz fəaliyyət göstərmişdir. Hökmlər çox vaxt 

məhkəmənin gedişatı ərzində təqdim edilmiş sübutlarla bağlı olmamışdır

.

 



İcra orqanları məhkəmə hakimiyyətinə güclü təsir göstərməyə davam etmişdir. 

Namizədlərin hakimliyə imtahanını həyata keçirən Məhkəmə-Hüquq Şurasına 

Ədliyyə Nazirliyi nəzarət edir. 

 

Mötəbər mənbələrdən verilən məlumatlara görə, hakim və prokurorlar Prezident 



Administrasiyası və Ədliyyə Nazirliyindən xüsusilə beynəlxalq müşahidəçilərin 

marağını cəlb edən hallarla bağlı göstərişlər almışlar. Hakimlərin əmək haqqları 

2008-ci ilə qədərki bir neçə il ərzində davamlı şəkildə artırılsa da, hakimlərin 

vaxtaşırı qaydada rüşvət aldıqlarına dair etibarlı məlumatlar vardır. Ədliyyə 

Nazirliyi il ərzində 21 hakimin Ədliyyə Şurası tərəfindən inzibati məsuliyyətə cəlb 

edildiyini bildirmişdir. Nazirlik 11 nəfər əməkdaşının inzibati məsuliyyətə cəlb 

edildiyini bildirmişdir; bu işlərdən ikisi Baş Prokurorluğa göndərilmiş, bunlardan 

biri cinayət məsuliyyəti ilə nəticələnmişdir.

 

 

 

 

 

 

 


 

 

AZƏRBAYCAN 

10

 



2009-cu ilin fevral ayında prezident 2009 – 2013-cü illərdə ədliyyə sisteminin 

inkişafı üzrə Dövlət Proqramını nəzərdə tutan sərəncam imzalamışdır. 

Proqramın hədəflərinə qanunvericiliyin təkmilləşdirilməsi və kadr hazırlığı və 

peşəkarlıq səviyyəsinin artırılması daxildir

.

 

Fevralın 26-da Ali Məhkəmə Hüquq Təhsil Cəmiyyətinin (HTC) rəhbəri İntiqam 



Əliyev tərəfindən verilmiş appelyasiyanı rədd etmişdir; appelyasiya aşağı 

instansiya məhkəməsində Əliyevin hakimlər əleyhinə inzibati məsuliyyətə dair 

kitabında Hakim Qəzənfər Kərimovun “şərəf və ləyaqətinin alçaldılması” ilə bağlı 

çıxarılmış qərarla bağlı olmuşdur. 2009-cu ilin iyun ayında Əliyev apelyasiya 

şikayəti ilə ECFİR-ə müraciət etmişdir.   

Konstitusiya bir şəxsin eyni cinayətə götə iki dəfə məsuliyyətə cəlb edilməsini 

və/yaxud ittiham edilməsini qadağan edir. Sentyabrın 29-da 2009-cu ilin aprelində 

şərti cəza almış Səyyarə Heydərova - ilkin olaraq 2005-ci ildə həbs edilmişdi – 

milli instansiya məhkəmələrinin hamısına müraciət etdikdən sonra apelyasiya 

şikayəti ilə ECFİR-ə müraciət etmişdir. İlin sonunda iş həllini gözləyirdi.

 

 

Hakimlərə təlimlərin keçirilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası 



beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmişdir.

 

Fevralın 4-də Məhkəmə-Hüquq Şurası etinasızlığa görə Bakı məhkəmələrində 



çalışan üç hakimi işdən azad etmişdir. Hakimlərdən bir, Südabə Məmmədova 

2007-ci ildə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidi beynəlxalq 

müşahidəçilərin saxta hesab etdikləri ittihamlar üzrə dörd il həbs cəzasına məhkum 

etmişdi. (bax bölmə 2.a.).

 

Məhkəmə prosedurları



 

Dövlət, kommersiya və ya peşə sirləri yaxud məxfi, özəl və ya ailə məsələlərini 

nəzərdə tutan işlər istisna olmaqla qanun açıq məhkəmə işlərinin keçirilməsini 

təmin edir. Amma il ərzində beynəlxalq müşahidəçilər bu qanunun təcrübədə 

dəfələrlə pozulduğunu aşkar ediblər

.

 



Qanun cinayət işlərində təqsirsizlik prezumpsiyasını təmin etsə də, sübutlara 

baxılması, məhkəmədə müttəhimlərin şahidlərlə üzləşdirilməsi və məhkəmədə 

sübutların təqdim edilməsi, imkansız müttəhimlər üçün məhkəmənin təsdiq etdiyi 

vəkillərin tutulması, müttəhim və prokurorlar üçün apelyasiya hüquqlarına 

təcrübədə riayət edilməmişdir. 

 

 



AZƏRBAYCAN 

11

 



Beynəlxalq müşahidəçilər hakimin müttəhimi öz hüquqları barədə və ya ona qarşı 

irəli sürülən ittihamlar barədə məlumatlandırmamasına dair çoxsaylı hallar aşkar 

etmişlər. Təqsirsizlik prezumpsiyasının aşkar pozulmadığı hallarda belə, təqsirli 

bilinən şəxslərin əlləri qandallı bağlı dəmir qəfəsə salınması təcrübəsi dolayısı ilə 

bu hüququn pozulmasını göstərir. Bundan əlavə, hakimlər çox vaxt hökmü açıq 

şəkildə oxumamışlar, bu, müttəhimin hökmün arxasında duran səbəbi bilməməsi 

ilə nəticələnmişdir

.

 



Andlılar məhkəməsindən istifadə edilməyib. Bir qayda olaraq, xarici və yerli 

müşahidəçilərin məhkəmələrdə iştirakına icazə verilmişdir. Bəzi dinləmələrdə oturacaq 

yerlərinin kifayət qədər olmaması və kiçik məhkəmə otaqları dinləmədə insanların 

iştirakının qarşısını almışdır. Bəzi istisnalar, xüsusilə də Ağır Cinayətlərə dair İşlər üzrə 

Məhkəmə ilə bağlı istisnalar olsa da, məhkəmənin vaxtı və keçirilmə yerinə dair məlumat 

çox vaxt mövcud olmuşdur.   

Konstitusiya dövlət ittihamçısı ilə vəkillərə bərabər status versə də, təcrübədə dövlət 

ittihamçıları hüquqları baxımından müdafiə tərəfini üstələyir. Mülki işlərdə hakimlər 

“üzrlü səbəb”dən vəkilləri işdən uzaqlaşdırmaq hüququna malikdirlər. Cinayət işləri üzrə 

məhkəmə prosesində isə maraqların toqquşması olarsa və ya cavabdeh vəkilin 

dəyişilməsini tələb edərsə, hakim vəkili işdən uzaqlaşdıra bilər. Bundan əlavə, 

vəsatətlərin və şifahi bəyanatın, həmçinin vəkilin təqdim etdiyi sübutların 

qiymətləndirilməsi zamanı hakimlər çox vaxt ittiham tərəfə üstünlük verdiklərini 

göstərmişlər   

Qanun cinayət işlərində vəkillərin təmsil olunmasını dövlətin nəzarətində olan vəkillər 

kollegiyasının (hüquqşünaslar assosiasiyası) üzvlərinin iştirakı ilə məhdudlaşdırır. 

Yalnız 768 kollegiya üzvü olduğu və bunların da cəmi 415-i fəaliyyət göstərdiyi halda

lisenziyalaşdırılmış hüquqi təmsilçiliyə çıxış, xüsusilə də Bakıdan kənar ərazilərdə, 

məhdudlaşdırılmışdır. 

Avqustun 9-da prezident ölkədə hakimlərin sayını 600-a çatdıran sərəncam imzalamışdır. 

Konstitusiya qeyri-qanuni yolla əldə edilmiş dəlillərdən istifadəni qadağan edir; lakin 

təqsirləndirilən şəxslərdən bəziləri verdikləri ifadələrin zorakılıq yaxud işgəncə yolu ilə 

əldə edildiyini iddia etsələr də, bu cür sui-istifadə halı baş vermiş işlərin heç birinə xitam 

verilməmiş və sui-istifadə halının yol verilməsinin müəyyən edilməsi üçün ekspertiza 

təyin edilməmişdir. Hakimlər polislərin pis rəftarı barədə sikayətlərə əhəmiyyət belə 

verməmişlər. Bir qayda olaraq istintaq zamanı əsas diqqət təqsirləndirilən şəxslərə qarşı 

əsaslı dəlillərin araşdırılmasına deyil, etirafın əldə edilməsinə yönəldilir. Hakimlər adətən 

prokurordan minimal səviyyədə dəlil tələb etdikləri və prokurorla yaxından əməkdaşlıq 

etdikləri üçün, məhkəmədə baxılan ciddi cinayət işlərinin əksəriyyəti təqsirləndirilən 

şəxsin məhkum olunması ilə nəticələnir. Müttəhimi məhkum etmək üçün yetərli dəlilin 

olmadığı müəyyən edildiyi nadir hallarda hakim məhkəmə işini əlavə istintaq üçün 

ittihamçıya geri göndərərək ona məhkum etmə üçün növbəti imkan yaratmışdır. 



Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə və Hərbi Məhkəmə istisna olmaqla 

digər məhkəmələr adətən tərcüməçi təmin etməyə müvəffəq olmur. Hər məhkəmə 

işin məhkəmə baxışına cəlb edilməsi üçün tərcüməçilərlə müqavilə bağlamaq 

hüququna malikdir və belə xərclər Ədliyyə Nazirliyi tərəfindən ödənilməlidir. 

 

Məhkəmə prosesinin hərfi stenoqramları olmamışdır; şahid ifadəsi, şifahi 



arqumentlər və məhkəmə qərarları qeydə alınmamışdır. Bunun əvəzində isə 

məhkəmə katibi dağınıq və ardıcıl olmayan şəkildə qeydlər apararaq nəyin qeyd 

edilməli olduğunu öz rəyinə uyğun olaraq həyata keçirirdi. Məsələn, Eynulla 

Fətullayevin avqust ayından başlayaraq ilin sonunadək davam edən məhkəmə 

iclasları zamanı Fətullayev aşağı instansiya məhkəməsinin təqdim etdiyi 

protokolların onun sözlərini əks etdirməməsi ilə bağlı mübahisə edirdi (bax bölmə 

2.a.).

 

 



Ölkənin hərbi məhkəmə sistemi mülki hakimlərdən təşkil olunub. Hərbi məhkəmə 

müharibə və hərbi xidmətlə əlaqəli istənilən cinayət işində xüsusi yurisdiksiyaya 

malikdir 

 

Siyasi məhbuslar və saxlanılan şəxslər



 

Rəqəmlərin dəyərləndirilməsində  fikir  ayrılığı olsa da, yerli QHT-lər ölkədə 

siyasi məhbusların olmasında israrlıdır. İl ərzində hökumət altı jurnalist və iki 

bloqçu  və  gənc  aktivistlər  daxil  olmaqla  həbs  edilmələri  siyasi  motivlərlə 

bağlı hesab edilən 11 – 14 nəfəri azad etmişdir (bax bölmə 2.a.). İlin sonunda 

QHT  fəalları  hökumətin  20  -  46  nəfər  arası  siyasi  məhbus  saxladığını  qeyd 

etmişlər

.

 



Avropa Şurası ekspertlərinin hesabatında siyasi məhbus kimi adı çəkilən Elçin 

Əmiraslanov, Səfa Poladov və Arif Kazımov il boyu həbsdə qalmışlar

.

 

Siyasi məhbusların sayına dair bəzi qiymətləndirmələrə 2005-ci ildə dövlət 



çevrilişində günahlandırılıb sonradan isə korrupsiyada ittiham edilənlər 

daxildir


.

 

Siyasi motivlərə görə saxlananların dəqiq sayına dair heç bir etibarlı məlumat 



yoxdur. Siyasi motivlərə görə saxlananların əksəriyyətinə sonradan “inzibati 

həbs” kimi qələmə verilən 10 – 15 günlük müddətə həbs cəzası verilmişdir.

 

Hökumət ümumiyyətlə BQXK kimi beynəlxalq humanitar təşkilatların, habelə 



BMT nümayəndələrinin siyasi məhbus olması güman edilən şəxsləri 

qeyri-məhdud sayda ziyarət etmələrinə icazə vermişdir.



AZƏRBAYCAN 

13

 



Regional İnsan Hüquqları məhkəmələrinin qərarları

 

Vətəndaşlar iş üzrə Ali Məhkəmənin ilk hökmü verildikdən sonra altı ay ərzində 



onun qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət etmək 

hüququna malikdirlər. Vətəndaşlar il ərzində davamlı şəkildə bu hüquqdan 

yararlanmışlar. Ilin sonuna ölkə üzrə AİHM tərəfindən baxılmasını gözləyən 100-ə 

yaxın iş olmuşdur.

 

AİHM-in internet səhifəsinə əsasən, il ərzində o, Azərbaycan vətəndaşlarının 



xeyrinə 18 qərar vermişdir. APA xəbərlər agentliyinə əsasən, Azərbaycan 

vətəndaşları əsasən mülkiyyət hüquqlarının (doqquz iş), azadlıqlar və təhlükəsizlik 

hüquqlarının (səkkiz iş) müdafiəsi və ədalətli dinləmələrlə (dörd iş) bağlı müraciət 

etmişlər.

 

Aprelin 22-də AİHM jurnalist Eynulla Fətullayevin həbsə alınmasının onun ifadə 



azadlığının pozulması və hökumətin onu dərhal azadlığa çıxarması barədə qərar 

qəbul etmişdir. İlin sonuna kimi hökumət qərarı yerinə yetirməmişdir (bax bölmə 

2.a.).

 

İl ərzində AİHM müxalifətdən olan namizədlər Nemət Əliyev və Flora 



Kərimovanın İnsan Haqları üzrə Avropa Konvensiyasına əsasən hüquqlarının 

pozulması barədə iki ayrı qərar qəbul etmişdir, rəsmilər onların müvafiq seçki 

dairələrində 2005-ci il parlament seçkilərində iqtidar yönlü namizədlərin 

seçilməsini elan etmişdilər.

 

Noyabrın 9-da AİHM məhkəmə öncəsi saxlamanın müddəti ilə bağlı iddia 



qaldırmış keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin xeyrinə qərar qəbul 

etmişdir. Məhkəmə qeyri-maddi zərərə görə ona 16,000 avro ($21,400) və hüquqi 

xərclərə görə 25,000 avro ($33,500) təzminat ödənilməsi ilə bağlı qərar qəbul edib. 

İlin sonunda Əliyev tərəfindən korrupsiya ittihamı ilə bağlı təqdim edilən iş həllini 

gözləyirdi; o, 2005-ci ildə çevriliş etməklə bağlı ittihamla həbs edilmiş, amma 

korrupsiya ittihamı ilə bağlı mühakimə edilmişdir. Noyabrın 9-da Əliyevin işi ilə 

bağlı saxlanılmış Eldar Salayev də saxlama müddətini həddən çox olması ilə bağlı 

məhkəməni udmuşdur.

 

İl ərzində əmlak hüququ ilə bağlı yeddi işə baxılmışdır: Səfarova Azərbaycan 



hökumətinə qarşı bir məhkəmə işi polis bölməsinin Səfərovanın mülkiyyətində 

yerləşməsi barədədir.

 

Qalan yeddi mülkiyyət məsələsi hüquqi mülkiyyətçinin 



mənzilini tutmuş məcburi köçkünlərin işlərini əhatə edir.

 


Mülki məhkəmə prosedurları və müdafiə üsulları

Qanun mülki işlər üzrə müstəqil və qərəzsiz andlıların iştirakını nəzərdə tutmur. 

Rayon məhkəmələri mülki işlər üzrə ilkin baxış yurisdiksiyasına malikdirlər; 

apelyasiya şikayətlərinə Apelyasiya Məhkəməsi və sonra isə Ali Məhkəmə 

tərəfindən baxılır. Vətəndaşlar insan haqlarının pozulmasının qarşısının alınması 

və belə pozuntular nəticəsində vurulan ziyana görə təzminatın ödənilməsi üçün 

məhkəməyə müraciət etmək hüququna malikdirlər. Cinayət işlərində vətəndaşlar 

öz işlərinə dair Ali Məhkəmənin çıxardığı ilk hökmdən sonra 6 ay ərzində Avropa 

İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər. 

 

Mülkiyyət restitusiyası



 

Qanunlar mülkiyyət hüququnu qorusa da, təcrübədə həmin qanunlara hörmət 

edilmir. Yerli qeyri-hökumət təşkilatları mülkiyyət hüquqlarının pozulması ilə bağlı 

şikayətlərin əvvəlki illərlə müqayisədə artması barədə məlumat vermişlər. QHT-lər 

daha sonra bildirmişlər ki, hökumət, xüsusilə Bakıdan kənar ərazilərdə dövlət 

ehtiyacları üçün əmlakın alınmasına dair qanunlara ciddi şəkildə riayət etmir. Bu 

QHT-lərin məlumatlarına əsasən, vətəndaşlar ölkənin məhkəmə sisteminə etibar 

etmir və təzminat iddialarını qaldırmağa meylli deyil. 2009-cu ildə Bakı şəhər İcra 

Hakimiyyəti şəhərin mərkəzində Heydər Əliyev sarayından Azərbaycan Dram 

Teatrına qədər olan hissənin yenidən qurulması ilə bağlı planını açıqlamışdır. İki 

əsas küçənin (Füzuli və Şəmsi Bədəlbəyli) sakinlərinə evlərini tərk etmək   

xəbərdarlığı etmiş və onlara hər kvadratmetrə görə 1500 manat (USD 1.830) 

ödənəcəyi deyilmişdi. Hüquq müdafiəçiləri bildirmişlər ki, mənzil sakinlərini 

evlərini tərk etməyə məcbur etmək üçün mənzillərin su, elektrik enerjisi və qaz 

təchizatı dayandırılmışdı. İlin sonunda sakinlər hələ də narazı idilər və yerli 

məmurlarla münasibətlər gərgin olmağa davam edirdi. Bununla belə, bir çox evlər 

zorla sökülmüş və hasara alınmışdır. 

 

İl ərzində AİHM-in qərar qəbul etdiyi 18 işdən altısı mülkiyyət hüququ ilə bağlı 



olmuşdur (bax bölməs l.e).

 

f.              Şəxsi həyat, ailə, ev və yazışmalara əsassız müdaxilə 



 

Qanun şəxsi həyata, məktublaşmalara və digər şəxsi ünsiyyətə əsassız müdaxiləni 

və nəzarəti qadağan etsə də, təcrübədə hökumət bu qanuni qadağalara hörmət 

etməmişdir

.

 

Konstitusiya yaşayış yerlərində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı ilə 



yaxud qanunda nəzərdə tutulmuş xüsusi hallarda icazə verir, lakin hakimiyyət 

orqanları çox vaxt müvafiq sanksiyalar olmadan axtarışlar keçirmişlər. Çoxları 

düşünür ki, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi xüsusilə xarici 

vətəndaşların, tanınmış siyasi və biznes xadimlərinin və beynəlxalq danışıqlarda 

iştirak edən insanların telefon və İnternet danışıqlarına nəzarət edir.


AZƏRBAYCAN 

15

 



Bu halların birində Milli Təhlükəsizlik Nazirliyi Avroasiya mahnı müsabiqəsi 

zamanı Ermənistana yazılı mesajla səs verən 42 nəfəri müəyyən etmiş və onlardan 

bir çoxunu dindirmişdir. Araşdırma apardıqdan sonra, müsabiqəni təşkil edən 

Avropa Yayımlama Birliyi ölkənin İctimai televiziyasını cəzalandırmamağı qərara 

alaraq qaydanı elə dəyişmişdir ki, gələcəkdə verilişi ölkədə yayımlayan televiziya 

şirkəti əməkdaşlıq etdiyi telefon operatorunun davranışına görə məsuliyyət 

daşıyacaqdır 

.

 



Polis cinayətdə şübhəli bilinənlərin ailə üzvlərini qorxutmağa və təqib etməyə 

davam etmişdir

.

 

18 – 35 yaşlı kişilər məcburi hərbi xidmətdə olmalıdır. Fiziki səbəblərdən, 



məsələn, zəif görmə qabiliyyəti səbəbindən hərbi xidmətdən azad olma halı 

mövcuddur. Amma çoxları inanır ki, hərbi xidmətdən pulla möhlət almaq 

mümkündür. Vətəndaşlar habelə inanır ki, daha asan hərbi vəzifələrlə bağlı 

tapşırıqları da pulla almaq mümkündür. Konstitusiya hərbi xidmətdən imtina edən 

şəxslər üçün alternativ hərbi xidməti təmin edir; lakin hərbi xidmət haqqında 

qanunda bunun aydın icra mexanizmi təmin edilməmişdir. Bəziləri hərbi xidmətə 

getməyi deyil, həbsxananı üstün tutur.

 

Bölmə 2          Vətəndaş azadlığına hörmət, o cümlədən:   



a.              Söz və mətbuat azadlığı

 

Qanun söz və mətbuat azadlığını təmin edir və mətbuat senzurasını qadağan edir; 



bununla belə, təcrübədə əksər hallarda hökumət bu hüquqlara hörmət etmir. İl 

ərzində hökumət altı jurnalisti və iki bloqçunu həbsdən azad etmişdir, amma   

media azadlığının məhdudlaşdırılması hələ də problem olaraq qalır

.

 



Sentyabrda beynəlxalq Article 19 QHT-si xəbər vermişdir ki, ölkədə jurnalistlər, 

ictimai fəallar və adi vətəndaşların ifadə azadlığı 2005-ci ildən bəri “əhəmiyyətli 

dərəcədə pisləşmişdir”. Article 19 aydınlaşdırmışdır ki, fəaliyyətin daxili 

tənzimlənməsi “geniş vüsət almışdır” və bir çox vətəndaş cəmiyyəti və siyasi 

partiya fəalları ifadə azadlığına getdikcə daha düşmən münasibət bəslənən 

cəmiyyətdə yaşadıqlarını hiss edirlər. Beynəlxalq QHT – Beynəlxalq Böhran 

Qrupu qeyd etmişdir ki, "azad və konstruktiv informasiya və ideya mübadiləsinin 

yoxluğu etibarsızlıq və haqsızlıq mühitini törədir." Buna baxmayaraq, bir çox 

müxalifət partiyası qəzet nəşr etdirməyə davam etmiş və insan haqları fəalları 

əsasən təqib olunmaq qorxusu olmadan işlərini davam etdirə bilmişlər.



AZƏRBAYCAN 

16

 



Oktyabrın 9-da polis islahat yönümlü Dalğa gənclər hərəkatının ofisinə reyd etmiş, 

təşkilatın üzvlərini qərargahdan çıxarmışdır. Oktyabrın 11-də Dalğa ofisini 

bağlamışdır. Məlumata görə, reyd Dalğa üzvlərinin 1918 – 1920-ci illərdə mövcud 

olmuş birinci Azərbaycan Demokratik Respublikasının prezidenti, demokratik 

islahatçı Məmməd Əmin Rəsulzadənin şəkli əks olunmuş köynəkləri geydiklərinə 

cavab olaraq təşkil edilmişdir.

 

2009-cu ildə dövlət kütləvi informasiya vasitələri haqqında qanuna dövlətin nəşri 



bağlamasını asanlaşdıran dəyişikliklər etmişdir.

 

İl ərzində bir sıra müxalifət və müstəqil media vasitələri fəaliyyət göstərmişdir. 



Obyektiv və peşəkar məlumatın verilməsi nadir hal olsa da, mətbuat hökumətin 

siyasətinə dair fərqli baxışlar ifadə etmişdir. Teleradio yayım vasitələri isə 

xəbərlərin işıqlandırılmasında, demək olar ki, tam şəkildə dövlətin mövqeyinə 

uyğun mövqedən çıxış etmişdir.

 

Ölkədə mətbuat orqanlarının əksəriyyəti hakim partiyaya, müxalifət partiyalarına 



mənsub olmuş və ya tanınmış dövlət məmurları ilə əlaqəli olduqları hesab 

edilmişdir. Həm iqtidar, həm də müxalifət qəzetlərinin gündəlik dövriyyəsi çox 

aşağı olmaqla, əksər hallarda 5000 ədədi keçmir. Qəzetlərin böyük hissəsi paytaxtın 

payına düşür. Ölkədə səkkiz milli və 14 regional televiziya stansiyası olmuşdur. 11 

radio yayımlama şirkəti var idi. Hakimiyyət ölkənin FM tezliklərində və milli 

televiziyada Amerikanın Səsi, Azad Avropa/Azadlıq Radiosu və BBC radiolarının 

yayımını qadağan edib. Bu cür beynəlxalq yayımları olmadan ictimaiyyətin geniş 

yayılmış media vasitələrindən qərəzsiz məlumat almaq imkanı olmamışdır. Bundan 

başqa dövlətə məxsus qəzetlər, eləcə də    şəhər və ya rayon səviyyəli məmurlar 

tərəfindən maliyyələşdirilən bir sıra    milli və yerli qəzetlər də vardır

.

 

İyulun 22-də - Milli Mətbuat günündə Prezident Əliyev 32 qəzetdən hər birinə 



AZN 20,000 ($24,390) ayırmışdır. 32 qəzetdən ibarət qrupa həm iqtidar, həm də 

müxalifətlə əlaqəli qəzetlər daxil olmuşdur.

 

Avqustun 1-də gündəlik iki əsas müxalifət qəzetindən biri olan Azadlıq qəzetini 



çap edən nəşriyyat Azadlığın əməkdaşlarına iki gün ərzində çap fəaliyyətini 

qadağan etmişdi, buna səbəb kimi nəşriyyata AZN 16,000 ($19,510) məbləğində 

olan borc göstərilmişdir. Hadisə ilə bağlı mətbuatda gedən yazılarda qeyd edilir ki, 

baş redaktor Qənimət Zahid ödənişlə bağlı tələbi hakimiyyətin təzyiqi və bundan 

əvvəl verdiyi maliyyə yardımının geri alınması kimi xarakterizə etmişdir.

 

Bəzi özəl telekanallar fəaliyyət göstərmiş, amma bəzi müstəqil mətbuat 



araşdırmaları göstərir ki,bu telekanalların proqramlarında hakim partiyanın xeyrinə 

qərəzli verilişlər yayımlanır. Auditoriyanın lideri sayılan ANS Televiziyası 2006-cı 

ildə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən müvəqqəti bağlandığına 

qədər nisbətən obyektiv xəbərlər mənbəyi kimi qəbul edilirdi.   



AZƏRBAYCAN 

17

 



Lakin bir çox mətbuat müşahidəçiləri düşünürlər ki, o vaxtdan bəri ANS xəbərlər 

yayımında daha ehtiyatlı və özünü məhdudlaşdıran bir yanaşma tətbiq edərək çox 

vaxt iqtidar tərəfindən maliyyələşdirilən media vasitələri ilə eyni baxışdan çıxış 

etmiş və eyni xəbərləri yaymışdır. Avqustda ANS-in analitik proqramında jurnalist 

Mirşahin Ağayev həbsdə olan jurnalist Eynulla Fətullayevi tənqid etmiş və onun 

azadlığa çıxması üçün müvəkkillik edən vətəndaş cəmiyyəti və müxalifət 

qruplarını aşağılamışdır. Bir çox müşahidəçilərin fikrinə görə proqram hakimiyyət 

tərəfindən sifariş edilmiş və teleyayımdakı müstəqilliyin azalmasını təzahür 

etdirmişdir

.

 



ATƏT/DTİHB media monitorinqi belə qənaətə gəlmişdir ki, "monitorinq edilən 

bütün televiziya kanalları media əhatəsinin əhəmiyyətli hissəsini səlahiyyətli 

orqanlara və onların fəaliyyətinə həsr etmişdir. İqtidaryönlü namizədlər rəsmi 

kampaniya dövrünün başlanmasından qabaq rəqiblərinə nisbətən üstünlüyə malik 

idilər, monitorinq edilən televiziya kanallarında onların rəqibləri ilə bağlı demək 

olar ki, heç bir məlumat verilməmişdir."

 

İl ərzində hakimiyyət altı jurnalisti azad etmişdir; lakin il ərzində iki nəfər həbsdə 



qalmış və ya böhtan və digər onların işlərinə aid olmayan ittihamlarla cinayət 

işləməkdə təqsirli bilinərək həbs edilmişlər. Beynəlxalq və yerli şərhçilər 

düşünürlər ki, hakimiyyət jurnalistləri dövlət məmurları və siyasətini tənqid 

etmələri ehtimalına görə hədəfə almışdır.

 

 

Martın 17-də hakimiyyət prezidentin əfvindən sonra Azadlıq qəzetinin baş 



redaktoru Qənimət Zahidi azad etmişdir. Zahid 2007-ci ildə dələduzluq və yüngül 

bədən xəsarəti yetirməyə görə məhkum edilmişdi. Beynəlxalq və yerli 

müşahidəçilər onun həbsinin siyasi motivlərlə bağlı olduğunu hesab edirdilər.

 

İyulun 6-da Qaradağ Rayon Məhkəməsi üzərində heroin tapıldığına görə Eynulla 



Fətullayevi iki al altı aylıq həbs cəzasına məhkum etmişdir. Həmin qərar qəbul 

edilərkən Fətullayev terrorizmi dəstəkləmək, etnik nifrət yaratmaq və vergidən 

yayınmaq ittihamlarına görə səkkiz il altı aylıq həbs cəzasını çəkməkdə idi. 

Beynəlxalq və yerli müşahidəçilər onun həbsinin siyasi motivlərlə bağlı olduğunu 

hesab edirdilər. ATƏT-in media azadlığı üzrə nümayəndəsi narkotiklə bağlı 

ittihamı “olduqca inanılmaz” adlandırmışdır. Yerli insan haqları müdafiəçiləri bu 

hadisənin AİHM-in əvvəlki ittihamlarla bağlı ona bəraət verilməsi ilə bağlı 

gözlənilən qərarından sonra da Fətullayevin təcridxanada saxlanılması üçün təşkil 

olunduğunu düşünürlər. Aprelin 22-də AİHM Fətullayevin dərhal azad edilməsini 

tələb etmiş və ona təzminat ödənilməsi ilə bağlı qərar qəbul etmişdir. Hakimiyyət 

qərarla bağlı AİHM-in Ali Palatasına apellyasiya şikayəti vermiş, Palata oktyabrın 

4-də işi dinləməkdən imtina etmişdir. Noyabrın 5-də Apelyasiya Məhkəməsi 

narkotik ittihamı ilə bağlı apelyasiya dinləməsinin həyata keçirilmədiyi səbəbindən 

Fətullayevin təcridxanada saxlanması ilə bağlı dinləmə keçirmişdir. Noyabrın 11-də 



Yüklə 446,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin